Məhkəmə qərarları › İş №2(102)-6192/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6192/2019

15.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6192/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, X3 katibliyi, İddiaçı, onun vəkili X2, cavabdehin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-xxx/18) İddiaçı cavabdehlər Azərbaycan R espublikası SOCAR Dövlət Neft Şirkətinə və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdehlər Azərbaycan Respublikası SOCAR Dövlət Neft Şirkəti və SOCAR-ın Təhlükəsizlik İdarəsindən müştərək qaydada İddiaçı xeyrinə maddi zərərə görə 2111 (iki min yüz on bir) manatın tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası SOCAR Dövlət Neft Şirkəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, Ş.Məmmədova və N.Cəfərov, iş № 2 (103)-xx/19) apellyasiya şikayəti təmin edilərək Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi «cavabdehlər Azərbaycan Respublikası SOCAR Dövlət Neft Şirkəti və SOCAR-ın Təhlükəsizlik İdarəsindən müştərək qaydada İddiaçı xeyrinə maddi zərərə görə 2111 (iki min yüz on bir) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun cavabdehlərdən tutulması» hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə şikayət verən tərəfə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə İddiaçıkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası SOCAR Dövlət Neft Şirkətinə və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri qəsəbəsində yerləşən ona məxsus mənzilin sökülərək tamamilə yararsız hala salınması nəticəsində vurulmuş 13300 (on üç min üç yüz) manat və 631 (altı yüz otuz bir) ABŞ dolları məbləğində maddi zərərin, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tam həcmdə cavabdehlərdən tutularaq ona ödənilməsi və cavabdeh şəxslərin ondan və ailə üzvlərindən üzr istəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmamas ı ilə əsaslandırılmışdır. İddiaçı və vəkili R.Mirzəyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Cavabdeh Azərbaycan Respublikası SOCAR Dövlət Neft Şirkətinin vəkili A.Ələkbərova kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Digər cavabdeh olan SOCAR-ın Təhlükəsizlik İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edib həmin hissədə iddianı rədd edərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiy yəti Başçısının 1138 saylı, 08.08.2000-ci il tarixli sərəncamına əsasən Binəqədi qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. İddiaçının tələbi həmin torpaq sahəsində özbaşına inşa etdiyi bir otağın qanunsuz sökülməsi nəticəsində məruz qaldığı zərərin əvəzinin cavabdehlərdən tutulması barədədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-428 saylı, xx xxx 2018-ci il tarixli qərardadına əsasən məhkəmə mühəndis-texniki (torpaqşünaslıq) ekspertizası təyin olunmuş, ekspert qarşısında “İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi ilə XXX-ın "Neft kəmərləri" İdarəsinin istismarında olan Şirvan-Bakı Dş500 magistral neft kəməri, yaxud XXX-ın (onun tabe qurumların) həmin ərazidə n keçən hansı digər boru xətt(lər)inin mühafizə (təhlükəsizlik) zonasında yerləşirmi?” və “İddiaçı məxsus Bakı şəhəri, EV1 sökülməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın həcmi nə qədər təşkil edir” sualları qoyulmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 24.09.2018-ci il tarixli, 12782 saylı ekspert rəyi ilə birinci sual üzrə İddiaçı məxsus Bakı şəhəri, TORPAQ1 ilə SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Bakı Dş500 magistral neft kəmərinin mühafizə (təhlükəsizlik) zolağının daxilində olduğu müəyyən edilmişdir. İkinci sual üzrə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən tikilinin sökülməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2111,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddiaçıya ekspertiza rəyi ilə müəyyən olunmuş məbləğdə zərər vurulmasını müəyyən etmiş və həmin məbləğin cavabdehlərdən tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan tikilinin məhz Azərbaycan Respublikası DNŞ (SOCAR) və Təhlükəsizlik İdarəsi tərəfindən sökülməsini müəyyən etmədiyindən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən iş materiallarında olan 25.05.2015-ci il tarixli və xx xxx 2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlara da istinad etmişdir. Həmin qərarlardan məlum olur ki, iddiaçının şikayəti əsasında aparılan araşdır ma zamanı Azərbaycan Respublikası DNŞ-də Təhlükəsizlik İdarəsində mühafizəçi işləyən X4 və X5 verdikləri izahatlarında 04.03.2015-ci il tarixdə X6 həyətyanı sahəsində inşa edilmiş qeyri-qanuni tikilinin Neft Kəmərləri İdarəsinin işçiləri tərəfindən söküldüyünü və söküntünün gedişində təhlükəsizliyin onlar tərəfindən təmin olunduğunu göstərmişlər. İddiaçı isə tikinti işlərinin şəhərsalma və tikinti qaydalarına uyğun, lazımi icazələr alınmaqla aparılması və söküntünün məhz cavabdeh olaraq işə cəlb etdiyi şəxslər tərəfindən həyata keçirilməsini təsdiq edən heç bir sübuta istinad etməmiş, yalnız ehtimallara əsaslanmaqla tələb irəli sürmüşdür. Halbuki torpaq sahəsinə dair ona verilmiş sərəncamın da məhz Neft Kəmərləri İdarəsi tərəfindən mübahisələndirilməsi ona məlum idi. Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 50.1 və 50.2-ci maddələrinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Cavabdeh iddia tələbinin yönəldiyi fiziki şəxsdir. Hazırkı mülki iş üzrə iddiaya cavab verilməli olan şəxs kimi cəlb olunmuş Azərbaycan Respublikası DNŞ və həmin qurumun Təhlükəsizlik İdarəsi iddiaya cavab verməli olan şəxs olmamaqla, onlara qarşı tələb yönələ bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olmayan cavabdehlə əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçının razılığı ilə ola bilər. Məhkəmə əsl olmayan cavabdehin əsl iddiaçı ilə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki cavabdehin öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin cavadeh qismində işə cəlb olunması deməkdir. Prosesə cəlb edilən yeni cavabdeh bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. Əsl olmayan cavabdeh əvəz edildikdən sonra işə əvvəldən, yəni mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsindən icraat başlayır. Əsl olmayan cavabdehin əvəz edilmə sinə birinci instansiya məhkəməsində iş üzrə araşdırma başa çatanadək, yəni məhkəmə yekun məhkəmə aktını qəbul etmək üçün müşavirə otağına gedənədək yol verilə bilər. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası DNŞ və həmin qurumun Təhlükəsizlik İdarəsinin iş üzrə əsl olmayan cavabdeh olması məsələsinə diqqət yetirməmiş, həmin şəxslərin əsl cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etməmiş, tələb yönələ bilməyən şəxslərə qarşı verilmiş iddianı qismən təmin etmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Əsl cavabdehin əvəz olunması məsələsinə yalnız birinci instansiya məhkəməsində iş üzrə icraat başa çatanadək baxılmalı olduğundan, hazırkı mərhələdə, yəni apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əvəz edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi əsl olan cavabdehə qarşı yönəlmədiyindən və hazırkı mərhələdə əvəz etmə yolverilməz olduğundan şikayət təmin edilməli, qətnamə iddianın təmin olunan hissəsində ləğv olunmalı və həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir işdə iddiaçının iddiasına ilk növbədə, onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olu b-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı s ayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)XX/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar