Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-618/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X6 X3 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: aviadaşıyıcının öhdəlikləri, qüsurlu xidmət, maddi zərər, mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X6 X3 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8074/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Bakı – İstanbul və İstanbul – Lüksemburq marşrutu üzrə 26.12.2017-ci il tarixdə Bakı şəhərində aviabilet almışdır. Bakı – İstanbul reysi üzrə uçuşları "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, İstanbul – Lüksemburq istiqaməti üzrə uçuşları isə “X6 X3 Sözləşməsi” Şirkətinin (bundan sonra – cavabdeh və ya şirkət) yerinə yetirməsi nəzərdə tutulmuşdur. İddiaçı 12.01.2018-ci il tarixində Bakı – İstanbul reysi üzrə avia uçuş həyata keçirərək X2 (İstanbul) enmişdir. İddiaçının növbəti uçuş marşrutu 12.01.2018-ci il tarixində İstanbul şəhərindən (X5) Lüksemburq şəhərinə nəzərdə tutulmuş, lakin təyyarəyə giriş (minmə) qapısına vaxtında çatmaması səbəbindən iddiaçı İstanbul – Lüksemburq istiqaməti üzrə sərnişin təyyarəsinə buraxılmamış, bu səbəbdən həmin istiqamət üzrə iddiaçı avia uçuş həyata keçirmək üçün 12.01.2018-ci il tarixində 468 ABŞ dolları ödəməklə yenidən aviabilet almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin dəyəri olaraq ilkin biletin dəyəri olaraq 326 manat, ikinci biletin dəyəri olaraq 468 avro, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manat, işgüzar nüfuzuna və mənəvi zərərə görə 20.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ ddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı-İstanbul reysi üzrə uçuş 12.01.2018-ci il tarixdə heç bir gecikmə olmadan AZAL tərəfindən icra edilmişdir. Səyahətin ikinci mərhələsi üzrə (İstanbuldan Lüksemburqa) təyyarənin yerli vaxt ilə 12.01.2018-ci il saat 14:45-də X1 1-ci terminalından uçması, təyyarənin yerli vaxt ilə saat 16:10-da Lüksemburq hava limanına çatması planlaşdırılmışdır. Lakin cavabdehin əməkdaşlarının səhlənkarlığı və sərnişinlərə etinasızlığı səbəbindən öz təyyarəsinə minə bilməmişdir. Belə ki, vaxtı-vaxtında reys üzrə qeydiyyatdan keçdikdən sonra o və bir neçə sərnişin X1 tələblərinə uyğun olaraq 1 saat 45 dəqiqə əvvəl hava limanında olmuş və yükü yoxlanılmışdır. Bundan sonra digər sərnişinlərlə birlikdə təyyarəyə minmək üçün hava limanının əməkdaşlarının dediyi Çıxı ş Qapısının (GATE) yanında gözləmədə olmuş, uzun bir müddət keçdikdən sonra şirkət əməkdaşları yaxınlaşaraq bildirmişlər ki, təyyarəyə keçid qapısı dəyişdirilmişdir və onları başqa istiqamətə yönləndirmişlər. Bundan sonra o və bir neçə sərnişin həmin çıxış qapısına yaxınlaşdıqda onlara bildirilmişdir ki, guya onlar çıxış qapısına vaxtında yaxınlaşmamışlar, həmçinin təyyarə tamamilə dolmuşdur və buna görə də minmələrinə icazə verilməmişdir. Aviadaşıyıcının nümayəndələrinə irad bildirsə də, onlar tərəfindən heç bir köməklik edilməmiş, bir sərnişin kimi hüquqları tapdalanmışdır. İşgüzar səfərini nəzərə alaraq, növbəti reyslə uçmalı olduğunu bildirsə də, şirkət əməkdaşları yalnız yeni bilet aldıqdan sonra uça biləcəyini bildirmişlər. Cavabdeh öz əməkdaşlarının səhlənkarlığını, onların günahı u cbatından təyyarəyə minməməyini nəzərə alaraq ona əvəzsiz olaraq yeni bilet verməli olduğu halda ondan yeni bilet almasını tələb etmişdir. Məcbur olaraq növbəti günə bilet almışdır. Bundan başqa, cavabdeh onu nə ödənişsiz qida ilə, nə də qalmaq yeri ilə təmin etməmişdir. Faktiki olaraq xarici ölkədə heç bir təminat və şərait olmadan qalmağa məcbur edilmişdir. Ona yeni bilet satılanda da cavabdehin əməkdaşları tərəfindən haqsızlığa yol verilmiş, biletin alınması üçün ondan 470 avro pul alınmışdır. Sonradan verilmiş qəbzdə isə biletin dəyərinin 468 ABŞ dolları olması göstərilmişdir ki, bu da həmin günkü məzənnə ilə ondan 400 türk lirəsi artıq alınmasına dəlalət etmişdir. Şirkət onunla bağlanmış sərnişin daşıma müqaviləsinə və beynəlxalq qanunlara məhəl qoymadan hüquqlarını kobud şəkildə pozm uşdur. Bunun da nəticəsində o, iş görüşməsinə gecikmiş və işgüzar nüfuzuna da xələl dəymişdir. Dəfələrlə bu barədə şirkətin mərkəzi ofisinə email vasitəsilə etdiyi müraciətlər cavabsız qalmışdır. Cavabdeh yazılı etirazında qeyd etmişdir ki, iddiaçıya təyyarəyə keçid qapısının dəyişdirilməsi barədə cavabdeh tərəfindən yetərli məlumat verilmişdir. Hava limanlarında uçuşlardan qabaq müxtəlif səbəblərdən keçid qapılarının dəyişdirilməsi normal və gözlənilən haldır. Sərnişinlərin bu hallarla bağlı çətinliklə qarşılaşmaması üçün keçid qapılarının dəyişdirilməsi ilə bağlı hava limanında olan monitorlarda davamlı olaraq məlumatlar əks etdirilir. Hava limanlarının ərazisinin böyüklüyünü nəzərə aldıqda, aydın məsələdir ki, sərnişinlərə tək-tək bu barədə məlumat verilməsi qeyri-mümkündür. İddiaçını n dəyişdirilmiş keçid qapısına vaxtında yaxınlaşmadığını görən şirkət əməkdaşları iddiaçıya şəxsən yaxınlaşaraq onun təyyarəyə vaxtında minməsinə kömək etməyə cəhd etmişlər, lakin nəticədə o, öz diqqətsizliyi və ehtiyatsızlığı üzündən təyyarəyə minə bilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, uçuş vaxtında keçirilmiş və uçuşa yazılmış (qeydə alınmış) sərnişinlərin əksəriyyəti uçuşda iştirak etmiş, iddiaçı isə təyin olunmuş vaxtda uçuş qapısına yaxınlaşmadığı üçün uçuşdan kənarlaşdırılmış və onun uçuş bileti ləğv edilmişdir. Şirkət tərəfindən bütün sərnişinlərə, o cümlədən iddiaçıya təyyarəyə minmə qapısının dəyişdirilməsi barədə məlumat verilmişdir. Uçuşa yazılmış sərnişinlərin əksəriyyətinin uçuşda iştirak etməsi faktı isə cavabdeh tərəfindən verilmiş məlumatın və görülmüş digər tədbirl ərin yetərli olmasını açıq-aydın göstərir. Eyni zamanda, nəzərə alınmalıdır ki, qapı dəyişikliyi uçuşa bir neçə saat qalmış baş vermişdir. Yəni iddiaçının qapının dəyişdirildiyinə fikir vermək və ya bu barədə məlumat almaq üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. İddiaçı özünün ehtiyatsız davranışları nəticəsində təyyarəyə minmə qapısının dəyişdirilməsi barədə uçuş məlumat monitorlarında göstərilən məlumatlara laqeyd münasibət göstərdiyindən, qapı dəyişikliyi barədə vaxtında məlumat almamışdır (almadığını iddia edir) və bu səbəbdən də cavabdeh tərəfindən onun daşınması mümkün olmamışdır. Belə olan halda, şirkət iddiaçının daşınmamasına görə və iddiaçıya bu səbəbdən dəymiş hər hansı zərərə görə məsuliyyət daşıya bilməz. Eyni zamanda, cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tə tbiqi barədə ərizə təqdim edilərək, iddiaçının qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət edildiyi qeyd edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-7552/2019 nömrəli iş üzrə 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü tələb daşıyıcının (cavabdehin) müqavilə öhdəliyini qüsurlu yerinə yetirməsi, daha konkret halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 846-cı (Sərnişin daşınmasının həyata keçirilməsi və daşıyıcının məsuliyyəti) maddəsində nəzərdə tutulan öhdəliyin pozulması ilə bağlıdır. Lakin iddiaçı cavabdehin (daşıyıcının) müqavilə üzrə öhdəliyini qüsurlu icra etmə si nəticəsində yaranmış tələb hüququ ilə bağlı vaxtında məhkəməyə müraciət etməmişdir. Belə ki, Mülki Məcəllənin 848-ci maddəsinə əsasən sərnişin bu Məcəllənin 846-cı maddəsinə əsasən pretenziyaları daşıyıcıya müqavilədə nəzərdə tutulan daşımanın qurtarmasından ən geci bir ay keçənədək verməlidir. Müddət keçdikdən sonra sərnişin pretenziyaları yalnız həmin müddəti öz təqsiri olmadan gözləyə bilmədiyi halda verə bilər. Daşıyıcı sərnişinin pretenziyalarını qəbul etmədikdə onlar daşımanın qurtarmasından altı ay keçənədək ödənilir, bir şərtlə ki, məhkəmə qaydasında bundan da tez ödənilmiş olmasın. Göstərilən maddi hüquq normasında sərnişinin daşıyıcının Mülki Məcəllənin 846-cı maddəsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirməməsi və ya qüsurlu yerinə yetirməsi ilə bağlı tələblərini daşım anın qurtarmasından ən geci bir ay keçənədək irəli sürməsi konkret göstərildiyi halda, iddiaçı həmin müddəti ötürməklə, yəni daşımanın (İstanbul-Lüksemburq) 12.01.2018-ci il tarixdə həyata keçirildiyi nəzərə alınarsa, 1 ay ərzində deyil, 05.09.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin müddətin özünün təqsiri olmadan ötürdüyünü təsdiq edən hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti heç bir üzrlü səbəblər göstərmədən ötürməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia tələbi mənəvi zərərin tələb edilməsi hissəsində də təmin edilə bilməz. Bel ə ki, iddiaçı ona mənəvi zərər dəydiyini cavabdeh tərəfindən müraciətlərinin cavabsız qalması, onların etinasızlığa yol verməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı ona mənəvi zərərin dəyməsi ilə bağlı əsasları, yəni cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı, əsəb, stress, iztirab keçirməsini təsdiq edən halların nədən ibarət olmasını konkret göstərə bilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 375.2, 842.1, 842.2, 846, 848-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarıl masını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını və sübutları düzgün qiymətləndirməmiş, məhkəmə yanlış olaraq Mülki Məcəllənin 848-ci maddəsinə istinad edərək iddia müddətinin ötürülməsi nəticəsinə gəmişdir. Halbuki həmin maddədə göstərilən 1 aylıq müddət daşıyıcıya pretenziya irəli sürülməsi ilə bağlıdır və iddiaçı vaxtında cavabdehin əməkdaşlarına pretenziya bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2236/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev) apellyasiya şikayəti qismən təm in olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia rədd olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verməklə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 848-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət daşıyıcıya pretenziya irəli sürülməsi ilə bağlıdır və həmin müddət iddia müddəti kimi qəbul edilə bilməz. Tərəflər arasında sərnişin daşıma müqaviləsi bağlandığından hazırkı mübahisəyə müqavilə öhdəlikləri üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti tətbiq edilməlidir. İş materiall arından da göründüyü kimi, iddiaçı bileti 26.12.2017-ci il tarixdə almış, uçuş isə 12.01.2018-ci il tarixə nəzərdə tutulmuşdur. İddiaçı uçuşdan istifadə edə bilməmiş, bu barədə cavabdehə elektron poçt vasitəsi ilə 23.01.2018-ci il tarixdə pretenziya bildirmişdir. İddia ərizəsi isə 05.09.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə verilmişdir. Beləliklə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Bununla belə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyana uğradığı iddiasını biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, onun iddia ərizəsində irəli sürdüyü dəlillər formal mülahizə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin məhkəməyə ünvanladığı “12 yanvar 2018-ci il tarixli TK 1355 nömrəli İstanbul-Lüksemburq uçuşu ilə əlaqədar” 10.03.2020-ci il tarixli arayışa əsasən, uçuş vaxtı saat 14:45, uçuş üçün təyyarəyə minik qapısı isə ilk olaraq 204 nömrəli qapı müəyyən edilmişdir. Saat 13:19-da X5 tərəfindən minik qapısı 204-dən 302 nömrəli qapıya dəyişdirilmiş, qapılar arasında 35-40 dəqiqəlik məsafə olmuşdur. Uçuş üçün qeydiyyatdan keçmiş 121 nəfərdən iddiaçı da daxil olmaqla 7 nəfər uçuşda iştirak etməmişdir. Uçuş üçün qeydiyyatdan keçmiş 121 nəfərdən 114 nəfərin uçuşda iştirak etməsi cavabdeh şirkət tərəfindən uçuş qapısının dəyişdirilməsi barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə dəlalət edir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını qeyd etmişdir. Məhkəmə öz mö vqeyini Mülki Məcəllənin 21, 842.2, 846.1-846.4, 848, 1096.1, 1097.1-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayətində qətnamənin ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbləri ilə bağlı məhkəmə araşdırması nəticəsində birmənalı şəkildə sübuta yetirilmişdir ki, cavabdeh uçuşdan öncə uçuş qapısını dəyişdirmişdir. Uçuş qapıları arasında məsafə həqiqətən də çox böyük olmuş və qeyd edilən aviareysdən 10 nəfər sərnişin istifadə edə bilməmişdir. Cavabdeh bu halları qəbul etmişdir. Lakin uçuş qapısının dəyişməsi barədə məlumatın həqiqətən də iddiaçıya vaxtında verilməsini sübuta yetirməmiş, bu barədə heç bir məlumatı məhkəməyə təqdim etməmiş, məhkəmə isə həmin halları araşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3365/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə sübutetmə vəzifəsini bölüşdü rərkən və sübutlara qiymət verərkən prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə çıxarmışdır. Məhkəmə mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, uçuş vaxtı təyyarəyə minik qapısı uçuşa bir neçə dəqiqə qalmış dəyişdirilmiş və ona görə uçuşdan istifadə etməsi fiziki cəhətdən mümkün olmamışdır. İddiaçı, həmçinin uçuşu həyata keçirən təyyarəyə çatmasını, lakin təyyarə dolu olduğu üçün salona minə bilməməsini izahatlarında qeyd etmişdir. Cavabdeh uçuşdan əvvəl minik qapısının dəyişdirilməsini etiraf etmişdir. Lakin, məhkəməyə arayış göndərərək bunun uçuşdan kifayət qədər əvvəl baş v erdiyini və sərnişinin həmin qapıya getməyə vaxt baxımından imkanının olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi həmin arayışı mötəbər sübut kimi qəbul etmişdir. Eyni zamanda, cavabdeh təşkilat həmin uçuşda 121 nəfərdən 114 nəfərin iştirak etməsini, iddiaçı da daxil olmaqla 7 nəfərin iştirak etmədiyini etiraf etmişdir. Kassasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin minik qapısının dəyişdirilməsini etiraf etməsilə iddiaçı bu halı sübut etməkdən azad olunmuşdur. Minik qapısının sərnişinin uçuşdan istifadə etməsi üçün kifayət qədər əvvəl dəyişdirilib-dəyişdirilməməsi halını sübutetmə yükü sərnişinin deyil, cavabdehin üzərinə düşür. Çünki sərnişin daşınması ilə bağlı xidmətləri həyata keçirən təşkilat bu sahədə inhisarçı səlahiyyətə malikdir, o cümlədən, uçuşu həyata keçirmək, hava limanın ın iş rejiminə uyğun olaraq minik qapılarını uçuşdan əvvəl dəyişmək, bu zaman uçuşdan əvvəlki vaxt intervallarını nizamlamaq və sair. Həm də belə tədbirlər hava limanının təhlükəsiz iş rejimini təmin etmək üçün mərkəzləşdirilmiş qaydada, hava limanının elektron monitorları vasitəsi ilə həyata keçirilir və qeydiyyata alınır. Ona görə də, cavabdeh həmin halın təsdiqi üçün mötəbər sübutlar təqdim etməli idi. Cavabdehin öz mənafeyinə uyğun olaraq təqdim etdiyi və digər sübutlarla təsdiq edilməyən, əksinə şübhə doğuran (7 nəfərin gecikməsinin etiraf olunması) arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş arayışa uçuş qapısının dəyişdirilməsi vaxtını təsdiq edən sənəd, video, foto, elektron monitorlardan çıxarış və sair sübutlar əlavə edilməmişdir. Hava liman ında minik qapısının dəyişdirilməsi barədə məlumatların tezliklə silinməsi barədə dəlillərə düzgün qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hadisədən dərhal sonra iddiaçı cavabdeh şirkətə hadisə ilə bağlı pretenziyalar göndərmiş, yazışmalar aparmış, cavab almışdır. Bundan başqa, cavabdeh təşkilat iddiaya etirazında bildirmişdir ki, digər sərnişinlərdən fərqli olaraq iddiaçının dəyişdirilmiş keçid qapısına vaxtında yaxınlaşmadığını görən X4 əməkdaşları iddiaçıya şəxsən yaxınlaşaraq onun təyyarəyə vaxtında minməsinə kömək etməyə cəhd etmişlər, lakin nəticədə iddiaçı öz diqqətsizliyi və ehtiyatsızlığı üzündən təyyarəyə minə bilməmişdir. Nümayəndə apellyasiya baxışı zamanı da həmin izahatı vermişdir. İddiaçının apellyasiya şikayətinə etirazda isə uçuş qapısının uçuşda n 40 (50) dəqiqə əvvəl dəyişdirildiyi qeyd edilmişdir. Cavabdeh təşkilatın apellyasiya məhkəməsinə ünvanladığı məktubda isə minik qapısının uçuşdan 01 saat 26 dəqiqə əvvəl dəyişdirildiyi və qapılar arasındakı məsafənin 35-40 dəqiqə vaxt apardığı bildirilmişdir. Beləliklə, cavabdehin iş üçün əhəmiyyət kəsb edən yeganə halla bağlı bütün məlumatları bir-biri ilə ziddiyyət təşkil edir. Şirkətin əməkdaşlarının iddiaçıya təyyarəyə vaxtında minməsinə şəxsən kömək etməyə cəhd etmələri, lakin nəticədə iddiaçının öz diqqətsizliyi və ehtiyatsızlığı üzündən təyyarəyə minə bilməməsi barədə izahatın aydınlaşdırılmasına zərurət vardır. Məhkəmə bununla bağlı heç bir aydınlaşdırma aparmamışdır. Həmin ifadə ilə belə qənaət hasil olur ki, iddiaçı minik qapısına çatsa da, təyyarəyə minə bilməmişdir. Deməli, t əyyarədəki bütün yerlərin artıq tutulmuş olması barədə iddiaçının dedikləri əsaslıdır. Əks təqdirdə sərnişinin təyyarəyə öz diqqətsizliyi və ehtiyatsızlığı ucbatından hansı qaydada minə bilməməsinin başqa izahı yoxdur. Bundan başqa, nümayəndə etiraf etmişdir ki, minik qapısı uçuşdan 40 dəqiqə əvvəl dəyişdirilmiş və şirkətin rəsmi arayışı ilə təsdiq olunur ki, dəyişdirilmiş qapılar arasındakı məsafə 35-40 dəqiqəlik məsafə olmuşdur. Bu isə yenə də iddiaçının rahat şəkildə minik qapısına çatmasını istisna edir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-8074/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilm iş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin olunmuş, cavabdehdən maddi zərərin əvəzi qismində 468 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və 150 manat, mənəvi zərərin əvəzi qismində 1000 manat, dövlət rüsumlarının əvəzi qismində 30,80 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissələrdə təmin olunmamışdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bununla belə məhkəmə hesab etmişdir, iddia tələbi qismən əsaslı hesab oluna bilər. Belə ki, iddiaçı ikinci uçuş bileti üçün 468 Avro ödədiyini irəli sürsə də, iş materiallarından həmin biletin qiymətinin 468 ABŞ dolları olduğu aydın olur; həmçinin o, İstanbul hava limanından (X5) uçuşun baş tutmamasına görə bir günlük gecələmə üçün 500 manat ödədiyini iddia etsə, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan, iddiaçının London vəkilləri ilə bağladığı müqavilə çərçivəsində hazırlanan iddia ərizəsində onun verdiyi məlumat belə olmuşdur ki, o, “uçuşun baş tutmaması nəticəsində terminalın (yəni hava limanının) binasında olduqca narahat bir gecə keçirməli olmuş, bütün gecə istirahət edə və yata bilməmişdir”. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının İstanbul-Lüksemburq reysi üçün 26.12.2017-ci il tarixdə Bakı şəhərində aldığı biletin qiymətinin ona geri qaytarılması, məruz qaldığı maddi itki baxımından əsassız varlanmasına səbəb olar, çünki həmin bilet üzrə uçuşu cavabdehin təqsirindən həyata keçirə bilməsə də o, növbəti gün təkrar aldığı biletlə uçuşu həyata keçirmişdir. Ona görə də, iddiaçıya ikinci bilet üçün ödədiyi pul qaytarılmalıdır. Bundan başqa, uçuşun baş tutmamasına görə həmin gecə iddiaçının müəyyən xərclər (qidalanma və sair) çəkdiyi sübuta ehtiyacı olmayan hal kimi qəbul edilməli, çəkdiyi belə xərc(lər)in məbləği ilə bağlı sübut təqdim etmədiyindən həmin məbləğ ağlabatan mühak imə əsasında hesablanmalıdır. Məhkəmə, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab etmiş və belə nəticəyə gəlmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 1000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 842.1-842.3, 846.1, 846.2, 1128.1, 1192.2-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və mənəvi zərər məbləğlərinin müəyyən olunması hissəsində dəyişdirilməsini, həmin hissələrdə iddia tələblərinin tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə məbləğləri qeyri-obyektiv müəyyən etmişdir. İddiaçı əvvəlcə Londonda məhkəməyə müraciət etməli olmuş və orada müəyyən vəsaiti rüsum kimi ödəmişdir. Bundan başqa, məhkəmə hava limanında çəkilmiş xərclərin standartlarını, oradakı qidaların baha olmasını, həmçinin, iddiaçının Lüksemburq otelinə bir gün üçün rezervasiyanın pulunu ödədiyini və həmin məbləği də itirdiyini nəzərə almamışdır. Şikayətin əsası kimi Mülki Məcəllənin 846.2, 1128.1, 1129.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazda cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin olunmayan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Maddə 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. Maddə 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin n əqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. Maddə 846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərə rin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217. 4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya in stansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8074/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-618/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-618/2022
24.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver