Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6203/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6203/21 (Açar sözlər: cavabdehin üzərinə öhdəliyin qoyulması) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X2 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-326/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X5 cavabdeh “Azneft” İB-nə qarşı Cavabdehnə qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 19:00 və 21:27 radələrində ezamiyyətdə Qaradağ rayonu ARDNŞ-nin Qazpaylayıcı idarəsində baş vermiş bədbəxt hadisə nəticəsində səhhətinin qəflətən pozulması və sonradan ölməsi təhqiqatının aparılması və bunun üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətində komissiya yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X5 iddia tələbini onu nla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X8 "hüquqi şəxs" Cavabdeh "işəgötürən" 5 saylı Texnoloji Nəqliyyat Departamenti ilə bağladığı 01.08.2014-cü il tarixli 997 saylı əmək müqaviləsinə əsasən, 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin avtomobil dəstəsinə 5-ci dərəcəli avtomobil sürücüsü vəzifəsinə təyin edilmişdir. Bağlanmış əmək müqaviləsinə əsasən Ə.M.Qaibxanovun işi bir növbəlidir, birinci növbə saat 07:00 radələrində başlanır və iş vaxtı saat 19:00 radələrində qutrarır. X8 21.04.2015-ci il tarixdə "işəgötürən" 5 saylı Texnoloji Nəqliyyat Departamentinin tapşırığını yerinə yetirərkən həmin günü Qaradağ Qaz anbarları istismarı idarəsinə ezamiyyətə göndərilir. Qeyd etmək lazım gəlir ki, ezamiyyətə Qaradağ rayonuna E.M.Qaibxanov göndərilərkən ona nə ezamiyyət vər əqəsi, nə də idarə etdiyi **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol vərəqəsi verilmir. 21 aprel 2015-ci il tarixdə 19:00 və 21:27 radələrində iş yerində hadisələrin bas verməsi: 02 iyun 2015-ci il tarixdə Qaradağ rayon prokurorluğu "cinayət işininin başlanmasınının rədd edilməsi haqqında" Qərarında göstərilir ki, Qaz anbarlarınının istismarı idarəsinin Qaradağ Qazsaxlama sahəsində geoloq vəzifəsində işləyən X14 izahatında qeyd edir ki, ci il tarixdə saat 19:00 radələrində o, Eldar Qaibxanovun idarə etdiyi tədqiqat maşını ilə işlədiyi sahədən baş idarəyə gəlirmiş. Baş idarəyə gələrkən yolda Eldar ona halının pisləşməsini və ürəyinin ağrımasını demiş, maşını saxlayıb bir müddət gözlədikdən sonra Eldar səhhətinin yaxşılaşdığını bildirmiş və yollarını davam etdirmişlər. Baş i darəyə çatdıqdan sonra o, paltarını dəyişib idarənin qarşısına çıxdıqda Eldarın maşınından enib daşın üstündə oturmağını görmüş, yaxınlaşıb nə baş verdiyini soruşduqda sonuncu ona ürəyinin ağrımasını, səhhətinin pisləşməsini bildirmişdir. Dərhal təcili-tibbi yardım stansiyasına zəng vuraraq həkim dəvət etmiş, həkim hadisə yerinə gəlmiş, Eldarı TTY maşınına oturtdurub ilkin tibbi yardım göstərsələr də, Eldarın səhhəti daha da pisləşmiş və həkim Eldarın ölməsini bildirmişdir. Bakı şəhəri Təcili və X9 stansiyasının (BŞT və TTYS-nın Hesabat və Tibbi Statistika kabinetinin müdiri Güləndam Həsənovanın) verdiyi 28.01.2016-cı il tarixli 32 saylı rəsmi məlumatından məlum olur ki, 21.04.2015-ci il tarixdə saat 21:27-də Binə t/m t/tərbiyə binası ünvanına X6 çağırış daxil olmuşdur. Çağırışı 15 saylı K YS-nin həkimi A.Mircəfərova yerinə yetirmiş, həmin xəstəyə Ü.İ.X. infarktdan sonrakı kardioskleroz. Xroniki ürək damar çatışmamazlığı İİ-İİİ Termikal vəziyyət diaqnozu qoyaraq müvafiq ilkin tibbi yardım göstərməsinə baxmayaraq, həkim yanında ölüm baş vermişdir. Meyid müstəntiq Bəşirovun müşayiəti ilə 19 saylı ŞXK-nin morquna təhvil verilmişdir. Həmin qərarda qeyd edilir ki, məhkəmə tibbi ekspertizasının 22 aprel 2015-ci il tarixli 52 saylı rəyindən görünür ki, E,M.Qaibxanovun meyidinin bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. E.M.Qaibxanovun ölümünə səbəb ürək əzələsinin qalınlaşması, xırda ocaqlı kardiosklezorla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokardın infarktı olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, E. M.Qaibxanovun ölümü onun meyidinin meyidxanada müayinə olunduğu vaxtdan 3-6 saat əvvəl baş vermişdir. E.M.Qaibxanovun meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pizazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Beləliklə Qaradağ rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı aydın olur ki, X3 ürək xəstəliyindən vəfat etməsi ekspert rəyi ilə də təsdiq olunduğu səbəbindən fakt üzrə heç bir cinayət hadisəsi müəyyən edilmişdir. Lakin Socar (hüquqi şəxs) Nəqliyyat idarəsi ona ünvanladığı 05.07.2016-cı il tarixli müraciətin araşdırırması haqqında məktubunda qeyd edilir ki, İddiaçı 30.06.2016-cı il tarixli Socar ******** **80120031A00003 nömrəli ərizəsini araşdırılması nəticəsində müəyyən etmişdir ki, 21.04.2015-ci il tarixdə saat 18:45 radələrində 5 saylı Texnoloji Nəqliyyat Departamentində, sürücü peşəsində işləyən X1 işdən sonra xidmət etdiyi sahənin həyətində anidən pisləşmiş, hadisə yerinə təcili tibbi yardım xidməti çağırılmış və E.M.Qaibxanova ilkin tibbi yardım göstərilmiş, lakin buna baxmayaraq E.M.Qaibxanov təcili tibbi yardım maşınında kəskin ürək çatışmamazlığından vəfat etmişdir. Hansı tibbi yardımın hadisə yerinə gəlməsini, hansı həkimin zərərçəkən Ə.M.Qaibxanova diaqnozu qoymasını göstərmir, çünki Ə.M.Qaibxanov 18:45 radələrində 21.04.2015-ci il tarixdə sağ idi və idarə etdiyi tədqiqat maşını ilə işlədiyi sahədən Qaz anbarlarının istismarı idarəsinin Qazsaxlama sahəsinin geoloqu X14 ilə ba ş idarəyə gəlirdi. Yolda 19:00 radələrində onun səhhəti ilk dəfə yozulmuşdur və hadisə yerinə heç bir tibbi yardım çağırılmamışdır. “İşəgötürən” 5 saylı Texnoloji Nəqliyyat Departamentinin işçiləri isə baş vermiş bədbəxt hadisəni ört-basdır etmək məqsədi ilə və məsuliyyətdən boyun qaçırmaq üçün 21 aprel 2015-ci il tarixli yük avtonəqliyyat üçün yol vərəqəsində X3 idarə etdiyi **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xəttə saat 07:00 radələrində çıxmasını, və xətdən saat 19:00 radələrində qayıtmasını qeyd edirlər. Halbuki, Cavabdeh ailəsinə E.M.Qaibxanovun 21 aprel 2015ci il tarixdə işdən sonra saat 18:45 radələrində ölməsi barədə rəsmi məlumat verir. İşəgötürən 5 saylı Texnoloji Nəqliyyat Departamenti E.M.Qaibxanovun 24 aprel 2015-ci il tarixdə idarə etdiyi Nəqliyyat vasit əsi ilə xətdən saat 19:00 qayıtmasını yol vərəqəsində qeyd edir. Qaradağ Qazsaxlama sahəsinin geoloqu X14 isə Qaradağ rayonu Prokurorluğuna verdiyi izahatında isə göstərir ki, Qaibxanov E.M. oğlu 21.04.2015-ci il tarixdə saat 19:00 radələrində baş idarəyə gələrkən Eldarın idarə etdiyi maşında qəflətən səhhəti pisləşmiş və heç bir tibbi yardım hadisə yerinə gəlməmişdir. BŞT və TTYS-nin Hesabat və Tibbi Statistika verdiyi rəsmi məlumata əsasən E.M.Qaibxanovun səhhəti 21.04.2015-ci il tarixdə saat 21:27 radələrində, zərərçəkən Qaibxanovun adına çağırış daxil olmuş və həmin çağırışı 15 saylı KYS-nin həkimi A.Mircəfərova yerinə yetirmiş, lakin ilkin tibbi yardım göstərməsinə baxmayaraq həkimin yanında ölüm baş vermiş və meyid müstəntiq Bəşirovun müşayiəti ilə 19 saylı ŞKX-nin morquna təhvil ver ilmişdir. Məhkəmə tibbi ekspert qarşısında E.M.Qaibxanovun ölümünün səbəbinin istehsalatda əmək şəraiti ilə əlaqədar infarkt olmasının araşdırılması barədə sual qoyulmamış və ekspert də həmin xüsusatı araşdırmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 yanvar 2020-ci il tarixli, 2(009)-129/2020 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X7 01.08.2014-cü il tarixli əmək müqaviləsinə əsasən 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin avtomobil dəstəsinə 5-ci dərəcəli avtomobil sürücüsü vəzifəsinə təyin edilmişdir. 21 aprel 2015-ci il tarixdə iş yerində halı qəflətən pisləşmiş və bunu n üçün təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq, Eldar Qayıbxanov vəfat etmişdir. Onun ölümünə səbəb ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokardın infarktı olmuşdur. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Eldar Qayıbxanov iş zamanı infarkt keçirərək təbii ölüm yaşamışdır. Bu səbəbdən onun ölümü istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yaranmış hər hansı bir səbəbdən deyil, səhhəti ilə bağlı yaşadığı narahatlıqdan baş vermişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Eldar Qayıbxanovun ölümü və ölümünə səbəb olacaq hallar kifayət qədər araşdırıldığından və rəsmi sənədlərlə təsdiqləndiyindən ölümün səbəbinin yenidən araşdırılması üçün AR Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətində komissiya yaradılmasına lüzum yoxdur. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.1, 1.4-cü bəndləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov- sədrlik edən və məruzəçi, Cahangir Yusifov, Vüsalə Baxışova) 09 iyun 2020-ci il tarixli, 2(103)-3689/2020 saylı qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Tibbi Ekspertiza və X15 Təcrübə və Tədris Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X16-Təcrübi və Tədris Biriliyinin 09.06.2020-ci il tarixli, 456/KEŞ saylı ekspert rəyindən görünür ki, 1955-ci il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. Bakı şəhəri TTTY X4 adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, 21.04.2015-ci il tarixdə saat 21:27-də çağrış za manı xəstəyə “Ürəyin işemik xəstəliyi, İnfartkdan sonrakı kardioskleroz. Xroniki ürək-damar çatışmazlığı İİ-İİİ dərəcə. Terminal vəziyyət” diaqnozu təyin edilərək, müvafiq ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, xəstədə bioloji ölüm baş vermişdir. E.Qaibxanovun meytinin məhkəmə-tibbi müəyinəsinə əsasən, onun ölümünə səbəb “ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokard infarktı”nın olduğu müəyyən edilmişdir ki, bunun da istehsalatda əmək şəraiti ilə əlaqəli olması istisna edilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azad İmanov- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 26 may 2021-ci il tarixli, 2(103)-326/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmi n edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(009)-129/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X16-Təcrübi və Tədris Biriliyinin 09.06.2020-ci il tarixli, 456/KEŞ saylı ekspert rəyindən görünür ki, 1955-ci il təvəllüdlü X3 meytinin məhkəmə-tibbi müəyinəsinə əsasən, onun ölümünə səbəb “ürək əzələsinin qalınla şması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokard infarktı”nın olduğu müəyyən edilmişdir ki, bunun da istehsalatda əmək şəraiti ilə əlaqəli olması istisna edilir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı X5 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi toplanmış materialları, sübutları, faktları, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normaları nı, o cümlədən Konstitusiya ilə qorunan ədalət mühakiməsinin bərabərlik və çəkişmə prinsiplərini pozmuşdur. Apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuna və işin faktiki hallarına uyğun deyildir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.1-ci bəndinə əsasən, bu qaydalar qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkili-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərə əmək müqaviləsi bağlanmış Respublikanın səfirliklərində, konsulluqlarında, beynəlxalq şuralar Azərbaycan Respublikasının Dövlət Ba yrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından, istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını yerinə yetirən işçilərə şamil olunur. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən təbii ölüm halı istehsalatda baş verən bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyasının işin faktiki hallarını, sübutları araşdırmadığını, maddi və prosessual hüquq normalarını pozduğunu dəlil olaraq göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası obyektiv həqiqətin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmiş, əldə etmiş olduğu rəylə iddiaçının mərhum ərinin ölümünün istehsalatda əmək şəraiti ilə əlaqəli olması istisna edilmişdir. Belə olan halda apelyasiya kollegiyası apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə g əlməkdə haqlı olmuş və qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-326/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və q