Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6176/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, iddiaçı və vəkili 1 iştirakı ilə, İddiaçı və vəkili 1 Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1659/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 2(046)-139/2019 nömrəli, 22 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçının cavabdeh X5 qarşı çəkilm iş xərclərin ödənilməsi və ağacların qaytarılması tələbinə dair ilkin iddiasının rədd olunması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən X5na məxsus olan Göyçay rayonu Qarabaqqal kəndindəki 0.21 ha torpaq sahəsindən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən cavabdeh X5 məxsus olan Göyçay rayonu Qarabaqqal kəndindəki 1.04 ha torpaq sahəsinin 0,19 ha hissəsindən iddiaçının çıxarılması, Göyçay rayonu Çayarxı kəndindəki 0,60 ha torpaq sahəsinin zəbt edilməsi ilə bağlı əldən çıxmış fayda olaraq 1106 (bir min bir yüz altı) manat iddiaçıdan alınaraq cavabdeh X5 ödənilməsi, qalan hissədə qarşılıqlı iddianı n təmin olunmaması, ilkin iddia üzrə ödənilmiş 30 (otuz) manatın iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatının cavabdeh X5 aid olunması, 10 (on) manatı isə iddiaçıdan alınaraq cavabdeh X5 verilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 60 (altmış) manat xərcin 30 (otuz) manatı iddiaçıdan, 30 (otuz) manatı cavabdeh X5 alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı iddiaçıdan, 50 (əlli) manatı cavabdeh X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim A.A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) 2(107)-1659/2019 nömrəli, 15 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 2(046)139/2019 nömrəli, 22 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh X5 qarşı «çəkilmiş xərclərin ödənilməsi və ağacların qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən xərclərə görə 18000 manat pulun və 600 ədəd ağacların alınması, həmin ağacların əkilməsinə görə xərclənmiş 30000 manat pul cavabdeh X5 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh X5 iddiaçıya qarşı «dəymiş zərərin ödənilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən xərclərə görə 18000 manat pulun və 600 ağaca görə 30 000 manat pulun ondan tutularaq ona ödənilməsi barədə” ilkin iddia ərizəsinin rədd edilməsi və cavabdehdən 0,63 ha torpaq sahəsinə görə 6300 manat, əldən çıxmış gəlirə görə 2400 manat, 0,51 ha torpaq sahəsinə görə 4950 manat, əldən çıxmış gəlirə görə 1200 manat, dəymiş ziyanın əvəzi kimi 10000 manat, cəmi 24 850 manat pulun tutularaq ona ödənilməsi, vicdansızcasına əsassız iddiaya görə onun xeyrinə məhkəmə tərəfindən müəyyən edilən məbləğin tutulması və 0.51 ha torpaq sahəsindən cavabdehin məcburi olaraq çıxarılması barədə qətnamə qəbul olunmasın ı xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili 1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)1659/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsini tamamilə ləğv edib, iddianın təmin edilməsi barədə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edi lməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında cavabdeh X5 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-1659/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Göyçay Rayon Məhkəməsinin 21.11.2016-cı il tarix li qətnaməsinə əsasən Göyçay rayonu Çayarxı kəndində yerləşən iddiaçı T.Mirqasımovun mülkiyyətində olan 0,63 ha torpaq sahəsinin 0,60 ha hissəsindən cavabdeh iddiaçı çıxarılması, həmin torpaq sahəsi iddiaçı T.Mirqasımovun istifadəsinə qaytarılması qət olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, 27.04.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Göyçay rayonu Qarabaqqal kəndində 0.21 ha kənd təsərrüfatlı təyinatlı torpaqlar Mirqasımov Teyyub Mirəli oğlunun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, 24.12.2016-cı il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Göyçay rayonu Qarabaqqal kəndində 1.04 ha kənd təsərrüfatlı təyinatlı torpaqlar Mirqasımov Teyyub Mirəli oğlunun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.02.2018-ci il tarixli qərarına əsasən Göyçay Rayon Məhkəməsinin 21.11.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunan Şəki Apellyasiya Məhkəməsinin 31.08.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin 26.09.2018-ci il tarixli rəyinə əsasən Göyçay rayonu Çaya rxı kəndində yerləşən 0,60 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən ümumi xərc 6672 manat təşkil olunması mümkün ola bilər. Rəyə əsasən həmin torpaq sahəsində xurma ağacların sayı 395 (beş illik) ədəddir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin 26.09.2018-ci il tarixli rəyinə əsasən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,60 ha torpaq sahəsinin 01.01.2015-ci ildən 11.05.2018-ci il tarixədək əldə edə biləcək gəlirin ümumi məbləği 1106 manat ola bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.10.2018-ci il tarixli rəyinə əsasən cavabdeh X5 məxsus RX seriyalı ******* saylı çıxarışda göstərilən Göyçay rayonu Qarabaqqal kəndindəki 0.21 ha torpaq sahəsi, RX seriyalı ******* saylı, 24.12.2016-cı il tarixli çıxarışda göstərilən Göyçay rayonu Qarabaqqal kəndindəki 1.04 ha torpaq sahəsinin 0,19 ha hissəsi cavabdeh İddiaçı Rafail oğlu tərəfindən zəbt olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 60 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 20.12.2018-ci il tarixli rəyinə əsasən İddiaçı Rafail oğlu tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,60 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən ümumi xərcin məbləği 6672 manat, Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,60 ha torpaq sahəsinin 01.01.2015-ci ildən 11.05.2018-ci il tarixədək X5nun əldə edə biləcək gəlirin ümumi məbləği 1106 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 1.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsr əflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk tələb üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və iddianın təmin olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa ça tmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Buna görə də, hazırki iş üzrə ilk iddia tələbinin faktiki əsası ilə qanuni əsasının dizpozisiya şərtləri uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. İkincisi, iddiaçı iş üzrə torpaq sahəsinin koordinatlarının düzgün müəyyən edilmədiyini qeyd etsə də, bu dəlillər iş materiallarında olan hər hansı bir digər sübutla öz təsdiqini tapmır. Bu barədə, iddiaçı məhkəməyə hər hansı bir sübut da təqdim etməmişdir. Əksinə, iş üzrə ilk iddiaçının iddiasını əsassız edən qeyd olunan ekspert rəyi, iddianın rədd edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Çünki ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bu rəylə razılaşmamaq üçün isə məhkəmədə hər hansı bir əsas olmamışdır. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sənədlərlə sübuta yetirilir ki, Göyçay rayonu Qarabaqqal kəndindəki 0.21 ha və 1.04 ha torpaq sahələri T.Mirqasımovun xüsusi mülkiyyətindədir. Eləcə də, Göyçay rayonu Qarabaqqal kəndindəki 0.21 ha torpaq sahəsi, Göyçay rayonu Qarabaqqal kəndindəki 1.04 ha torpaq sahəsinin 0,19 ha hissəsi İddiaçı Rafail oğlunun qanunsuz sahibliyindədir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 21.11.2016-cı il tarixli qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən iddiaçı T.Mirqasımovun mülkiyyətində olan 0,63 ha torpaq sahəsinin 0,60 ha hissəsi cavabdeh İddiaçı tərəfindən zəbt olunmuşdu r. Buradan da göründüyü kimi, T.Mirqasımov Göyçay rayonu Çayarxı kəndindəki 0,60 ha torpaq sahəsindən iddiaçı götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini ondan tələb edə bilərlər. Bununla bağlı işə baxan birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.12.2018- ci il tarixli rəyinə əsasən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,60 ha torpaq sahəsinin 01.01.2015-ci ildən 11.05.2018-ci il tarixədək X5nun əldə edə biləcək gəlirin ümumi məbləği 1106 manat müəyyən edilmişdir. “Yevgeniya Lazar Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslan dırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzin in ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Göstərilən Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söy kənir. Qeyd olunan Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı dır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübut larla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1659/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili 1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1659/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6176/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6176/2019
10.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver