Məhkəmə qərarları › İş №2(102)-619/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-619/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-619/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1577/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıra raq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat ödəmək şərti ilə həmin əmlakın dəyəri 150000 manat müəyyən edilmiş, dəyəri ödənildikdən sonra “Hasil MMC” əmlakın İddiaçı heç bir qeyd-şərt irəli sürmədən təqdim etmək öhdəliyini götürmüşdür;

3. Cavabdeh1 MMC-nin 30 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən 300 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir;

4. Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh1 MMC-in xx.xx.2018-ci il tarixinə qanuni təmsilçisi X1 1 olmuşdur.

5. Cavabdeh1 MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X13 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliklərə əsasən MMC-nin yeganə təsisçisi, 100% pay sahibi X6r;

6. Cavabdeh1 MMC-nin direktoru olmuş X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən, o, MMC-in mübahisəli ünvanda inşa etdiyi yaşayış binasının A girişi, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.metr olan qeyriyaşayış sahəsinin pay hüququnun İddiaçı adına keçirilməsinə və onunla müqavilə bağlanmasına etiraz etməmişdir;

7. Cavabdeh1 MMC-in direktoru X11 ilə "xxxx" MMC-in direktoru X12 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X11 MMC-də ona məxsus 100% payını X2. İş üzrə qəbul edilmiş məh kəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı iddia ərizəsi (sonradan tələbini dəqiqləşməsi barədə ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə”yə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsində "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmuşdur.

10. İddiaçı işin yuxarıda göstərilən hallarına və MMC ilə bağlanmış 30 noyabr 2017- ci il tarixli müqaviləyə istinadən iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat olmaqla, ümumi olaraq 150000 manat pul ödəyib. MMC məbləğin tam şəkildə ödənilməsi barədə ona həmin tarixdə maliyyə arayışı vermişdir. Cavabdehin maddi imkanı olmadığından binanın inşası "xxxx" MMC tərəfindən davam etdirilmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya cavabdehlə bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin qanunsuz olduğu bildirilmişdir.

11. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-nin təsisçisi olmuş X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs q ismində işə cəlb etmişdir.

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iddiaya münasibətini belə izah etmişdir ki, Cavabdeh1 MMC-də ona məxsus olan 100% payını 23 yanvar 2019- cu il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X2. Hazırda Cavabdeh1 MMC-nin direktoru və qanuni təmsilçisi X9r. İddiaçı ilə “Hasil" MMC-nin direktoru olaraq onun arasında mənzil tikintisi haqqında 30 noyabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC-nin inşa etdiyi binanın A girişinin birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri olan 150.000 manat pulu ödəmişdir. Həmin pul vəsaiti və digər payçıların da vəsaiti hesabına binanın dörd mərtəbəsi tikilmiş və sonradan X7 təhvil verilmişdir.

13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi iddiaya etiraz etmiş və bildirmişdir ki, Cavabdeh1 MMC-nin maddi imkanı olmadığından Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov, 39 ünvanında yerləşən binanın inşası "xxxx" MMC tərəfindən davam etdirilir. Cavabdeh1 MMC-yə məxsus həmin bina Xətai rayonunda "xxxx"xxxx"xxxx" MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Hazırda inşa edilən binanın 182 mənzili olsa da, zərər çəkənlərin sayı 238 nəfərdir. İddiaçının istinad etdiyi 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” nə Cavabdeh1 MMC-nin arxivində, nə də iddiaçının adı Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən təsdiq e dilən zərərçəkənlərin siyahısında heç bir məlumat yoxdur. Odur ki, "xxxx" MMC və “Birlik MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin yerləşdirilməsi üçün təsis edilən Cavabdeh1 MMC-nin belə bir müqavilə imzalamaq səlahiyyəti şübhə doğurur. Cavabdeh1 MMC-nin hüquq varisliyinin 23 yanvar 2019-cu il tarixindən "xxxx" MMC-yə keçməsi yalnız mövcud vədlərin yerinə yetirilməsi, "xxxx"xxxx"xxxx" MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin evlə təmin edilməsi məqsədilə olmuşdur. Cavabdeh1 MMC-nin təsisiçisi X11 həmin MMC-də özünə məxsus olan 100% payını 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X2. Hazırda Cavabdeh1 MMC-nin direktoru və qanuni təmsilçisi X9r.

14. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixl i, 2(012)-2311/2019 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin olunmuş, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin tikilib İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması qət edilmiş, iddia tələbi digər hissədə təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC-nin direktoru X11 arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” yə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında Cavabdeh1 MMC tərəfind ən inşa edilən binanın A girişinin birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri 500 manat olmaqla həmin əmlakın dəyəri 150000 manat şərtləşdirilmiş, cavabdehin 30 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən qalıq olmadan 100 faiz ödənilmişdir. Həmin vaxt binanın tikintisi getmiş, lakin Cavabdeh1 MMC-nin təsisçisi X11 MMC-də özünə məxsus olan100% payını 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMCnin direktoru X2. Hazırda MMC-nin direktoru X9r.

16. Birinci instansiya məhkəməsi yerli baxış zamanı binanın tikintisinin hələ də getdiyini, birinci mərtəbənin yan divarlarının hörülmədiyini, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəliyin tam yerinə yetiril diyini, cavabdehin isə təsisçinin dəyişməsi əsası ilə müqavilənin icrasından boyun qaçırmasını müəyyən etmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, binanın təhvil-təslimində artıq 4 mərtəbə hazır idi, hansı ki, binanın tikilən hissəsi payçıların pul vəsaitinin hesabına aparılmışdır. Tərəflər arasında yaranan müqavilə qanuni və əsaslıdır. MMC-nin təsisçisinin dəyişməsi öhdəliyin icrasından imtina üçün əsas ola bilməz. Bu halda cavabdeh “Hasil" MMC-nin bununla bağlı maneçiliyi qanunsuzdur.

18. Birinci instansiya məhkəməsi onu da göstərmişdir ki, dəfələrlə tələb edilməsinə baxmaraq cavabdeh nə məhkəmə iclasında iştirak etməyib, nə də əvvəlki payçıların qeydiyyat kitabı məhkəməyə təqdim edilməmişdir. Habelə Cavabdeh1 MMC-nin 23 yanvar 2019- cu il tarixindən hüquqi varisliyini n "xxxx" MMC-yə keçməsi barədə də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

19. Beləliklə, birinci instansiya məhkəməsi işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 157.4, 178.8, 421.1, 442.1-ci və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-359/2022 nömrəli, 25 ya nvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin şərtlərində cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Lakin müqavilənin 5-ci bəndində göstərilmişdir ki, əmlakın dəyəri alıcı tərəfindən tam ödənildiyi tarixdə, sahə alıcıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilməlidir. İşdən isə görünür ki, müqavilə bağlanan zaman bina tam hazır olmamışdır.

24. Apellyasiya ins tansiyası məhkəməsi hesab etmişdir ki, binada qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Cavabdeh1 MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət təxmini olsa da, 3 il müəyyən edilə bilər. İşdən isə görünür ki, müqavilənin imzalanmasından 5 ilə yaxın zaman keçsə də, qeyri-yaşayış sahəsi hələ də iddiaçıya təhvil verilməmişdir və mübahisə də məhz bu öhdəliyin vaxtında icra edilməməsinə görə yaranmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Mübahisəli sahəni əldə etmək istəyən İddiaçı müqavilə bağlanan zaman əmlakın dəyərini tam şəkildə MMC-yə ödəmişdir. Tərəflər arasında bağlanmış müqavilə bu və ya digər şəkildə mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Sifarişçi müqavilədən imtina etməmişdir. Lakin işdən görünür ki, Cavabdeh1 MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur.

26. Cavabdeh1 MMC-nin qeyri-yaşayış sahəsini hər hansı müddət ərzində tikilib təhvil verilməsi barədə müqavilədə hər hansı bir şərt nəzərdə tutulmasa da, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, mübahisəli sahənin ağlabatan vaxt ərzində tikilib iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bununla da Cavabdeh1 MMC tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur.

27. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin alınması üçün 150000 manat vəsaiti Cavabdeh1 MMC-yə ödəmişdir. MMC isə müavilə bağlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin əmlakı iddiaçıya təhvil verməmiş, təsisçinin dəyişməsini əsas gətirərək müqavilənin icrasından imtina etmiş, bununla da İddiaçı həmin öhdəliklərin məcburi qaydada icra etməsi üçün MMCyə qarşı məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır. X4 Cavabdeh1 MMC-də xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi olması, buna görə də 2017-ci ilin noyabr ayının 30-da X4 İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyətinin olm amsı barədə apellyasiya şikayətinin dəlilin əsasız sayan apellyaisya instansiyası məhkəməsi vurğulamışdır ki, Cavabdeh1 MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X13 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliyə əsasən Cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibi X11 olmuşdur. O, MMC-də olan öz payını 23 yanvar 2019-cu il tarixdə özgəninkiləşdirmişdir. Başqa sözlə, 2017-ci ilin noyabr ayının 30-da X3 Şəmsiyyə Ağaxan qızı ilə əqd (müqavilə) bağlayarkən səlahiyyətli şəxs olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.1, 425.1, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci və Mülki Prosessual Məcəllənin 771.-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarlmasını xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4055/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il qərarı ilə (hakimlər Aqil Abbasov - məruzəçi, Elşanə Vəliyeva və Elşad Şamayev) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-359/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.

31. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasya instansiyası məhkəməsinin Cavabdeh1 MMC-nin nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X13 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikl iyə əsasən cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibinin X4 olmasına istinad edərək, sonuncunun 30 noyabr 2017-ci il tarixli müqavilə bağlanarkən səlahiyyətli şəxs olması barədə gəldiyi nəticə qanunvericiliyə, eləcə də MMC-nin istinad olunan nizamnaməsinə uyğun olmamışdır. Mülki Məcəllənin 91.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Mülki Məcəllənin 91-1.1 və 91-1.2-ci maddələrinə görə bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Cəmiyyətin direktorlar Şurasının (müşah idə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Göründüyü kimi, qanunvericiliyə görə MMC-də cari rəhbərliyi kollegial və ya təkbaşına rəhbər həyata keçirir və onların yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Cavabdeh1 MMC-nin nizamnaməsinin 4.6-cı maddəsinə görə də MMC-nin fəaliyyətinə cari rəhbərliyi MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru həyata keçirir. Direktor MMC-nin adından vəkalətnaməsiz fəaliyyət göstərir, MMC-nin operativ idarə edilməsini həyata keçirir... MMC-nin adından əqdlər bağlayır. Qeyd edilənlər göstərir ki, X4 təsisçi olması onun MMC-nin icraedi ci orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru olması demək deyil. X4 yalnız MMC-nin təsisçisi olması faktı onun MMC-nin adından əqdlər bağlamağa səlahiyyətli olması nəticəsinə gəlmək üçün əsas vermir. Bu səlahiyyət üçün onun həm də Nizamnaməyə uyğun olaraq MMC-nin adından təmsilçilik funksiyası olmalıdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi 30 noyabr 2017-ci il tarixli müqavilə bağlanarkən X1 şəxs olmasını onun MMC-nin qanuni təmsilçilik funksiyasına malik olan şəxs olub-olmaması kontekstində araşdırıb qiymətləndirməli idi.

32. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində Cavabdeh1 MMC-nin təsisçisi olmuş X4 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmü ilə CM-in dələduzluq, vəzifə saxtakarlığı və sair maddələrlə məhkum olunmasına, həmin hökmlə hazırkı iddiada adı keçən qeyri-yaşayış sahəsinin iddiaçıya satılmasının qanunsuz hesab edilməsinə istinad etməklə, həmin hökmü apellyasiya şikayətinə də əlavə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmündən (İİ cild, i.v.23) görünür ki, X11 bilə-bilə yalan məlumatları daxil etməklə saxta rəsmi sənədləri – 30 noyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışını imzalayıb və hazırkı iddiada adı keçən qeyri-yaşayış sahəsini iddiaçının adına rəsmiləşməsinə yalandan vəd etmişdir. (İİ cild, i.v.27) Qeyd edilən cinayət işində iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və zərərçəkmiş kimi iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Mülki Prosessual Məcllənin 82.4cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya məhkəməsi isə cavabdehin həmin dəlilinə, ümumiyyətlə, qiymət verməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə müəyyən edilmiş işin hallarının hazırkı işə aid olub-olmaması, aid olduğu halda həmin hökmün Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbləri baxımından hazırki iş üzrə preyudisial xarakter daşıyıb-daşımamasını araşdırmamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1917/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

34. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəliyin tam yerinə yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir.

35. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, H.K. Əsgərov mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək M.A.Qürbətovaya ünvan 4 ünvanda "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 86 saylı mənzili 62.720 manata, 2-ci giriş 11-ci mərtəbədə yerləşən 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş 6 mərtəbədə olan 3 otaqlı mənzilin 72.300 manata satışına həyata keçirərək buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın ofisində İddiaçı müxtəlif vaxtlarda pul almışdır. Faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq "xxxx" MTK-nın möhürünü bir başa vurub kooperativi möhürü ilə həmin sənədləri 14 iyul, 31 avqust 2017-ci ildə İddiaçı və onun qızı M.Qürbətovanın adına rəsmiləşdirə rək İddiaçı təqdim etməklə ondan aldıgı 199.250 manatı öz şəxsi ehtiyatları üçün xərclənmişdir. İddiaçı aldadıldıgını başa düşərək verdiyi pul vəsaitini tələb etdikdə, H.K.Əsgərov 30 noyabr 2017-ci ildə özünün direktor oldugu Cavabdeh1 MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsini, guya İddiaçı 150.000 manata satılması barədə 30 noyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı verməklə yenidən saxtakarlıq etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qeyriyaşayış sahəsinin alınması üçün 150.000 manat vəsaiti Cavabdeh1 MMC-yə ödəmişdir. MMC isə müqavilə bağlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin əmlakı iddiaçıya təhvil v erməmiş, təsisçinin dəyişməsini əsas gətirərək müqavilənin icrasında imtina etmiş, bununla da İddiaçı həmin öhdəliklərin məcburi qaydada icra etməsi üçün MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır.

36. Göründüyü kimi, qanunvericiliyə görə MMC-yə cari rəhbərliyi kollegial və ya təkbaşına rəhbər həyata keçirir və onların yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Qeyd edilənlər göstərir ki, H.K.Əsgərovun təsisçi olması onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru olması demək deyil. H.K.Əsgərovun yalnız MMC-nin təsisçisi olması faktı onun MMC-nin adından əqdlər bağlamağa səlahiyyətli olması nəticəsinə gəlmək üçün əsas vermir. Bu səlahiyyət üçün onun həm də nizamnaməyə uyğun olaraq MMC-nin adından təmsilçilik funksiyası olmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmündən (İİ cild, i.v.23) görünür ki, X11 bilə-bilə yalan məlumatları daxil etməklə saxta rəsmi sənədləri – 30 noyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışını imzalayıb və hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsini iddiaçının adına rəsmiləşməsinə yalandan vəd etmişdir. (İİ cild, i.v.27) Qeyd edilən cinayət işində iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və zərərçəkmiş kimi iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı m ülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı 300 m2 qeyri-yaşayış sahəsi üçün (muzd) pul ödəməmişdir.

37. Kollegiya gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 91.1, 385.1,421.1, 425.1, 445.2.1, 448.1, 448.2,752.1, 759.1, 759.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 82.4cü maddəsinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ik inci icraat

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1075/2022 nömrəli, xx.xx.2023-cü il qərarı ilə (hakimlər Ələsgər Əliyev - məruzəçi, Mehparə Əhmədova, Vüqar Həsənov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1917/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

39. Məhkəmə qeyd etmişdir ki, mübahisənin əsasını – iddiaçı və cavabdeh arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında podrat müqaviləsi təşkil edir. Həmin müqavilədən görünür ki, müqavilə MMC-nin direktoru X11 və payçı İddiaçı arasında bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə bağlanan zaman X11 cavabdeh MMC-ni n direktoru deyil, təsisçisi statusunda olmuşdur və buna görə də o, müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmamamışdır. Belə ki, Hüseyn Əsgərov yalnız xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi – direktor olmuş, xx.xx.2019-cu ilədək cavabdeh MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdir.

40. Göründüyü kimi Hüseyn Əsgərov xx.xx.2017-ci il tarixdə MMC-nin adından podrat müqaviləsini bağlamaq səlahiyyətinə malik olmasa da, o MMC-nin qanuni təmsilçisi olduğu müddət ərzində 30 noyabr 2017-ci il tarixli müqaviləni mübahisələndirməmiş, həmin müqavilənin etibarlılığını şübhə altına alacaq hər hansı hərəkət etməmiş, bununla da, MMC-nin qanuni təmsilçisi olaraq həmin müqaviləni bəyənmişdir.

41. Hüseyn Əsgərovun bəyənilmədə ifadə olunan hərəkətləri həmçinin onun birin ci instansiya məhkəməsində verdiyi izahatda da öz təsdiqini tapır. Belə ki, o, izahatında (İ cild, səhifə 44) bildirmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri olan 150.000 manat pul ödənilmişdir. Həmin pul vəsaiti və digər payçıların da vəsaiti hesabına binanın dörd mərtəbəsi tikilmişdir.

42. Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

43. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

44. Mülki qanunvericilik əqdlərdə razılığın iki növünü fərqləndirmişdir: icazə (qabaqcadan veri lmiş razılıq) və bəyənmə (sonradan verilən razılıq).

80. Həmçinin, qanunvericiliyə əsasən, əqdin bağlanmasına razılığın əvvəl və ya sonra verilməsindən asılı olmayaraq, həmin razılığın əqd formasında öz əksini tapması tələb olmur və bu, tərəfin hərəkətlərində və rəftarında ifadə oluna bilər.

81. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edil ir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 3 mart 2023-cü il tarixli Qərarı).

45. Digər tərəfd ən, məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmü ilə iddiaçı, X4 cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır.

46. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

47. Hökmlə müəyyən edilmişdir ki, Hüseyn Əsgərov mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək İddiaçı ünvan 4 ünvanda "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 86 saylı mənzili 62.720 manata, 2-ci giriş 11-ci mərtəbədə yerl əşən 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş 6 mərtəbədə olan 3 otaqlı mənzilin 72.300 manata satışını həyata keçirərək buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın ofisində İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 199.520 manat pul almışdır. İddiaçı aldadıldığını başa düşərək verdiyi pul vəsaitini tələb etdikdə, Hüseyn Əsgərov 30 noyabr 2017-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı 150.000 manata satılması barədə müqavilə və maliyyə arayışı vermişdir. Odur ki, iddiaçının qeyri-yaşayış sahəsinin dəyərini ödəyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməsi mübahisə sizdir.

48. Bunlarla yanaşı, işin hallarından görünür ki, cavabdeh iddiaçının MMC ilə bağladığı 30 noyabr 2017-ci il tarixli müqavilə üzrə öhdəlikləri həm də ona görə yerinə yetirməkdən imtina edir ki, Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında payın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə imzalanarkən H.Əsgərov qeyd edilən müqavilə barədə onlara hər hansı bir məlumat verməmişdir.

49. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

50. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü ş əxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

51. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, alıcı satıcıya üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı verdiyi və alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bilmədiyi hallarda, satıcının iki hüququ yaranır və bu hüquqlardan birini seçmək imkanına malikdir: əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək.

52. Buna görə də, hazırkı iş üzrə "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə qarşı əşyanın qiymətinin azaldılması və ya alğı-satqı müqaviləsinin ləğvi tələbini irəli sürmək hüququ olsa da, iddiaçı qarşısında götürülmüş öhdəlikdən imtina etmək hüququ yoxdur.

53. Məhkəmə kollegiyası, həmçinin, iddiaçının adının Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tərtib olunmuş zərərçəkmiş şəxslərin siyahısında olmaması ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının qeyd olunan Quruma müraciət etməməsi və ya həmin iş üzrə istintaq aparılması barədə məlumatlı olmaması onun hazırkı iddia tələbinin təmin olunmaması əsası kimi çıxış edə bilməz.

54. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 355.2, 357, 358.2, 404.1, 404.1, 567, 572.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.3, 418.1, 418.3, 420-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

55. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Lalə Rəhimli sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Fuad Məmmədov) 2(105)-1577/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(012)-2311/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

56. Kollegiya qeyd etmişdir ki, müqavilə bağlanan zaman X11 cavabdeh MMC-nin direktoru deyil, təsisçisi statusunda olmuşdur və buna görə də o, müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmamamışdır. Belə ki, Hüseyn Əsgərov yalnız xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi – direktor olmuş, xx.xx.2019-cu ilədək cavabdeh MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdi r. Göründüyü kimi Hüseyn Əsgərov xx.xx.2017-ci il tarixdə MMC-nin adından podrat müqaviləsini bağlamaq səlahiyyətinə malik olmasa da, o MMC-nin qanuni təmsilçisi olduğu müddət ərzində 30 noyabr 2017-ci il tarixli müqaviləni mübahisələndirməmiş, həmin müqavilənin etibarlılığını şübhə altına alacaq hər hansı hərəkət etməmiş, bununla da, MMC-nin qanuni təmsilçisi olaraq həmin müqaviləni bəyənmişdir. Hüseyn Əsgərovun bəyənilmədə ifadə olunan hərəkətləri həmçinin onun birinci instansiya məhkəməsində verdiyi izahatda da öz təsdiqini tapır. Belə ki, o, izahatında (İ cild, səhifə 44) bildirmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri olan 150.000 manat pul ödənilmişdir. Həmin pul vəsaiti və digər payçıların da vəsaiti hesabına binanın dörd mərtəbəsi tikilmişdir.

57. Kollegiya daha sonra qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmü ilə iddiaçı, X4 cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Hökmlə müəyyən edilmişdir ki, Hüseyn Əsgərov mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək İddiaçı ünvan 4 ünvanda "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 86 saylı mənzili 62.720 manata, 2-ci giriş 11-ci mərtəbədə yerləşən 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş 6 mərtəbədə olan 3 otaqlı mənzilin 72.300 manata satışını həyata keçirərək buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın ofisində İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 199.520 manat pul almışdır. İddiaçı alda dıldığını başa düşərək verdiyi pul vəsaitini tələb etdikdə, Hüseyn Əsgərov 30 noyabr 2017-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı 150.000 manata satılması barədə müqavilə və maliyyə arayışı vermişdir. Odur ki, iddiaçının qeyri-yaşayış sahəsinin dəyərini ödəyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməsi mübahisəsizdir.

58. Bunlarla yanaşı, işin hallarından görünür ki, cavabdeh iddiaçının MMC ilə bağladığı 30 noyabr 2017-ci il tarixli müqavilə üzrə öhdəlikləri həm də ona görə yerinə yetirməkdən imtina edir ki, Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında payın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə imzalanarkən H.Ə sgərov qeyd edilən müqavilə barədə onlara hər hansı bir məlumat verməmişdir.

59. Kollegiya bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən, alıcı satıcıya üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı verdiyi və alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bilmədiyi hallarda, satıcının iki hüququ yaranır və bu hüquqlardan birini seçmək imkanına malikdir: əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək. Buna görə də, hazırkı iş üzrə "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə qarşı əşyanın qiymətinin azaldılması və ya alğı-satqı müqaviləsinin ləğvi tələbini irəli sürmək hüququ olsa da, iddiaçı qarşısında götürülmüş öhdəlikdən imtina etmək hüququ yoxdur.

60. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

61. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355.2, 357, 358.2, 404.1, 404.2, 567, 572.1-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

62. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1577/2023 saylı, xx.xx.2023-c ü il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qərar çıxarılmasını xahiş etmişdir.

63. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maliyyə arayışı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 143 qeydiyyat №-si ilə “05” fevral 1999-cu il tarixdə qeydə alınmış “ciddi hesbat blanklarının (Mədaxil qəbzi f.№ 1 MQ, kassa mədaxil orderi F.№ KO-1, vəkalətnamə f.№ M-2, qaimə-faktura f.№ 2Q) forma və rekvizitləri və onlardan istifadə qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin qaydaların 16-cı bəndinə əsasən “Kassa mədaxil orderi forma № KO-1” iki hissədən - kassa mədaxil orderi və kassa mədaxil orderinin qəbzindən ibarətdir. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzala nır və möhürlə təsdiq edilir. Həmin maliyyə arayışdan göründüyü kimi həmin sənəd kassa mədaxil orderi deyil və hətta həmin sənədi mötəbər bir sübut kimi hesab etmək istəsək belə həmin maliyyə arayışı məsul şəxs yəni müəssisənin baş mühasibi və yaxud mühasibi tərəfindən imzalanmamışdır. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Göründüyü kimi podrat müqaviləsi əsasında mənzil tikintisi üzrə pul vəsaitinin MMC-nin kassasına ödənilməsini təsdiq edən heç bir kassa mədaxil qəbzi olmamışdır.

64. Kassator daha sonra qeyd etmişdir ki, mübahisənin əsasını – iddiaçı və cavabdeh arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında podrat müqaviləsi təşkil edir. Həmin müqavilədən görünür ki, müqavilə MMC-nin direktoru X11 və payçı İddiaçı A\axan qızı arasında bağlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə bağlanan zaman X11 cavabdeh MMC-nin direktoru deyil, təsisçisi statusunda olmuşdur və buna görə də o, müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmamışdır. Belə ki, Hüseyn Əsgərov yalnız xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi – direktor olmuş, xx.xx.2019-cu ilədək cavabdeh MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdir. Göründüyü kimi məhkəmə müqavilə bağlanarkən Hüseyn əsgərovun səlahiyyətsiz şəxs olmasını qətnamədə qeyd etmişdir. Lakin sonradan həmin tərəflər arasında bağlanmış əqdin Mülki Məcəllənin 358.2-ci maddəsinə əsasən səlahiyyətli şəxs tərəfindən əqdin mübahisələnd irilməməsini həmin müqavilənin bəyənilməsi kimi yalnış tövsif etmişdir.

65. Məhkəmə müqaviləni imzalamış Cavabdeh1 MMC-nin təsisçisi X4 300 kv.m. qeyriyaşayış sahəsinin iddiaçıya satılmasının qanunsuz hesab edilməsini özündə əks etdirən Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmünü nəzərə almamışdır. X14 bilə-bilə yalan məlumatlar daxil etməklə saxta xx.xx.2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışının imzalanraq həmin qeyri-yaşayış sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə yalandan vəd etməsini və iddiaçının həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmasını nədənsə nəzərə almamışdır (hökmün İİ cild, i.v 23, İİ cild i.v 27). Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayə t təqibi üzrə qüvvəyə minmiş digər qərarımülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

66. Qeyd edilən hökmlə də artıq təsdiq olunduğu kimi İddiaçı hazırkı iddia tələbində qeyd etdiyi ünvanda 300 kv.m. qeyri-yaşayış sahəsi alınması üçün Cavabdeh1 MMC-yə pul vəsaiti ödəməmişdir. Ödəniş Xətai rayonunda "xxxx" MMC-tərəfindən inşa ediləcək binada 3 mənzillə bağlı həmin MMC-yə ödənilmiş və H.Əsgərov da həmin vəsaiti öz şəxsi ehtiyaclarına sərf etmişdir. X15 həmin mənzilləri İddiaçı təhvil verə bilmədiyindən formal olaraq xx.xx.2017-ci il tarixdə təkrarən etibardan sui istifadə edərək səlahiyyəti olmadan Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəsinə dair müqavilə və pul ödənilmədiyi halda maliyy ə arayışı vermişdir. Bu faktlar Hüseyn Əsgərov barəsində başlanılmış cinayət işi üzrə öz təsdiqini tapmış və həmin hallara hüquqi qiymət verilmişdir.

67. Cavabdeh1 MMC-nin nizamnaməsinin 4.6-cı bəndində göstərilir ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. X11 isə yuxarıda qeyd edilən hökmlə müəyyən edildiyi kimi xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi səlahiyyətinə malik olmuşdur. Göründüyü kimi 30 noyabr 2017-ci il tarixdə İddiaçı ilə “Hasil MMC” arasında mənzil tikintisi haqqında müqavilə bağlanarkən X11 MMC-nin direktoru deyil, təsisçisi statusunda olmuş və buna görə də o müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmadığı təsdiq edilmişdir. Vergilər Nazirl iyi Kommersiya X10 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli reyestr məlumatına əsasən Cavabdeh1 MMC-nin yeganə təsisçisi, 100% pay sahibi X11 olmuşdur. Həmin şəxsin təsisçi olması qanunvericiliyə görə onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olması demək deyil. Qeyd edilən əsaslarla bir daha təsdiq edilir ki, müqavilə səlahiyyətsiz şəxs tərəfindən bağlanıldığından əhəmiyyətsiz əqd olmuşdur.

68. Bundan başqa məhkəmə Cavabdeh1 MMC-nin Cavabdeh2 MMC-yə qoşulması nəticəsində yenidən təşkil edilməsini və Cavabdeh2 MMC-nin Cavabdeh1 MMC-nin hüquqi varisi olmasını nəzərə almadan onun iştirakı olmadan qərar qəbul etmişdir.

69. Məhkəmə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsinin mübahisəsiz olduğunu qeyd etmişdir (qətnamənin 91-sətr i). Lakin hər hansı bir mötəbər sübut və dəlilə istinad etmədən qeyri-yaşayış sahəsinin dəyərinin ödənildiyi nəticəsinə məhkəmənin necə gəldiyi müəyyən olunmur. Belə ki, maddi sübüt kimi götürülüb cinayət işinə əlavə olunmuş 30 noyabr 2017-ci il tarixdə salahiyyətsiz şəxs tərəfindən bilə-bilə saxta tərtib edilmiş maliyyə arayışına Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə hüquqi qiymət verilməsini məhkəmə nəzərdən qaçırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Göründüyü kimi məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə (İİ cild i.v.23 görünür ki, MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olmay an yalnız təsisçi olan X11 bilə-bilə yalan məlumatları daxil etməklə saxta rəsmi sənədləri – 30 noyabr 2017ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışını imzalayıb və 300 kv.m. qeyriyaşayış sahəsini iddiaçının adına rəsmiləşməsinə yalandan vəd etmişdir. Həmçinin həmin hökmlə hazırki iş üzrə iddiaçıŞ. Qürbətovanın 300 kv.m. qeyri-yaşayış sahəsi üçün (muzd) pul ödənilmədiyi müəyyən edilmişdir.) müəyyən edilmiş işin hallarının hazırki işə aid olubolmaması, aid olduğu halda həmin hökmün MPM-nin 82.4-cü maddəsinin tələbləri baxımından hazırki iş üzrə preyudisial xarekter daşıdığını nəzərə almayaraq prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

70. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdiri lməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

71. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

72. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

73. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

74. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

75. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunm ur.

76. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

77. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

78. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

79. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin son rakı hərəkətləri nəzərə alınır.

80. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

83. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

84. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

86. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

87. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

89. Apellyasiya məhkəməsi iş materiallarını və qanunvericiliyi nəzərə alaraq, cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Hüseyn Əsgərov xx.xx.2017-ci il tarixdə MMC-nin adından podrat müqaviləsini bağlamaq səlahiyyətinə malik olmasa da, xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi-direktor olmuş, xx.xx.2019-cu ilədək bu statusla fəaliyyət göstərmiş, bu müddət ərzində sözügedən müqaviləni mübahisələndirməmiş, həmin müqavilənin etibarlılığını şübhə altına alacaq hər hansı hərəkət etməmiş, bununla da, MMC-nin qanuni təmsilçisi olaraq həmin müqaviləni bəyənmişdir. Bu fakt H.Əsgərovun birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də təsdiq olunur (§ 56).

90. Kassasiya şikayətində qeyd olunan digər dəlil - iddiaçının cinayət işi üzrə zər ərçəkmiş şəxs kimi tanınması barədə Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmü ilə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, həmin hökmə əsasən İddiaçı aldadıldığını başa düşərək verdiyi pul vəsaitini tələb etdikdə, Hüseyn Əsgərov 30 noyabr 2017-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı 150.000 manata satılması barədə müqavilə və maliyyə arayışı vermişdir. Odur ki, iddiaçının qeyri-yaşayış sahəsinin dəyərini ödəyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməsi mübahisəsizdir (§ 57).

91. Kassasiya məhkəməsi qeyd edir ki, əqdə əsaslanan tələbə baxılarkən müqavilənin mülki hüquqi bax ımdan etibarlılığına, yəni əqdin hüquqi nəticə yaratmaqla tərəflər üçün hüquq və öhdəliklər əmələ gətirməsinə qiymət vermək mülki mühakimə icraatını həyata keçirən məhkəmənin vəzifəsidir.

92. Hazırkı mülki mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq, 30 noyabr 2017-ci il tarixli müqavilənin cavabdeh MMC tərəfindən iddiaçı ilə bağlanması, cəmiyyətin direktorunun həmin əqdi bəyənməsi, qeyriyaşayış sahəsinin dəyərinin ödənilməsinin təsdiq olunması və bu barədə iddiaçıya maliyyə arayışının verilməsi, beləliklə də həmin müqavilənin cavabdeh MMC üçün mülki hüquqi öhdəlik yaratması qənaətə gəlmiş və iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

93. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiy mətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

94. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

96. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

97. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1577/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar