Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6194/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı6 və qeyrilərinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) 30.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahverdiyev Ümüd Nadir oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı2 (həmçinin İddiaçı6 etibarnamə üzrə nümayəndəsi) və cavabdehin vəkili X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)110/2021 saylı qətnaməsindən iddiaçılar İddiaç ı6, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yusib qızının birgə verdikləri kassasiya şikayətinə və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 4 saylı evin 1, 4, 11 və 12 saylı mənzilləri müvafiq olaraq iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı6, İddiaçı5 Yusib qızına məxsusdur və hazırda onlar orada yaşayırlar. Həmin evin 7 sayl mənzili isə Cavabdeh məxsusdur. Cavabdeh tərəfindən yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilmiş və orada təmir işləri görülərkən iddiaçılara məxsus mənzillərə ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı6 və X3 Cavabdeh qarşı İddiaçı6 xeyr inə maddi ziyana görə 100000 manatın, mənəvi ziyana görə 150000 manatın, Y.V.İlyinanın xeyrinə maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
3. Daha sonra iddiaçılar İddiaçı6 və X3 iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilində cavabdeh tərəfindən aparılmış özbaşına tikililərin cavabdehin hesabına sökülməsinə, cavabdeh tərəfindən zəbt edilmiş ümumi istifadədə olan torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsinə, yaşayış sahəsinin qeyriyaşayış sahəsi ilə əvəz edilməsi barədə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən 07.07.2015-ci il tarixdə 355 saylı sərəncamının, eski z lahiyəsinin etibarsız hesab edilməsinə, binanın və mənzilin qəzalı vəziyyətə salındığına görə İddiaçı6 xeyrinə maddi ziyana görə 100000 manatın, mənəvi ziyana görə 150000 manatın, Y.V.İlyinanın xeyrinə maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Eyni zamanda iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yusib qızı, İddiaçı1 Hüseyin oğlu Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin qəzalı vəziyyətə düşməsinə görə cavabdehdən hər birinin xeyrinə maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın tutulmasına, cavabdehin mənzili əvvəlki vəziyyətinə bərpa etməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli, 2(011)-757/2017 saylı qərardadına əsasən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 Əskər oğlunun, İddiaçı5 Yusib qızının, İddiaçı1 Hüseyin oğlunun Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair 2(011)-757/2017 saylı mülki işlə iddiaçılar İddiaçı6 və X1 Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair 2(011)-858/2017 sayı mülki iş bir icraatda birləşdirilmişdir.
6. Daha sonra iddiaçılar İddiaçı6, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yusib qızı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilində apardığı təmir tikinti işlərinə görə İddiaçı6 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 8 saylı mənzilinə dəymiş maddi ziyana görə 100000 mana tın, mənəvi ziyana görə 150000 manatın, İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 11 saylı mənzilinə dəymiş maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın, İddiaçı5 Yusib qızının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 12 saylı mənzilinə dəymiş maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın, İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 1 saylı mənzilə dəymiş maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(011)-371/2018 saylı qərardadı ilə iddiadan imtina etməsi əsası ilə iddiaçı X1 Cavabdeh qarşı vu rulmuş maddi ziyan və sair tələbləri üzrə mülki işin icraatına xitam verilmişdir.
8. İddiaçılar İddiaçı6, İddiaçı5 Yusib qızı, İddiaçı3, İddiaçı4, İddiaçı1 Hüseyin oğlu iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü ildə Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilini aldıqdan sonra mənzildə təmir işləri aparmaq adı ilə evin konstruksiyasını dəyişmiş və hazırda bina qəzalı vəziyyətə gəlmişdir. Bu barədə cavabdehə və aidiyyəti orqanlara müraciət olunsa da, nəticəsi olmamışdır. Binanın qəzalı vəziyyətə gətirilməsi iddiaçıları sarsıtmış, daim narahat etmiş, səhhətlərinə ziyan dəymiş və onlar mənəvi istirablar keçirmişlər. Cavabdehin təqsiri nəticəsində iddiaçılara maddi və mənəvi ziyan dəymişdir.
9. Cavabdeh nümayəndəsi və vəkili birinci instansiya məh kəməsinin iclasında iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 07.07.2015-ci il tarixli 355 saylı sərəncamına əsasən Cavabdeh mülkiyyətində olan Binə qəsəbəsi Əli İsazadə küçəsi 4 saylı evin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75 m2, yaşayış sahəsi 46,3 m2 olan 4 otaqlı 7 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsində təmir-tikinti işləri aparmışdır. İş üzrə keçirilən ekspertiza rəyləri ilə Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin qəzalı vəziyyətində olmadığı müəyyən edilmişdir. MBA Consulting Group MMC-nin ekspert rəyi verməyə səlahiyyəti olmadığından bu rəy iddiaçılara vurulan ziyanın məbləğinin müəyyən edilməsi üçün əsas ola bilməz.
10. Birinci instansiya məhkəməsində aşağıdakı sübutlar tədqiq edilmişdir:
11. Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24.04.2014-cü il tarixli 18/10-8/238 saylı məktubunda göstərilir ki, Ə.İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilinin sahibi Cavabdeh tərəfindən aidiyyəti qurumların rəyi, razılığı və icazə sənədləri olmadan mənzilində küçə tərəfə açılan qapı oyuğu ilə əvəz olunan pəncərənin 3 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə görülmüş tədbirlər nəticəsində qapı oyuğunun bağlanması, narazılığa səbəb olan digər amillərin aradan qaldırılması üçün qanunamüvafıq tədbirlərin görülməsi və nəticələr barədə Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilməsi xahiş olunmuşdu;
12. X7 İdarəsi tərəfindən ünvan 1 ünvanlanmı ş 24.06.2014-cü il tarixli 25/26-0682 saylı məktubda göstərilir ki, Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətindən İdarəyə daxil olmuş müraciət araşdırılarkən qeyd olunan ünvanda yerləşən yaşayış binasındakı 7 saylı mənzilin sakini tərəfindən həmin mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə etmək məqsədilə arakəsmə divarların, millərin, dirəklərin sökülərək yaşayış binasının qəzalı vəziyyətə gətirilməsi, görülmüş işlərin AzDTN 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” tikinti normalarına uyğun aparılmadığı müəyyən olunmuşdur;
13. Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi 4 saylı evin 8 saylı mənzilində yaşayan İddiaçı2 və 4 saylı ünvanda yaşayan digər sakinlərə ünvanlanmı ş 28.06.2014-cü il tarixli 25/26-07102 saylı məktubda göstərilir ki, 1938-ci ildə inşa olunmuş binanın 1-ci mərtəbəsində mənzil 7-də yaşayan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla aidiyyəti qurumlarla razılaşdırılma, müvafiq layihə sənədləri və Xəzər Rayon İcra Hakimiyyətindən icazə olmadan mənzildə yenidənqurma işləri aparılmışdır. Binanın əsas yükdaşıyan divarlarının qamış, çıləkən tipli ağac materialından olduğunu, uzun müddət istismar edildiyini nəzərə alaraq heç bir sənədləşmə işləri aparılmadan bina əlavə yüklənməklə təmir və yenidənqurma işləri aparıldığı üçün yenidənqurma işlərinin dayandırılması, binanın qonşu mənzillərində yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər in görülməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə və Xəzər Rayon İcra Hakimiyyətinə 09.06.2014-cü ildə telefonoqram göndərilmişdir;
14. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq ElmiTədqiqat İnstitutunun ünvan 2 ünvanında iki mərtəbəli binanın birinci mərtəbəsində Cavabdeh məxsus mənzilin texniki vəziyyəti haqqında 17.09.2015-ci il tarixli rəyində göstərilir ki, Cavabdeh 196 saylı 15.09.2015-ci il tarixli müraciətinə əsasən Cavabdeh məxsus mənzilin texniki vəziyyətinin qiymətləndirilməsi və rəy verilməsi üçün Azərbaycan İnşaat və X8 İnstitutu tərəfindən mənzilə keçirilmiş baxış zamanı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilinin yerləşdiyi iki mərtəbəli yaşayış binasının XX əsrin birinci yarısında tikildiyi, Cavabde h məxsus mənzilin binanın birinci mərtəbədə yerləşdiyi, yaşayış binasının konstruktiv həllinə görə daş və ağac(qamış) konstruksiyalı binalara aid olması, binanın bünövrəsinin but daşından olub dərinliyi 1 mərtəbənin döşəməsi səviyyəsindən 80 sm təşkil etdiyi, mənzilin hündürlüyünün h=3,0 m olması, yükdaşıyan divarların qalınlığının 15 sm olması, taxta və qamışdan üzərinə sement qum məhlulu çəkilməklə hörülməsi, divarların içində verilən ağac dirəklərin en kəsik ölçülərinin 15xl5 sm olması, arakəsmə divarların ağac tirlərdən, taxtalardan və qamışdan 10 sm qalınlığında üzərinə sement qum məhlulu çəkilməklə hörülməsi, örtük konstruksiyaların ağac tirlərdən və taxtalardan təşkil olunması, tavanın çiləkən (dranka) suvaqla yerinə yetirilməsi, ağac tirlərin en kəsik ölçülərinin 15x15sm olması, mə nzildə aparılan təmir-bərpa və rekonstruksiya işlərinin binanın dayanıqlığına təsirinin olmadığı müəyyən edilmişdir;
15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Cavabdeh məxsus mənzilin texniki vəziyyəti haqqında 05.10.2015-ci il tarixli rəyində göstərilir ki, Cavabdeh müraciəti əsasında mənzilinə texniki baxış zamanı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilinin iki mərtəbəli yaşayış binasının inşasının XX əsrin əvvəllərinə təsadüf etdiyi, Cavabdeh məxsus mənzildə aparılan təmir-bərpa və rekonstruksiya işlərinin binanın dayanıqlığına mənfi təsirinin olmadığı, yaşayış binasının tikintisi XX əsrin əvvəllərinə təsadüf etdiyi üçün binanın bügunkü qüvvədə olan İnşaat Norma və Qaydalarının tələblərinə cavab vermədi yi müəyyən olunmuşdur.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.03.2017-ci il tarixli 21930 saylı rəyində göstərilri ki, Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin qəzalı vəziyyətində olmadığı müəyyən edilir. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin 7 saylı mənzilində aparılan təmirtikinti işlərinin qonşu mənzillərdə yaranmış fəsadlarla (suvaq çatları, qopmalar, döşəmələrin çökməsi, qapıların açılıb-örtülməməsi və s.) əlaqəsi olduğu müəyyən edilir. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin 7 saylı mənzilində yükdaşıyan konstruksiyalarında dəyişiklik edildiyi, yəni ağac karkas və qamış divar sökülərək mişarlanmış əhəng daşlarından hörüldüyü, ağac dirəklərin 400x400 mm olan sütu nlarla əvəz olunduğu, döşəmənin metlaxla, tavanın isə alçıpanla üzləndiyi müəyyən edilir. İddiaçı2 məxsus 8 saylı mənzildə yaranmış fəsadların 7 saylı mənzildə aparılmış yenidənqurma və əsaslı təmir işləri ilə əlaqəsi olduğu müəyyən edilir;
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.10.2017-ci il tarixli 13230 saylı rəyinin nəticə hissəsində göstərilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 07.08.2017-ci il tarixli rəydə əlavə ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmadığından, eləcə də tədqiq olunan yaşayış evində aparılmalı gücləndirməyə dair layihə-smeta sənədləri mərkəzə təqdim edilmədiyindən qərardadla ekspertiza qarşısında qoyulmuş suallarda göstərilən məsələlərə dair tədqiqat aparılmamışdır. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin mənzillərinə və ümumi istifadədə olan sahələrinə dəymiş ziyanın məbləğini müəyyən etməkdən ötrü layihə-smeta sənədləri hazırlanmalıdır və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edildikdən sonra müəyyən edilə bilər.
18. Rəydən daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 07.08.2017-ci il tarixli rəyinin məlumatlarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən aparılmış araşdırmalar zamanı qoyulan suallar cavablandırılmamışdır. Tədqiqat obyektinə baxış keçirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin tikin ti konstruktoru tərəfindən yaşayış evində aparılmalı gücləndirməyə dair layihə-smeta sənədlərinin mərkəzə təqdim edilməsinin təşkil olunması barədə məhkəməyə yenidən 11.08.2017-ci il tarixli vəsatət göndərilmiş, lakin tədqiq olunan yaşayış evində aparılmalı gücləndirməyə dair layihə-smeta sənədləri mərkəzə təqdim edilməmişdir. Bu səbəbdən qərardadla ekspertiza qarşısında qoyulan suallara dair tədqiqat aparılmamışdır. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin mənzillərinə və ümumi istifadədə olan sahələrinə dəymiş ziyanın məbləğini müəyyən etməkdən ötrü layihə-smeta sənədləri hazırlanmalı və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edildikdən sonra müəyyən edilə bilər.
19. MBA Consulting Group MMC-nin 02.02.2018-ci il tarixli r əyindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilə vurulmuş ziyanın məbləği 11465 manat, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilə vurulmuş ziyanın məbləği 423 manat, ünvan 3 ünvanında yerləşən 11 saylı mənzilə vurulmuş ziyanın məbləği 4731 manat, ünvan 3 ünvanında yerləşən 12 saylı mənzilə vurulmuş ziyanın məbləği 2221 manat, ünvan 3 ünvanında yerləşən ümumi istifadədə olan sahələrinə vurulmuş ziyanın məbləği 842 manat təşkil edir.
20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(011)-371/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı6 xeyrinə maddi ziyana görə 11675,5 manat, mənəvi ziyana görə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 12705,5 manatın, Cavabdeh İddiaçı4 xeyrinə maddi ziyana görə 633,5 m anat, mənəvi ziyana görə 100 manat olmaqla cəmi 733,5 manatın, Cavabdeh İddiaçı3 xeyrinə maddi ziyana görə 4941,5 nənəvi ziyana görə 200 manat olmaqla cəmi 5141,5 manatın, Cavabdeh İddiaçı5 Yusib qızının xeyrinə maddi ziyana görə 2431,5 manat, mənəvi ziyana görə 150 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2611,5 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan mənzildə apardığı təmir tikinti işləri nəticəsində iddiaçılardan İddiaçı6 mülkiyyətində olan mənzilə 11465 manat, İddiaçı4 istifadəsində olan mənzilə 423 manat, İddiaçı3 mülkiyyətində olan mənzilə 4731 manat, İddiaçı5 istifadəsində olan mənzilə 2221 manat, bu iddiaçıların ümumi istifadəsində olan sahələrə isə 842 manat maddi ziyan dəymişdir.
22. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçılardan İddiaçı2 İddiaçı6, İddiaçı1 isə İddiaçı5 ailə üzvü olmaqla eyni mənzillərə dair vurulmuş ziyanı öz xeyrlərinə tələb edirlər.
23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib o qənaətə gəlmişdir ki, Cavabdeh hərəkətləri nəticəsində iddiaçılardan İddiaçı6, İddiaçı4, A.Q. Nəzərovanın və İddiaçı5 əmlaklarına maddi ziyan vurulması öz təsdiqini tapdığından məhkəmə bu iddiaçıların cavabdehə qarşı maddi ziyan tələblərini əsaslı hesab edir.
24. Məhkəmə cavabdehdən əmlaklarına maddi ziyan vurulan iddiaçıların xeyrinə tutulmalı olan maddi ziyanın məbləğini müəyyən edərkən hesab etmişdir ki, onların ümumi istifadələrində olan sahələrə vurulan ziyanın məbləği bu iddiaçılar arasında bərabər bölünməklə Cavabdeh İddiaçı6 xeyrinə maddi ziyana görə 11675,5 (11465+210,50=11675,5) manat, İddiaçı4 xeyrinə maddi ziyana görə 633,5 manat (423+210,50=633,5), İddiaçı3 xeyrinə maddi ziyana görə 4941,5 manat (4731+210,50=4941,5), İddiaçı5 xeyrinə vurulmuş maddi ziyana görə 2431,5 manat (2221+210,50=2431,5) tutulmalıdır.
25. Məhkəmə cavabdehin hərəkətləri nəticəsində əmlaklarına ziyan vurulan iddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı3 və İddiaçı5 stres, narahatlıq, məyusluq hisləri keçirmələrini istisna etmədiyindən bu iddiaçıların mənəvi ziyan tələblərini də əsaslı hesab etmiş, mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçıların keçirdikləri sarsıntıların xarakterini və ağırlığını nəzərə alıb, Cavabdeh iddiaçılar İddiaçı6 xeyrinə 1000 manat, İddiaçı4 xeyrinə 100 manat, İddiaçı3 xeyrinə 200 manat, İddiaçı5 xeyrinə 150 manat pul vəsaitinin tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçıların mənəvi ziyanla bağlı tələblərinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlmişdir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. İddiaçılar İddiaçı6, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yusib qız qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
28. Cavabdeh da qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələblərinin təmin edilməməs i barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)110/2021 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(011)-371/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı binanın 7 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin qonşu mənzillərdə yaranmış fəsadlarla (suvaq çatları, qopmalar, döşəmələrin çökməsi, qapıların açılıb-örtülməməsi və s.) əlaqəsi olduğu müəyyən edilmişdir. Məhkəmə düzgün olaraq Cavabdeh hərəkətləri nəticəsində iddiaçılardan İddi açı6, İddiaçı4, İddiaçı3 və İddiaçı5 əmlaklarına maddi ziyan vurulması öz təsdiqini tapdığından bu iddiaçıların cavabdehə qarşı maddi ziyan tələblərini əsaslı hesab etmişdir. Həmçinin məhkəmə haqlı olaraq, iddiaçıların keçirdikləri sarsıntıların xarakterini və ağırlığını nəzərə alıb, İddiaçı6 xeyrinə 1000 manat, İddiaçı4 xeyrinə 100 manat, İddiaçı3 xeyrinə 200 manat, İddiaçı5 xeyrinə 150 manat mənəvi ziyan tutmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçılar İddiaçı6, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yusib qız qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
32. Cavabdeh da qətnamədən kassasiya şikayəti verə rək qətnamənin ləğv olunması və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən ekspertizalar keçirilib rəylər alınsa da, həmin rəylər qətnamədə yalnız sadalanmış və rəylərə münasibət bildirilməmişdir. Bundan başqa, mənəvi ziyanla bağlı məhkəmənin mövqeyi məhkəmə təcrübəsinə zidd olmuşdur. Mövcud təcrübəyə əsasən mənəvi ziyan 3000-50000 arasında müəyyən edilir.
34. Cavabdeh tərəfin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mübahisəli mənzillərin yerləşdiyi bina özü iki mərtəbəli olmaqla onun evi birinci mərtəbədə yerləşir. Üst qonşusu İddia çı6dir. Digər iddiaçılar isə onunla divar qonşusu olmayan şəxslərdir. Binanın bir hissəsində təmir aparıldığı və onunla qonşu olan mənzillərə ziyan vurulmadığı halda başqa hissədə yerləşən mənzillərə ziyan dəyməsi ağlabatan deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və X8 İnstitutun 17.09.2015-ci il tarixli rəyində göstərilmişdir ki, onun apardığı tikinti işlərinin binanın dayanıqlığına təsiri yoxdur. Bundan başqa ekspert rəyində vurulmuş ziyanın məbləği müəyyən olunmamışdır. Təkrar ekspertiza zamanı isə ekspert bildirmişdir ki, ziyan məbləğinin müəyyən edilməsi üçün layihə-smeta sənədləri hazırlanmalı və FHN-nin Tikintidə X2 Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edilməlidir. Göründüyü kimi müvafiq ziyanın vurulmasının ortaya çıxmasının hüquqi əsaslı lığı FHN-nin müvafiq qurumunun razılığının olmasıdır. Belə razılıq olmayacağı halda vurulmuş ziyandan söhbət gedə bilməz. Məhkəmənin əsaslandığı "xxxx" MMC-nin rəyi isə ekspertiza fəaliyyəti haqqında qanunun tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müstəqil qiymətləndirici kimi "xxxx" MMC işə cəlb edilib rəyi alınsa da, məhkəmə həmin rəyi əsassız hesab etmişdir. Halbuki həmin rəy üzrə hansı mənzillərə ziyanın vurulması dəqiq təsvir edilmişdir. Bundan sonra məhkəmə 28.08.2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və həmin qərardad üzrə Məhkəmə Ekspertizası Mərkəzi 15.04.2020-ci il tarixli rəy vermişdir. Lakin bu zaman ekspert onun əməlində ziyan vurmaqla bağlı təqsirinin müəyyən edilməsi üçün FHN-nin smetasını deyil, işə aid olmayan “Azkommu nalayihə” KLİ-nin tərtib etdiyi smetaya istinad etmişdir. Eyni zamanda kespert rəyinə şəkillər əlavə edilmişdir ki, həmin şəkillərin iddiaçılara məxsus mənzillər olmasına dair sübutlar yoxdur. Ekspertin mənzillərə baxış keçirilməsi şübhə altındadır. Baxış zamanı onların iştirakı təmin edilməmişdir. Bu əsaslara görə yenidən ekspertizanın keçirilməsinə dair vəsatətlər verilmiş və 20.07.2020-ci il tarixdə yenidən ekspertiza təyin edilmiş, 15.11.2020-ci il tarixdə isə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıların tələbləri heç bir hüquqi əsasa söykənmir. İddiaçı6 başqa digər iddiaçıların mənzillərinin onun mənzili ilə bağlılığı belə yoxdur. Ekspert tərəfindən 12.01.2021-ci il tarixli rəy tərtib edilmiş, lakin bu dəfə də qiymətləndirmə dəqiq göstərilməmiş, rəy həqiqəti ə ks etdirməmişdir. Mənzillər onun evinə bitişik olan mənzillər deyildir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. İddiaçılar İddiaçı3 və İddiaçı2 (həmçinin İddiaçı6 etibarnamə üzrə nümayəndəsi) məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə onların izahatları dinlənilmədi.
37. Cavabdehin vəkili X6 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçıların kassasiya şikayətinin rədd olunmasını xahiş etdi.
38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların işt irakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə k i, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışın ın hədləri
42. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
43. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilə r ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Qeyd olunmalıdır ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmir və ya lazımınca yerinə yetirmirlər k i, bununla da mülki hüquq pozuntusu törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir.
48. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmələr iddiaçıların əmlakına zərər dəyməklə cavabdehin onların qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.
49. Mövcud mübahisə üzrə iddiaçılar pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
50. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir və aşağı instansiya məhkəmələri də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmişdir.
51. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
52. İş üzrə məhkəmələr tərəfindən işin halları bu dispozisiya şərtləri əsasında təhlil olunmuş və müəyyən edilmişdir ki, Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 4 saylı evin 1, 4, 11 və 12 saylı mənzilləri müvafiq olaraq iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı6, İddiaçı5 Yusib qızına məxsusdur və hazırda onlar orada yaşayırlar. Həmin evin 7 saylı mənzili isə Cavabdeh məxsusdur. Həmin 4 saylı evin 7 sayl mənzili isə Cavabdeh məxsusdur və onun tərəfindən yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilmiş və bu zaman iddiaçılara məxsus mənzillərə ziyan dəymişdir.
53. Məhkəmələr bu nəticəyə gələrkən iş üzrə keçirilmiş ekspertiza tədqiqatları nəticəsi üzrə verilmiş rəylərə əsaslanmışlar. Rəylər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı binanın 7 saylı mənzilində aparılmış təmirtikinti işlərinin iddiaçılara məxsus mənzillərdə yaranmış fəsadlarla (suvaq çatları, qopmalar, döşəmələrin çökməsi, qapıların açılıb-örtülməməsi və s.) səbəbli əlaqəsi vardır.
54. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, ye rində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri)
55. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr cavabdehin gördüyü təmir işləri ilə iddiaçıların mənzillərində yaranan fəsadların səbəbli əlaqəsinin müəyyən olunması üçün haqlı olaraq ekspert rəylərini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul etmişdir.
56. Ekspert rəylərinə hüquqi qiymət verilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 avqust tarixli Qərarı).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, su byektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
58. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizli yin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
59. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya mənəvi zərərin ödənilməsi barədə məhkəmələrin gəldiyi nəticə yuxarıda göstərilən hüquq normalarına, məhkəmə təcrübəsinə uyğun olmaqla qanuni və əsaslıd ır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
61. Kassasiya şikayətlərində sadalanan hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələ rini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı6, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yusib qızı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)110/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.