Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-623/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi – hakim) İsgəndərov Akif Əsgər oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və maraqlı şəxs “Maraqlı şəxs2” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)******/2019 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: B akı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019-cu il tarixli, 2(006)-******/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Nəsimi rayon İcra və Probasiya Xidmətinə, Cavabdeh3 MMC-yə, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Maraqlı şəxs1 və “Maraqlı şəxs2” ASC-yə qarşı “hərracın, onun nəticəsi haqqında tərtib edilmiş 285 saylı protokolun və onların nəticələrinin, ****** saylı qiymətləndirmə rəyinin etibarsız hesab olunması, əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi və siyahıdan çıxarılması” həmçinin xüsusi qərar çıxarılması barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019-cu il tarixli, 2(006)-******/2018 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil t ərəfindən Nəsimi rayon Məhkəməsinin 2(006)-******/2019 saylı mülki iş üzrə məhkəmə iclas protokollarına dair qeydlərlə qismən razılaşılması, həmin qeydlərin mülki iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019-cu il tarixli, 2(006)-******/2019 nömrəli qərardadı ilə maraqlı şəxs X2 tərəfindən məhkəmə iclas protokoluna dair verilmiş qeydlərin rədd edilməsi, həmin qeydlərin mülki iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019-cu il tarixli, 2(006)-******/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-******/2018 nömrəli qətnaməsinin təsviri hissəsində buraxılmış yanlışlığın aradan qaldırılması və qə tnamənin təsviri hissəsinin 6-ci abzasının 2-ci sətrində “iddia tələbinin rədd edilməsi” sözünün “iddia tələbinin təmin edilməsi” sözü kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qərardadı ilə iddianın “tələbin yönəldilməsinə yol verilmədiyindən mənzilin siyahıdan çıxarılması” hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-******/2019 nöm rəli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələblərinin qismən təmin edilərək (tələbin bir hissəsi üzrə icraata xitam verilmiş olduğu nəzərə alınmaqla), Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 18 saylı binanın ****** saylı mənzilinin qiymətləndirilməsi barədə Cavabdeh3 MMC-nin xx.xx.2018-ci il tarixli, ****** saylı rəyinin həmin mənzilin açıq hərracdan satılması ilə bağlı Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 285 saylı Protokolun və mənzilə dair Maraqlı şəxs1 adına xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində 15.80 manatın Cavabdeh1” MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Nəsimi rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh3 MMC-yə və Maraqlı şəxs1 qarşı “hərracın, onun nəticəsi haqqında tərtib edilmiş 285 saylı protokolun və onların nəticələrinin, ****** saylı qiymətləndirmə rəyinin etibarsız hesab olunması, əmlak üzərinə qoyulmuş həbsin götürülməsi və siyahıdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, **************** saylı bina nın ****** saylı mənzili ilə bağlı Cavabdeh1 MMC-nin keçirdiyi hərracın, onun nəticələri haqqında tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 285 saylı protokolun və onun nəticələrinin, xx.xx.2018-ci il tarixli, ****** saylı qiymətləndirmə rəyinin etibarsız hesab olunması və həmin mənzilin həbsdən azad olunması, tələbin yönəldilməsinə yol verilmədiyindən siyahıdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini və maraqlı şəxs qismində “Maraqlı şəxs2” ASC-ni də əlavə etməklə, Bakı şəhəri, ************* saylı binanın ****** saylı mənzili ilə bağlı Cavabdeh1 MMC-nin keçirdiyi hərracın, onun nəticələri haqqında tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 285 saylı protokolun və onun nəticələrinin, xx.xx.2018-ci il tarixli, ****** saylı qiymətləndirmə rəyinin və eləcə də həmin mənzilə Maraqlı şəxs1 adına 2018-ci ilin dekabrında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış qeydiyyatın və çıxarışın etibarsız hesab olunması tələbin yönəldilməsinə yol verilmədiyindən həmin mənzilin siyahıdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs1 və vəkili X13 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası qəbul etdiyi qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onara tətbiq edilməli ola n hüquq normaları ilə əlaqəli şəkildə izah edilməmişdir. X5 məxsus olan Bakı şəhəri, ************ saylı binanın ****** saylı mənzili hərraca çıxarılan vaxt Tbilisi şəhəri *********** ünvanında yerləşən mənzil də X3 mülkiyyətində olmuşdur. Deməli Bakı şəhəri, ************ saylı binanın ****** saylı mənzili hərraca çıxarılmasının qanunsuz olmasından söhbət gedə bilməz. Yəqin ki, iddiaçı və oğlu B1 birinci instansiya məhkəməsinin qətnaməsinin icrasına maneəçilik yaratmaq məqsədi ilə Tbilisi şəhəri *********** ünvanında yerləşən mənzili sonradan özgəninkiləşdirmişlər. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunur ki, işin müyyən olunan hallarından görünür ki, mübahisə predmeti olan əmlak ilkin olaraq tələbkar Maraqlı şəxs1 təklif olunmadan, buna dair imtina alınmadan hərraca çıxarılmışdır. Həmçinin iş materiallarında baş tutmayan hərraclardan sonra mənzilin təkrarən tələbkara təklif olunub-olunmadığını, o cümlədən mübahisə mövzusu olan mənzilin tələbkarın onun alınmasından ilkin olaraq imtina etdiyi gündən üç ay müddətində hərrac yolu ilə) satılıbsatılmadığını da müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi qeyd edilən məsələ üzrə iddiaçının apellyasiya şikayətində qeyd etdiyi məlumatları onların etibarlılığını, mötəbərliyini yoxlamadan müvafiq qətnaməsində doğru məlumat kimi qəbul etmişdir. Bir məsələ də diqqətdən kənarda qalmışdır ki, əgər Hərraca çıxarılan əmlak tələbkara təklif olunmayıbsa, necə olub ki, son nəticədə məhz tələbkara satılıb? Apellyasiya kollegiyası qeyd etmişdir ki, keçirilmiş hərraclar barədə nə mübahisəli əmlakın mülkiyyətçisi X8 nə də iddiaçıya məlumat verilmişdir. xx xxxxxx 2018-:i il tarixə təyin edilmiş hərracla bağlı X5 göndərilmiş bildiriş «qeyri-dəqiq ünvan», xx xxxxxxx 2018ci il və xx xxxxxxx 2018-ci il tarixə təyin edilmiş hərraclar ilə bağlı bildirişlər «bu ünvanda yaşamır» qeydləri ilə geri qaytarılmışdır. Lakin Konstitusiya Məhkəməsinin Plenum qərarının «İpoteka haqqında» qanunun 42-ci maddəsinin, Mülki Məcəllənin 415-ci maddəsinin hüquqi məzmunundan bəlli olur ki, tələbkar və borclu arasında ipoteka müqaviləsi olmadığından, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan 18 saylı binanın ****** saylı mənzilin ipoteka predmeti olmadığından qeyd edilən hərracın keçirilməsi zamanı hərracı təşkil edən Cavabdeh1 MMC-nin nə İddiaçı, nə də iddiaçının oğlu B1 hərracın keçirilmə vaxtı və yeri barədə xəbərdar etmək vəzifəsi olmamışdır. Cavabdeh1 MMC-nin vəzifəsi hərracın keçirilmə vaxtı və yeri barədə qeyri-məhdud şəxslərin dairəsinə ünvanlanan elan vermək olmuşdur. Bununla yanaşı Cavabdeh1 MMC yenə də borclu və atasına hərracların keçirilməsi vaxtı və yeri barədə (ipoteka qoyana göndərilənə kimi) qanunvericiliklə nəzərdə tutulmuş qaydada bildirişləri göndərmiş, lakin hərrac təşkilatından asılı olmayan səbəblərdən «qeyri-dəqiq ünvan» və «bu ünvanda yaşamır» qeydləri ilə geri qaytarılmışdır. Həmçinin mübahisələndirilən qətnamədə göstərilmişdir ki, Cavabdeh3 MMC mənzilə yaxşı baxış keçirməməklə yanaşı, mənzili qiymətləndirərkən həmin ərazidətəşəklcül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, nəticədə əmlakı real dəyərindən aşağı qiymətləndirməklə iddiaçının hiiquququnun pozuntusuna şərait yaratmış, əmlak real dəyərindən aşağı qiymətlə hərraca çıxarılmışdır. Bakı Apellyasiya Məhkəmisinin müəyyən etdiyi digər hallar kimi, gəldiyi bu qənaət də heç bir sübutla təsdiq olunmamış, qiymətləndirilmə fəaliyyəti aparılarkən mümkün ola biləcək bütün qüsurlar qətnamədə sadalanmışdır. Bu da onu göstərir ki, Bakı Apellyasiya Məhkəmisi işi tanı, hərtərəfli, obyektiv araşdırmamış, işə birtərəfli yanaşmış, iddiaçının təqdim etdiyi heç bir sübutla təsdiqlənməyən məlumatları, xx.xx.2019-cu il tarixli, 2(103)******/2019 nö mrəli qətnaməsinin əsası kimi qəbul etmişdir. Nəticədə üçüncü şəxs Maraqlı şəxs1 hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsinin ləğv edilərək, Bakı şəhəri, ************ yerləşən 18 saylı binanın ****** saylı mənzili ilə bağlı xx.xx.2018-ci il tarixli, ****** saylı qiymətləndirmə rəyinin, həmin mənzillə bağlı Cavabdeh1 MMC-nin keçirdiyi hərracın, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 285 saylı Protokolun və qeyd edilən mənzilə dair Maraqlı şəxs1 adına xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarlı hesab edilməsi barədə yeni qərar qəbu l edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs1, vəkili X13, cavabdehlər Cavabdeh1 MMC-nin Nəsimi rayon İcra və Probasiya Xidmətinin, Cavabdeh3 MMC-nin, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı və maraqlı şəxs “Maraqlı şəxs2” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-n in 67.1-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. İddiaçı məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddiaların rədd edilməməsi barədə qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri Nəsimi R ayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs1 X5 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilərək Bərşad Hacıyevdən 130 000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun alınaraq Maraqlı şəxs1 verilməsi qət edilmiş, həmin işə baxılarkən iddianı təmin tədbiri qismində X3 (mülkiyyətçi), İddiaçı və X6 da qeydiyyatda olduqları Bakı şəhəri,************ binanın ****** saylı mənzilinin üzərinə həbs qoyulmuşdur (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərardadına əsasən). İş materiallarından və izahatlardan aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, icra məmuru tələbin Bakı şəhəri, ************ saylı binanın ****** saylı mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi istiqamətində tədbirlərə başlamış, əmlakın qiymətləndirilməsi üçün Cavabdeh3 MMC-yə sifariş məktubu göndərmiş, adı çəkilən MMC-nin xx xxxxx 2018-ci il tarixli hesabatına əsasən mənzil 176 000 manat məbləğində qiymətləndirilmiş, Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2018-ci il tarixli sifarişi əsasında Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılmış, həmin MMC tərəfindən sözügedən əmlakla bağlı xx xxxxxx 2018-ci il, xx xxxxxxxx 2018-ci il, xx xxxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda mənzil 30% endirimlə – yəni 12 3 200 manata Maraqlı şəxs1 satılaraq hərracın nəticələri haqqında eyni tarixli 285 saylı protokol tərtib olunmuşdur. Apellyasiya kollegiyası, ilk növbədə iddiaçının “tələbin yeganə yaşayış yerinə yönəldilməsi” ilə bağlı dəlilinə qiymət verərək onun əsaslı olduğunu vurğulamışdır. Belə ki, “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsində isə, fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” x xxxx 2002-ci il tarixli 89 nömrəli Qərarı ilə bəhs edilən məsələyə dair dəqiq siyahı verilmiş, icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilə, evə və ya onun ayrı-ayrı hissələrinə, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmədiyi nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, icra məmuru borclu X10 rayon İcra və probasiya Şöbəsinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ərizədə onun özünə məxs us olan Tbilisi şəhəri, **************** mənzilində yaşadığını və buna görə də mübahisəli mənzilin hərracda satılmasına etiraz etmədiyini göstərmiş olduğunu əsas götürməklə tələbin mübahisəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi istiqamətində tədbirlərə başlamışdır. Bununla belə, apellyasiya baxışı zamanı sözügedən ərizədə göstərilən mənzilin B1 deyil, A1 adlı şəxsin mülkiyyətində olduğu müəyyən edilmişdir; bu isə onun mübahisəli mənzildən başqa yaşayış yerinə malik olduğunu istisna edir. Nəzərə alınmalıdır ki, icra hərəkətləri zamanı onun tələbin yönəldilməsi mümkün olan hər hansı başqa əmlakının olduğu müəyyən edilməmişdir, həmçinin iş materiallarında da buna dair hər hansı sübut mövcud deyildir. Kollegiyanın qənaət inə görə, xx xxxxxx 2018-ci il tarixli ərizədə mübahisəli mənzilin hərracda satılmasına etiraz edilmədiyinin göstərilmiş olması da tələbin həmin mənzilə yönəldilməsinə haqq qazandırmır; belə ki, həmin mənzildə onunla yanaşı ailə üzvləri İddiaçı (atası) və X9 (anası) da qeydiyyatda olmaqla daimi yaşamaqdadırlar (mənzilin əldə edildiyi tarixdən bəri). Bu mənada apellyasiya kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin tələbin yönəldilə bilmədiyi əmlak olması özü-özlüyündə ona dair keçirilmiş hərrac(lar)ın qanunsuz olduğunu ehtiva edir. Bununla yanaşı kollegiya həmçinin qeyd edir ki, hətta sözügedən mənzil tələbin yönəldilə bildiyi əmlak hesab olunsa idi belə, aşağıdakılara əsasən yenə də fərqli nəticəyə gəlmək – yəni, mübahisəli mənzillə bağlı hərrac(lar)ın qanuna uyğun keçirilmiş olduğ u qənaətinə gəlmək mümkün olmayacaqdı. Apellyasiya kollegiyası nəzərə almışdır ki, hazırkı iddia tələbi mübahisəli əmlaka dair keçirilmiş hərracın nəticələrinin (hərracın nəticəsində tərtib edilmiş hərrac protokolunun, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın) etibarsız hesab edilməsi barəsindədir və bu mənada yuxarıda qeyd olunan prinsipə görə sözügedən hərracın mülki qanunvericiliyin tələblərinə uyğun keçirilibkeçirilmədiyini müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması nın yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəs i məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qanunun 62.1-ci və 62.2-ci maddələrinə görə isə, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Şərh edilənlərdən göründüyü kim i, tələbkarın tələblərinin ödənilməsi məqsədilə üzərinə həbs qoyulmuş borcluya məxsus olan əmlak ilkin olaraq tələbkara təklif olunur, sonuncu, üzərinə həbs qoyulmuş borcluya məxsus əmlakı almağa razılıq verdikdə məhz onunla alqı-satqı müqaviləsi bağlanır; əks halda isə - yəni o (tələbkar), üzərinə həbs qoyulmuş borcluya məxsus əmlakı almaqdan imtina etdikdə, imtina edilən gündən üç ay müddətində əmlak hərrac yolu ilə satılmalıdır. Əmlak satılmadıqda, təkrarən tələbkara təklif olunur, bu dəfə də imtina edildikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İşin müəyyən olunan hallarından görünür ki, mübahisə predmeti olan əmlak ilkin olaraq tələbkar Maraqlı şəxs1 təklif olunmadan, onun əmlakı almağa razılığının olubolmadığı aydınlaşdırımadan, buna dair imtina alınmadan hərraca çıxarılmışdır. Həmçinin iş materiallarından, baş tutmayan hərraclardan sonra mənzilin təkrarən tələbkara təklif olunub-olunmadığını, o cümlədən mübahisə mövzusu olan mənzilin tələbkarın onun alınmasından ilkin olaraq imtina etdiyi gündən üç ay müddətində (hərrac yolu ilə) satılıbsatılmadığını müəyyən etmək də mümkün olmamışdır; bütün bunlar isə, mənzilə dair keçirilən hərrac(lar)ın hər bir halda qanunvericiliyin tələblərinin pozulması ilə keçirildiyini göstərməkdədir. Kollegiya xüsusilə qeyd edir ki, mənzilə dair keçirilən hərrac(lar)ın qeyd edilən prosedura riayət edilmədən keçirildiyindən, həmin hərrac(lar) barədə iddiaçının (həmçinin oğlu – mülkiyyətçi X3) məlumatlı olub-olmaması da fərqli nəticəyə gəlmək üçün hər hansı əhəmiyyət kəsb etmir. Bununla y anaşı apellyasiya kollegiyası qeyd etmişdir ki, keçirilmiş hərraclar barədə nə mübahisəli əmlakın mülkiyyətçisi X5 (iddiaçının oğluna), nə iddiaçıya məlumat verildiyini təsdiq edən heç bir sübut da iş materiallarında mövcud deyildir. Əksinə işin materiallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixə təyin edilmiş hərracla bağlı X5 göndərilmiş bildiriş “qeyri-dəqiq ünvan”, xx xxxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixə təyin edilmiş hərraclar ilə bağlı bildirişlər “bu ünvanda yaşamır” qeydləri ilə ona çatdırılmadan geri qaytarılmış, xx xxxxxxxx 2018-ci il tarixə təyin edilmiş hərracla bağlı isə ümumiyyətlə hər hansı bildiriş göndərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərr acın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növ bəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; həmin məcəllənin 416.2-ci maddəsinə görə isə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İddiaçının “xx xxxxx 2018-ci il tarixli ****** saylı qiymətləndirmə rəyinin etibarsız hesab olunması” tələbi üzrə isə apellyasiya kollegiyası qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 51.1-c i maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəməni n mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İcra məmurunun sifarişi əsasında qiymətləndirici (Cavabdeh3 MMC) Bakı şəhəri, Nəsimi rayonu,****************** saylı binanın ****** saylı mənzilinə xx xxxxx 2018-ci il tarixinə 176 000 manat məbləğində qiymət qoymuş, apellyatorun təqdim etdiyi alternativ qiymətləndirici rəyində isə əmlak 300 000 manat məbləğində qiymətləndirmişdir. Həmçinin iş materiallarından görünür ki, mübahisəli mənzildə qeydiyyatda olmaqla daimi yaşayan iddiaçı (İddiaçı) sözügedən məsələlər barədə yalnız icra məmurundan rəsmi qaydada müvafiq sənədləri aldıqdan sonra xəbərdar olmuşdur. İşin qeyd edilən halı isə, qiymətləndiricinin müvafiq rəyin hazırlanm ası zamanı mübahisə mövzusu olan mənzilə baxış keçirmiş olduğunu istisna edir. Qeyd edilən xüsusatı da nəzərə alan apellyasiya kollegiyası, əldə olunmuş qiymətləndirici rəylərini təhlil edərək hesab etmişdir ki, Cavabdeh3 MMC mənzilə yerində baxış keçirməməklə yanaşı, mənzili qiymətləndirərkən həmin ərazidə təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, nəticədə əmlakı real dəyərindən aşağı qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratmış, əmlak real dəyərindən aşağı qiymətlə hərraca çıxarılmışdır. Bununla belə məhkəmə kollegiyası, iddiaçının digər tələbini – yəni, “tələbin yönəldilməsinə yol verilmədiyindən həmin mənzilin siyahıdan çıxarılması” tələbini mülki icraat qaydasında baxılmalı tələb hesab etməmiş və həmin hissədə iş üzrə icraata xitam verilməli olduğu qənaətinə gəlmişdir (bununla bağlı müvafiq qərardad çıxarılmışdır). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasında yoxlama aparılarkən həqiqətən apellyasiya kollegiyasının müəyyən etdiyi hərracın keçirilməsi qaydalarının pozuntusunun olması müəyyən edilmişdir. Kassator apellyasiya kollegiyasının müəyyən etdiyi hallarla bağlı hər hansı sübuta istinad edə bilmədiyini vurğulasa da, bu hal kassasiya yoxla ması zamanı öz təsdiqini tapmamış, əksinə apellyasiya kollegiyası tərəfindən müəyyən edilmiş pozuntular iş materialları və hüquq normaları əsasında əlaqəli şəkildə izah edilmişdir. Kassasiya kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, icra məmuru icra vərəqəsi üzrə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirlərini həyata keçirib əldə edəcəyi nəticələrə uyğun icra sənədinin icrasını təmin etmədən,borclunun yeganə mənzilinin satılmasına dair mübahisəli mənzilin satılmasına dair borclu tərəfindən verilmiş razılıq ərizəsi İcra şöbəsinin icraatına daxil olmamışdan çox əvvəl mübahisəli mənzilin qiymətləndirilməsini həyata keçirmiş və həmin mənzili hərraca çıxarmış, yalnız bütün bu hərəkətlər edildikdən sonra Bərşad Hacıyevdən xx.xx.2018-ci il tarixdə mübahisəli mənzilin hərracda satılmasına dair razılıq ərizəsi alınmışdır. Bu hal da hərracın qanunvericiliyin tələblərinə əməl edilmədən həyata keçirilməsini bir daha təsdiq etmiş olur. Odur ki, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini formal dəlil kimi müəyyən edir və hesab edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-623/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-623/2020
27.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver