Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6160/2020 05.11.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aqil Abbasov X3 Mirdamət oğlu və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oqtay qızının kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 Mirdamət oğlu və vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oqtay qızı və onların vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)1583/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. İş materiallarından müəyyən olunur ki, X3 Mirdamət oğlu kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə etməmişdir. Mülki Prosess ual Məcəllənin 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3. – 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şika yətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunubolunmamasını yoxlamadan, hər iki şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, X3 Mirdamət oğlu tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinin tələblər i pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, Müşteyidzadə Elnur Mirdamət oğlunun kassasiya şikayəti işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən hər iki tərəfin ayrı-ayrılıqda verdiyi kassasiya şikayətlərinə bir icraatda baxılmalı olmasını nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oqtay qızı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi də hazırda buna görə istisna edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 408.1.3, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Mirdamət oğlunun Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-22771583/2 020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Mülki iş X3 Mirdamət oğlunun kassasiya şikayətinin geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-6160/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-6160/2020
05.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver