Məhkəmə qərarları › İş №2(102)-62/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-62/2023

24.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-62/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təv əkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4159/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Azərbaycan prospekti, ev 17, mənzil 53 İddiaçı adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. 2. 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 4ə-1469 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanı (ü/s-17 kv.m) X3 adına rəsmiləşdirilmiş və onun adı ilə bağlı xx.xx.2019-cu il tarixli elektron çıxarış tərtib edilmişdir. Dövlət reyestrində qeydiyyata alınmış eyni ünvan göstəricilərinə malik, x x.xx.1998-ci il tarixdə X1 adına ilkin qeydə alınmış, sahəsi 27,1 kv.m olan digər mənzil də (ünvan 1 ünvanı) X8 tərəfindən satın alınmışdır və 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 4ə1470 reyestr nömrəli alqısatqı müqaviləsi və xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən sözügedən mənzillər vahid əmlak olaraq Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 17, mənzil 54 (ü/s-66,5 kv.m) adı altında onun adına rəsmiləşdirilmiş və hazırda mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına 3301 inventar nömrə altında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17) daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı əvvəlcə iddia ərizəsi ilə, sonra isə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı qeyriqanuni tikinti, yenidəqurma və yenidən planlaşdırma işlərinin qanuna uyğunluğunun Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişaf və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azəbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi ilə razılaşdırılması və razılaşdırılmanın nəticələrinin iddiaçıya açıq lanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı təmir, tikinti işlərinin icra edilməsinin cavabdehə qadağan edilməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və İddiaçı mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi, xüsusi qərardad qəbul edilərək Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən binaya və onun tərkib hissələrinə cavabdeh tərəfindən qəsdən vurulmuş ziyanla bağlı materialların araşdırılması üçün prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh binanın konstruksiyasına uyğun olmayan yenidənqurma işləri həyata keçirir. Onun hərəkətləri nəticəsində bina və binanın daxilindəki mənzillər yararsız hala düşüb. İddiaçı bu barədə aidiyyəti dövlət təşkilatlarına dəfələrlə müraciət etmişdir. Onlar bu qeyri-qanuni tikintiyə öz etirazlarını bildirsələr də Zaur Adıyev hər hansı irad və tələblərə məhəl qoymamış, işini davam etdirmişdir. O, pandemiya dövründə xüsusi karantin rejimindən istifadə edərək layihəsi olmadan xəlvəti olaraq tikintini davam etdirmişdir. Hətta Səbail rayon Mənz il-Kommunal Təsərrüfatı Birliyi rəsmən bildirmişdir ki, məhkəmə qətnaməsi olmadan həmin mənzildə heç bir təmir işləri aparıla bilməz. FHN və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də rəsmən bu barədə etirazlarını bildirsələr də o, karantin dövründən istifadə edərək qədimi tarixi abidənin memarlıq üslübuna xələl gətirərək təmiri davam etdirmişdir. Ən əsası odur ki, heç bir qanuni icazə olmadan tikinti və təhlükəsizlik qaydalarına, texniki şərtlərə əməl etmədən cavabdeh yaşayış binasının daşıyıcı ana divarını zədələyib. Ağır dəmir metallarla divarları deşərək eyvanı genişləndirib. Bunun nəticəsində İddiaçı mənzilinin divarlarında çatlar əmələ gəlmişdir. Bu çatlar getdikcə genişlənməyə başlayır və nəticədə tavanın uçurulmasına gətirib çıxaracaqdır. Bundan başqa bütün binaya xidmət edən qədimi çuğundan olan ümumi kanalizasiya xəttini sındıraraq sanitariya-texniki və kommunikasiya qurğularını sıradan çıxarıb. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, cavabdeh tərəfindən əsaslı təmir işləri aparılarkən bir sıra nöqsanlar ayırd edilərək işin dayandırılması tələb edilmişdir. Bina XİX əsrdə inşa olunmuş yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Binanın altından metro xətti keçir. Binada hər hansı işlərin aparılması xüsusi layihələr üzrə binanın xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Ola bilsin mənzili yeni alan cavabdeh mənzili tez-tələsik “təmir” edib satmaq istəyir. Lakin, İddiaçı və yaxınları uzun illərdir ki, bu mənzildə yaşayır və gələcəkdə də burada yaşamağı planlaşdırırlar. O öz hərəkələri ilə sakinlərin normal yaşayışını mümkünsüz edir, İddiaçı mənzilinə bərpa olunmaz ziyan vurur, yaşayış sahəsini yararsız hala salır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-157/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5920 saylı, 19 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 2 ünvanda yaşayan Cavabdeh tərəfindən mülkiyyətində olan mənzildə yalnız əsaslı təmir işləri aparılmış və eyvan hissəsi sökülərək yenidən metar tirlər üzərində inşa edilmişdir. Eyvan hissəsinin sökülərək yenidən inşa edilməsi barəsində müvafiq qurumlarla razılaşdırılmış heç bir layihə sənədləri təqdim edilməmişdir. 54 saylı mənzildə aparıl mış təmir və yenidənqurma işləri nəticəsində 53 saylı mənzilə ziyan dəyməmişdir. 53 saylı mənzilin artırma hissəsində yaranmış çatlara səbəb artırma hissəsinin əsas binaya əlaqə olmadan inşa edilməsidir. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 ünvanında yerləşən yaşayış binasının 5-ci mərtəbəsinin XX əsrin ortalarında paraped divarının üzərində sonradan inşa edilməsini, 53, 54 saylı mənzillərdə və binadakı digər mənzillərdə sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələrinin inşa edildiyini nəzərə alsaq paraped divarında (4-cü mərtəbə ilə 5-ci mərtəbənin orta hissəsində ) müşahidə edilən xırda ölçülü çatların hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmadı. Yaşayış binasında inşa edilmiş əlavə bütün yaşayış sahələri ( artırmalar) bi nanın əlavə yüklənməsinə səbəb olmuşdur. Yaşayış binasına dəymiş ziyanın dəyərinin hesablanması inşaat konstruktorunun səlahiyyətlərinə aid olmadığı üçün tərəfimdən cavablandırılmayıb. Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 ünvanında yerləşən yaşayış binada və 53 saylı mənzildə yaranmış xırda ölçülü çatlar 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində ziyan dəymədiyini nəzərə alaraq, ümumi binaya və onun daxili elementlərinə (53 saylı mənzil də daxil olmaqla) dəymiş ziyanın aradan qaldırılması üçün orta bazar qiymətlərinə əsasən zəruri xərclərin (xərclərin təyinatı üz ayrı-ayrı göstərilməklə) məbləğinin müəyyən olunmasına dair tədqiqat aparılmadı.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-157/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54də apardığı tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17), mənzil 54-də tikinti və yenidənqurma işləri qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmalı olduğu halda müvafiq icazə alınmadan aparıldığı müəyyən edildiyindən, həmin tikinti və yenidənqurma işləri qanunsuz hesab edilərək cavabdeh tərəfindən sökülməlidir. 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində 53 saylı mənzilə ziyan dəyməsi sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Xüsusi qərardad çıxarılması isə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin “tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci olan 400 manat məbləğinin 50 manatın İddiaçı, 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 150 manatın İddiaçı, 150 manatın Cavabdeh tutularaq “Azərbaycandövlətsənayelayihə” Dövlə t Layihə İnstitutunun hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54-də apardığı tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsini və cavabdeh tərəfindən sökülməsini qərara alsa da, hansı normaya görə vətəndaşın öz mənzilində təmir işlərinin aparılması üçün icazə alınmasını əsaslandırmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçının “tikilinin qanunsuz hesab edilərək sökülməsi” tələbini təmin edərkən iddiaçının bu hüquqa sah ib olub-olmamasını (subyektiv hüququnun olmasını) aydınlaşdırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, hər bir fiziki və hüquq şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaqla başqa subyektlərə aid olan hüquqa dair iddia irəli sürmək hüququna mailk deyildir. Hazırki iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı yaşayış binasının mədəniyyət abidəsi ol masını, guya cavabdehin hərəkətlərinin (konkret olaraq öz mənzilində təmir işləri görməsi) həmin abidəyə xələl gətirəcəyi ehtimalını iddia edərək öz adından iddia irəli sürmüşdür ki, hesab edir ki, buna hüququ yoxdur. Göründüyü kimi, iddia ərizəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırdığı hallarda iddia mümkün sayılır. Bu isə bir daha onu deməyə əsas verir ki, məhkəməyə yalnız hüququ pozulmuş şəxs öz adından müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Hazırkı mübahisədə isə bu hüquq əgər əsas varsa yerli icra hakimiyyəti orqanına (və ya hər hansı mərkəzi icra hakimiyyəti orqanına) aid olduğu halda, iddiaçı hüquqlarının pozulduğu iddia edərək öz adından iddia irəli sürmüşdür ki, onun belə bir hüququ yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən aidiyyat qaydaları ilə bağlı mülki mühakimə icraatını tənzimləyən prosessual hüquq normaları da pozulmuşdur. Belə ki, cavabdeh X8 ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşadığı halda, bu səbəbdən həmin işə Nizami Rayon Məhkəməsində baxılmalı olduğu halda, Səbail Rayon Məhkəməsi işə prosessual hüquq normalarını pozaraq icraata götürməklə baxmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12015/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/243 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçə sində yerləşən 13 saylı ev və həyətyanı torpaq sahəsinə aid texniki pasportun məlumatlarına əsasən həyətyanı sahədə inşa edilmiş tikili 1 mərtəbəli olmaqla 3 yaşayış otağı və köməkçi tikililərdən ibarətdir. Baxış zamanı texniki pasportda olan həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, baxış zamanı müəyyən olunmuş məlumatlarla, tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, tədqiq olunan mənzilin texniki pasportda qeyd edilmiş 1, 2 və 5 saylı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa edildiyi və həmçinin, texniki pasportda göstərilən 1 və 5 saylı tikililərin başqa şəxsə satıldığı müəyyən edilmişdir. ünvan 5 ünvanda iddiaçıya məxsus həyətyanı torpaq sahəsində inşa edil miş və inşası nəzərdə tutulan tikinti işlərinə dair hər hansı bir icazə sənədləri olmadığından, həmin tikinti işlərinin “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndələrinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin tələblərinin pozulduğu müəyyən edilmişdir”.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev – sədrlik edən və məruzəçi, N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məh kəməsinin qətnaməsinin mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qeyd edilən hissədə qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 17 saylı evin, saylı 54 mənzilinin eyvanında metal tirlər üzərində inşa edilmiş eyvan hissəsinin sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi, iddia tələbinin mübahisələndirilən qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 17 saylı evin 54 saylı mənzilinin eyvan hissəsi qanunsuz olaraq metal tirlər üzərində yenidən inşa edildiyindən sökülməli və əvvəlki vəziyyəti bərpa olunmalıdır. Belə ki, həmin metal tirlər iddiaçının m əzilinin üst hissəsində binaya quraşdırıldığından qonşu mənzilin mülkiyyətçisi kimi onun qanunsuz inşa edilmiş mübahisəli eyvan hissəsinin sökülməsini tələb etmək hüququ olmuşdur. Məhkəmə kollegiyası iddiaçının buna subyektiv hüququnun olmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı saymır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspertiza rəyi ilə cavabdehin öz mənzilinin daxilində apardığı təmir və yenidənqurma işləri nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi müəyyən edilmədiyindən və iddiaçı həmin işlərin aparılmasının onun öz mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməsinə hər hansı maneə yaratmasını təsdiq edən sübutlar təqdim edə bilmədiyindən iddia tələbi mübahisələndirilən həmin hissədə təmin oluna bilməz.

15. Həmçinin, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən qalan hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Cavabdehin mülki mübahisəyə baxılan zaman aidiyyət qaydalarının pozulması barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmışdır ki, iddia tələbi tam əsassızdır. Hazırkı iddia tələbini qaldırmaq hüququ müvafiq hakimiyyət orqanları və idarələrə məxsusdur. Ekspertiza rəyi ilə iddiaçının mənzilinə ziyan dəyməsi müəyyən edilmədiyindən iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Məhkəmə prosesi 2 ildən artıq müddətə davam etdiyi üçün mənzilinə köçə bilməmiş, kirayələrdə qalmağa məcbur olmuş, nəticədə maddi ziyan dəymişdir. İddia tələbi təmin olunan hissələrdə MPMin 4 və 5-ci maddəsinə zidd olduğundan təmin olunmamalıdır. Odur ki, qətnamə qanunsuz və əsassızdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddia çı və vəkili Vəkil2 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.

18. Həmçinin iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6 İnkişafı və Bərpası üzrə Dövlət Xidməti kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək X5 tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 5 iyul 2022-ci il tarixli, 2(1030-4159/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

19. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə

77. Tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. “Tarix və mədəniyyət abidələrinin q orunması haqqında” Qanunu

21. Maddə

10. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

22. Maddə

11. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

23. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.

24. Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğula rının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaq la tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərd ə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhk əmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Baxılan mübahisə tikinti və təmir işləri nəticəsində iddiaçının mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsi ilə bağlıdır, belə ki, iddiaçı mülkiyyətində olan mənzilin Cavabdeh apardığı tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işlərin nəticəsində mənzilinə və ümumi binaya ziyan dəyməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

36. İddiaçı tələbini Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzilinin mülkiyyətçisi və həmin binanın sakini olması ilə əsaslandırır.

37. İşin mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri, Azərbaycan prospekti, ev 17, mənzil 53 İddiaçı adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1 995-ci il tarixdə qeydiyyata alınmış, ünvan 1 ünvanda yerləşən mənzil isə Cavabdeh mülkiyyətindədir və cavabdeh özünə məxsus mənzilə aid eyvanı bunula bağlı müvafiq icazələri almadan sökdürmüş və həmin eyvanın yerində əvvəlki ölçülərdən fərqli yeni eyvan tikmişdir.

38. Mülki prosessual qanunvericiliyin tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarını n pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir.

39. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Qanunverici tərəfindən iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.

41. İşin yuxarıda göstərilən hallarına istinad edən apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən quraşdırılmış metal tirlər iddiaçının mənzilinin üst hissəsində binaya quraşdırıldığından qonşu mənzilin mülkiyyətçisi kimi onun qanunsuz inşa edilmiş mübahisəli eyvan hissəsinin sökülməsini tələb etmək hüququ vardır.

42. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 180.4-cü maddəsi ilə əsaslandırmışdır.

43. Məhkəmə kollegiyası həmin mövqe ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

44. Mülki Məcəllənin mülkiyyət hüququnu təsbit edən 152.1.-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. İddiaçıya görə cavabdeh tərəfindən aparılmış təmir və yenidənqurma işləri onun mülkiyyət hüququn u pozmaqla ona ziyan vurur.

46. İş üzrə toplanmış sübutlarla, o cümlədən, məhkəmə tikinti-texniki ekspertizası ilə müəyyən edilmişdir ki, 54 saylı mənzilin mülkiyyətçisi Cavabdeh mənzilində əsaslı təmir işləri aparmış, eyni zamanda səlahiyyətli dövlət orqanlarından müvafiq razılıqlar və icazələr alınmadan mənzilinin eyvan hissəsini sökdürərək onun yerinə metal tirlər üzərində əvvəlki ölçülərdən fərqli ölçüdə yeni eyvan inşa etdirmişdir. Qeyd edilən ekspertiza ilə iddiaçının mülkiyyətində olan 53 saylı mənzilə zərər dəyməsi müəyyən edilməmişdir.

47. Göründüyü kimi Cavabdeh tərəfindən aparılmış təmir və yenidənqurma işləri nəticəsində iddiaçının mənzilinə zərər dəyməmişdir. Eyni zamanda iddiaçı verdiyi iddia ərizəsində hər hansı digər hüququnun pozulduğunu mübahisələndirməmişdir.

48. Azərbay can Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 95-ci maddəsinə görə qanunsuz inşa edilmiş tikililərin sökülməsinə dair müvafiq tədbirlər görmək, o cümlədən bununla bağlı müvafiq iddianı qaldırmaq səlahiyyəti Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir.

49. Ona görə də işə baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçının hazırkı iş üzrə verdiyi iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət verməklə mübahisəyə münasibət bildirməli idi.

50. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinin tələblərinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna ma likdirlər.

51. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

52. Apellyasiya instansiyası məhkəm əsi iddiaçının subyektiv hüquqa malik olması barədə nəticəyə gələrkən bunu təsdiq edə biləcək heç bir sübuta və işin halına istinad etməmiş və həmin nəticəsini əsaslandırmamışdır.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4159/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar