Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-315/2026 16.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (hüquq və vəzifələrinə toxunulan şəxs qismində cəlb edilmə barədə) X2 (sədrlik edən və məruzəçi), X11 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin e-2(012)-5572/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 04 nömrəli müqaviləyə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş ünvan 2 blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5572/2025 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, ünvan 2 blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi, ödənilmiş 100 məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Məsimov X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5572/2025 nömrəli qətnaməsinin hüquq və vəzifələrinə toxunduğu əsas gətirərək, onun hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasını xahiş etmiş etmiş, ərizəsinə apellyasiya şikayəti əlavə etmişdir.
4. Həmçinin xx.xx.2026-cı il tarixdə ərizəçi Maraqlı şəxs vəkili və nümayəndəsi Xəlilov X6 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5572/2025 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(012)-5572/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi və iddiaçının cavabdehlə bağladığı xx.xx.2021-ci il tarixli əqdin etibarsız hesab edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda onunla hazırkı iş üzrə İddiaçı arasında Abşeron Rayon Məhkəməsinin icraatında onun ərizəçiyə qarşı məhz həmin qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı maneələrə son qoyulması, ərizəçinin ona və Cavabdeh MMС-yə qarşı xx.xx.2021-ci il tarixli, 04 saylı müqavilənin etibarsız hesab edilməsi, qanunsuz zəbt edilmiş 100 kv.m qeyri-yaşayış sahəsində özbaşına hörülmüş şüşəbəndin sökülərək 100 kv.m hissədən 33 kv.m hissəsinin naturada ayrılaraq ərizəçinin sahibliyinə verilməsi barədə qarşılıqlı iddia tələbləri üzrə mülki iş vardır. Həmin iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 3527/2025 saylı qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, ərizəçinin iddiasının isə rədd edilməsi qət edilmişdir. Lakin həmin qətnamə qanuni qüvvəsini almamışdır və ərizəçi həmin qətnamədən apellyasiya şikayəti vermək niyyətindədir. Bununla yanaşı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(012)-674/2025 saylı qiyabi qətnaməsi ilə ünvan 1 ünvanda 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-3527/2025 saylı işin hallarından müəyyən olunur ki, Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış 24 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, MMC ünvan 2 blok, 1-ci mərtəbə, ilk satılan qeyri-yaşayış sahəsi kimi ümumi sahəsi 33 kv.metr olan sahəni bir pay kimi Maraqlı şəxs satmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 5572/2025 nömrəli qətnaməsi onun hüquq və vəzifələrinə, maraqlarına toxunur və onun həmin qətnamədən şikayət vermək hüququ tanınmalıdır
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(012)-5572/2025 nömrəli qərardadına əsasən (hakim M.Mirhəsənli) Maraqlı şəxs tərəfindən verilmiş “hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmasına dair” ərizə təmin olunmamış, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
7. Ərizəçi bu qərardaddan şikayət vermiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(012)-5572/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi Maraqlı şəxs sözügedən qətnamənin onun hüquq və vəzifələrinə, maraqlarına toxunduğunu bildirməsinə baxmayaraq, ərizəsində bəhs etdiyi ünvan 2 blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 33 kvadrat metr sahənin hazırki işin mübahisə predmetini təşkil edən və həmin ünvanda - ünvan 2 blok, 1-ci mərtəbədə yerləşən 100 kvadrat metr sahəyə aidiyyətini təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Halbuki, ərizəsinin əsası kimi istinad etdiyi halları sübutetmə vəzifəsi məhz ərizəçinin üzərinə düşürdü. Ona görə də məhkəmə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 357.1, 357.2, 364.1, 364.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə ərizənin rədd edilməsi barədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. İddiaçının iddia etdiyi 100 kv.m qeyri-yaşayış sahəsinin 33 kv.m hissəsi daha əvvəl X3 xx.xx.2021-ci il tarixdə satılmışdır. Cavabdeh FAM-88 MMC-nin satış üçün əlində 67 kv.m qeyri-yaşayış sahəsi qaldığı halda, həmin 67 kv.m sahəni 100 kv.m adı ilə İddiaçı satmaqla dələduzluq etmişdir. Mübahisənin predmeti olan 100 kv.m qeyri-yaşayış sahəsinin 33 kv.m hissəsinin Maraqlı şəxs təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-674/2025 saylı qiyabi qətnaməsi qanuni qüvvəsini almışdır və icraya yönəldilmişdir. Hazırki iş üzrə İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 674/2025 saylı qiyabi qətnaməsinin icrasına maneə törətmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 16(105)-63/2025 saylı qərardadı və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(012)- 268/2025 saylı qərardadı ilə qadağa qoyulmasına baxmayaraq, mübahisəli 100 kv.m qeyri-yaşayış sahəsini şüşə materiallarla bir gecənin içində özbaşına əhatəyə almışdır. Bundan sonra isə iddiaçı Cavabdeh MMC-yə qarşı və Maraqlı şəxs qarşı ayrı-ayrılıqda gecikmiş iddia qaldırmışdır. Maraqlı şəxs "xxxx" MMC ilə müqaviləsi xx.xx.2021-ci il tarixdə imzalanmış, Vüqar Huseynovun “müqaviləsi isə 1(bir) ay sonra xx.xx.2021-ci il tarixdə imzalanmışdır. Beləliklə, Maraqlı şəxs mübahisələndirilən 100 kv.m qeyriyaşayış sahəsinin 33 kv.m hissəsinə daha əvvəl sahiblik hüququ əldə etmişdir. İddiaçı mübahisələndirilən 100 kv.m qeyri-yaşayış sahəsi təhvil-təslim edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 5572/2025 saylı qətnaməsindən məlum olduğu kimi Cavabdeh MMC-nin direktoru X9 videokonfrans vasitəsilə məhkəməyə izahat vermişdir ki, mübahisələndirilən 100 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı təhvil-təslim edilməsi barədə sənədləri imzalamasına baxmayaraq, iştirak etməmiş və qeyri-yaşayış sahəsinin təhvil verilməsindən xəbəri olmamışdır. Daha sosnra R.Tağıyev məhkəməyə İddiaçıla bağlanmış müqaviləni imzalamadığını və müqavilədə olan imzanı Fəxrəddin Hüseynovun imzasına oxşatdığını bildirmişdir. Göstərilən hallardan məlum olur ki, 100 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə bağlanmış müqaviləyə səlahiyyəti olmayan şəxs tərəfindən qeyri-rəsmi imza edilmişdir. Ona görə də İddiaçı Cavabdeh MMC ilə bağladığı müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən etibarsız hesab edilməlidir. Hazırkı mülki iş üzrə İddiaçı əlində yerləşmə planı olmamışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-2-023/2-200455/25-saylı sorğusuna cavab məktubundan görünür ki, cavabdeh “FAM-88 MMC” tərəfindən İddiaçı satılmış qeyriyaşayış sahəsinin 1-ci mərtəbədə hansı hissədə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı sonradan məhkəməyə təqdim etdiyi təhvil-təslim aktı və yerləşmə cizgisi köhnə tarixlə imzalanmasına baxmayaraq, möhürlə təsdiq edilməmiş, saxtadır və heç bir hüquqi əhəmiyyəti yoxdur. Maraqlı şəxs Cavabdeh MMC ilə müqaviləsi İddiaçı cavabdehlə bağladığı müqavilədən daha əvvəlki tarixdə imzalanmışdır. Həmçinin, Maraqlı şəxs məhkəməyə daha əvvəl iddia ərizəsi vermiş və məhkəmənin qanuni qüvvəsini almış e-2(012)-674/2025 saylı qətnaməsinin mövcudluğuna görə və mübahisələndirilən əmlakın İddiaçı təhvil verilmədiyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən Maraqlı şəxs üstünlük hüququna malikdir. Qeyd edilənlərə əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5572/2025 nömrəli qətnaməsi hüquq və vəzifələrinə toxunur və məhkəmə hazırkı qərardadı çıxarmaqla onun məhkəməyə müraciət etmək hüquqlarını kobud şəkildə pozmuşdur. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs kimi e-2(012)-5572/2025 saylı mülki işin icraatda olmasından xəbəri olmamış, bu səbəbdən üçüncü şəxs qismində tanınma və işə cəlb edilməklə bağlı ərizə verməmişdir. Qeyd olunan halları məhkəmə nəzərə almamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz və vəsatətlər daxil olmuşdur.
12. Şikayətə etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, hazırkı mülki işə Abşeron Rayon Məhkəməsində baxılakən eyni zamanda cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 2 blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr olan mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı ilk iddia üzrə İddiaçı cavabdeh Maraqlı şəxs qarşı əmlakın istifadəsi ilə bağlı maneələrə son qoyulması tələbinə dair iddia ərizəsinə və qarşılıqlı iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı və Cavabdeh MMC-nə qarşı Cavabdeh MMC ilə İddiaçı arasında ünvan 3 ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.metr olan qeyri yaşayış sahəsinin alqı-satqı edilməsinə dair 24 sentyabr 2021- ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh İddiaçı qanunsuz sahiblik etdiyi ünvan 3 ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.metr olan qeyri yaşayış sahəsinin 33 kv.metr hissəsi naturada ayrılaraq Maraqlı şəxs sahibliyinə verilməsi barədə qarşılıqlı iddia tələbinə dair Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-3527/2025 saylı mülki işə də baxılırdı. Yəni həmin vaxt qarşılıqlı iddiaçı Maraqlı şəxs hazırda mübahisələndirdiyi Abşeron Rayon Məhkəməsinin 2(012)-5572/2025 saylı mülki işindən xəbərdar olmuş, lakin həmin mülki işdə maraqlı (üçüncü) şəxs qismində iştirak etmək istəməmiş və məhkəməyə işə qoşulmaq barədə ərizə verməmişdir, yalnız Abşeron Rayon Məhkəməsində baxılan e-2(012)-3527/2025 saylı mülki işdə uğursuz nəticə əldə etdikdən sonra həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verməklə yanaşı hazırki 2(012)-5572/2025 saylı mülki işin yekun məhkəmə aktından da şikayət vermək qərarına gəlmişdir. Abşeron Rayon Məhkəməsinin e- 2(012)-3527/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin təsviri əsaslandırıcı hissəsində qeyd olunanlardan aydın olur ki, tərəflər arasında olan mülki mübahisəyə məhkəmədə baxılmazdan əvvəl və məhkəmə icraatı aparılan zaman 100 kv. metr qeyriyaşayış sahəsi İddiaçı faktiki istifadəsində və sahibliyində olmuşdur. Hətta, ərizəçi Maraqlı şəxs həmin qeyri-yaşayış sahəsində tikinti quraşdırma işlərinin qadağan edilməsi barədə məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə də vermişdir. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin Maraqlı şəxs hər hansı formada aiddiyatı yoxdur. Həmin qətnamə ərizəçi Maraqlı şəxs hər hansı hüquq və vəzifələrinə toxunulmur. Cavabdeh MMC-nin rəhbərləri məhkəmədə izahat verərkən bildirmişlər ki, Maraqlı şəxs satılmış 33 kv. metr qeyri-yaşayış sahəsi binanın birinci mərtəbəsində yerləşən liftin yanındadır, onun İddiaçı satılmış 100 kv. metr qeyri-yaşayış sahəsinə aidiyyatı yoxdur. Ərizəçi Maraqlı şəxs iddia ərizəsində həqiqətə uyğun olmayan yalan uydurmalar qeyd etməklə ona aidiyyatı olmayan cavabdeh İddiaçı məxsus və sonuncunun payı ödənilməklə tam mülkiyyətində və faktiki sahibliyində qeyri-yaşayış sahəsini ələ keçirmək məqsədi güdür. Məhkəmənin ərizəçinin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınma barədə ərizəsinin rədd edilməsi barədə mövqeyi qanuni və əsaslıdır. Ona görə də etirazda Abşeron Rayon Məhkəməsinin e-2(012)-5572/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 363.1.1 Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir
15. K.Maraevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli Qərarı Qərarda göstərilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. İşdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması.
Apellyasiya baxışının hədləri
16. Şikayətdən görünür ki, şikayətçi Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(012)-5572/2025 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
17. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e- 2(012)-5572/2025 nömrəli qərardadını tam həcmdə yoxlamağı vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və verilmiş etirazları iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(012)-5572/2025 saylı qərardadı ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
19. Məhkəmə kollegiyası verilmiş şikayəti əsaslı sayaraq, birinci instansiya məhkəməsinin hazırki mövqeyi ilə razılaşmır və mövqeyini aşağıdakılarla əsaslandırır .
20. Araşdırılan işdən müəyyən olundu ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh MMCyə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 04 nömrəli müqaviləyə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş ünvan 2 blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
21. Baxılan işdən həmçinin müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-674/2025 saylı qiyabi qətnaməsi ilə ünvan 1 ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır.
22. Bundan əlavə, müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında İddiaçıla Maraqlı şəxs arasında həmin qeyri-yaşayış sahəsinə dair digər bir iddia, “maneələrə son qoyulması, müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsində özbaşına hörülmüş şüşəbəndin sökülməsi, 100 kv.m hissədən 33 kv.m hissəsinin naturada ayrılarması və s” ilk və qarşılqılı iddia tələbləri üzrə mülki iş olmuş, həmin iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3527/2025 saylı qətnaməsi ilə iddiaçının iddiasının təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almamış, həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.
23. Qeyd edilir ki, Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir.
24. Nəzərə alınmalıdır ki, o şəxlər qəbul edilmiş məhkəmə qətnaməsi ilə hüquq vəzifələrinə toxunulan şəxs kimi tanına bilər ki, işə məhkəmədə baxılarkən iş üzrə tərəf kimi cəlb edilməmişdir, qəbul edilmiş qətnamə həmin şəxsin hüquq və vəzifələrinə birbaşa aiddir, məhkəmənin iş üzrə tədqiq olunmuş sübutlar əsasında həmin şəxsi müəyyən etmək və həmin şəxsin onun hüquq və vəzifələrinə dair məhkəmədə hansısa işə baxıldığı barədə məlumatlanmaq imkanı olmamışdır.
25. Qeyd edilir ki, hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
26. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.
27. Lakin baxılan işdən görünür ki, birinci instansiya məhkəməsində mübahisəyə baxılan zaman hazırki ərizəçinin (apellyatorun) əlaqəli işlər üzrə bir neçə işdə tərəf olması, mübahisəsi gedən əmlakların ünvanının eyni olmaqla, ərizəçinin də eyni binanın eyni mərtəbəsində qeyri-yaşayış sahəsinə məxsus olması, gələcəkdə qəbul ediləcək qərarın onun hüquq və vəzifələrinə toxuna biləcəyi kimi hallar müzakirə edilməməklə, sonuncu, iş üzrə 3-cü şəxs qismində işə cəlb olunmamış, apellyasiya şikayətini geri qaytaran birinci instansiya məhkəməsi də baxılmış iddianın spesifikliyini nəzərə almadan ərizəni təmin etməyərək apellyasiya şikayətini geri qaytarmışdır.
28. Məhkəmə kollegiyası sonda vurğulayır ki, bu kimi halda birinci instansiya məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, MPM-in 364-cü maddəsinin tələbi baxımından apellyasiya şikayəti vermiş şəxsin qəbul edilmiş qətnamənin onların hansı hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı və bunun nəticəsinə dair qərardad qəbul etməlidir.
29. Lakin iş materiallarınadan müəyyən edilir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(012)- 5572/2025 nömrəli qərardadı tam, bununla bağlı xx.xx.2026-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
31. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2 364.2 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(012)-5572/2025 nömrəli qərardadı tam, bununla bağlı xx.xx.2026-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.