Məhkəmə qərarları › İş №2(102)-6149/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6149/2019

27.09.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6149/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X, Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov r ayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) İddiaçı cavabdehlər Cavabdeh2, X, Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) Nərimanov rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1ndan 1431 manat maddi və 2200 manat mənəvi, cəmi 3631 manat zərərin əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya i nstansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, yekun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə, məhkəməyə müraciət edərək, cavadehlər X həkimi Cavabdeh2 və X həkimi Cavabdeh3 iddiaçı xeyrinə maddi ziyana görə 12.000(on iki min) manat, mənəvi ziyana görə 12.000(on iki min) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq, birdəfəlik həcmdə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, X həkimi Cavabdeh2, X həkimi X, SX həkimi X və X baş həkimi X barəsində cinayət işi başlanması üçün xüsusi qərardad çıxarılaraq, aidiyyəti üzrə prokurorluğa göndərilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı adına X tərtib edilmiş 2090/476 saylı stasionar xəstənin tibbi kartasından görünür ki, sonuncu 14.09.2017-ci il tarixdə saat 12:55-d ə “Sağ əlin bilək nahiyəsinin kəsilmiş yarası” diaqnozu ilə cərrahiyyə şöbəsinə qəbul edilmişdir. İddiaçı təyin edilmiş diaqnoz sağ əlin bilək nahiyəsinin kəsilmiş yaraları (2 ədəd), biləyi bükən əzələ vətərlərinin kəsilməsi, yaradan qanaxma omuşdur. Həmin diaqnoz üzrə 14.09.2017-ci il tarixində İddiaçı üzərində Cavabdeh2 tərəfindən cərrahiyyə əməliyyatı keçirilərək biləyi bükən əzələ vətərlərinin tamlığı bərpa edilmişdir. Eyni zamanda işin hallarından görünür ki, bu əməliyyatdan sonra İddiaçı əməliyyat olunmuş biləyinin 4-cü və 5-ci barmaqlarında hissiyatın pozulması və hərəkətin hissəvi olması müəyyən edilmiş və qeyd edilən fəsadlara görə sonuncu 16.10.2017-ci il tarixində Azərbaycan Tibb Universitetinin X1 təkrar əməliyyat edilmişdir. Məhkəmə tibbi-ekspertizasının 05 iyun 2018-ci il tar ixli rəyinə əsasən 14.09.2017-ci il tarixdə X İddiaçı üzərində təcili dirsək arteriyasının qanaxmasının dayandırılması və biləyin dirsək bükücü vətərinin bərpası əməliyyatı aparılmışdır. Aparılmış təcili cərrahi əməliyyat zamanı qanaxma dayandırılmış, vətərlər tikilmişdir. Lakin, kəsilmiş sinir bərpa edilməmişdir. İddiaçı aparılmış müayinə və müalicələr tam həcmdə olmamışdır. Əlavə məhkəmə tibbi-ekspertizasının 18 yanvar 2019-cu il tarixli rəyinə əsasən İddiaçı adına X tərtib edilmiş tibbi sənədlərdə götərilənlərə əsasən, o, 14.09.2017-ci il tarixdə sağ əlin bilək nahiyyəsində kəsilmiş yaralar, aktiv qanaxma şikayətləri ilə cərrahiyyə şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “Sağ əlin bilək nahiyyəsinin kəsilmiş yaraları (2 ədəd). Biləyi bükən əzələ vətərləri nin kəsilməsi. Yaradan qanaxma” diaqnozu təyin edilmişdir. Xəstənin vəziyyətinin ağırlığını, yaradan intensiv arterial qanaxmanın olduğunu nəzərə alaraq üzərində təcili “ Yaraların birincili cərrahi işlənməsi. Kəsilmiş biləyi bükən əzələ vətərlərinin bərpası” cərrayiyyə əməliyyatı icra edilmişdir. Bu əməliyyat təcili tibbi yardım kimi qiymətləndirilə bilər. Yara birincili işlənib vətərlər tikilsə də, sinirin kəsilməsi olduğu halda bu bərpa edilməmişdir. Qeyd olunanları nəzərə alaraq sağ əlin bilək nahiyyəsində aparılmış birinci əməliyyat zamanı onda dirsək sinirinin zədələnməsi istisna edilir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş ve rməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmas ından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin maddi və mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntus u törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Bununla əlaqədar, mülki hüquq pozuntusunun tərkibi yarandığından, Cavabdeh1 mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən müayinə və müalicənin düzgün aparıldığı, bunun hər iki ekspert rəyi ilə öz əksini tapdığı qənaətinə gələrək maddi və mənəvi ziyanla bağlı iddianı rədd etmişdir. İşin göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh həkim Cavabdeh2 tərəfindən iddiaçının üzərində edilmiş t ibbi müdaxilələrdən sonra iddiaçının səhhətində yaxşılaşmalar getməsi əvəzinə, fəsad törədən pisləşmə halları da yaranan problemlərin məhz cavabdehin onun üzərində apardığı düzgün olmayan tibbi müdaxilələr nəticəsində yarandığını iddia etməyə əsas verir. Çünki, insan canlı və bioloji varlıq olduğundan onun üzərində düzgün tibbi müdaxilələr edilmişdirsə, sağalma prosesi getmək əvəzinə, fəsad törədəcək nəticələr yaranmazdı. İddiaçı ona 12000(on iki min) manat maddi ziyan vurulduğunu iddia etsə də, məhkəməyə yalnız ona 1431(min dörd yüz otuz bir) manat maddi ziyan vurulduğuna dair sübut təqdim etmişdir. Ona görə də, iddia tələbi maddi ziyan hissəsində qismən təmin olunmalıdır. Bundan başqa, iddiaçı cavabdehlərdən 12000(on iki min) manat mənəvi zərər də tələb etmişdir. Əvvəla, yuxarıda qeyd ol unduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh həkim Cavabdeh2 düzgün və tam olmayan tibbi müdaxiləsi nəticəsində iddiaçı mənəvi iztirab və sarsıntı keçirmişdir. İddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin mümkün olduğunu da apellyasiya şikayətində açıqlamır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh həkim Cavabdeh2 düzgün və tam olmayan tibbi müdaxiləsi iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olmuşdur. Buna görə də, cavabdeh Xəstəxana mənəvi zərərə görə də məsuliyyətdən azad edilməməli və o, iddiaçıya vurulmuş mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Bununla yanaşı, iddiaçı vurulmuş mənəvi zərərin miqdarını 12000(on iki min) manat məbləğində müəyyən etsə də, apellyasiya baxışı zamanı, həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nə ticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 2200(iki min iki yüz) manat alınmasını ağlabatan və ədalətli hesab etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar