Məhkəmə qərarları › İş №2(102)-6153/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6153/2019

27.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6153/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Qoldman Tatyana Aleksandrovna, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, iddiaçının vəkili X4, cavabdeh X5, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimavon rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 8.734 (səkkiz min yeddi yüz otuz dörd) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) Nərimanov rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Res publikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh təmir xərcləri olaraq alınmış və geri qaytarılmamış 8.914 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 8.944 manat məbləğində pulun tutularaq ona ödənil məsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kolle giyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı ilə razılığa gələrək, ünvan 1 ünvanda yerləşən mənzilin təmir edilməsi və məişət texnikasının alınması barədə üzərinə öhdəlik götürmüş və bunun müqabilində qeyd olunan xidmətlərin göstərilməsi üçün iddiaçıdan müəyyən məbləğdə pul vəsaitini almışdır. Lakin Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və bununla iddiaçıya ziyan vurmuşdur. Bununla əlaqədar, İddiaçı Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş və nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü ma ddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3.500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2018ci il tarixli Qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2017-ci il tarixli qərarından məhkum edilmiş Cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti təmin edilərək, X3 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2017-ci il tarixli qərarı və bununla əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkməsinin 21 iyul 2017-ci il tarixli hökmü ləğv edilmiş, Cavabdeh barəsində cinayət təqibinə CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraətverici əsasla xitam verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2018-ci il tarixli, 19309 nömrəli ekspert rəyi ilə ünvan 2 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 56 saylı mənzildə aparılmış tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri (təmirin apardığı 2016-cı il tarixdə tikinti materialların və xidmət haqqının dəyəri əsas götürülməklə) təqribən 19.301 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı hazırda Cavabdeh tərəfindən ondan işlərin görülməsi və əşyaların alınması üçün alınmış və geri qaytarılmamış 8.914 manat məbləğində pul vəsaitinin olduğunu iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Cavabdeh iddianı qəbul etmir və iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını bildirir. İşin halları ilə müəyyən edilir ki, bu barədə müqavilə bağlamasalar da, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Bu münasibətlərə uyğun olaraq cavabdeh, iddiaçının ona ödədiyi pul (muzd) müqabilində iddiaçıya məxsus mənzilin təmiri və əşyaların alınıb quraşdırılması ilə bağlı xidmətlər göstərməli idi. Lakin cavabdeh bu münasibətlərdən irəli gələrək üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıdan aldığı pulun müqabilində görməli olduğu bütün işləri görməmiş, habelə bir sıra işləri qüsurlu şəkildə görmüş və qüsuru aradan qaldırmamışdır. İddiaçı da hazırda bu qüsurların aradan qaldırılması üçün çəkdiyi xərclərin əvəzini cavabdehdən tələb edir. Cavabdeh özü də iddiaçının mənzilinin holunda divarların mebel örtüklə işləməsi, qonaq otağında divar üzlüklərinin arasının boyalanması, vanna otağında jakuzi və aksesuarların quraşdırılması və soyuducun alınması kimi işlərin qalıq kimi qaldığını etiraf edir (halbuki, məhkəmə iclası zamanı tərəfindən verilmiş izahatda üzərinə götürdüyü bütün işlərin lazımi səviyyədə yerinə yetirildiyini bildirmişdir). Başqa sözlə, bu işlərin onun tərəfindən yerinə yetirilməli olmasını təsdiq edir. Eyni zamanda, mebel üzləmələrdən qalıq qalan pulun onda olmasını da bildirir (Bu izahat yazılandan sonra da onun iddiaçının mənzildə hər hansı işlərin görülməsi müəyyən edilmir). Tərəflər arasında, o cümlədən iddiaçının həyat yoldaşı ilə cavabdeh arasında olan yazışmadan da görünür ki, mebellərin ümumi dəyəri 50% endirimlə 6.900 manat təşkil edir. Bu da bir daha cavabdehin bütün mebellərin alınıb quraşdırılmasını öz üzərinə götürdüyünü təsdiq edir. Lakin nəticədə yalnız uşaq mebeli quraşdırmışdır. Tərəflər arasında olan yazışmadan o da görünür ki, cavabdeh ümumilikdə üzərinə götürdüyü işlərin tam olaraq yerinə yetirilməsindən yayınmışdır (avtobusda olduğunu və gəldiyini, habelə metroda və ya skladda olduğunu bildirir). Nəticədə dəhlizin divar lövhələrinin işlənməsi, qonaq otağında boya işlərinin görülməsi, v anna otağında santexnika, habelə mənzildə parket işlərinin yerinə yetirilməsi üçün iddiaçı əlavə ustalar çağırmaq və bu işlərin görülməsi, yəni bu sahədə mövcud olan qüsurların aradan qaldırılması üçün əlavə vəsait xərcləmək məcburiyyətində qalmışdır. Eyni zamanda işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə aparılmış tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri (təmirin apardığı 2016-cı il tarixdə tikinti materialların və xidmət haqqının dəyəri əsas götürülməklə) təqribən 19.301 manat məbləğində müəyyən olunmuşdur. Halbuki, cavabdeh özü də bu işlərin görülməsi üçün ona 49.000 manat məbləğində pulun verildiyini bildirmişdir. Başqa sözlə, cavabdeh tərəfindən bu işlərin görülməsi üçün ümumilikdə iddiaçıdan alınmış məbləğdə reallığı əks etdirmir və təmirin ümumi dəyərindən xeyli azdır. Hüquqi nəticə etibarı ilə cavabdehdən (mebellərin dəyəri olaraq 5.300 manat, dəhlizin divar lövhələrinin quraşdırılması üçün ödənilmiş 1.200 manat, qonaq otağında aparılmış boya işləri üçün ödənilmiş 350 manat, vanna otağında aparılmış santexnika işləri üçün ödənilmiş 360 manat, parket işləri üçün ödənilmiş 928 manat, iş alətlərinə görə ödənilmiş 246 manat, dəsmal qurudan üçün ödənilmiş 350 manat, cəmi 8.734 manat) iddiaçının xeyrinə cəmi 8.734 manat məbləğində pul tutulmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçünc ü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; Həmin Məcəllənin 764-cü maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həm in qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bu nun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya əlamətlərinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh onun barəsində qəbul edilmiş məhkəmə aktlarının qanunsuz olmasını Ali Məhkəmənin Cinayət Kollegiyasının 09 yanvar 2018-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, həmin qərarla cavabdehin barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, hazırki iddianın əsassızlığına dəlalət etmir. Çünki, iddiaçının cavabdehə qarşı hazırki tələbi sırf podrat münasibətlərindən yaranmış, yəni cavabdeh podratçı olaraq qüsurlu iş gördüyünə görə ona qarşı belə bir iddia irəli sürülmüşdü r. Cinayət işi üzrə cavabdehin təqsirləndirildiyi əməl bilavasitə iddiaçı ilə aralarında yaranmış podrat münasibətlərinin tərkib hissəsi olan, yalnız bir epizodla bağlı olmuş, lakin həmin fakt üzrə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi, heç də cavabdehi hazırki iddia üzrə mülki hüquqi məsuliyyətə cəlb edilməkdən azad etmir. Çünki, cavabdeh podrat münasibətləri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi qüsurlu icra etmişdir. Bu hal iş materialları ilə açıq-aşkar təsdiq olunur. Ona görə də, cavabdehin hazırki qətnaməni onun əsassız olaraq yüklənməsinə və öhdəçiliyə cəlb olunmağına xidmət etməsi kimi qiymətləndirməsi, şəxsi mülahizələrinə əsaslanan fikirləridir. İkincisi, apellyasiya baxışı zamanı da cavabdeh gördüyü işlərə görə iddiaçı tərəfdən 49000(qırx d oqquz min) manat aldığını etiraf etmişdir. Lakin məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə mübahisəli mənzildə aparılmış təmir tikinti işlərinin 19.301 manat məbləğində olması müəyyən olunmuşdur. Göründüyü kimi, bu halda iddianın əsaslı olmasına dəlalət edir. Cavabdeh ekspertiza rəyinə etiraz etsə də, bu etiraz təkrar ekspertizanın keçirilməsi üçün əsas deyildir. Belə ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə üçün məcburi deyildir, məhkəmə həmin rəylə razılaşmaya, əlavə yaxud təkrar ekspertiza təyin edə bilər. Lakin məhkəmənin də həmin rəylə razılaşmaması üçün əsaslar olmalıdır. Belə bir əsas isə məhkəmələr tərəfindən aşkar edilməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilmə sinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar