Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6236/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh faktiki varisi X3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X5, vəkili X1, Cavabdeh faktiki varisi X2 vəkili Vəkil2, Üçüncü şəxs "xxxx" QSC-nin vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8933/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh faktiki varisi X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Cavabdeh faktiki varisi X3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-96/2021 nömrəli iş ü zrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 25 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh şikayətinin “xahiş etdim” hi ssəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-(001)-96/2021 saylı 18 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Lakin, iş materialları araşdırılarkən 18 sentyabr 2021-ci il tarixli qətnamə iş materialları ilə müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Cavabdeh faktiki varisi X4 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi proses sual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Apellyasiya şikayətinin giriş hissəsində barəsində şikayət verilən qətnamənin tarixi dəqiq göstərilib. Şikayətin “xahiş edirəm" hissəsində barəsində şikayət verilən qətnamənin nömrəsi dəqiq qeyd olunub. Bir texniki səhvə görə, apelllyasiya şikayətinin mülki prosessual qanunvericiliyə görə düzgün tərtib edilməməsi barədə nəticəyə gəlmək düzgün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh faktiki varisi X2 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili mə hkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxs "xxxx" QSC-nin vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən Cavabdeh faktiki varisi X4 qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Maddə 361.1. Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidi r: -barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 361.1-ci madəsinin tələbinə görə apellyasiya şikayətində barəsində şikayət verilən qətnamənin qəbul edilmə tarixi göstərilməlidir. Cavabdeh şikayətin “xahiş edirəm” hissəsində qətnamənin tarixinin texniki səhv olaraq 18.09.2021-ci il kimi göstərildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Prosessual əsaslar dedikdə həmçinin şikayətin məcəllədə göstərilən tələblərə uyğun olaraq tərib edilməsi də nəzərdə tutulur. Baxılan işdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən cavabdehin varisi apellyasiya şikayətində apellyasiya instansiyası məhkəməsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında isə belə tarixli qətnamə olmadığından məh kəmə haqlı olaraq şikayətin Mülki Prosessual Məcəlləsinə uyğun tərtib edilmədiyi qənaətinə gələrək şikayətə baxılmasını qeyri-mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8933/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6236/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6236/2021
29.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver