Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6214/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, ilk iddia üzrə iddiaçı MMC-nin nümayəndələri Nümayəndə1, Nümayəndə2, iddiaçının vəkili Vəkil, ilk iddia üzrə Cavabdeh və vəkili Cənnətov Qayıb Kamran oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(006)3858/2018 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, Cavabdeh 13715,91 (on üç min yeddi yüz on beş manat doxsan bir qəpik) manat maddi ziyan və 30.00 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması, Cavabdeh “MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, borcların əvəzləşdirilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli, 2(103)-4525/2019 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), T.Səmədov və İ.Şirinov) ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(006)3858/201 8 nömrəli qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13715,91 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə və cavabdehin əməlində cinayət faktının araşdırılması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh “MMC-yə qarşı qarşılı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, MMC ilə onun arasında bağlanılmış 31 oktyabr 2016-cı il tarixli 1 saylı borcun etirafı hüqqında müqavilənin etibarsız hesab edilməsi, MMC-yə onun borcu 4002,69 manat, MMC-nin isə ona borcu 4089 manat olduğunun müəyyən edilmə si və tərəflər arasında olan borclar bərabər olduğundan, onların əvəzləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmələr iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslı, qanuni və ədalətli qətnamə qəbul etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı “MMC-nin nümayəndələri Nümayəndə1, Nüm ayəndə2 və iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək la zımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1-ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, ilk iddia üzrə cavabdeh ilk iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmir. Ona görə də, borcun etirafı haqqında müqaviləni oxumadan imzalaması barədə dəlilləri də mötəbər hesab edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, 04 fevral 2014-cü il tarixli 92 saylı əmək müqaviləsinə əsasən Cavabdeh ilə “xxxx» MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. Onlar arasında tam maddi məsuliyyət haqqında müqavilə də olmuşdur. Cavabdeh 27 fevral 2017-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Həmçinin işin materiallarından görünür ki, Cavabdeh “MMC-də satış təmsilçisi kimi əmək funksiyasını yerinə yetirməsi ilə əlaqədar, həmçinin aralarında bağlanmış «Tam maddi məsuliyyət haqqında» müqavilənin şərtlərini pozduğu üçün iddiaçı ondan 13715,91 (on üç min yeddi yüz on beş ma nat doxsan bir qəpik) manatın ödənilməsinə dair məhkəməyə müraciət etmiş və bu barədə, yəni iddia tələbinin faktiki əsasına dair məhkəməyə mövcud olan sübutlarını, o cümlədən aralarında bağlanmış 31 oktyabr 2016ci il tarixli, 30 noyabr 2016-cı il tarixli və 25 yanvar 2017-ci il tarixli borcun etirafı haqqında müqavilələri təqdim etmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 31 oktyabr 2016-ci il tarixli, 30 noyabr 2016-cı il tarixli və 25 yanvar 2017-ci il tarixli borcun etirafı haqqında müqavilələrdən görünür ki, Cavabdeh “xxxx» MMC-yə müvafiq olaraq 28604 manat, 24098,30 manat və 21862,09 manat borcunun olduğunu etiraf etmiş və bunu öz imzası ilə təsdiqləmişdir. İlk iddia üzrə Cavabdeh həmin müqavilələrdəki borcun müştərilərin borcu olduğunu, müqavilələri isə oxumadan imz aladığını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini mahiyyətinə düzgün olaraq qiymət verərək qeyd etmişdir ki, dolayısı ilə ilk iddiaçının tələb etdiyi pulun miqdarı mübahisələndirilməsə də, Cavabdeh həmin pulun(borcun, maddi ziyanın və.s) ondan tələb edilməsinə etiraz edir və bunun qanuni əsası olmadığını bəyan edir. Belə ki, işin mübahisəli halı kimi Cavabdeh həmin pulun(borcun, maddi ziyanın və.s) onun deyil başqa şəxslərin, yəni satış nöqtələrinin sahiblərinin təqsirindən yarandığını qeyd edir. İlk iddiaçı isə bu işlərə nəzarətin ilk iddia üzrə cavabdehin bilavasitə vəzifə borcu olduğunu, yəni ona həvalə edilmiş maddi dəyərlilərə, habelə edilmiş işlərə qayğı ilə yanaşmaq, heç bir halda “xxxx” MMC-yə ziyan gətirməmək, vaxtı nda “xxxx” MMC- nin rəhbərliyini onun himayəsində olan maddi dəyərlilərin təhlükəsizliyi barədə məlumatlandırmaq və lazımi hallarda təhlükəli vəziyyətin yaranma səbəblərini öyrənmək və ona həvalə edilmiş maddi dəyərlilərin inventarlaşdırılmasında iştirak etmək barədə öhdəsinə tam maddi məsuliyyəti götürdüyünə əsaslanır. Cavabdehin iddia tələblərinə etirazın əsası kimi istinad etdiyi hallar kassasiya şikayətinin dəlilləri kimi də təqdim edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndində də satış plan tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi,... promomaterialların qrafikə əsasən müştərilərə paylanması Cavabdeh əmək funksiyasına daxil edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və tədqiq edilmiş sübutlar ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, ilk iddia üzrə cavabdeh ilk iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də, Cavabdeh borcun etirafı haqqındakı müqavilələrdəki məbləği etiraf etməsi də ilk iddianın əsaslı olduğuna dəlalət edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsinin həmçinin tərəflər arasındakı münasibətlərin onlar arasında bağlanmış müqavilələrlə yanaşı, bu sahədə mövcud olan ticarət sahəsindəki işgüzar adətlərlə də tənzimlənməsi, bu adələrə görə də, Cavabdeh qeyd olunan vəzifələrin yerinə yetirilməsi ilə bağlı öhdəlikləri olmasına dair qənaəti də əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndində cavabdehin əmək funksiyalarından bəhs edilsə də, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə haqlı olaraq əmək qanunvericiliyinin deyil, mülki qanunvericiliyin normalarını tətbiq etmişdir. Belə ki, cavabdehin borcun yaranmasına əsas olan hallar da özünün fəaliyyəti ilə bağlı olmuş və «Tam maddi məsuliyyət haqqında» müqavilənin şərtlərini pozması nəticəsində yaranmışdır. Cavabdeh həmin borcun yaranmasını həmçinin imzalamasını mübahisələndirmədiyi 31 oktyabr 2016-ci il tarixli, 30 noyabr 2016-cı il tarixli və 25 yanvar 2017-ci il tarixli borcun etirafı haqqında müqavilələrlə təsdiq etmişdir ki, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun borcun etirafı haqqında müqaviləni oxumadan imzalaması barədə dəlil lərini mötəbər hesab etməmişdir. Belə ki, bu dəlil inandırıcı və ağlabatan görünmür. Kollegiya daha sonra qeyd edir ki, hazırki iş üzrə cavabdehin borcunun bir qisminin kim tərəfindən ödənilməsinin də iş üçün əhəmiyyəti olmamışdır. Belə ki, işin materiallarına əsasən ödənilən məbləb cavabdehin borclu olduğu məbləğə aid olmuşdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikas ının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiy a şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 26 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6214/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6214/2019
30.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver