Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-625/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X6,xxxna və X11 qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx qızının, Cavabdeh X5 və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1595/2020 nömrəli qətnam əsindən cavabdehlər X12 vəxxx tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı oğlu xxx və cavabdehlər X5,xxxnın qızları xxx nişanlı olmuş və xx xxxxxxxx 2017-ci ildə onları toyları olmuşdur. Lakin toy axşamı X1 xxx ilə qaçmışdır. X7 xx xxxxxx 2018-ci il tarixdə özünü asaraq intihar etmişdir. Şamaxı rayon Prokurorluğunun xx xxxxxx 2018-ci il tarixli qərarı ilə X3 xx xxxx 2018-ci il tarixdə sağ dirsək çuxurunun kəsilərək yüngül zərərvurmaya aid xəsarətlər alması, habelə xx xxxxxx 2018-ci il tarixdə özünü asaraq intihar etməsi faktlarında kənar şəxslərin təqsirinin və təsirinin olması təsdiq olunmaması əsası ilə fakt üzrə başlanmış cinayət işi üzr ə icraata xitam verilmişdir. İş materiallarında olan “Daşınar Daşınmaz Əmlakların qiymətləndirilməsi” ofisinin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən 1 ədəd 750 əyarlı 9 qramlıq qızıl üzüyün dəyəri 820 manat, 1 ədəd brilyant qaşlı 8 qramlıq nişan üzüyünün dəyəri 1250 manat, brilyant qaşlı ümumi çəkisi 43 qramlıq üzük-sırğa-boyunbağı-bilərzik dəstinin dəyəri 4050 manat, 1 ədəd sadə 4 qramlıq qızıl üzüyün dəyəri 350 manat, 1 ədəd 3 qramlıq nazik boyunbağının dəyəri 260 manat, 1 ədəd sadə 5 qramlıq qızıl sırğanın dəyəri 350 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X6,xxxna qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edib X8 əlavə cavabdeh qismində cəlb etməklə, cavabdehlərdən müştərək qaydada 950 manat dəyərində olan 1 ədəd qızıl üzüyün (750 əyarlı 12 qramlıq), dəyəri 100 manat olan 2 ədəd pay xonçasının, 150 manat maşın pulunun, 1250 manat dəyərində olan 1 ədəd nişan üzüyünün, nişan üçün verilən 500 manat pulun, 7 maşın hədiyyələrin dəyəri olan 800 manatın, 150 manat dəyərində olan 1 xonça kosmetikanın, 100 manat dəyərində olan 2 şirniyyat xonçasının, 80 manat dəyərində olan 2 konfet xonçasının, 60 manat dəyərində olan 1 meyvə xonçasının, ali məktəbdə oxuduğu zaman alınan 2500 manat dəyərində 4 fəsil üzrə pal-paltarlar, gəlin maşını 300 manat, nişan tortu 160 manat, nabat qənd 50 manat, kəllə qənd 30 manat, güzgü 40 manat, xına səbəti 80 manat, gəlinin qohumlarına alınan hədiyyələr 270 manat, nişanlı olduğu 3 il ərzində bayramlıqlar və ad günlərinə çəkilən xərclər 4370 manat, qız toyu üçün çəkilən xərclər: cavabdehlərə verilən “süd” pulu 1000 manat, gəlin paltarı 150 manat, gəlin bəzədilməsi 200 manat, 4650 manat dəyərində qızıl üzük-sırğa-boyunbağı-bilərzik dəstinin, 350 manat dəyərində 1 ədəd qızıl üzüyün, 260 manat dəyərində olan 1 ədəd nazik boyunbağının, 360 manat dəyərində olan 1 ədəd qızıl sırğanın, 180 manat dəyərində olan kosmetika xonçasının, 150 manat dəyərində olan şirniyyat tort xonçasının, 60 manat dəyərində olan konfet xonçasının, 50 manat dəyərində olan 1 ədəd meyvə xonçasının, 450 manat dəyərində olan geyim paltarlarının, oğlan toyu üçün gəlinin bəzədilməsinə 200 manat, 3 ədəd fen 160 manat, 1 ədəd güzgü 40 manat olan əmlakların, həmin əmlaklar olmadığı halda onların dəyərinin alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin təxminən noyabr ayında həmkəndlisi və qohumu olan cavabdehlərin qızı X4 iddiaçının oğlu xxxə almaq qərarına gəlmiş və həmin qıza elçi getmiş, onun “hə”sini almış, nişan taxmış və 2 il nişanlı qaldıqdan sonra 2017-ci il sentyabr ayının 9-da qız toyu olmuşdur. Toy axşamı saat 01:00 radələrində X2 xxx adında bir oğlana qoşularaq qaçmışdır. Bütün elçilik, nişan bayramlıqlar, qızıl-zinət əşyalarını öz şəxsi vəsaiti ilə almış, güman etmişdir ki, cavabdehlərin qızını oğluna gəlin gətirəcək və yaxın qohumluq münasibətləri olacaqdır. Lakin cavabdehlər qızları xxxni oğluna verəcəkləri barədə onu aldatmış, vədlərinə əməl etməmişlər. xxx qoşulub qaçdıqdan sonra dəfələrlə cavabdehlərə müraciət edərək, bütün mərasimlərə çəkmiş olduğu xərcin və xxxyə almış olduğu qızıl-zinət əşyalarını qaytarmalarını bildirmiş, onlar həmin qızıl-zinət əşyalarını özlərində olduğunu etiraf etsələr də, həmin əmlakları qaytarmamış və iddiaçıya dəymiş ziyanı ödəməmişlər. Sonra isə məlum olmuşdur ki, X9 xx xxxxxx 2018-ci il tarixdə yaşadığı evdə özünü asaraq intihar etmişdir. Bu hadisədən sonra da cavabdehlərə müraciət edərək, onların günahı üzündən dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdehlər hər dəfə bir bəhanə gətirməklə pulu ödəməmişlər. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-1089/2019 nömrəli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia qismən təmin edilmiş, cavabdehlər X12 vəxxxndan 1 ədəd qızıl üz üyün - 750 əyarlı, 9 qramlıq, 820 manat dəyərində, 1 ədəd nişan üzüyünün - brilyant qaşlı, 8 qramlıq, 1250 manat dəyərində, üzük-sırğa-boyunbağı-bilərzik dəstinin - brilyant qaşlı, ümumi çəkisi 43 qramlıq, 4050 manat dəyərində, 1 ədəd sadə qızıl üzüyün - 4 qramlıq, 350 manat dəyərində, 1 ədəd nazik boyunbağının - 3 qramlıq, 260 manat dəyərində, 1 ədəd sadə qızıl sırğanın - 5 qramlıq, 350 manat dəyərində qızıl-zinət əşyalarının, həmin əmlaklar olmadığı halda onların dəyərinin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə və cavabdeh X11 münasibətdə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı, habelə cavabdehlər X12 vəxxx apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-1089/2019 nömrəli qətnaməs inin ləğv edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1595/2020 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)1089/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şamaxı Rayon Prokurorluğunun xx xxxxxx 2018-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından, həmçinin cavabdehlərin iddia ərizəsinə etiraz ərizələrindən müəyyən olunmuşdur ki, toy mərasiminin xərcini iddiaçı çəkmişdir. Apellyasiya məhkəməsi cavabdehlərin apellyasiya şikayətinin dəlil lərinə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin dəlillər iddianın bütövlüklə rədd edilməsinə əsas deyildir. Məhkəmə cavabdehlərin qızıl-zinət əşyalarının sayını, çəkisini, çeşidini və dəyərini, eləcə də özlərinə qalması halını mübahisələndirmədiklərini, eləcə də yanaşı yoxlanılmış şahid və qiymətləndirmə ilə mərhum xxx xxx üçün alınmış qızıl-zinət əşyalarının iddia edilən sayda, çəkidə, çeşiddə, dəyərdə və cavabdehlərdə olmasının təsdiq edildiyini nəzərə alaraq, sonuncunun başqa şəxsə qoşularaq qaçdıgı vaxt qızıl zinət əşyalarının cavabdehlərdə qalması və hazırda onlarda olması barədə iddiaçının dəlillərini işin hallarına uyğun saymışdır. Məhkəmə həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və göstərmişdir ki, xərcin çəkilməsinə səbəb olan iddiaçının oğlu xxx ilə mərhum xxxnın evliliyinin baş tutmaması, bununla da, iddiaçının xərci çəkərkən ümid etdiyi evliliyin baş tutmaması səbəbindən xərclədiyi pul vəsaitindən məhrum olmaqla zərərə uğraması cavabdehlərin təqsirindən deyil, mərhum xxxnın başqa şəxsə qoşularaq qaçması səbəbindən olduğundan sonuncunun hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsi cavabdehlərin iddiaçı qarşısında mülki öhdəliyinin yaranması səbəb ola bilməz. İddiaçı cavabdehlərin dəymiş zərərin əvəzini ödəməməkdə ifadə olunan hərəkətsizlikləri nəticəsində ona mənəvi zərər dəydiyini iddia etsə də, fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin hərəkətsizliyi nəticəsində baş verməsi, cavabdehlərin hərəkətsizliyi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdi r. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər X12 vəxxx kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1595/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, tətbiq olunmuş normalar isə səhv təfsir edilmişdir. Belə ki, qızıl-zinət əşyalarının cavabdehlərdə olduğunu bildirən şahidlər iddiaçı ilə yaxın qohumluq və do stluq münasibətində olan şəxslərdir və mübahisəli qızıl-zinət əşyalarının cavabdehlərdə olduğunu gördüklərini deməyiblər, yalnız başqalarının verdiyi məlumata əsaslanıblar. Həmçinin qiymətləndirmə rəyində qızıl-zinət əşyalarının cavabdehlərdə olduğu barədə hər hansı məlumat qeyd edilməmişdir. Mərhum qızları xxx xxxya hədiyyə olaraq verilmiş qızıl-zinət əşyalarının çəkisini, qiymətini və cavabdehlərdə olduğunu mübahisələndirməmələri həmin qızıl-zinət əşyalarının onlarda olduğu qənaətinə gəlinməsinə əsas vermir və etirafları kimi qiymətləndirilə bilməz. Əksinə qızıl-zinət əşyalarının cavabdehlərdə olduğunu sübut etmək yükü iddiaçının üzərinə düşür. Nəhayət cavabdehlərin qızları xx xxxxxx 2018-ci ildə vəfat etmişdir. Mübahisələndirilən qızıl-zinət əşyaları isə iddiaçı tərəfindən mərhum qızlar ına hədiyyə olaraq verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh X12 və cavabdehlərin vəkilləri Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının vəkili xxx qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh X13 məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kolleg iyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual q anunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmasa da, sonuncu kassasiya şikayəti verməmişdir. Kassasiya şikayətini cavabdehlər vermiş və apellyasiya instansiyası məhkəməsinin iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yalnız iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ b edə bilər. 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu q aydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, idd iaçı tərəfindən cavabdehlərin qızına oğlu ilə ailə qurmaq məqsədi ilə işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmuş sayda, çəkidə, çeşiddə, dəyərdə qızıl-zinət əşyalarının verilməsi işin mübahisəsiz halıdır. Tərəflərin övladlarının ailə münasibətləri baş tutmadığı halda, iddiaçıların Mülki Məcəllənin 673.1.2-ci maddəsinin müddəalarına görə həmin əmlakı və ya dəyərini geri tələb etmək hüquqları vardır. Cavabdehlərin qızı isə vəfat etdiyindən və qeyd olunan qızıl-zinət əşyaları cavabdehlərdə qaldığından onların qaytarmaq öhdəliyi məhz cavabdehlərin üzərinə düşür. İddianın sübut olunmaması, işin faktiki hallarının tam və hərtərəfli araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun mü xtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər X12 vəxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1595/2020 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-625/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-625/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver