Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6194/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(103)6490/2018 nömrəli qərardadından Cavabdeh və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və satış pulunun ½ his səsinin onun, ½ hissəsinin isə Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 11 mart 2019-cu il tarixli, 2(005)-1800/2019 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 22 aprel 2019-cu il tarixli 2(103)-6490/2018 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1800/2019 saylı iş üzrə 11 mart 2019-cu il tarixli qərardadınd an Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək şikayət geri qaytarılması üçün mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh və vəkili xxx oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(103)-6490/2018 nömrəli qərardadının ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, MPM 258 və 395-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri mümkün hesab etməklə düzgün nəticəyə gəlməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasında və kilsiz iştirak etdiyinə görə MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1800/2019 saylı iş üzrə 11 mart 2019-c u il tarixli qərardadından şikayət verilməsi qanunla nəzərdə tutulmadığından hazırkı şikayətə apellyasiya icraatı qaydasında baxılması mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: - 395.1.1. bu Məcəllədə göstərilən hallarda; - 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. - 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. - 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, prosessual qanunvericiliyin mənasından göründüyü kimi yalnız MPM-də göstərilən hallarda və ya məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda ayrıca akt şəklində çıxarılmış qərardaddan şikayət verilə bilər. Qanun iş üzrə icraatın dayandırılması barədə qərardaddan şikayət verilməsi qaydasını müəyyən etsə də, iş üzrə icraatın dayandırılmasından imtina barədə qərardaddan şikayət nəzərdə tutmamışdır. Həmçinin iş üzrə icraatın dayandırılmasından imtina barədə qərardad işin sonrakı hərəkətinə mane olan qərardad kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərin i müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli 2(103)-6490/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6194/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6194/2019
02.10.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver