Məhkəmə qərarları › İş №2(102)-6184/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6184/2019

18.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6184/2019 18.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “xxxx” Sığorta Şirkəti ASC nümayəndəsi X5 və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli, 2(103)6057/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 fevral 2014-cü il tarixli, 2(005)656/2014 saylı qətnaməsi ilə ( sədrlik edən, hakim V.R.Qurbanov) iddiaçı “xxxx” Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” barədə iddiası təmin edilərək, cavabdehdən 3.100 manat sığorta ödənişinin tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli, 2(103)6057/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 fevral 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “subroqasiya qaydasında pulun tutulması” b arədə iddia qaldıraraq, X1 məxsus və iddiaçı təşkilat tərəfindən sığortalanmış “Kia Sportage” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzi olaraq ödənilmiş 3.100 manat sığorta ödənişinin cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozub, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” Sığorta Şirkəti ASC nümayəndəsi X və vəkili X1 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh və vəkili X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləy ib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, X4a məxsus avtomobilin iddiaçı təşkilat tərəfindən sığortalanmasına, sonuncu tərəfindən X4a dəymiş zərə rin əvəzinin ödənilməsinə və beləliklə də təqsirkar Cavabdeh subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun iddiaçı təşkilata keçməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 936.1, 936.2, 936.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxd ur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı tərəfindən tərəfindən X5ə məxsus “Kia Sportage” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil “fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası” Şəhadətnaməsi ilə sığortalanıb. 28 may 2013-cü il tarixdə Rauf Əhmədov cavabdehin mülkiyyətində olan “Vaz-21074” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən, yol-nəqliyyat hadisəsi törədib və nəticədə üçüncü şəxs X4un idarə etdiyi X5ə məxsus “Kia Sportage” markalı, 99 BF1 886 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurub. Yol polisinin 28 iyun 2013-cü il tarixli protokol-qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsində nəzərdə tutulan inzib ati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilib. Eləcə də işdən görünür ki, “Kia Sportage” markalı, 99 BF1 886 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3.500 manat müəyyən edilməklə, 400 manat franşiza (azadolma məbləği) çıxılaraq 3.100 manat vəsait iddiaçı təşkilat tərəfindən sığorta ödənişi olaraq X4a ödənilmişdir. Qeyd edilənlər iddia ərizəsi, 28 iyun 2013-cü il tarixli inzibati xəta haqqında protokol, Yol Polis İdarəsi tərəfindən verilmiş 01 iyul 2013-cü il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən” arayış, iddiaçı təşkilat tərəfindən verilmiş 13 avqust 2013-cü il tarixli sığorta Aktı, 15 avqust 2013-cü il tarixli kassa məxaric o rderi, həmçinin “xxxx” MMC tərəfindən verilmiş 03 avqust 2013-cü il tarixli yekun aktı və işə əlavə edilmiş digər sənədlərlə də təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı təşkilat Mülki Məcəllənin 936.2 və 1108.1-ci maddələrinə əsasən 3.100 manat pulun cavabdehdən tutulması tələbini irəli sürməkdə haqlı olmuşdur. Çünki, cavabdehə məxsus “Vaz 21074” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili Rauf Əhmədov qanuni əsas (etibarnamə) olmadan idarə edərkən, yol hərəkəti qaydasını pozaraq iddiaçı təşkilatın sığortaladığı “Kia Sportage” markalı, 99 BF1 886 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh, “Vaz 21074” markalı, ** NN *** dövlə t qeydiyyat nişanlı avtomobili Rauf Əhmədova qanuni əsasla (etibarnamə ilə) verdiyini, yaxud sonuncunun avtomobilə hüquqa zidd yiyələndiyini təsdiqləyən sübutları təqdim etmədiyinə görə, sözügedən avtomobilin sahibi kimi delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarş ısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götür ülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə hə min şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Hazırkı işdə cavabdehin iddiaçı təşkilat qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcud olmuşdur. Belə ki, yol nəqliyyat hadisəsi nəticəsində X4a vurulmuş maddi ziyan iddiaçı təşkilat tərəfindən sığorta ödənişi vasitəsilə aradan qaldırıldığı üçün X4un Mülki Məcəllənin 1108-ci maddəsi çərçivəsində cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbi sığorta ödənişi ( 3.100 manat) həcmində iddiaçı təşkilata keçmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaə tə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli, 2(103)-6057/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar