Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-623/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “28” yanvar 2019-cu il iş №2(102)-623/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh “AGBank” ASC-nin vəkili Nağıyev Nicat Kamil oğlunun iştrakı ilə, İddiaçı “Nissa LTD” Elmi İstehsalat firmasının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim:R.N.Quliyev; 2(005)-2603/2017) iddiaçı “xxxx” LTD Elmi-İstehsalat Firmasının cavabdehlər “xxxx” MMC-yə və qarşı iddia tələbi təmin edilərək, “xxxx” MMC tərəfindən verilmiş 23 yanvar 2015-ci il tarixli, ***** saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, “xxxx” MMC-nin Bakı şəhəri, ************************** məhəllədə yerləşən İnşaat materialları sexinə dair 27 aprel 2017- ci il tarixli ******* saylı hərracın yekunları barədə protokol etibarsız hesab edilməsi və həmin protokol əsasında “xxxx” ASCnin mülkiyyət hüququnun qeydə alınmasına dair - qeydiyyat nömrəs **********, qeydiyyat tarixi 01.06.2017-ci il- olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov, E.E.Nağıyeva; 2(103)-3411/2018) cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 26 oktyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddiaçı “xxxx LTD” Elmi-İstehsalat firmasının cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və digər tələblərə dair iddiası təmin edilməmiş, Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat iddiaçı “xxxx LTD” Elmi-İstehsal at firmasından alınıb, “xxxx” MMC-yə VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ******************** 944, KOD:*******; SWİFT:********* saylı hesaba keçrilməsi qət edilmişdir. İşin halları İddiaçı “xxxx LTD” Elmi-İstehsalat Firması cavabdeh “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvinə” dair tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən qiymətləndirilmiş 22 saylı 23.01.2015-ci il tarixli əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisinin ləğv edib, obyektin yenidən qiymətləndirilməsinin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon icra şöbəsinin ************ saylı, 31.10.2014-cü il tarixli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi fəaliyyətin həyata keçirən “xxxx” MMC-dən “xxxx LTD” X5 məxsus Nizami rayonu ************** məhəllədə yerləşən inşaat materialları istehsalı sexinin qiymətləndirilməsini sifariş etmişdir. Buna dair cavabdeh qiymətləndirmə şirkəti ****** saylı 23.01.2015-ci il tarixli Hesabat hazırlamış və hesabata əsasən əmlak ******* manat dəyərində qiymətləndirilmişdir. Bu qiymətləndirmə nəticəsi isə real bazar dəyərini əks etdirmir. Belə ki, hələ 2008-ci ildə qeyd edilən əmlak ipoteka edilərkən ******* manat məbləğində dəyərləndirilmişdir. Bu iddiaya, yəni qiymətləndirmənin mübahisələnməsi ilə bağlı iddiaya baxılan zaman “xxxx” tərəfindən hərrac keçirilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 27.04.2017 -ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus Bakı şəhəri ************* məhəllədə yerləşən inşaat materialları istehsalı sexi “xxxx” ASC-yə satılmış və bu barədə bankın mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış verilmişdir. Hərrac və onun nəticələri düzgün həyata keçirilməmişdir. Belə ki, hərracın keçirilməsinə dair bildiriş qanunvericiliyin tələblərinə cavab verməmişdir. Hərracın keçirilməsinə dair bildirişlərdə hərracı udan şəxsin müəyyənləşdirilməsi haqqında məlumat yoxdur və həmin bildirişlər borclu “******” firmasına çatdırılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC, “Daşınar və Daşınmaz Əmlakların Satış üzrə Hərrac Mərkəzinə, “xxxx” ASC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “xxxx” MMC-nin hazırki iş üzrə ***** saylı 23.01.2015-ci il tarixli hesabatında əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisinin, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 27 aprel 2017-ci il tarixli müqavilənin və onun əsasında verilmiş DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqınca daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 01 iyun 2017-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçın iddia tələbinin dəqiqləşdirilməsi barədə, ərizə ilə məhkəməyə mürac iət edərək, “xxxx” MMC tərəfindən verilmiş 23 yanvar 2015-ci il tarixli, 22 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın, xxxx” MMC-nin Bakı şəhəri, ************ məhəllədə yerləşən İnşaat materialları sexinə dair 27 aprel 2017-ci il tarixli ******** saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında “xxxx” ASC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair- qeydiyyat nömrəsi ***********, qeydiyyat tarixi 01.06.2017-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx LTD” Elmi İstehsalat firması kassasiya şi kayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 218-ci maddəsinin tələbinin pozulması ilə çıxarılmış, işin faktiki halları nəzərə alınmamış, nəticə də əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında cavabdeh “xxxx” ASC-nin vəkili X8 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb göstərməd ən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələl ərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan 28.08.2000-ci il tarixli, 000279 qeydiyyat nömrəsi ilə qeydə alınmış mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri *************** məhəllədə yerləşən İnşaat materialları sexi “xxxx-LTD” elmi istehsalat firmasının mülkiyyətindədir. 16 may 2008-ci il tarixli ****** saylı Sonrakı poteka X4 müqaviləsindən görünür ki, “xxxx-LTD” elmi istehsalat firması özünə məxsus Bakı şəhəri************* məhəllədə yerləşən İnşaat materialları sexini borclu -“******” firmasının kreditor- “xxxx” ASC qarşısında olan 850.000 ABŞ dolları həcmindəki borcunun təminatı kimi ipoteka etmişdir. Həmin ipoteka müqaviləsində əmlakın dəyəri-2.600000 (iki milyon altı yüz min) manat həcmində qiymətləndirilmişdir. “xxxx” MMC tərəfindən verilən 23 yanvar 2015-ci il tarixli, 22 saylı Əmlakın Qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsi ********* saylı 31.10.2014-cü il tarixli icra sən ədinin icrası ilə əlaqəli “xxxx LTD” X5 məxsus Bakı şəhəri, ************** məhəllədə yerləşən İnşaat materialları sexinin real bazar qiymətinin müəyyən edilməsini sifariş vermişdir. Həmin Hesabatda qiymətləndirmə şirkəti bu əmlakın dəyərini 23 yanvar 2015-ci il tarix üçün 1.665.000 (bir milyon altı yüz altmış beş min manat məbləğində qiymətləndirmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilən 04.05.2015-ci il tarixli, 01 saylı X2 dair Bildirişdən görünür ki, ipoteka predmeti olan- “xxxx LTD” X5 məxsus Bakı şəhəri Nizami yonu, Yenikənd küçəsi 2213-cü məhəllədə yerləşən İnşaat materialları sexinə tutma yönəldilmişdir bu əmlak açıq hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı 08 iyun 2015-ci il saat 10-00, hərracın keçirilməsi yeri Bakı ş, ***********, 1-ci mərtəbə, hərra cın forması-açıq auksion, ilkin satış qiyməti - 1 665000 manat, behin miqdarı-83250. Bildirişdən görünür ki, bu bildiriş borclu-“******” firmasına, ünvan olaraq ünvan 1 ünvan olaraq ünvan 2 reditor “xxxx” ASC-yə ünvanlanmışdır. Sifarişli-xəbərnaməli məktub zərfinin üzərindəki möhür və qeydlərdən görünür ki, Hərrac Təşkilatının yuxarıda qeyd edilən 01 saylı Bildirişi borclu-“******” firması üçün 06.05.2015-ci il tarixdə poçta verilmiş, lakin ************* küçəsi 22 ünvanda borclu təşkilat olmadığı üçün poçtalyon tərəfindən 15.05.2015-ci il tarixdə müvafiq qeyd edilərək geri Hərrac Təşkilatına qaytarılmışdır. “xxxx” MMC tərəfindən verilən 18.05.2015-ci il tarixli 01/2 saylı X2 dair Bildirişdən görünür ki, ipoteka predmeti-“xxxx LTD” X5 məxsus Bakı şəhəri ************* məhəllədə yerləşən İnşa at materialları sexinə tutma yönəldilmişdir və bu əmlak açıq hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı 08 iyun 2015-ci il saat 10-00,hərracın keçirilməsi yeri Bakı ş, ************ küçəsi 156, 1-ci mərtəbə, hərracın forması-açıq auksion, ilkin satış qiyməti-1 665000 manat, behin miqdarı-83250. Bildirişdən görünür ki, bu bildiriş borclu“******” firmasına, ünvan olaraq ünvan 4van olaraq ünvan 5r-kreditor “xxxx” ASC-yə ünvanlanmışdır. Sifarişli-xəbərnaməli məktub zərfinin üzərindəki möhür və qeydlərdən görünür ki, Hərrac Təşkilatının yuxarıda qeyd edilən ****** saylı Bildirişi borclu-“******” firması üçün 20.05.2015-ci il tarixdə poçta verilmiş, lakin Dəmirçizadə küçəsi 22 ünvanda borclu təşkilat olmadığı üçün poçtalyon tərəfindən 27.05.2015-ci il tarixdə müvafiq qeyd edilərək geri Hərra c Təşkilatına qaytarılmışdır. “xxxx” MMC tərəfindən verilən 19.06.2015-ci il tarixli 02 saylı X2 Dair Bildirişdən görünür ki, ipoteka predmeti-“xxxx LTD” X5 məxsus Bakı şəhəri *********** məhəllədə yerləşən İnşaat materialları sexinə tutma yönəldilmişdir və bu əmlak açıq hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı 22 iyul 2015-ci il saat 10-00, hərracın keçirilməsi yeri Bakı ş, *********** küçəsi 156, 1-ci mərtəbə, hərracın forması-açıq auksion, ilkin satış qiyməti-1 665000-15%= ******* manat, behin miqdarı-70762. Bildirişdən görünür ki, bu bildiriş borclu-“******” firmasına, ünvan olaraq ünvan 7n olaraq ünvan 8kreditor “xxxx” ASCyə ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş sifarişli-xəbərnaməli məktub zərfinin üzərindəki möhür və qeydlərdən görünür ki, Hərrac Təşkilatının yuxarı da qeyd edilən 02 saylı Bildirişi borclu“******” firması üçün 22.06.2015-ci il tarixdə poçta verilmiş, lakin Dəmirçizadə küçəsi 22 ünvanda borclu təşkilat olmadığı üçün poçtalyon tərəfindən 24.06.2015-ci il tarixdə müvafiq qeyd edilərək geri Hərrac Təşkilatına qaytarılmışdır. “xxxx” MMC tərəfindən verilən 03.07.2015-ci il tarixli 02/2 saylı X2 Dair Bildirişdəgörünür ki, ipoteka predmeti-“xxxx LTD” X5 məxsus Bakı şəhəri ************* məhəllədə yerləşən İnşaat materialları sexinə tutma yönəlmişdr və bu əmlak açıq hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı 22 iyul 2015-ci il saat 10-00 hərracın keçirilməsi yeri Bakı ş, *********** küçəsi 156, 1-ci mərtəbə, hərracın forması-açıq auksion, ilkin satış qiyməti-1 665000-15%= ******* manat, behin miqdarı-70762 manat. Bildirişdən görünür ki, bu bildiriş borclu-“******” firmasına, ünvan olaraq ünvan 9n olaraq ünvan 10ditor “xxxx” ASC-yə ünvanlanmışdır. Sifarişli-xəbərnaməli məktub zərfinin üzərindəki möhür və qeydlərdən görünür ki, Hərrac Təşkilatının yuxarıda qeyd edilən 02/2 saylı Bildirişi borclu-“******” firması üçün 10.07.2015-ci il tarixdə poçta verilmiş, lakin Dəmirçizadə küçəsi 22 ünvanda borclu təşkilat olmadığı üçün poçtalyon tərəfindən 15.07.2015-ci il tarixdə müvafiq qeyd edilərək geri Hərrac Təşkilatına qaytarılmışdır. 12 may 2015-ci il tarixli; 22 may 2015-ci il tarixli; 25 iyun 2015- tarixli məktub bildirişinin xəbərnamə hissəsinin surətindən görünür ki, ünvan 11 ünvanında “xxxx LTD” EİB adından “etibarnamə üzrə *****” adlı şəxsin alması qeyd edilmişdir. 27 aprel 2017-ci il tarixli ***** saylı Hərracın yekunları barədə protokoldan görünür ki, “xxxx LTD” X5 məxsus Bakı şəhəri ************* küçəsi 2213-cü məhəllədə yerləşən İnşaat materialları sexi 1 415250 manat məbləği qarşılığında ipoteka saxlayan-“xxxx” ASCnin mülkiyyətinə verilmişdir. DƏDRX-nin tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri **************** məhəllədə yerləşən ümumi sahəsi 11102 kv.m olan əmlak (inşaat materialları sexi) üzərində 01.06.2016-cı il tarixdə “xxxx” ASC-nin xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı əsasında “X6” MMC tərəfindən verilmiş 115/17 saylı 25.08.2017-ci il tarixli Qiymətləndirmə Hesabatından görünür ki, Bakı şəhəri ***************** məhəllədə yerləşən İnşaat materialları sexinin 23 yanvar 2015-ci il tarixə orta bazar qiyməti 2.45822 0 manat, hazırki tarixə (2017 il) isə orta bazar dəyəri 2.276130 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyi ilə iddiaçıya məxsus əmlaka təyin edilmiş qiymət obyektiv qiymət olmamışdır. Qiymətləndirmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Vergilər Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında” 04 yanvar 2008-ci il tarixli qərarına uyğun olaraq aparılmamışdır. Hərracın təşkilatçısı olan “xxxx” MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbləri pozulmuş, iddiaçının mülkiyyətində olan yuxarıda göstərilən əmlakla bağlı hərracların təşkil i və keçirilməsinə dair bildirişlər tərtib etsə də, həmin bildirişlərin iddiaçıya göndərməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, bununla da “xxxx” MMC tərəfindən “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuş, nəticədə hərraclar iddiaçının iştirakı olmadan keçirilmişdir. Bu səbəbdən də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7-ci maddələrinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının qismən düzgün tətbiq edilməməsi ilə çıxarılmışdı r. Belə ki, “xxxx” MMC tərəfindən verilən 23 yanvar 2015-ci il tarixli, 22 saylı Əmlakın Qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsi 17/71-50-59 saylı 31.10.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqəli “xxxx LTD” X5 məxsus Bakı şəhəri,************** məhəllədə yerləşən İnşaat materialları sexinin real bazar qiymətinin müəyyən edilməsini sifariş vermişdir. Həmin Hesabatda qiymətləndirmə şirkəti bu əmlakın dəyərini 23 yanvar 2015-ci il tarix üçün 1.665.000 (bir milyon altı yüz altmış beş min manat məbləğində qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında “X6” MMC tərəfindən verilmiş 115/17 saylı 25.08.2017-ci il tarixli Qiymətləndirmə Hesabatından görünür ki, Bakı şəhəri ***************** məhəllədə yerləşən İnşaat mater ialları sexinin 23 yanvar 2015-ci il tarixə orta bazar qiyməti ******* manat, hazırki tarixə (2017 il) isə orta bazar dəyəri ******* manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin 13 mart 2018-ci il tarixli, 0167/18/AGB saylı “Əmlak Kompleksi kimi müəssisənin qiymətləndirilməsinə dair” hesabatından görünür ki, Bakı şəhəri, ******************* məhəllədə “xxxx” ASC-nin istifadəsində olan 0,01877 ha torpaq sahəsində yerləşən 1110,2 kv.m ümumi, 922,5 kv.m əsas və 187,7 kv.m yardımçı sahədən ibarət əmlak kompleksi kimi müəssisənin 23.01.2015ci il tarixinə bazar dəyəri ******* manat, hazırkı bazar dəyəri ******* manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin 27 mart 2018-ci il tarixli, 08 saylı hesabatından görünür ki, Bakı şəhəri, ****************** * məhəllədə yerləşən əmlak kompleksinin 2018-ci işin mart ayına bazar qiymətinin dəyəri ******* manat təşkil edir. “xxxx” MMC və “X7” MMC-nin qiymətləndirmə hesabatı arasındakı fərq apellyator tərəfindən şübhə altına alındığından apellyasiya instansiyasında yeni qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “xxxx” MMC-yə həvalə olunmuşdur. İş materiallarına əlavə edilmiş 10 may 2018-ci il tarixli, ************ saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri ************** məhəllədə yerləşən İnşaat materialları sexinin 23 yanvar 2015-ci il tarixə bazar dəyəri ******* manat, 10 may 2018-ci il tarixinə olan bazar dəyəri ******* (bir milyon altı yüz doxsan səkkiz min) manat təşkil edir. “X6” MMC-nin rəyinə nəzər salınanda aydın olur ki, rəy kifayət qədər əsaslandırılmam ış, qısa xülasə şəklindədir. Ona görə də məhkəmə bu sənədi ipoteka predmetinin real bazar dəyərini əks etdirə biləcək mötəbər sübut kimi nəzərə almır. Göründüyü kimi, cavabdeh tərəfindən təqdim olunmuş rəylər və məhkəmə tərəfindən alınmış rəylər ipoteka predmetinin bazar dəyərinin “xxxx” MMC tərəfindən verilən 23 yanvar 2015-ci il tarixli, 22 saylı Əmlakın Qiymətləndirilməsi barədə Hesabatında qeyd olunmuş ******* manatdan artıq olmadığını göstərir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” MMC tərəfindən verilən 23 yanvar 2015-ci il tarixli, 22 saylı Əmlakın Qiymətləndirilməsi barədə Hesabatı qanuni və əsaslıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən “Qiymətləndirici hesabatında qiymətl əndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “xxxx” MMC tərəfindən verilən 23 yanvar 2015-ci il tarixli, 22 saylı Əmlakın Qiymətləndirilməsi barədə Hesabatı əsasında Bakı şəhəri, ******************* məhəllədə yerləşən İnşaat materialları sexinin qiymə tləndirilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aparılmışdır. Ona görə də, ipoteka predmeti olmuş əmlakın həqiqi dəyərindən çox aşağı qiymətə hərraca çıxarılaraq satılması əsası ilə də iddia təmin edilə bilməz. Digər tərəfdən iş materiallarından görünür ki, “xxxx” MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə ipoteka qoyan (əmlakın mülkiyyətçisi) “xxxx LTD” EİB-ə bildirişlər göndərmiş, “xxxx LTD” EİB adından “etibarnamə üzrə ******” aldı şəxsin alması qeyd edilmişdir. Həmçinin borclu “******” firması ünvandan köçdüyü üçün poçt təşkilatı tərəfindən xəbərnaməli məktublar zərfin üzərində müvafiq qeydlər aparmaqla geri qaytarılmışdır. İş materiallarında olan “Market” qəzetinin müxtəlif buraxılışında dərc olunmuş məlumatdan görünür ki, Bakı şəhə ri, ******************* məhəllədə yerləşən İnşaat materialları sexinin ilkin satış qiymətləri göstərilməklə, hərraca çıxarılacağı barədə kütləvi informasiya vasitələrində hərracın keçiriləcəyi yer göstərilməklə elan dərc edilmiş, ilkin hərrac baş tutmadığından, növbəti tarixlərdə təkrar hərraca çıxarılacağı barədə elan dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydalar ı müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun: - 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. -42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. -42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. -42.8-ci maddəsinə əsasən hərracı n nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. -43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. -43.4-cü maddəsinə əsasən ipotek a predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. -43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır., -43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. -43.7- ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Beləliklə, iş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək hesab etmişdir ki, ipoteka predmeti olmuş Bakı şəhəri Nizami rayonu, Yenikənd küçəsi 2213-cü məhəllədə yerləşən İnşaat materialları sexinə tutmanın yönəldilməsi məqsədilə “xxxx” MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “xxxx” MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi i stiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. İddia tələbləri “xxxx” MMC tərəfindən verilmiş 23 yanvar 2015-ci il tarixli, 22 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın, xxxx” MMC-nin Bakı şəhəri, *************** məhəllədə yerləşən İnşaat materialları sexinə dair 27 aprel 2017-ci il tarixli 24/04 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyi halda, həmin sənədlər əsasında əmlak kompleksinin “xxxx” ASC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair- qeydiyyat nömrəsi ***** ******, qeydiyyat tarixi 01.06.2017-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi istisna olunur. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk i-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-623/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-623/2019
28.01.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver