Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-616/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: uydurma əqd, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5989/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını a raşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. xx.xx.2004-cü il AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, A.Ələsgər küçəsi, ev 6, mənzil 52-də yerləşən, ümumi sahəsi 82,15 kv.m. olan, 4 (dörd) otaqlı mənzili Cavabdeh 50000000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 0480538, 0480540, ******* və ******* saylı çıxarışlara əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzilə X11, X8, X9 və X6 mənzilə istifadə hüququ ilə xeyrinə yüklü edilən şəxslər kimi, Cavabdeh isə mülkiyyət hüququ yüklü edilən şəxs dövlət reyestrində qeydiyyata alınmışlar.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 ap rel 2010-cu il 2(011)-518/2010 saylı qətnaməsi ilə X2 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, əqdin bağlanmış hesab edilməsi və çıxarışın verilməsi, mənzilin bölünməsi barədə” ilkin, Cavabdeh X4 qarşı “mənzildən çıxarma” barədə qarşılıqlı iddia tələbləri rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.
5. Xətai Rayon Məhkəməsinin 2(011)-250/2012 saylı 27 fevral 2012-ci il tarixli qətnaməsi ilə X2 İddiaçı və Cavabdeh qarşı Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinə dair X5 və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə, 01 mart 1965-ci il tarixdən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 53-cü maddəsinə uyğun olaraq xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə, 01 mart 1965-ci il tarixdən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 53-cü maddəsinə uyğun olaraq başqa əqdi pərdələmək üçün bağlanmış əqd kimi, tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunaraq həmin müqavilənin alıcı qismində onun əri X10 ilə bağlanmış hesab edilməsinə, ünvan 1 saylı mənzilin İddiaçı adına şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 28 saylı reyestr kitabının 4188 saylı səhifəsində aparılmış 30/4947 saylı xx.xx.1992-ci il tarixli qeydin dəyişdirilərək həmin yaşayış sahəsinin mülkiyyətçi hüququ ilə onun və mərhum əri X7 adına qeydiyyata alınmasına dair müvafiq qeydin aparılması və bu barədə onun və mərhum əri X7 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə, Bakı şə həri Xətai rayonu Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinə dair İddiaçı, Cavabdeh arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 16 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası MM-nin 340.1, 337.1, 337.3-cü maddələrinə müvafiq olan uydurma əqd kimi etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinə dair Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılmasına dair iddia ərizəsi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlaka dair aralarında bağlanmı ş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr nömrəsi 0480537, qeydiyyat nömrəsi ********** olan xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun xalası X6 və onun mərhum əri X1 rayonundan məcburi köçkün düşdükdən sonra özünə məxsus qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pul vəsaiti ilə 1992-ci ildə mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 6 saylı evin 52 saylı mənzilini 700000 keçmiş sovet rubluna alqı-satqı yolu ilə əldə etmiş, həmin yaşayış sahəsinin dəyərini təşkil edən 700000 keçmiş sovet rublu onlar tərəfindən X3 tam şəkildə ödənilmişdir, lakin həmin vaxt Bakı şəhərinə qeydiyyatları olmadığından yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş qeydiyyat vəsiqəsi formal olaraq Aybəniz Fərəcovanın bacısı qızı kimi onun adına rəsmiləşdirilmişdir, 1992-ci ildən etibarən xalası A.Fərəcova həyat yoldaşı və uşaqları ilə birlikdə bu mənzildə yaşamışlar, 2004-cü ildə özünün ailəsində problemlər olduğundan, 40 saylı DNK notariusu Ş.Hüseynovanın mənzilə dair Bakı şəhərində qeydiyyatı olan başqa şəxsin adına alqı-satqı müqaviləsi bağlamaq barədə məsləhətini, digər uşaqlarının məcburi köçkün kimi müəyyən edilən imtiyazlardan istifadə etmək imkanını nəzərə alıb mənzili xalasının həyat yoldaşı E.Qasımovun razılığı ilə müvəqqəti olaraq A.Fərəcovanın qızı Cavabdeh adına keçirməyi qərara alırlar. xx.xx.2004-cü il tarixdə o və Cavabdeh arasında qeyd edilən mənzilə da ir AN-1 seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin alqı-satqı müqaviləsi əsasında yaşayış sahəsi cavabdehin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımış, həmin müqavilə üzrə alıcı qismində çıxış edən cavabdeh tərəfindən satıcı-ona müqavilədə şərtləşdirilmiş 50000000 AZN ödənilməmiş, sadəcə olaraq ailənin bir üzvü kimi xalası A.Fərəcova və mərhum əri E.Qasımova məxsus yaşayış sahəsi cavabdehin adına keçirilmiş, yəni həmin əqdin bağlanmasında əsas məqsəd mənzilin cavabdehə satılması olmamışdır. Həmin əqd uydurma əqd olmuşdur. Bundan əvvəlki məhkəmə mübahisələri zamanı Bakı şəhəri 40 saylı DNK notariusu Ş.Hüseynova da öz izahatında göstərmi şdir ki, əqdin bağlanması zamanı Cavabdeh gənc olması alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğdə pul əldə etməsi mümkünsüzdür. Həmin vaxt mənzilin faktiki sahibi kimi ailənin idarəçisi sayılan Aybəniz Fərəcova olmuşdur. xx.xx.2008-ci il tarixdə A.Fərəcova həyat yoldaşı vəfat etdikdən sonra qızı Cavabdeh inanmadığından mənzili satmaq istəmiş, lakin Cavabdeh mənzilə dair sənədləri götürərək mənzilin satılmasına razılıq verməmişdir. 2008-ci ildən Cavabdeh digər ailə üzvlərinin razılığı olmadan ailə quraraq başqa mənzilə köçmüş və həmin vaxtdan sonra mübahisəli mənzildə yaşamamışdır. Bunu MKTB-nin arayışı da təsdiq edir. Mənzilin təmir olunması da məhz A.Fərəcovanın vəfat etmiş ərindən qalan vəsait hesabına həyata keçirilmişdir. İndiyədək mənzildə A.Fərəcova, onun oğlu Z.Qasımov və onu n ailə üzvləri faktiki olaraq yaşayır, mənzilin saxlanılması və kommunal xərcləri (su, enerji, qaz və s.) onların hesabına ödənilir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyul 2023-cü il tarixli 2(011)-2462/2023 nömrəli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, iddia tələbi sübutetmə yükü ilə bağlıdır, iddiaçı tələbinin əsası kimi irəli sürdüyü dəlillərə dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır.
10. Məhkəmə, iddiaçının “mənzilin alqı-satqısının formal olması, həmin mənzil alınarkən pulun digər şəxs (Fərəcova Aybəniz və onun həyat yoldaşı) tərəfindən ödənilməsi, cavabdehə satılarkən də hər hansı bir ödənişin həyata keçirilmədiyi, həmin dövrdə cavabdehin ödəniş etmək iqtidarında olmaması, alqı-satqı barədə müqavilənin başqa şəxsin (Aybəniz Fərəcovanın) göstərişi ilə yerinə yetirilməsi barədə” dəlillərinə münasibətdə hesab etmişdir ki, bu hallar müqavilənin etibarsız hesab edilməsi barədə nəticəyə gəlmək üçün kifayət deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, alqısatqı müqaviləsi buna hüququ olan şəxslər tərəfindən bağlanmış, müqaviləyə dair tələblərə riayət olunmuşdur. Mənzilə dair ödənişin olmaması və alqı-satqı müqaviləsinin üçüncü şəxsin maraqları əsasında bağlanması barədə dəlillərə münasibətdə bu hallar əvvəla, iş materialları ilə sübut olunmur, ikincisi, belə hallar alqı-satqı müqaviləsinin etibarsızlığı deyil, öhdəliklərin yerinə yet irilməməsi səbəbi ilə onun ləğvi üçün əsasdır.
11. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu sübutlar mənzilə dair müqavilənin etibarsızlığını təsdiq edən halları özündə ifadə etmir, əksinə tərəflər arasında mənzilə dair müqavilənin bağlanmasını, o cümlədən iddiaçıya məxsus əmlakın cavabdehə satılmasını təsdiq edir. Ona görə də bu sübutlar iddia tələbinin təmin edilməsi üçün əsas kimi məhkəmə tərəfindən nəzərə alına bilməz.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 16.1, 139.1, 158.1, 337.1, 337.2, 354.2, 389.1, 390.1, 393, 399.1, 406.1, 417.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında kifayət qədər sübutlar olsa da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5989/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (V.Sadıqov (sədrliyi və məruzəsi ilə), hakimlər A.İsgəndərov və M.Rüstəmli) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, mübahisəli əmlakın alqı-satqısının etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən olunmamışdır.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, X6 hazırki iş üzrə tərəflər olan İddiaçı və Cavabdeh qarşı eyni əsaslarla iddia qaldıraraq hazırda mübahisələndirilən 16 aprel 2004-cü il tarixli müqaviləni də mübahisələndirmiş, uydurma əqd kimi etibarsız hesab edilməsini tələb etmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin məqsədi müqavilənin predmeti olan daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin alıcı üçün yarana biləcək hüquqi nəticənin yaranması, yəni satıcı İddiaçı mübahisəli mənzilə olan mülkiyyət hüquqlarının alıcı Cavabdeh keçməsi, sonuncunun məhz bu daşınmaz əmlaka mülkiyyət hüquqlarının yaranması olmuşdur. Qətnamədə həmçinin göstərilmişdir ki, iddiaçı A.X.Fərəcova izahatında İddia çı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin məqsədinin Bakı şəhəri Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinin Cavabdeh mülkiyyətinə müvəqqəti keçirilməsi olduğunu qeyd etsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu xüsusat məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Bağlanan alqı-satqı müqaviləsində tərəflər belə bir şərt müəyyən etməmişlər.
18. Göründüyü kimi qüvvədə olan qətnamə ilə hazırda mübahisələndirilən müqavilənin etibarlılığı yoxlanılmış, əqdin uydurma olması ilə bağlı dəlillər öz təsdiqini tapmamış və iddia tələbi rədd edilərək, müvafiq münasibət bildirilmişdir.
19. Hazırki iddia tələbində də iddiaçı eyni əsaslarla çıxış edərək əqdin uydurma əqd olduğundan etiba rsız hesab edilməsini tələb etmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 324.1, 337, 340.1, MPM-nin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli mənzil faktiki olaraq Qasımovlar ailəsinə məxsus olmuş və İddiaçı adına rəsmiləşdirilmişdir. So nradan mənzil formal olaraq xx.xx.2004-cü il tarixdə İddiaçı adından Aybəniz Fərəcovanın qızı – Cavabdeh adına keçirilmişdir. Həmin əmlakın Cavabdeh adına rəsmiləşdirilməsinə səbəb İddiaçı ailə daxilində yaranan problemləri olmuşdur. Bunu nəzərə alaraq Qasımovlar ailəsi Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi 6 saylı evin 52-ci mənzilini alqı-satqı müqaviləsi əsasında ailə üzvü olan Cavabdeh adına rəsmiləşdirməyi qərara alırlar. Hətda, Cavabdeh faktiki olaraq müqavilədə nəzərdə tutulmuş mənzilin satış qiymətini də satıcı İddiaçı ödəməmişdir. Lakin bir müddət sonra Cavabdeh ailə quraraq başqa yerə köçür. Buna görə də onun ailə qurmasına etiraz edən ailə üzvləri ilə münasibətləri pisləşir. Belə olan halda Cavabdeh yaranmış vəziyyətdən istifadə edərək mübahisəli mənzilin alqı-satqı müq aviləsi əsasında ona satılmasını əsas gətirərək mənzilə dair öz iddiasından əl çəkmir və mənzili ailə üzvlərinə verməkdən imtina edir. Ona görə də, ailə üzvləri arasında həmin mənzilin satıcı olaraq Cavabdeh satılması hüquqi nəticələr yaratmaq niyyəti deyil, yalnız görünüş üçün bağlanmışdır. İşdən də görünür ki, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti yaşayış evidir. Aybəniz Fərəcova həmin evdən özünün və ailə üzvlərinin yaşaması üçün istifadə etmiş və alqı-satqı müqaviləsindən sonra da həmin təyinat üzrə istifadə edir. Yaşayış evini Cavabdeh satmaqda məqsədi evdən və əldə etdiyi maliyyə resurslarından istifadə etməklə gəlir əldə etmək deyil, sadəcə ailə üzvü kimi formal olaraq cavabdehin adında saxlamaq olmuşdur. Beləliklə, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlanmış müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin əqd alqı-satqı müqaviləsi olmamaqla, yalnız ailənin bir üzvü kimi cavabdehin adına formal bağlanmış müqavilədir. İşin hallarını araşdıran apelyasiya instansiyası sonda qərar verərkən yuxarıda qeyd edilən halları nəzərə almamaqla yanaşı, eyni zamanda mülki münasibətlərin vacib elementi olan vicdanlılıq prinsipini də nəzərə almamışdır. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi 6 saylı evin 52-ci mənzilinin həqiqətən də Aybəniz Fərəcovanın ailəsinə məxsus olmasını, əmlakın formal olaraq övladı-indiki Cavabdeh adına rəsmiləşdirilməsinə səbəb İddiaçı ailə daxilində yaranan problemləri olmuşdur. Lakin məhkəmə əsassız da olsa belə mübahisəli mənzilin alınmasına sərf edilən vəsaitin Aybəniz Fərəcovanın ailəs inə məxsus olmasını nəzərə almamışdır. Məsələyə məntiqlə yanaşılsa görünər ki, təcrübədə heç bir valideyn ona məxsus mənzili alqı-satqı əsasında 23-24 yaşlı övladına satmaz. Nəzərə alınsa ki, 23 yaşlı bir övladın imkanları o səviyyədə deyil ki, həmin mənzilin pulunu alqı-satqı etməklə tam şəkildə ödəniş etsin. Bu münasibətlərdən isə Cavabdeh mülki hüquq subyekti kimi birgə niyyətdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirməli idi.
23. Bundan başqa, tərəflərindən apelyasiya instansiyası məhkəməsinə məhkəmənin təxirə salınması barədə vəsatət verilsə də, məhkəmə işi araşdırmadan işi yekunlaşdırmış, həmin vəsatətə isə münasibət bildirməmişdir. Məhkəmə iclası başqa vaxta təxirə salınacağı halda həmin şahidin məhkəmə iclasında iştirakı təmin ediləcəkdi. Belə ki, X2 şahid kimi dindirilməsi bu işdə əhəmiyyətli idi. İş üzrə hallara daha yaxından bələd, həmçinin hazırki iş üzrə Cavabdeh anası olan X2 növbəti məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə məhkəmə baxışının uzunmüddətli (sağlamlığının bərpası ilə bağlı) təxirə salınmasını məhkəmədən xahiş etsələr də, lakin vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, MPM-in 87.2-ci maddəsində göstərildiyi kimi məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin etməsi hüququnun olması təsbit edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun rədd edilməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
29. Maddə 324.1. Əqd mülki hüquq m ünasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).
30. Maddə
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Baxılan işdə iddiaçı cavabdehlə bağladığı alqı-satqı müqaviləsinin formal olaraq rəsmiləşdirildiyini bildirir.
40. Qanuna əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (§ 31).
41. Ümumi qayda ondan ibarətdir ki, əqdin etibarsız olduğuna istinad edən tərəf həmin halı sübuta yetirməlidir. Belə ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 33).
42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir.
43. Apellyasiya məhkəməsi həm də onu vurğulamışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2 012-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, X6 hazırki iş üzrə tərəflər olan İddiaçı və Cavabdeh qarşı eyni əsaslarla iddia qaldıraraq hazırda mübahisələndirilən 16 aprel 2004-cü il tarixli müqaviləni də mübahisələndirmiş, uydurma əqd kimi etibarsız hesab edilməsini tələb etmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin məqsədi müqavilənin predmeti olan daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin alıcı üçün yarana biləcək hüquqi nəticənin yaranması, yəni satıcı İddiaçı mübahisəli mənzilə olan mülkiyyət hüquqlarının alıcı Cavabdeh keçməsi, sonuncunun məhz bu daşınmaz əmlaka mülkiyyət hüquqlarının yaranması olmuşdur. Göründüyü kimi qüvvədə olan qətnamə ilə hazırda mübahisələndirilən müqavilənin etibarlılığı yoxlanılmış, əqdin uydurma ol ması ilə bağlı dəlillər öz təsdiqini tapmamış və iddia tələbi rədd edilərək, müvafiq münasibət bildirilmişdir (§ 17-19).
44. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (§ 34).
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları i lə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5989/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.