Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6218/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi ülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4814/2022 nömrəli mülki iş üzrə 21 iyul 2022-ci i tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra- iddiaçı) 29 dekabr 2012-ci il tarixli kredit (borc) müqaviləsinə əsasən X1 29 dekabr 2012-ci il tarixdə 30.000 (otuz min) manat borc pul aldığını etiraf edir. O, həmin pulları 3 ay müddətinə X3 pul şəklində qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri 14 saylı Notariat Kontorunun 29 oktyabr 2015-ci il tarixli reyestr nömrəsi 7E-12847 olan icra qeydinə əsasən İddiaçı X2 xeyrinə müddət üçün vaxtında ödənilməmiş 15.700 manat tutulmuş, bundan əlavə İddiaçı X5 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 15.710 manat tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Ba kı şəhəri 14 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 dekabr 2015-ci il tarixli reyestr nömrəsi 7E-12847 olan icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 29 dekabr 2012-ci il tarixli kredit (borc) müqaviləsində nəzərdə tutulmuş müddət ərzində ödənilməmiş 15.700 manat pul məbləğinin İddiaçı X4 xeyrinə tutulması barədə Bakı şəhəri 14 saylı Notariat Kontoru 29 dekabr 2015-ci il tarixli reyestr nömrəsi 7E-12847 olan icra qeydi vermişdir. İcra qeydi verilən zaman iddiaçının qeydiyyatda olduğu ünvan ünvan 1bdeh iddiaçının olduğu yer üzrə notariat orqanı olmadığından “ Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələblərini pozaraq icra qeydi vermişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 avqust 2020-ci il tarixli 2(006)-3239/2020 saylı qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri vahid inzibati ərazi kimi nəzərdə tutularaq rayonların ərazi vahidləri üzrə bölgüsü aparılmamışdır. Yəni Bakı şəhəri 14 saylı Notariat Kontorunun yurisdiksiyası Bakı şəhərinin inzibati ərazisini əhatə edir ki, bu halda o, iddiaçı barəsində icra qeydi verərkən hər hansı qanun pozuntusuna yol verməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin verdiyi icra qeydi ilə iddiaçının hüquqlarının və qanunla q orunan maraqlarının pozulması müəyyən olunmadığından iddia təmin oluna bilməz.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci və Notariat haqqında Azərbaycan Respublikası qanunun 76cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. İddiaçı apelyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4814/2022 nömrəli mülki iş üzrə 21 iyul 2022ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, həm “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda, həm də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda icra qeydinin borclunun olduğu yer üzrə notariuslar tərəfindən verilməsi nəzərdə tutulmuşdur, bu səbəbdən 14 saylı Notariat Kontoru tərəfindən hazırkı icra qeydinin verilməsi qanuni olmuşdur.
13. Apellyasiya instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında icra qeydi verilən borc müqaviləsinin etibarsız olması barədə dəlilin ə münasibətdə qeyd etmişdir ki, həmin məsələ hazırkı məhkəmə baxışının predmeti olmadığından, məhkəmə həmin əqdin etibarlılığı məsələsini yoxlamır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti və əsaslandırması ilə razılaşmışdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 739.1, «İcra haqqında» Qanunun 6.1.4, «Notariat Haqqında» Qanunun 76, «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci və 162-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılma sı ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə i cra qeydi aparılır. Bakı şəhəri 14 saylı Notariat Kontoru Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşir, iddiaçı isə, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində qeydiyyatdadır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun imperativ norma kimi nəzərdə tutulan 76-cı maddənin tələblərini kobud surətdə pozmuşdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat
22. Maddə
161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt ha qqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
23. Maddə
162. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
24. Maddə
165. Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka (girov) seçildikdə, icra qeydi ipoteka (girov) müqaviləsində aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4814/2022 nömr əli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.