Məhkəmə qərarları › İş №2(102)-616/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-616/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-616/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1342/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları «Nissan Patrol» markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" LŞ QSCyə məxsusdur. Cavabdeh “Nissan Patrol” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili 05.06.2014-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törədib, “Mercedes Benz E350” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat inzibati cərimə olunmuşdur. 05 iyun 2014-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz E 350” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə 15600 manat dəyərində maddi ziyan vurul muşdur. “Azinterservis” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, “Mercedes Benz E 350” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə 15600 manat ziyan dəymişdir. 27.06.2014-cü il tarixdə "xxxx" SŞ ASC tərəfindən VİP Leasinq MMC-yə 5000 manat ödəniş edilmişdir. 26 sentyabr 2014-cü il tarixdə azad olma məbləği və "xxxx" SŞ ASC tərəfindən ödənilmiş 5000 manat çıxıldıqdan sonra 10400 manat sığorta ödənişi verilmiş, bu barədə sığorta aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13212 saylı 29.06.2018-ci il tarixli ekspert rəyinə əsasən, “Mercedes Benz E350” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmiş faizi tətbiq edilməklə təxminən 11575 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MV-C(L)00644 saylı sığorta şəhadətnaməsi ilə “Avtomobillərin maddi zərərdən sığortası” növü ilə sığortalanmış “Mercedes Benz E350” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 10400 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu, cəmi 10430 (on min dörd yüz otuz) manat məbləğin cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Lizinq Şirkəti QSC-nin etibarnaməsi əsasında idarə etdiyi və lizinq müqaviləsi əsasında ona məxsus olan “Nissan Patrol” markalı **-A S-*** dövlət qeydiyyat nişanlı avtomobili 05.06.2014-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törədib, "xxxx" MMC-ə məxsus olan və İddiaçı ASC-də MV-C(L)00644 saylı sığorta şəhadətnaməsi ilə “Avtomobillərin maddi zərərdən sığortası” növü ilə sığortalanmış “Mercedes Benz E350” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, maddi ziyan vurmuşdur. Qeyd olunan hadisədə Cavabdeh təqsirli olması Sumqayıt şəhər DYPŞ-nin protokolu ilə təsdiqlənmişdir. “Azinterservis” müəssisəsinin 12.09.2014-cü il tarixli qiymətləndirmə aktına əsasən zərərin miqdarı 15600 manat müəyyən edilmiş, “Nissan Patrol” markalı, **AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası” "xxxx" ASC sığ ortalandığından 5000 (beş min) manat həmin sığorta şirkəti tərəfindən "xxxx" şirkətin hesabına ödənilmiş, İddiaçı ASC tərəfindən sığorta müqaviləsinə və MV 677/14 saylı sığorta aktına azadolma məbləği 200 (iki yüz) manat çıxılmaqla 10400 (on min dörd yüz) manat sığorta ödənişi ödənilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Həsənov (sədrlik edən), iş № 2(008)-459/2018) iddia qismən təmin edilərək, Cavabdeh 6575 manat məbləğində verilmiş sığorta ödənişi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdr ki, Cavabdeh “Nissan Patrol” markalı **AS-*** dövlət qeydiyyat nişanlı avtomobili 05.0 6.2014-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törədib, “Mercedes Benz E350” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sığortalı avtomaşına zərər dəymişdir. Məhkəmə hadisə nəticəsində dəymiş zərərin həcminin 11575 manat olması nəticəsinə gələrək ondan ödənilmiş sığorta məbləği çıxmaqla subroqasiya qaydasında 6575 manatın tutulmalı olmasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev, iş № 2(103)-1342/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-459/2018 saylı mülki iş üz rə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsi ilə təqsirli bilindiyinə, iş materialları ilə vurulmuş zərərin məbləği sübuta yetirildiyinə və zərərə görə sığorta ödənişi həyata keçirildiyinə görə həmin məbləğin subroqasiya qaydasında tutulmasına dair iddianın qismən təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh “Mercedes Benz E 350” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş zərərə görə 30000 manat pul verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1342/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində zərərin məbləğinin artıq hesablanması, ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmədən yekunlaşdırılması, vermiş olduğu 30000 manatın nəzərə alınmaması, həmin məbləğin verilməsini təsdiq edə biləcək şahidlərin dindirilməməsini göstərmişdir. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermiş və qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayət verən cavabdehin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliy ə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna b ilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxs lərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şika yəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Belə ki, iş materiallarında olan SMS məlumatından çıxarışdan görünür ki, cavabdeh 09.02.2021 -ci il tarixdə keçiriləcək məhkəmə iclası barədə 29.12.2020-ci ildə məlumatlandırılıb, onun həmin gündə keçiriləcək məhkəmə iclası barədə məlumatı olmuş, lakin hər hansı üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Dəymiş zərərin məbləğini araşdıran birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin etmiş və həmin ekspertizanın rəyi əsasında müəyyən olunmuş məbləği əsaslı hesab etmişdir. Həmin zaman məhkəmələr qeyd etmişlər ki, məbləğin daha az həcmdə olmasını təsdiq edən sübutlar mövcud deyildir. Cavabdeh tərəf bununla bağlı müvafiq sübutları təqdim etməmişdir. Belə olan halda hazırki şikayətdə istinad olunan dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1342/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar