Məhkəmə qərarları › İş №2(102)-6131/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6131/2021

15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6131/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X9 cavabdeh İşgəncələrə qarşı xx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: protokolun ləğv edilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı X9 nümayəndəsi və vəkili X7, Cavabdeh İşgəncələrə qarşı xx nin nümayəndəsi (sədri) X8 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh İşgəncələrə qarşıxx tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşgəncələrə qarşıxxnin Nizamnaməsi 20.06.2005-ci il tarixdə təsisçilər x, xx və Deyistani P.İ. tərəfindən tərtib edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 30.06.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatıdır.

2. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin iclasının 01.04.2009-cu il tarixli, 5 saylı protokolunun surətindən görünür ki, xxx, Xnın, X2un və X3in iştirakı ilə keçirilən iclasda sədrxx çıxış edərək, komitə rəhbərliyi ilə əlaqə saxlamamasını, komitənin fəaliyyətində yaxından iştirak etməməsini, ümumilikdə nizam-intizamının qənaətbəxş olmamasını və son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsini əsas gətirərək, X2 sıralarından çıxarılmasını təklif etmiş, idarə heyəti üzvlərinin qərarı ilə X1 xaric edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X14 cavabdeh İşgəncələrə qarşı xx qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Komitəsinin üzvlüyündən və təsisçiliyindən xaric olunması barədə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə heyətinin 01 aprel 2019-cu il tarixli 5 saylı Protokolunun etibarsız hesab edilməsi və müəyyən edilmiş təsisçi hüququnun həyata keçirilməsində yaranan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai X6 təsisçilərin in 20.06.2005-ci il tarixli ümumi yığıncağı tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 30.06.2005-ci ildə dövlət qeydiyyatına alınmışdır. Birliyinin Nizamnaməsindən görünür ki, x,, xx. və o Komitənin təsisçiləridirlər. Komitəsinin İdarə heyətinin 01.04.2009-cu il tarixli 5 saylı Protokolundan görünür ki,x, X, X2 və X3in iştirakı ilə keçirilən iclasda sədrxx çıxış edərək, onun komitənin sıralarından çıxarılmasını təklif etmiş, fikrini onunla əsaslandırmışdır ki, Komitə rəhbərliyi ilə əlaqə saxlamır, komitənin fəaliyyətində yaxından iştirak etmir, ümumilikdə nizam-intizamı qənaətbəxş hesab etmək olmaz, son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol vermişdir. Buna görə də o, Komitənin sıralarından xaric edilməlidir. Sədrin təklifi idar ə heyətinin üzvləri tərəfindən müzakirə edildikdən sonra səsə qoyulmuş və Komitənin Nizamnaməsinin 5.14-cü bəndinə uğun olaraq (üzvlükdən, təsisçilikdən çıxarılma, İdarə heyətinin qərarı ilə həyata keçirilə bilər) İdarə Heyətinin üzvləri yekdil səsvermə ilə o, təşkilatın sıralarından xaric edilmişdir. İdarə heyətinin sözügedən iclasının keçirilməsi, gündəlikdə olan məsələlər, o cümlədən onun komitənin sıralarından çıxarılması ilə bağlı məsələnin müzakirə ediləcəyi barədə Birliyin həmtəsisçisi və üzvü kimi ona əvvəlcədən məlumat verilməmiş, onun İdarə Heyətinin iclasında iştirakı təmin edilməmiş, bunun üçün müvafiq tədbirlər görülmüşdür. Barəsində qəbul edilmiş həmin qərarla tanış edilməmişdir. Protokolda göstərilənlərlə razı deyil. Belə ki, bütün fəaliyyəti dövründə həmişə Komitə rəhbərliy i ilə əlaqə saxlamış, Birliyin keçirdiyi tədbirlərdə bilavasitə iştirak etmiş, tədbirlərin baş tutmasında, keçirilməsində fəal iştirak edərək təşkilati işlərlə məşğul olmuş, Birliyin aparatına rəhbərlik etmişdir. Fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsi ilə bağlı ona heç vaxt, heç kim tərəfindən, heç bir irad bildirilməmişdir. Komitənin sıralarından xaric edilməsi barədə sözügedən Protokolu tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, əvvəla Birliyin Nizamnaməsinin V hissəsində göstərilir ki, təsisçilər bərabər hüquqlara malikdirlər. Nizamnamənin 5.13-cü bəndinə görə Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir; - Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə; - Mütəmadi olarq Birliyin işində işində iştirak etməKdən boyun qaçırdıqda; - Nizamnamə məqsəd lərinə zidd hərəkət etdikdə. Nizamnamənin 5.14-cü maddəsinə görə üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Nizamnamənin 6.9 və 6.10-cu bəndlərinə əsasən İdarə Heyəti kollegial icra orqanı olub Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir və digər səlahiyyətlərə malikdir. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. İşgəncələrə qarşıxxnin Nizamnaməsinin 6.3-cü bəndinə görə Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Nizamnamənin 5.15-ci bəndinə görə Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən ictimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. Lakin, həm qanunvericiliklə, həm də, Birliyin Nizamnaməsi ilə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur.

5. Cavabdehin nümayəndəsi X10 birinci instansiya məhkəməsinin iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, İddiaçı İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01.04.2009-cu il tarixli 5 nömrəli protokolu ilə Təşkilatın üzvlüyündən xaric edildiyi halda, həmin protokolu 2020-ci il tarixdə məhkəmə qaydasında mübahisələndirdiyini, haz ırki mübahisə ilə bağlı Yasamal Rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli, xx saylı və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6032/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin mövcud olduğunu göstərmiş və iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 04 fevral 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı X9 İşgəncələrə qarşı Azərbaycan Komitəsinin üzvlüyündən və təsisçiliyindən xaric olunması barədə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə heyətinin 01 aprel 2019-cu il tarixli 5 saylı Protokolunun etibarsız hesab edilməsi və müəyyən edilmiş təsisçi hüququnun həyata keçirilməsində yaranan maneələrinin aradan qaldırılması qət edi lmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 337-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin 01.04.2009-cu il tarixli qərarında X3 rəhbərliyi ilə əlaqə saxlamaması, komitənin fəaliyyətində yaxından iştirak etməməsi, ümumilikdə nizam-intizamının qənaətbəxş olmaması və son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsi barədə sədrxxun mülahizələri heç bir konkret dəlillə əsaslandırılmamışdır. Əksinə, təqdim olunmuş sənədlərlə İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai X12 müxtəlif vaxtlarda keçirilmiş iclaslarının protokollarından, Birliyin müxtəlif dövlət qurumları ilə yazışmalarından müəyyən olunmuşdur ki, Deystani X15 dövlət qeydiyyatına alındığı vaxtdan bu günədək həmin təşkilatın təsisçisi, İdarə H eyətinin üzvü kimi daima fəaliyyətdə olmuş, Təşkilatın idarə olunmasında təsisçi və üzv kimi fəal iştirakçı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi ümumi yığıncağın protokoluna istinad edərək iddiaçının təsisçilikdən çıxarıldığını bildirsə də, həmin protokolun əslini məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəf isə protokolun mövcudluğunu mübahisələndirmişdir. Məhkəmə qeyd etmişdir ki, hüquqi şəxsin (ictimai birliyin) təsisçisi ilə onun üzvünü fərqləndirmək lazımdır. Mülki Məcəllədə hüquqi şəxsin təsisçisinin öz iradəsi ziddinə təsisçilikdən xaric edilməsi istisna olunur və nizamnamədə belə müddəa olsa belə, qanunun tələbinə və ruhuna zidd olmaqla əhəmiyyətsizdir. Həmçinin məhkəmə bildirmişdir ki, qeyd edilən dəlillərdən başqa iddiaçı müvafiq dövlət qurumunun (Ədliy yə Nazirliyinin) qeydiyyatında hal-hazırda təsisçi qismində gedir və onun hüquqlarının həyata keçirilməsinə maneə yaradıla bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçının təsisçilikdən çıxarılmasına dair dəlilini rədd edərək bildrimişdir ki, hüquqi şəxsin nizamnaməsində dəyişikliklər müvafiq dövlət qurumunda qeydiyyata alındıqdan sonra qüvvəyə minir. Həmçinin, məhkəmə cavabdehin iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, təqdim olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı X11, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01.04.2009-cu il tarixdə keçirilən iclasın yeri, vaxtı, baxılması üçün iclasın gündəliyinə daxil edilən məsələlər barədə, həmçinin, qəbul edilmiş qərar la, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, protokolla tanış edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 02 iyun 2021-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2x saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İşgəncələrə qarşı Azərbaycan Komitəs i kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işgəncələrə qarşı Azərbaycan Komitəsinin (Komitənin) üzvlüyündən və təsisçiliyindən 01 aprel 2009-cu il tarixdə çıxarılıb. İddiaçı həmin vaxtdan keçən 11 il müddətində iddia etdiyi pozulmuş hüquqlarının bərpası barədə iddia qaldırmayıb və bunu adıçəkilən qərar barədə məlumatının olmaması ilə əsaslandırıb. İddiaçının iddia etdiyi hüququnun pozulması barədə məlumatının olmaması məntiqi və ağlabatan deyildir. Çünki, iddiaçı ötən müddətdə özünü komitənin təsisçi və üzvü kimi hesab edibsə, onun iclaslarında və fəaliyyətlərində iştirak etməliydi. Əgər o, Komitənin iclaslarında və digər fəaliyyətlərində iştirak etməyibsə, yaxud iştirak etməyə imkan ve rilməyibsə, onda deməli, onun Komitənin üzvlüyündən və təsisçiliyindən çıxarılması barədə məlumatı olub. Bunla yanaşı, iddiaçı bu iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia etdiyi hüququnun pozulması barədə nə vaxtdan məlumatının olması barədə heç nə bildirməyib. Yalnız işə birinci instansiya məhkəməsində baxılarkən Komitənin nümayəndəsinin iddia müddətini ötürməsi əsası üzrə iddiadan İmtina barədə məhkəməyə Ərizə təqdim etməsindən sonra bu barədə Yasamal Rayon Məhkəməsində 2020-ci ilin iyul ayında “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddia tələbinin məhkəmə araşdırmaları zamanı şahid qismində ifadə verərkən məlumatı olduğunu bildirib. Bu cür izah subyektiv mülahizələrdir və ötürülmüş iddia müddəti üçün qanuni əsas kimi qəbul edilə bilməz. Hə mçinin, Komitənin keçmiş sədri xxx ölümündən sonra 14 noyabr 2015-ci il tarixdən sonra iddiaçı da daxil olmaqla Komitənin bir neçə üzvü İşgəncələrə qarşı Azərbaycan Komitəsinin rəhbərliyini qanunsuz yollarla ələ keçirmək məqsədilə, guya Komitənin möhürünün itməsi barədə qanunsuz elanlar verib, Komitənin saxta möhürünü düzəltdirib, Komitənin rəhbərliyi kimi bir sıra dövlət orqanlarına qanunsuz müraciətlər ediblər. Elə bu halın özü də sübut edir ki, ötən dövrdə iddiaçının Komitənin üzvlüyündən və təsisçiliyindən çıxararılması barədə məlumatı olub. Bunlardan başqa, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən Komitənin 01 aprel 2009-cu il tarixdə keçirilmiş iclası barədə iddiaçıya məlumat verilib-verilməməsi halı üzrə həmin iclasda iştirak etmiş Komitənin İdarə hey ətinin üzvü Xnın şahid kimi məhkəmədə dindirilməsi ilə bağlı Komitənin nümayəndəsi tərəfindən vəsatət verilib. Lakin hər iki məhkəmə tərəfindən bu vəsatətlər əsassız olaraq təmin edilməyib. İşə birinci instansiya məhkəməsində baxılarkən Komitənin nümayəndəsi məhkəməyə ərizə verərək iddia müddətinin keçməsi əsası üzrə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Lakin məhkəmə tərəfindən buna əhəmiyyət verilməyib. Beləliklə, bütün bunlar göstərir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 375.2.-ci maddəsi tətbiq tətbiq edilərək, iddia müddətinin keçməsi əsası üzrə iddiadan imtina barəsində qərar qəbul edilməli idi. Lakin birinci instansiya məhkəməsi kimi apellyasiya məhkəməsi də, Mülki Məcəllənin 375.2,-ci maddəsin i tətbiq etməli olduğu halda bunu etməyib və subyektiv mülahizələrdə əsaslanaraq müddətin keçməməsi qənaətinə gəliblər. Bunlarla yanaşı, hesab edilsə ki, iddia müddəti keçirilməyib, bu halda da həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qərar qəbul etməli idi. Belə ki, Komitənin Nizamnamənin 5.13-cü maddəsinə İdarə Heyəti tərəfindən üzvlükdən xaric edilə bilər. Nizamnamənin 5.3-cü bəndinə görə Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar və qanunla ictimai birliyin görə Birlik üzvü Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə, mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda və Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə Komitənin təsisçisinin ictimai birliyin üzvündən üstün hüquqları nəzərdə tu tulmur. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqında” qanunun 9.2,-ci maddəsinə görə qeyri-hökumət təşkilatlarının təsisçiləri qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. Həmin qanunun 10.3.-cü maddəsinə görə İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Beləliklə, iddiaçının Komitənin üzvlüyündən və təsisçiliyindən xaric edilməsi yuxarıda göstərilən qaydada qanuna və Nizamnaməyə uğun olaraq həyata keçirilib. Bütün bunlarla yanaşı, Komitənin idarə heyətinin 01 aprel 2009-cu il tarixli iclasının protokolunun məhkəməyə təqdim edilən surətinin sübut kimi mübahisələndirilməsinin də hüquqi əsası yoxdur. Çünki, bu sənəd Komitənin sən ədidir və İşgəncələrə qarşı Azərbaycan Komitəsi ictimai Birliyi onun doğruluğunu təsdiqləyir. Digər tərəfdən iddiaçı məhkəməyə surəti təqdim edilən Komitənin idarə heyətinin 01 aprel 2009-cu il tarixli, 5 saylı Protokolunun etibarsız hesab edilməsi barədə iddia tələbi ilə həmin sənədin hüquqiliyini tanıyıb. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə araşdırmalarında tamamilə sənədlərin kserosurətlərinin təqdim edilməsi tələb edilir. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına daxildir və məhkəmə araşdırmalarında Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə istinad edilir. Beləliklə, 01 aprel 2009-cu il tarixli iclasının protokolunun məhkəməyə təqdim edilən surəti sübut kimi qəbul edilə bilər. Bunlardan başqa, məhkəmə qətnamələrində X13 sədri kimi t əqdim edilməsi, onun və digər şəxslərin müvafiq dövlət qurumlarına müraciətlərinin Komitənin müraciətləri kimi ifadə edilməsi də qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Məhkəmə iclasında iddiaçının vəkili F.Qasımov kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

13. Etiraz iddiaçının vəkilininin məhkəmə iclasında verdiyi izahatı ilə eyni məzmundadır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəl ləsi:

16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.“

17. Maddə 375. “Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, kömə ksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunu:

19. Maddə 1.2. Bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir.

20. Maddə 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.

21. Maddə 8.1. İictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və kö məkçilər aiddir.

22. Maddə 9.1. Qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər.

23. Maddə 9.2. Qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir.

24. Maddə 10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvlər i ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər.

25. Maddə 25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

26. Maddə 26.1. İctimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari r əhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir.

27. Maddə 26.3. İctimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisəl əndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

34. İşgəncələrə qarşıxxnin Nizamnaməsi 20.06.2005-ci il tarixdə təsisçilər x, x və xx. tərəfindən tərtib edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 30.06.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatıdır. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin iclasının 01.04.2009-cu il tarixli, 5 saylı protokolunun surətindən görünür ki, xxx, Xnın, X2un və X3in i ştirakı ilə keçirilən iclasda sədrxx çıxış edərək, komitə rəhbərliyi ilə əlaqə saxlamamasını, komitənin fəaliyyətində yaxından iştirak etməməsini, ümumilikdə nizam-intizamının qənaətbəxş olmamasını və son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsini əsas gətirərək, X2 sıralarından çıxarılmasını təklif etmiş, idarə heyəti üzvlərinin yekdil qərarı ilə X1 xaric edilmişdir.

35. Məhkəmə hesab etmişdir ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin 01.04.2009-cu il tarixli qərarında X3 rəhbərliyi ilə əlaqə saxlamaması, komitənin fəaliyyətində yaxından iştirak etməməsi, ümumilikdə nizam-intizamının qənaətbəxş olmaması və son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsi barədə sədrxxun mülahizələri heç bir konkret dəlillə əsaslandırılmamışd ır. Əksinə, təqdim olunmuş sənədlərlə İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai X12 müxtəlif vaxtlarda keçirilmiş iclaslarının protokollarından, Birliyin müxtəlif dövlət qurumları ilə yazışmalarından müəyyən olunmuşdur ki, Deystani X15 dövlət qeydiyyatına alındığı vaxtdan bu günədək həmin təşkilatın təsisçisi, İdarə Heyətinin üzvü kimi daima fəaliyyətdə olmuş, Təşkilatın idarə olunmasında təsisçi və üzv kimi fəal iştirakçı olmuşdur.

36. Cavabdehin nümayəndəsi ümumi yığıncağın protokoluna istinad edərək iddiaçının təsisçilikdən çıxarıldığını bildirsə də, həmin protokolun əslini məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəf isə protokolun mövcudluğunu mübahisələndirmişdir.

37. Məhkəmə qeyd etmişdir ki, hüquqi şəxsin (ictimai birliyin) təsisçisi ilə onun üzvünü fərqləndirmək lazımdır. Mülk i Məcəllədə hüquqi şəxsin təsisçisinin öz iradəsi ziddinə təsisçilikdən xaric edilməsi istisna olunur və nizamnamədə belə müddəa olsa belə, qanunun tələbinə və ruhuna zidd olmaqla əhəmiyyətsizdir.

38. Həmçinin iddiaçı müvafiq dövlət qurumunun (Ədliyyə Nazirliyinin) qeydiyyatında hal-hazırda təsisçi qismində gedir və onun hüquqlarının həyata keçirilməsinə maneə yaradıla bilməz.

39. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçının təsisçilikdən çıxarılmasına dair dəlilini rədd edərək bildirmişdir ki, hüquqi şəxsin nizamnaməsində dəyişikliklər müvafiq dövlət qurumunda qeydiyyata alındıqdan sonra qüvvəyə minir.

40. Cavabdehin iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, təqdim olunmuş süb utlardan müəyyən olunur ki, iddiaçı X11, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01.04.2009-cu ul tarixdə keçirilən iclasın yeri, vaxtı, baxılması üçün iclasın gündəliyinə daxil edilən məsələlər barədə, həmçinin, qəbul edilmiş qərarla, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, protokolla tanış edilməmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

42. İşin hallarından görünü r ki, iddiaçı X11, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01.04.2009-cu il tarixdə keçirilən iclasın yeri, vaxtı, baxılması üçün iclasın gündəliyinə daxil edilən məsələlər barədə, həmçinin, qəbul edilmiş qərarla, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, protokolla tanış edilməmişdir.

43. Hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmal ıdır.

44. Apellyasiya məhkəməsi hesab etmişdir ki, X11, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01.04.2009-cu ul tarixdə keçirilən iclasın yeri, vaxtı, baxılması üçün iclasın gündəliyinə daxil edilən məsələlər barədə, həmçinin, qəbul edilmiş qərarla, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, bu səbəbdən də iddia müddətinin axımının protokolun qəbul edilməsi tarixindən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir.

45. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi sənəd əqd olmadığından və onun irəli sürdüyü tələbə 10 illik iddia müddəti şamil edildiyindən iddiaçı iddia müddətini ötürməmişdir

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiy a məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

47. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar