Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6124/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5902/2022 nömrəli, 9 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və eləcə də onun hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-463/2022 nömrəli iş üzrə 8 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilərək qətnamədə sadalanan əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyərinin; mənəvi zərərə görə 200 manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 27 manatının Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
3. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 221.2-ci maddələrinə, “Maddi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Birinci instansiya məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim C.Musayeva) apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
6. İddiaçı 22 aprel 2022-ci il tarixli qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və apel lyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayətin baxılmadan geri qaytarılması qərara alınmışdır.
8. İddiaçı xx.xx.2022-ci il tarixli qərardaddan apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5902/2022 nömrəli iş üzrə 9 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sadıqov Vahid) birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-463/2021 nömrəli qəra rdadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işin şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı şikayət MPM-ə əlavə olunmuş 2 saylı Əlavənin normalarının tələblərinə cavab vermir.
11. Belə ki, apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri sıralanmaqla göstərilməmişdir. Həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinin aktında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər sıralanmamaqla, onların aydın şəkildə izahları verilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, MPM-in 363.1.1-1, 366.1, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 9 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsini, şikayətin apellyasiya icraatına qəbul edilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıya qərəzli yanaşmış, hüquqi savadı olmamasından istifadə olunaraq onun tələbini dəyişdirən ərizəyə imza atdırmaqla qətnamə çıxarılmış, xx.xx.2022-c i il tarixli 2(006)-463/2022 nömrəli qərardad vaxtında elektron kabinetdə yerləşdirmədiyindən iddiaçı ərizə ilə müraciət edib qərardadla tanış olmaq istədiyini bildirdiyi halda yenə, həqiqəti əks etdirməyən xx.xx.2022-ci il tarixli qərardadı çıxarmış, iddiaçını apellyasiya şikayətini vermək hüququndan məhrum etmişdir.
15. Qeyd olunmuşdur ki, apellyasiya şikayətinin qeyri-mümkün olmasının səbəbi kimi onun MPM-in Əlavə 2-də qeyd olunan formasına uyğun olmadığı göstərilmişdir. Halbuki MPM hər hansı bir formaya uyğunsuzluğa görə apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini nəzərdə tutmur.
16. Bundan başqa iddiaçı hesab edir ki, şikayət tam olaraq MPM-in 2 saylı Əlavəsində qeyd olunan formaya uyğun verilmişdir. Belə ki, şikayəti ümumi qaydada elektron sistemə yükləyəndə o, avtomatik ola raq MPM-nin Əlavə 2-də qeyd edilən formatını alır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
18. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir...
19. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
20. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
21. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yo xdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməsi qaydası müəyyən edilmişdir. Qeyd olunan forma məhz MPM-in tərkib hissəsi olan 2 saylı Əlavədə (apellyasiya şikayətinin forması) əks olunmuşdur. Məcəllənin 363.1.11-ci maddəsində isə birbaşa müəyyən edilmişdir ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
26. Bu baxımdan iddiaçının apellyasiya şikayəti MPM-in 2 saylı əlavəsində müəyyən ed ilmiş formaya uyğun verilmədiyindən apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı olaraq apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir.
27. Kassasiya şikayətinin digər dəlilləri birinci instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılması ilə bağlıdır. Hazırkı kassasiya icraatının predmeti yalnız apellyasiya şikayətinin mümkünlüyü barədə məsələ olduğundan həmin dəlillərə qiymət verilməsi mümkün deyildir.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5902/2022 nömrəli, 9 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.