Məhkəmə qərarları › İş №2(102)-6226/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6226/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6226/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6226/21 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Vəkil və Cavabdeh nümayəndəsi və vəkili Adıgözəlova Bəxtşən Aydın qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5861/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 17.500 manat və vəkilin xidmətinə görə ödənilmiş 200 manat pulun və mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutularaq onun nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus "Mercedes E-270" markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirməklə bağlı 11.09.2017-ci i l tarixdə Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən və Cavabdeh məxsus olan "Dərnəgül Servis"ə aparmış, servisin işçisi Kamal adlı usta avtomobilə baxış keçirərək 300 manat xərcinin olmasını bildirmişdir. Həmin vaxt tələb edilən məbləğ tərəfindən servisə ödənilmiş və usta saat 5-də gəlib avtomobili aparmağı bildirmişdir. O, 11.09.2017-ci il tarixdə saat 5 radələrində servisə gələrək maşını təhvil almaq istədikdə usta bildirdi ki, 2-3 hissədə nasazlıq var, ona görə də avtomobil servisdə qalmalıdır və sabah gəlib aparmağını bildirmişdir. Səhəri gün axşam saat 12 radələrində usta bildirmişdir ki, avtomobildə qısa qapanma baş verib və saat 01 radələrində bildirmişdir ki, avtomobil yanıb, avtomobilin qabaq hissəsindən alov tutub bütöv yanaraq tam yararsız hala düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobil söndürülmüş və şifahi bildirdiklərinə görə avtomobili çöl tərəfdən alovlanaraq yanmışdır. 29.09.2017-ci il tarixdə yanğın haqqında akt tərtib edilmişdir. Qeyd olunmalıdır ki, avtomobil söndürüldükdən sonra yük yerinin işığı yanırdı və qısa qapanma olsaydı avtomobilin enerji təchizatı tamamilə çökmüş olardı, heç bir işıq yanmazdı. Cavabdeh tərəfindən təklif oldu ki, avtomobili sıfırdan yığaq, 60 faiz onlar, 40 faiz onun tərəfindən ödənilmək şərti ilə. Avtomobilə 8000 manatlıq hissə alınıb və təmir olunmasına 9500 manat pul xərclənib, ümumilikdə 17500 manat xərc çəkilib. Avtomobilin hissələri ordan burdan yığılma hissələrdir və gələcəkdə avtomobilin tam yararlı olması mümkün deyildir, avtomobil yanmış vəziyyətdə olduğu halda hal-hazırda servisin həyətindədir. Yenidən xərc çəkməyinə baxmayaraq avtomobil yararlı hala salınmamışdır. AR FHN Əməliyyat-istintaq İdarəsi tərəfindən 31.01.2018-ci il tarixdə "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərar çıxarılmışdır. Belə ki, həmin vaxt cavabdeh tərəf avtomobili tam yararlı hala salaraq ona təhvil verəcəyi barədə vəd vermiş və o, da onlara inanaraq hadisə ilə əlaqədar şikayətinin olmadığını bildirmişdir. Lakin sonda yanıldığını anlamış, cavabdeh tərəf verdiyi sözə əməl etməmişdir. O, dəfələrlə cavabdeh tərəfə müraciət edərək avtomobilin tam yararlı hala salınaraq ona təhvil verilməsini və ya vurulmuş maddi zərəri ödəmələrini tələb etmiş, lakin cavabdeh tərəf buna əhəmiyyət verməmişdir. Cavabdehin təqsiri ucbatından o, xeyli miqdarda maddi ziyana məruz qalmış, avtomobildən m əhrum olmuş, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 17.500 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Həmçinin, o, hüquqi yardım göstərilməsi ilə bağlı 11 saylı Vəkil Bürosu ilə 01.08.2018-ci il tarixdə müqavilə bağlamış və 200 manat məbləğində pul köçürmüşdür. Bu vəsait də cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunmalıdır ki, o, bu hadisə ilə bağlı dəfələrlə əsəb gərginliyi keçirmiş, nəticədə çox ciddi stress və əsəb gərginliyi baş vermişdir, avtomobilin sıradan çıxması, xeyli miqdarda maddi zərərə məruz qalmağı və avtomobildən istifadə edə bilməməyi səbəbindən sarsıntı keçirmiş, mənəvi zərərə məruz qalmış və sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 2000 manat məbləğində dəyərləndirir. Bu səbəbdən o, məhkəməyə müraciət etmə k məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3020/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh maddi zərərə görə 17500 manatın və vəkilin xidmətlərinə görə ödənilmiş 200 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 31 yanvar 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilir: “12 sentyabr 2017-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanda yerləşən “Dərnəgül Servis”in həyətində saxlanılmış, İddiaçı məxsus “Mercedes Benz 270 CDİ” markalı ** HG *** dövlət qeydiyyat nişanlı minik avtomob ilində yanğın hadisəsi baş vermişdir”.; “Hadisə ilə əlaqədar izahatı alınmış "Dərnəgül Servis"in sahibi Cavabdeh göstərmişdir ki, 12.09.2017-ci il tarixdə, saat 02 radələrində Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən ona məxsus "Dərnəgül Servis"in həyətində saxlanılmış avtomobildə baş vermiş yanğın barədə telefon vasitəsi ilə xəbər tutmuşdur. Dərhal hadisə yerinə gedərək yanğının artıq söndürüldüyünü görmüşdür. Ehtimalına görə, yanğın qısaqapanmadan baş vermişdir. Yanğın nəticəsində ona heç bir maddi ziyan dəyməmiş, hadisə ilə əlaqədar şikayəti yoxdur. Cavabdeh ərizə ilə müraciət edərək 12.09.2017-ci il tarixdə Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən ona məxsus "Dərnəgül Servis"in həyətində saxlanılmış avtomobildə baş vermiş yanğınla əlaqədar şikayəti olmadığını, yanğın za manı ona maddi ziyan dəymədiyini bildirmişdir.”; “İddiaçı ərizə ilə müraciət edərək 12 sentyabr 2017-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Dərnəgül Servis”in həyətində saxlanılmış ona məxsus “Mercedes Benz 270 CDİ” markalı ** HG *** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğın nəticəsində ona 16000 manat məbləğində maddi ziyan ödədiyini, avtomobilin “Dərnəgül Servis” tərəfindən tamamilə bərpa edildiyini, hadisə ilə əlaqədar heç bir tələb və şikayəti olmadığını bildirmişdir”. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh iddiaçının 17500 manat məbləğində pul vəsaitini hüquqi əsas olmadan əldə etmiş və bununla da əsassız varlanmışdır. Qanunun tələblərindən irəli gələrək məhkəmə belə nəticəyə gəlir ki, həmin məbləğdə pul vəsaiti cavabdehdən alınar aq iddiaçıya qaytarılmalıdır. İddiaçının “...vəkilin xidmətinə görə ödənilmiş 200 manat pulun cavabdehdən tutulması...” tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, həmin tələb əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 228154 saylı mədaxil qəbzinin surətindən göründüyü kimi, İddiaçı hazırki məhkəmə işi ilə bağlı 200 manat məbləğində pul vəsaitini 11 saylı Vəkil Bürosunun hesabına ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar olan məsrəflərin sırasına həmçinin nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Odur ki, iddiaçının həmin tələbi də təmin ed ilməlidir. İddiaçının «mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutularaq onun nəfinə ödənilməsi» tələbinə gəldikdə, məhkəmə qeyd edir ki, həmin tələb təmin edilə bilməz. Belə ki, cavabdeh tərəfindən ona bilavasitə hansı formada və məbləğdə mənəvi ziyan vurmasına dair iddiaçı məhkəməyə heç bir sübut təqdim edmədi. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21.1, 386.1, 1091, 1092.1, 1093.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 115.0.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiya sı məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 2(103)-5861/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3020/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməklə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iş üzrə iddiaya cavab verməli şəxs cavabdeh X1 deyil, əsl cavabdeh olaraq icarəçi X5r. Belə ki, 15 fevral 2017-ci il tarixli İcra Müqaviləsinin 11-ci bəndindən görünür ki, icra obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “İcarə çi” tərəfindən həyata keçirilir. İşə birinci instansiya məhkəməsində baxılarkən X4 əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apelyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxla nılması baxımından da yolverilməzdir. Belə olan halda, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-cı il tarixli, 2(006)-344/2021 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, X6 tanımır və görməmişdir, onunla heç bir söhbəti olmamışdır və bütün d anışıqlar şəxsən cavabdehlə aparılmışdır. Hətta cavabdeh sonda avtomobili tam yığıb satdıracağını və ona vurulmuş maddi ziyanı ödəyəcəyi barədə vəd verirdi. Avtomaşına 8000 manatlıq hissə alınıb və təmir olunmasına 9500 manat pul xərclənib, ümumilikdə 17500 manat xərc çəkilib. Avtomaşının hissələri oradan- burdan yığılma hissələrdir və gələcəkdə avtomaşının tam yararlı olması mümkün deyildir. Avtomaşın yanmış vəziyyətdə olduğu halda halhazırda servisin həyətindədir. O, yenidən xərc çəkməsinə baxmayaraq avtomaşın yararlı hala salınmamışdır. AR FHN Əməliyyat -istintaq İdarəsi tərəfindən 31 yanvar 2018-ci il tarixdə "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərar çıxarılmışdır. Belə ki, həmin vaxt cavabdeh tərəf avtomaşını tam yararlı hala salaraq ona təhvil verəcəyi barədə vəd vermiş və o da ona inanaraq hadisə ilə əlaqədar şikayətinin olmadığını bildirmişdir. Lakin sonda yanıldığını anlamışdır. Cavabdeh tərəf verdiyi sözə əməl etməmişdir. O, heç bir vaxt X8 ilə danışmamış və bu şəxs heç bir öhdəlik götürməmişdir. Hətta cavabdeh bir dəfə ondan 1000 manat pul almış, lakin sonda ondan tələb etdikdə yalnız 600 manat pul qaytarmış, qalan pulu ustalara verdiyini bildirmişdir. O, ustalar heç bir iş görmədiyi halda onun pulunu ustalara verməsini irad tutaraq tam qaytarmasını tələb etmişdir. Həmin vaxt cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh bildirdi ki, “sən mənə etibarnamə ver, avtomaşını yığdırıb satım, sənin də ziyanını ödəyim” Buna görə onun tərəfindən Cavabdeh etibarnamə verilmişdir. X3 ilə cavabdeh arasında hər hansı bir müqavilə olmasından məluma tı olmamışdır. Ümumiyyətlə danışıqlarında bu şəxs heç bir vaxt iştirak etməmiş, bu şəxsi görməmiş və tanımamışdır. Onunla bütün danışıqlarda şəxsən cavabdeh tərəf özü iştirak etmişdir, bütün vədləri o vermişdir, hətta cavabdehlə bir dəfə görüşərkən onunla üç nəfər şahid qismində iştirak etmişdir və cavabdeh bu məsələni yoluna qoyacağı barədə vəd vermişdir. Cavabdeh tərəf heç bir halda bu barədə məsuliyyət daşımadığını, bu obyektin icarədə olmasını bildirməmişdir. Təqdim edilmiş icarə müqaviləsinin surətindən görünür ki, 1003 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin yalnız 40 kv.m hissəsi icarəçi X7 icarəyə verilmişdir. Belə olan halda avtomobilin icarəçiyə aid olan hissədə təmirə qəbul edilməsi və yanması nə ilə sübut olunur. Fövqəladə Hallar Nazirliyində araşdırma aparılarkən də icarəçi b u işə cəlb edilməmişdir (qətnamədə 15.02.2017-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndində icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələrinin "icarəçi" tərəfindən həyata keçirilməsinə istinad edilmişdir), halbuki icarəçi texniki təhlükəsizlik qaydalarına cavabdeh olduğu halda nə rəydə, nə də cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda adı halllanmamış, izahatı alınmamışdır. Usta bildirmişdir ki, avtomaşın boksda deyil, servisin həyətində, onların istifadə etdiyi hissədən kənarda yanmışdır və onlara heç bir aidiyyəti yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası heç bir ətraflı araşdırma aparmamış, yalnız AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad etməklə kifayətlənmiş, yuxarıda qeyd edilən amilləri qətiyyən araşdırmamışdır. Haz ırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən dəlillərə istinad etməklə onun irəli sürdüyü dəlilləri nəzərə almadan apelyasiya şikayətini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlmə miş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə teleqram ünvanlayaraq, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Adıgözəlova Bəxtşən Aydın qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveric iliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. M addə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən tə min edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası iddia tələbini rədd etməsi barədə qənaətini Cavabdeh iddiaya cavab verməli şəxs olmaması ilə əsaslandırmış, əsaslandırmasında Cavabdeh ilə X8 15.02.2017-ci il tarixli icarə müqaviləsi bağlanmasına, müqavilənin 11-ci bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələrinin “İcarəçi” tərəfindən həyata keçirilməsinə istinad etmişdir. Kasasiya şikayətində qeyd edildiyi kimi, həqiqətən də kasasiya yoxlaması nəticəsində iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında31.01.2018-ci il tarixli qərarda hazırki cavabdeh yanğın baş vermiş Servisin sahibi kimi dindirilmiş, o, yanğın nəticəsində ona ziyan dəymədiyini bildirmiş, lakin X8 ilə aralarında obyektlə bağlı icarə müqaviləsi olması barədə bir kəlmə belə bildirməmişdir (Səh 11). Həmçinin hazırki cavabdeh qeyd edilən izahatında avtomobilin Servisin həyətində saxlanılmasını göstərmişdir. Lakin təqdim edilmiş Cavabdeh ilə X8 15.02.2017-ci il tarixli icarə müqaviləsindən isə görünür ki, hazırki cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1003 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyəti üzrə ona məxsus (40 kv.m ) hissəsini icarəçi X7 icarəyə vermişdir. Apelyasiya kollegiyası isə iddia tələbini rədd edərkən bu hala da əhəmiyyət verməmiş, həmçinin münasibət buildirməmiş, yalnız ica rə müqaviləsinin mövcudluğuna istinadən hazırki cavabdehin iddia tələbinə cavab verməli olmayan şəxs olması qənaətinə gəlmişdir. Halbuki, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan bir məhkəmə kimi apelyasiya kollegiyası hazırki cavabdehin yanğın hadisəsi ilə əlaqədar vermiş olduğu izahatla qarşılıqlı surətdə icarə müqaviləsi üzrə münasibətləri, bu münasibətlərin qeyri-yaşayış sahəsinin hansı hissəsini əhatə etdiyini, yəni hadisənin baş verdiyi hissəyə aidiyyətinin olub-olmadığını araşdırmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində hazırki cavabdehə avtomobilin tam təmir edilib satılması ilə bağlı etibarnamə verdiyini də göstərmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini fa ktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli, düzgün və müqayisəli araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının əda lətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2021-ci il tarixli, 2(103)-5861/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16.06.2021-ci il tarixli, 2(103)-5861/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yen idən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar