Məhkəmə qərarları › İş №2(102)-625/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-625/2020

11.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-625/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı nümayəndəsi Ələkbərov Allahverdi Cəfər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9549/19 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında b axaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)1094/2019 saylı qətnaməsi ilə (hakim M.Q.Sadıqov) İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9549/19 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışinski), İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-1094/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2( 007)-1094/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 40.000 manat pul məbləğinin və mənəvi zərərə görə 50.000 manat pul məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 ilə 09 dekabr 2016-cı il tarixdə rəsmi nikaha girib ailə qurmuşdur. Vüsalə ilə evlənməmişdən əvvəl ondan qan qrupunun hansı resurslu olmağı haqqında arayış istəmişdir. Belə bir arayış istəməyinin səbəbi o, özü müsbət qan resurslu olduğu üçün mənfi qan resurslu bir qızla evlənmək istəməməyi, həmçinin qan uyuşmazlığına görə gələcəkdə uşaqlarınd a problemlərin meydana gəlmə riskidir. Onun istəyi ilə Vüsalə anası Bağırova Təranə ilə birlikdə 30 avqust 2016-cı il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında laboratoriya şöbə müdiri olan həkim Cavabdeh yaxınlaşaraq qan qrupunun dəqiqləşdirilməsi üçün müraciət etmişdir. Cavabdeh həkim Cavabdeh Vüsalənin qan qrupunu yoxlamış, mənfi resurslu qan qrupu olmağına baxmayaraq qanunsuz olaraq və məqsədli şəkildə müsbət resurslu olduğu haqqında arayış vermişdir və arayışı ona təqdim etmişlər. O da həkimin verdiyi bu arayışın saxta olduğunu bilməyərək 09 dekabr 2016-cı il tarixində Vüsalə ilə evlənmişdir. Lakin doğuş vaxtı Respublika X1 qrupunun əslində mənfi olduğunu və həkim Cavabdeh saxta arayış verdiyini öyrənmişdir. Həkimin verdiyi bu arayış sayəsində istəmədiyi halda mənfi qan resurslu Vüsalə ilə evlənmiş və Vüsalənin mənfi resurslu qan qrupuna malik olduğunu bilmədiyindən, hamilə vaxtı ona lazımi iynələr vurulmamış və nəticədə vaxtından əvvəl doğum baş vermişdir. Dünyaya gələn körpə isə bir aydan çox xəstəxanada reanimasiyada yatmalı olmuşdur. Həkimin etdiyi bu qanunsuzluq bir ailənin və körpənin taleyi ilə oynamaqdır. Həkimin verdiyi saxta arayış barədə həmin xəstəxananın baş həkiminə və Səhhiyə Nazirliyinə yazılı şəkildə müraciət etmiş və nəticədə həkim Cavabdeh intizam məsuliyyətinə cəlb olunmuşdur. Cavabdehin etdiyi qanunsuzluq və saxtakarlıq sayəsində o, istəmədən evlənmişdir və ona külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Əgər bu arayış həkim tərəfindən düzgün verilmiş olsaydı, bu evlilik baş tutmaya caqdı. Cavabdeh etdiyi saxtakarlığa görə o və valideynləri çox böyük mənəvi sarsıntı keçirmişlər və onlara külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, Cavabdeh tərəfindən ona 40.000 manat pul məbləğində maddi ziyan və 50.000 manat pul məbləğində mənəvi zərər vurulmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili X4 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, i şə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi əsassız olaraq nəzərə almamışdır ki, zərərvuran tibb müəssisəsi yox, cavabdeh olan həkimdir. Çünki cavabdeh saxta arayışı tibb müəssisəsindən və onun baş həkimindən gizli şəkildə vermişdir, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən həkimdir və buna görə də tibb müəssisəsi məsuliyyət daşıya bilməz. Baş həkimin bu saxta arayışdan məlumatı ola cağı halda, cavabdeh həkim Cavabdeh həmin saxta arayışı verə bilməyəcəyini bildiyi üçün bu qanunsuz əməli tibb müəssisəsindən gizli şəkildə və şəxsən həyata keçirmişdir. Digər tərəfdən, Səhiyyə Nazirliyi, Suraxanı Rayon Prokurorluğu və 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən cəzalandırılan məhz cavabdeh olan həkim Cavabdehdir. Belə olan halda sübut olunur ki, cavabdeh olan həkimə qarşı iddia qaldırmaqda tam haqlıdır. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı nümayəndəsi Ələkbərov Allahverdi Cəfər oğlu vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mü lki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Ələkbərova (Babazadə) Vüsalə Rasim qızı arasında nikahın 09 dekabr 2016-cı ildə rəsmiləşdirilməsi, ondan əvvəl, yəni 30 avqust 2016-cı il tarixdə 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi olan, hazırki iş üzrə Cavabdeh tərəfindən 1998-ci il təvəllüdlü Babazadə Vüsalənin qan qrupunun A(İ İ)Rh+müsbət olması barədə laborator müayinənin nəticəsinə dair arayış verilməsi, sonuncunun qan qrupunun isə həqiqətdə A(İİ) Rh(-) olması, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üzrə 15 may 2018-ci il tarixli, 37 nömrəli əmrə əsasən əmək funksiyasını qismən yerinə yetirməyərək işində yol verdiyi səhlənkarlığa görə Əmək Məcəlləsinin 186.3-cü bəndinə uyğun olaraq laboratoriya şöbə müdiri Cavabdeh intizam tənbehi verilməsi işin mübahisə olunmayan hallarıdır. İş materiallarından görünür ki, iddiaçının tələbinə görə – o, qan qrupu mənfi olan qadınla ailə qurmaq niyyətində olmamış (qan uyğunsuzluğuna görə gələcəkdə uşaqlarında problemlərin meydana gəlmə riski və s.), məhz bu səbəbdən də gələcək həyat yoldaşı olacaq X2 qan qrupunun müəyyən olunması üçün 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında q an analizi verilmiş, nəticədə həmin xəstəxananın həkimi olan cavabdeh tərəfindən düzgün olmayan verilmiş arayış nəticəsində X3 ilə ailə həyatı qurmuş (arayışa inanaraq qan qrupunun A(İİ)Rh+müsbət olması qənaətinə gəlmiş), lakin övladının doğumu zamanı müəyyən problemlər yaranmış, həyat yoldaşının əslində mənfi rezuslu qan qrupuna malik olması aydın olmuşdur. Bu səbəbdən də, yanlış arayış vermiş Cavabdeh ona dəymiş ziyanı tələb etmişdir. Göründüyü kimi, iddiaçı tələbini fiziki şəxs olaraq Cavabdeh qarşı yönəltmiş, cavabdeh kimi məhz sonuncunun qalmalı olmasını təkid etmişdir. İşdə olan sənədlərdən (əmrlər və s.) görünür ki, Cavabdeh müvafiq tibb müəssisəsinin (24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) işçisi olmaqla, mübahisəli arayışı verərkən lobaratoriya şöbəsinin müdiri vəzifəsində işləmi şdir. İddiaçı isə müvafiq tibb müəssisəsinə qarşı iddia qaldırmalı olduğu halda, onun işçisinə (həkimə) qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1099.1-ci maddəsinin tələbinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli ols un. -1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı əsl olmayan cavabdehə qarşı tələb irəli sürdüyündən və tələbini sonradan dəyişdirmədiyindən iddia ərizəsi iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası üzrə rədd edilməli idi. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, işə maddi və prosessual hüquq normalarının pozulması ilə əsl olmayan Cavabdeh qarşı mahiyyəti üzrə baxdığından qətnamə qan uni və əsaslı hesab oluna bilməz. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9549/19 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar