Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-624/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Dosiyev Amil Qaraxan oğlunun, cavabdeh və onun vəkili Miriyev Rafiq Əlimurad oğlunun iştirakları ilə, İddiaçı və Cavabdehin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin 30.000 manat miqdarında maddi ziyanın və 2.000 manat miqdarında mənəvi ziyanın təmin edilməməsi hissələrində ləğv edilib, birinci və apelyasiya instansiyası məhkəmələrində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissələrdə də tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və m ənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Qasımov, iş 2(010)-2281/2019) iddia qismən təmin edilmiş, cаvаbdеh Cavabdeh 2.700 (üç min iki yüz əlli) manat məbləğində pul vəsaiti və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.715 (iki min yeddi yüz on beş) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov(sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov, iş № 2(103)-9396/2019) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı ra yon Məhkəməsinin 2(010)-2281/2019 saylı 22 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin 30.000 manat miqdarında maddi ziyanın və 2.000 manat miqdarında mənəvi ziyanın təmin edilməməsi hissələrində ləğv edilib, birinci və apelyasiya instansiyası məhkəmələrində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissələrdə də tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsinixahiş etmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırm ışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Dosiyev Amil Qaraxan oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkə məsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin 30.000 manat miqdarında maddi ziyanın və 2.000 manat miqdarında mənəvi ziyanın təmin edilməməsi hissələrində ləğv edilib, birinci və apelyasiya instansiyası məhkəmələrində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissələrdə də tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini, həmçinin qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdehin vəkili Miriyev Rafiq Əlimurad oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 10 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini, həmçinin qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun t ələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququn un pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, (cavabdehin etirafı) İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən, Cavabdeh İddiaçı 2014-cü ildə 3000 manat və 2015-ci ildə 3000 manat olmaqla cəmi 6000 manat məbləğində borc almışdır. Öz növbəsində iddiaçı tərəfindən etiraf olunmuşdur ki, qeyd olunan puldan cavabdeh tərəfindən həmin borcdan cəmi 3.300 manat məbləğində ödəniş edilmişdir Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 157.2, 385.1, 739.1, 739.2, 741, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etm ək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “iddiaçı da məhkəməyə müraciət edərkən mənə borc verdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq mən iddiaçıdan həqiqətən borc şəklində pul aldığımı səmimi surətdə etiraf etdiyim kimi, həmin borcu qaytardığımı da o şəkildə bildirmişəm. Mənim id diaçıdan borc şəklində pul aldığımı təsdiq edən heç bir yazılı müqavilə və ya qəbz tərtib edilməmiş, bu münasibət yalnız aramızda mövcud olan qarşılıqlı inam və etimada əsaslanmışdır. Mübahisələndirilən qətnamədən belə görünür ki, mən iddiaçıdan borc aldığımı vicdansızcasına inkar etmiş olsaydım bu zaman artıq sübutetmə yükü tamamilə iddiaçının üzərinə düşmüş olacaqdı və bu halda iddianın hər hansı bir şəkildə təmin edilməsindən söhbət belə gedə bilməzdi. Lakin mən də heç bir halda iddiaçıdan faizlərlə borc şəklində pul aldığımı inkar edə bilməzdim.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağ ıdakıları göstərmişdir: “...cavabdeh birinci instansiya məhkəməsində də, apellyasiya icraatında da iddiaçıdan borc aldığını etiraf etmiş, sonra isə borcu ödədiyini bildirmişdir. Bu zaman isə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh apellyasiya şikayətində borcun onun tərəfindən tam ödənildiyini bildirsə də, bununla bağlı nə birinci instaniya məhkəməsində, nə də apellyasiya məhkəməsində heç bir sübut təqdim etməmişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həmçinin qeyd edir ki, Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3.-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bundan əlavə kassatorlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üç ün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-624/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-624/2020
31.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver