Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6213/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İş in halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyana görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən 35.000 manat məbləğində maddi ziyanın və 15.000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 17.08.2018-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə baxılması üçün inzibati-iqtisadi məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qərardadı ilə (h akim F.Abdıyev, iş № 2(005)-3758/18) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin işin aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 201 9-cu il tarixli qərardadı ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və T.Səmədov, iş № 2(103)-2089/19) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 may 2019-cu il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)-3122/2018) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apel yasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərardadıləğv olunmuş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Аpelyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 03 iyun 2019-cu il tаrixli qərardadı ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov, iş № 2(103)-8409/2019) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininapelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəs inə qarşı maddi və mənəvi ziyanın əvəzinin tutulması iddiası üzrə mülki işin icraata xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu iltarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı q aydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyana görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən 35.000 manat məbləğində maddi ziyanın və 15.000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 17.08.2018-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə baxılması üçün inzibati-iqtisadi məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin işin aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ba kı Ərazi İdarəsi şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 may 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərardadı ləğv olunmuş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırki işdə cavabdeh olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati orqandır və iddiaçı bu inzibati orqanın qüvvədə olan məhkəmə qərarlarını icra etməməsi, onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydə almaqdan əsassız olaraq imtina etməsi, yəni hərəkətsizliyi nəticəsində ziyan çəkdiyini bildirir və bu əsasla ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinin tələbinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Novruzov Çingiz Həmid oğlu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsasl arı kimi ona istinad etmişdir ki, “...hazırkı iş üzrə Ali Məhkəmənin mövqeyi tam yalnış olmuş, lakin, yekun qərar çıxarılmamış, apelyasiya instansiyası məhkəməsinə göstərilən normalara uyğun hüquqi qiymət verilməsini istəmişdir. Həmin normalarda inzibati münasibətlərlə bağlı və ya inzibati aktın qəbul edilib-edilməməsi ilə bağlı mübahisələr barədə göstərişlər vardır. Mən mübahisəm isə hər hansı inzibati aktın qəbul edilib- edilməməsi ilə bağlı yox, mülki xarakterlidir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərardadında qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “hazırkı işdə cavabdeh olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati orqandır və iddiaçı inzibati orqanın hərəkətsizliyi nəticəsində məruz qaldığı ziyanın ödənilməsini tələb edir, belə olan halda, qərardad ləğv edilməli, işin icraatına xitam verilməli və iddiaçıya aidiyyəti üzrə müvafiq İnzibati-İqtisadi Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozunt ularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6213/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6213/2019
13.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver