Məhkəmə qərarları › İş №2(102)-6233/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6233/2021

14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6233/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sideif-X4 Cavabdeh Karlen qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6233/21 (Açar sözlər: maneələrin aradan qaldırılması) Bakı şəhəri, 14 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Sideif-X4 Cavabdeh qarşı «cavabdehin eyvanına daxil olmasının, əşyanın qoyulmasının qarşısının alınması və s.» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5722/2021 nömrəli, 21.06.2021-c i il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 04.03.1997-ci il tarixli MH seriyalı 042000 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 15, mənzil 54 Sideif-X4 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 30/116094 nömrə ilə qeydiyyat aparılmışdır.

2. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 13.06.2002-ci il tarixli ÖM seriyalı 111937 nö mrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 15, mənzil 52 X1 və X2 paylı mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 953 saylı reyestr kitabının 143148 nörməli vərəqində 30/1371 nömrə ilə qeydiyyat aparılmışdır.

3. İddiaçının mənzilindən balkona qapı açılır. Cavabdehin pəncərəsi həmin balkona açılır. Uzun müddətdir ki, tərəflər həmin balkondan istifadə ilə bağlı mübahisə edirlər. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5498/2014 saylı, 15.10.2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh və X1 cavabdeh X5 qızına qarşı “mənzillər arasında olan küçə eyvanının cavabdehin hesabına hər iki yerə bölünərək arakəsmə ilə bağlanması” tələbinə dair iddiası təmin edilməmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-816/2015 saylı, 03.03.2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh və X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5498/2014 saylı 15.10.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Yuxarıda qeyd olunan mübahisə məhkəmə qaydasında həll edilmiş olsa da, cavabdeh tərəf balkona hüququnun olmasını israr edir və mənzilinin pəncərəsindən daxil olmaqla oradan istifadə edir. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X5 qızı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehə onun eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsinə, onun e yvanından onun hesabına (çöl tərəfindən) qonşunun pəncərəsinə pəncərədən 25 sm məsafədə dəmir barmaqlıqlığın quraşdırılmasına mane və müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə 1989-cu ildə Bakı şəhəri, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 54 saylı mənzilini satın almış və hazırda ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh və onun bacısı X3 atasının vəfatından sonra 2002-ci ildə 52 saylı mənzilə köçmüş, onlar mənzilə köçəndən sonra aralarında sahibliyində olan eyvanla bağlı mübahisə başlamışdır. Cavabdeh tərəf müxtəlif yollarla onun eyvanına qeyri-qanuni, pəncərədən tullanaraq qadına yaraşmayan hərəkətlərə əl atır. Onun gənc, 32 yaşlı oğlunu provokasiya edir, onla rın eyvanlarına çıxan qapıdan evə soxulur və bununla da ümumiyyətlə onların mülkiyyət hüquqlarını pozur.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-700/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəllər eyni tərəflər arasında mübahisəli eyvan ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. İddianın cavabdehə iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsi hissəsində həmin eyvanın məhkəməyə təqdim edilmiş texniki sənədlərlə bir eyvan olması müəyyən edilmişdir. Həmin mübahisəli eyvanın sırf bütünlükdə iddiaçıya məxsus olması heç bir hüquqi sən ədlərlə öz təsdiqini tapmamışdır. İddiaçıya məxsus texniki sənədlərlə yalnız eyvanın bir hissəsinin iddiaçıya digər hissəsinin cavabdehə məxsus olması müəyyən edilmişdir.

10. Həmçinin, iddiaçı tərəfindən yuxarıda qeyd olunan cavabdehin iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsi hissəsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçının məhkəmə iclasında iddia etdiyi müdaxilələr bütünlüklə eyvanla bağlı olmuş və həmin eyvanın bütünlükdə iddiaçıya məxsus olması da öz əksini tapmamışdır. Qeyd olunanlar öz əksini tapmadığından iddianın təmin olunacağı təqdirdə cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilərdi. Odur ki, iddia cavabdehin iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsi hissəsində təmin oluna bilməz.

11. Həmçinin, iddiaçının digər tələb hissəsi olan qonşunun pəncərəsinə 25 sm məsafədə dəmir barmaqlıqların quraşdırılmasına maneənin cavabdehə qadağan edilməsi hissəsində məhkəmə qeyd etmişdir ki, nə qədər ki mübahisəli eyvan hər iki tərəfin birgə mülkiyyətində olmaqla istifadəsindədir, cavabdehin pəncərəsinə dəmir barmaqlıqların qoyulmasında cabvabdehin razılığı olmadığı təqdirdə bu halın özü də mülkiyyət hüquqlarının pozulması hesab edilir. Odur ki, iddia həmin hissədə də təmin oluna bilməz.

12. Birinci instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı X5 qızı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- V.Sadıqov ( sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 21.06.2021-ci il tarixli, 2(103)-5722/2021 nömrəli qətnaməsi ilə iddiaçı X5 qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-700/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi qismən - cavabdehə iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması, eləcə də digər müdaxilələrin qadağan edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçının eyvanına daxil olması, eyvana hər hansı əşya qoyması və ya atması, eləcə də digər müdaxilələr qadağan edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 52 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 54 saylı mənzilinin texniki pasportlarından 52 saylı mənzilin pəncərəsinin, 54 saylı mənzilin isə qapısının mübahisəli eyvana açılması müəyyən edilir. 54 saylı mənzilin eyvana qapısı olmaqla, onun həmin eyvandan istifadə etmək imkanı texniki sənədlərlə nəzərdə tutulmuşdur, lakin 52 saylı mənzilin isə otağının iki pəncərəsindən biri eyvana açılmaqla, həmin mənzilə eyvandan istifadə etmək imkanı verən qapı texniki pasportda nəzərdə tutulmamışdır. Belə olan halda, 52 saylı mənzilin eyvana baxan pəncərəsi olsa da, bu hal cavabdehə həmin eyvandan istifadə etmək imkanı vermir. Mübahisəli eyvan hər iki mənzilin divarlarına bitişik olmasına baxmayaraq, mənzillərə aid texniki pasporta əsasən mübahisəli eyvandan istifadə etmək imkanı yalnız iddiaçıya aiddir. Cavabdehin pəncərədən həmin eyvana daxil olması, özünə məxsus əşyaları qoyması və ya atması yolverilməzdir.

15. Apellyasiya instansiyası məhkəməsi iddianın digər hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdehə məxsus pəncərələrə dəmir barmaqlıqların quraşdırılması mənzil sahibinin, yəni cavabdehin razılığı ilə mümkün olduğundan, iddia tələbinin bu hissədə təmin edilməsi yolverilməzdir. Apellyasiya məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Kassasiya şikay ətinin dəlilləri

18. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti bununla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi texniki pasport əmlakın hüquqi statusunu müəyyən etmir. Başqa sözlə mənzilin texniki pasportu onun texniki göstəricilərini, plan və cizgisini və s. özündə əks etdirən texniki sənəddir və hüquqmüəyyənedici sənəd olmadığından mülkiyyət, sahiblik və istifadə hüquqlarını özündə əks etdirmir. Həmçinin, apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxaraq nəticə etibarilə ümumi əşyaya payları müəyyən etmişdir. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:

23. Maddə.

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanu nla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə. 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan texniki pasport və Qeydiyyat Vəsiqəsi ilə iddiaçının mənzilə mülkiyyət hüququ müəyyən olunur ki, bu da kassasiya şikayətində cavabdehin irəli sürdüyü dəlilin əsassız və formal xarakter daşıdığını təsdiq edir.

34. Digər tərəfdən, apellyasiya məhkəməsi iddiaçının verdiyi iddia ərizəsinə əlavə (mülki iş, səhifə 37-38) həddində iddianı təmin etmiş, iddia tələbindən kənara çıxılmasına yol verməmişdir.

35. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 52 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 54 saylı mənzilinin texniki pasportlarından 52 saylı mənzilin pəncərəsinin, 54 saylı mənzilin isə qapısının mübahisəli eyvana açılması müəyyən edilir. 54 saylı mənzilin eyvana qapısı olmaqla, onun həmin eyvandan istifadə etmək imkanı texniki sənədlərlə nəzərdə tutulmuşdur, lakin 52 saylı mənzilin isə otağının iki pəncərəsindən biri eyvana açılmaqla, həmin mənzilə eyvandan istifadə etmək imkanı verən qapı texniki pasportda nəzərdə tutulmamışdır. Belə olan halda, 52 saylı mənzilin eyvana baxan pəncərəsi olsa da, bu hal cavabdehə həmin eyvandan istifadə etmək imkanı vermir. Mübahisəli eyvan hər iki mənzilin divarlarına bitişik olmasına baxmayaraq, mənzillərə aid texniki pasporta əsasən mübahisəli eyvandan istifadə etmək imkanı yalnız iddiaçıya aiddir. Mənzilin texniki tərkibinə daxil olan konstruksiya elementlərinin hər birinin öz təyinatı var. Pəncərənin təyinatı ilə qapının təinatı fərqlidir. Pəncərə boşluğu onun qarşısındakı sa həyə insanın fiziki daxil olmasını istisna edir. Amma qapı boşluğu onun qarşısında olan sahəyə daxil olmağı, ondan giriş-çıxış kimi istifadə etməyi ehtiva edir.

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88.maddə)

37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Karfen qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5722/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar