Məhkəmə qərarları › İş №2(102)-622/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-622/2022

28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-622/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X4 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-622/22 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, təqdim edilmiş sübutların leqallaşdırılmaması) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı X4 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6321/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X 4 kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İsrail vətənadışıdır. İddiaçı 12.08.2018-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yolun kənarında yerləşən dayanacaqda dayanarkən qəflətən yoldan çıxmış “Azsamand” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona dəyərək iddiaçıya xəsarət yetirmişdir. Avtomaşının sürücüsü Cavabdeh olmuşdur.

2. Mübahisə iddiaçının sağlamlığına dəymiş zərərin ödənilməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi, sonradan isə tələbin artırılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək əməliyyat üçün ödədiyi 15238 manat, fizioterpaiyalara ödədiyi 238 manat, tibbi sığortaya görə 1176 manat, iş qüvvəsini itirdiyindən 1 il ərzində işə çıxa bilmədiyinə görə 42000 manat maddi ziyan və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 63652 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdi

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 12.08.2018-ci il tarixində yolu keçərkən Cavabdeh tərəfindən idarə olunan “Azsamand” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı maşın tərəfindən xəsarətə uğramışdır.

5. Məhkəmə-tibbi ekspertizanın 841 saylı 16.08.2018-ci il tarixli rəyinə əsasən iddiaçının aldığı xəsarət-sol ayağın çıxığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa zərər vurmaya aiddir. Xəsarət nəticəsində Mirzəyeva Səadət həm Azərbaycanda, həm də İsraildə müalicə almışdır.

6. Azərbaycanda iddiaçıya qoyulan diaqnozdan sonra, burada ayağına gips qoyulmuş və cərrahi müalicə məsləhət görülmüşdür. İddiaçı cərrahi əməliyyatı İsraildə keçirməyi və müalicələrini orada davam etdirməyi üstün tutmuşdur. Bütün bu müalicə və əməliyyatlara (həkimlər, iynə-dərman) iddiaçının külli miqdarda xərci çıxmışdır.

7. İddiaçı əməliyyatı X10 Mərkəzində keçirmiş və 4 gün xəstəxanada qalmışdır. Əməliyyatdan sonra isə burada uzun müddət müalicə almış, fizioterpaiyalar keçirmiş, terapevtik məşğələlərdə iştirak etmişdir.

8. Cavabdehin ehtiyatsızığı nəticəsində iddiaçı həm Azərbaycanda, həm İsraildə xəstəxanalarda maddi zərərə düşmüşdür.

9. İddiaçı əməliyyata 15377 manat, fizioterpaiyalara 7070 manat, tibbi sığortaya 1176 manat pu l ödəmişdir. Bundan əlavə, iş qüvvəsini itirdiyindən 1 il ərzində işə çıxa bilmədiyinə görə iddiaçı 41470 manat məbləğində ziyana uğramışdır. Belə ki, iddiaçı 01.08.2018-ci il tarixindən 01.08.2019 tarixinədək işə gedə bilməmişdir. İsraildə aldığı əmək haqqı 7000-8000 şekel, yəni 3455 manatdır.

10. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - 12.08.2018-ci il tarixində baş vermiş hadisə nəticəsində iddiaçı ciddi bir xəsarət almamışdır, çünki cavabdeh özü onun ayağını yoxlamışdır. “Atəşgah Sığorta” şirkətindən iddiaçı 1500 manat almışdır. Cavabdeh isə müalicəsi üçün iddiaçının özünə 500 ABŞ dolları və onun qızına da 500 ABŞ dolları vermişdir; - cavabdeh tərəfindən ödənişlər olmasa idi, iddiaçı Nəsimi RPİ-də onunla barışmazdı; - iddiaçı İsrail dövlətində müa licə olunduğunu bildirmiş, lakin onun tərəfindən xəstəxanalara hər hansı pulun ödənilməsini təsdiq edən qəbz əlavə etməmişdir; - iddiaçı İsrail dövlətinin vətəndaş olduğundan, onun əvəzinə xəstəxana xərcləri Sığorta tərəfindən ödənilib və bu səbəbdən iddiaçının həmin pulları istəmək hüququ yoxdur.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-147/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 56952 manat, mənəvi ziyana görə 500 manat olmaqla, cəmi 57452 (əlli yeddi min dörd yüz əlli iki) manatın və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ayaz Məmmədov)

12. Birinci instansiya məhkəməsi işdəki sübutlara istinadən müə yyən edib ki, Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı S.Ələkbərovun 12.08.2018-ci il tarixli cinayət işi başlanması rədd edilməsi haqqında qərara əsasən Cavabdeh idarə etdiyi “Azsamand LX” markalı **HS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 12.08.2018-ci ildə saat 22.05 radələrində ünvan 1 ünvanda “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolu piyada keçən zərərçəkmiş şəxs X2 ehtiyatsızlıqdan vuraraq, sonuncunun sağlamlığına az ağır bədən xəsarəti yetirib. Bununla da Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədir. Məhkəmə-tibbi ekspertizanın 841 saylı 16.08.2018-ci il tarixli rəyinə əsasən X1 tibbi yardım üçün müraciət etdiyi 12.08.2018-ci tarixdə bədənində qeyd olunan xəsarət – sol ayağın çıxığı b ərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir və həmin xəsarətin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür.

13. Birinci instansiya məhkəməsi həmçinin tərcümə edilmiş sübutlara əsasən onu da müəyyən edib ki, Cavabdeh tərəfindən iddiaçı X3 müalicəsinə sərf olunmuş vəsait və işləmədiyinə görə almadığı əmək haqqı qismində 58652 manat məbləğində maddi ziyan vurulması birmənalı şəkildə təsdiq olunur.

14. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh tərəfindən iddiaçının qızına 500 ABŞ dolları ödənilməsi və iddiaçıya 500 ABŞ dolları məbləğində pul göndərilməsi təsdiqini tapdığından Cavabdeh ödənilmiş 1000 ABŞ dollarının manata ekvivalent olan 1700 manat çıxılmaqla 56952 manat tutularaq, iddiaçı X1 xeyrinə ödənilməlidir.

15. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi tələbi üzrə isə belə nəticəyə gəlib ki, həmin hissəndə iddia tələbi qismən təmin edilməklə, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 manat pul tutulub iddiaçıya ödənilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21-23, 386.1, 1096-cı maddələri, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçının “Eli Achzakot LTD” şirkətində işləməsini təsdiq edən təkcə bir arayış məhkəməyə təqdim edilmişdir. Həmin arayışda göstərilən məlumatlar qeyri-dəqiq formada qeyd edilmişdir, belə ki, əmək haqqı konkret göstərilməmiş və ya həmin şəxsin şirkətdə hansı vəzifədə işləməsi qeyd edilməmişdir; - bundan başqa, iddiaçı tərəfindən şirkətdə işləməsini təsdiq edən əmək müqaviləsi, müvafiq dövlət qurumlarına ödənilmiş ödənişlər barədə hər hansı sənəd təqdim edilməmişdir; - X11 Nazirliyi X9 X7 hesabatından görünür ki, xəstəliyə görə istirahət 3 ay nəzərdə tutulmuşdur və bununla da təqdim edilmiş sənəddə olan məlumatlar arasında ziddiyyət lər yaranır. Əgər tibb mərkəzi tərəfindən istirahət 3 ay göstərilmişdirsə, yekunda cədvəldə 12 aylıq müddət hansı əsaslarla hesablanması qeyd olunmamışdır; - iddiaçı tərəfindən faktiki öz müalicəsi üçün nəzərdə tutulmuş xərclərin ödənilməsini təsdiq edən hər hansı qəbz və ya bank sənədi təqdim edilməmişdir; - iş materiallarında olan Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və Ortopediya institutu tərəfindən verilmiş 12.08.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçıya müvafiq lazımi tibbi yardım göstərilmişdir. Həmçinin təhqiqat materiallarında onun hər hansı şikayət və tələbi olmadığını təsdiq edən ərizəsi mövcuddur. Əgər iddiaçı İsraildə hər hansı müalicə almışdırsa, bu, sığorta təşkilatının hesabına baş verə bilərdi ki, bu halda da çəkilmiş xərcləri iddiaçı yox, həmin sığort a təşkilatı tələb edə bilər.

19. Apellyasiya baxışında iddiaçının nümayəndəsi (vəkili) iş materiallarında olan sənədlərin leqallaşdırılmamasını, sənədlərin leqallaşdırılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6321/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-147/2021 saylı iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi qismən – cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 56952 manat pulun tutulması hissəsində ləğv edilmiç, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)

21. Apellya siya məhkəməsi iş materiallarına əsasən qeyd edib ki, maddi zərər tutulması hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Çünki qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, iddiaçı tələbinin əsasını təşkil edən həmin halları sübut etmək yükünü daşıyır. Lakin o, bu halı əsaslandıra, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

22. Apellyasiya məhkəməsi vurğulayıb ki, Azərbaycan Respublikası Xarici İşlər nazirinin 770 nömrəli əmri ilə təsdiq edilmiş “Konsul leqallaşdırması haqqında” Təlimatın 4-cü bəndində göstərilmişdir ki, xarici dövlətlərin idarələrinə, təşk ilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib edən idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları tərəfindən baxılmaq üçün qəbul edilir.

23. Apellyasiya məhkəməsinə görə iddiaçının istinad etdiyi sənədlər xarici dövlət (İsrail dövləti) tərəfindən verilmiş sənədlərdir (həkimə müraciət, tibbi arayış və s.) və qanunvericiliyin tələbinə əsasən həmin sənədlər leqallaşdırılmalıdır. Hazırda isə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər tərcümə mərkəzi tərəfindən təsdiq edilmiş sənədlər olmaqla, qanunvericiliyin tələbinə uyğun olaraq leqallaşdırılmadığından iddia tələbinin əsaslı olması üçün mötəbər sübutlar hesab edilmir.

24. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, iddiaçı əməliyyat üçün 15238 manat, fizioterapiyalara 238 manat, tibbi sığortaya görə 1176 manat ödədiyini iddia etsə də, çəkilmiş xərclərlə bağlı ödəniş qəbzləri də təqdim etməmişdir. Belə ki, iddiaçı faktiki aparılmış ödənişlərə dair leqallaşdırılmış qaydada ödəniş qəbzləri təqdim edilməli olduğu halda nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Təqdim edilmiş cədvəl isə iddiaçı tərəfindən həmin ödənişlərin edildiyini təsdiq edən mötəbər sübut hesab edilmir. Eyni zamanda iş yerindən verilmiş arayışlar ziddiyyətli olmaqla, həmin sənədlər də müvafiq qaydada leqallaşdırılmamışdır.

25. Ap ellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçı maddi zərər hissəsində tələbini əsaslandıra bilməmişdir, birinci instansiya məhkəməsi isə sadalanan halları nəzərə almamış, təqdim olunmuş sənədləri notariat qaydada təsdiq olunmuş sənəd kimi dəyərləndirmiş və iddianı təmin etmişdir, odur ki, bu hissədə qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

26. Mənəvi zərərlə bağlı tələb hissəsində isə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği (500 manat) ağlabatan və ədalətlidir.

27. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Xarici İşlər nazirinin 770 nömrəli əmri ilə təsdiq edilmiş “Konsul leqallaşdırması haqqında” Təlimatın 4-cü bəndinə istinad etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı S.Mirzoyeva qızı (vəkil X5) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21-ci maddəsinin tələblərini pozub; -sübutları düzgün qiymətləndirməyib. Məhkəmə 3 ay prosessual müddəti nəzərə almadan 2 ay müddətində qətnamə çıxarıb. Sübutların apostil edilməsi üçün şifahi formada vaxt verilməsini xahiş etsələr də məhkəmə vaxt verməmişdir; - qeyd edilməlidir ki, İsrail Dövlətindən cavab verilməsi özü 1-2 ay müddət tələb edir. Bunu məhkəməni nəzərinə çatdırsalar da əhəmiyyəti olmamışdır. b) Kassasiya ş ikayətinə yazılı etirazın dəlilləri

30. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apel lyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Konsul leqallaşdırması haqqında TƏLİMAT Bənd

4. Xarici dövlətlərin idarələrinə, təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib edən idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları t ərəfindən baxılmaq üçün qəbul edilir. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərlə bağlı id dia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilməyib və həmin hissədə qətnamə dəyişdirilmədən saxlanıb. Apellyasiya məhkəməsi cavabdehin şikayəti üzrə yalnız maddi zərərin təmin edilən hissəsində iddianı rədd etmişdir. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, maddi zərərlə bağlı iddianın təmin edilməyən hissəsi başa düşülür.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

36. İddia tələbi deliktdən əmələ gələn zərərin vurulması barədədir.

37. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair lazmi qaydada sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi sənədlər İsrail dövləti tərəfindən verilmiş sənədlərdir (həkimə müraciət, tibbi arayış və s.) və qanunvericiliyin tələbinə əsasən həmin sənədlər leqallaşdırılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər tərcümə mərkəzi tərəfindən təsdiq edilmiş sənədlər olmaqla, qanunvericiliyin tələbinə uyğun olaraq leqallaşdırılmayıb.

38. Nəzərə alınsa ki, Konsul leqallaşdırması haqqında Təlimatın 4-cü bəndinə görə xarici dövlətlərin idarələrinə, təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları tərəfindən baxılmaq üçün qəbul edilir və MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, belə olan halda, iddianı qeyd edilən əsasla rədd edən apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilən hallarına uyğun olmuşdur.

39. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 21-25-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır.

40. Məhkəmə kollegiyası iddiaçının sənədlərin leqallaşdırılması üçün apellyasiya məhkəməsi tərəfindən vaxt verilməməsi barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, məhkəmə iclas protokollarından görünür ki, iddiaçı özü etdiyi ödənişlər barədə sənəd təqdim edə bilməməsini bildirib, iddiaçının nümayəndəsi sənədlərin leqallaşdırılması üçün məhkəmə iclasını təxirə salınmasını xahiş edib, apellyasiya məhkəməsi də sənədlərin təqdim edilməsi üçün məhkəmə iclasını 28 gün müddətinə təxirə salıb. Buna baxmayaraq, bu müddət ərzində də sənədlərin leqallaşdırılmış formada təqdim edilməsini iddiaçı təmin etməmişdir. (i.v.136, 141)

41. Göründüyü kimi, kassasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilir.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6321/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar