Məhkəmə qərarları › İş №2(102)-6250/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6250/2021

29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6250/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, sübutetmə vəzifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, X1, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4649/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyab r 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(006)446/2020 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən 6600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi ziyanın əvəzi kimi 1500 manat və mənəvi ziyanın əvəzi kimi 3500 manat cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətində sığortalı olduğuna görə, cavabdehə ərizəylə müraciət etmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travmalara görə, yaralandığına görə Qanunun tələblərinə müvafiq olaraq 6600 manat məbləğində sığorta pulu verilməsini istəmişdir, Dövlət Sığorta Kommersiya şirkətinin 11.09.2018-ci il tarixli məktubu ilə imtina edildiyinə görə, sığorta pulunun verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Haqlı olduğunu sübut etmək və pozulmuş hüquqlarımın bərpası üçün təxminən iki il Sumqayıt şəhərindən Bakı şəhərinə məhkəmələrə getmək, sübutlar toplamaq məcburiyyətində qalmışdır. Nəsimi Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsi ilə A zərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat sığorta pulunun xeyrinə ödənilməsi qət edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin 07.12.2020-ci il tarixli 17/68-200892/2020 saylı məktubundan göründüyü kimi Nəsimi Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(006)-446/2020 saylı İcra vərəqəsi icra olunması üçün cavabdehə verilmişdir. Göründüyü kimi, iddiaçının hüquqlarını cavabdeh pozmuşdur, bu fakt artıq qanuni qüvvəyə minmiş qətnamə ilə sübuta yetirilmişdir. Cavabdeh məhkəmə iclaslarına gəlməsə də, vaxtı yubatmaq üçün inzibati məhkəmə aidiyyəti barədə vəsatəti məhkəməyə göndərmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin vəsatətini təmin etməsə də, o, apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Mə hkəməsinin 30.04.2019-cu il tarixli 2(103)-6034/2019 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti qəsdən vaxtı yubatmaq məqsədi ilə digər Qarabağ Müharibəsi əlillərinin məhkəmə işlərində olduğu kimi, inzibati məhkəmə aidiyyəti barədə vəsatəti məhkəməyə göndərmişdir və məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmişdir, yazdığı vəsatətinin əsassız olduğunu, digər Qarabağ Müharibəsi əlillərinin məhkəmə işlərindən bildiyinə görə məhkəmə tərəfindən təmin edilməyəcəyini əvvəlcədən bilərək, heç bir instansiya məhkəməsində imzaladığını müdafiə etməmişdir. Göründüyü kimi, məhkəmə qərarları ilə sübuta yetirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti vaxtı yubatmaq üçün ehtiyatsızlıqdan yox, qəsdən etmişdir və buna görə də mənəvi ziyanın əvəzi kimi məhkəmə tərəfindən kompensasiya təyin edilməlidir. Maddi ziyanın əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi üçün Nəsimi rayon Məhkəməsinin 2(006)446/2020 saylı məhkəmə işində olan məhkəmə iclas protokollarına məhkəmə baxışının keçirilməsini və onların surətlərinin sübut kimi hazırkı məhkəmə işinə əlavə edilməsini xahiş edir. Həmin məhkəmə iclas protokollarından, iştirak etdiyi hər bir instansiyada məhkəmə iclaslarının sayı, itirdiyi vaxt, maddi ziyanın əsaslarını hazırkı iddia ərizəsinin qoşmasında verdiyi məhkəmə bildirişlərindən iclaslarda iştirak edib-etmədiyini müəyyən etmək mümkündür. Həmin protokollar cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyan ın sübutlarıdır, iştirak etdiyi məhkəmə iclaslarında sayını məhkəmə iclas protokollarından əldə etmək olar, yol-nəqliyyat xərclərini bu sübutlara əsasən hesablamaq mümkündür və bunu, həmin məhkəmə işini tələb etmədən, işə məhkəmə baxışı keçirmədən, müstəqil əldə etmək mümkün deyildir. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30.07.2018-ci il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında şəhərdaxili və ya qəsəbədaxili hərəkət edən sərnişinlər üçün tarif bir gediş üzrə 30 qəpik təsdiq edilmişdir. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30.07.201 8-ci il tarixli 7 saylı qərarının 4-cü bəndinə əsasən Bakı-Sumqayıt (Sumqayıt- Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilmişdir. İştirak etdiyi məhkəmə iclaslarındakı sayını qeyd etdiyi tariflərə vurmaqla yol-nəqliyyat xərcləri əsaslandırılır. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsində, maneçiliklər törədilməsi nəticəsində məlum məsələdir ki, insan sevinməz, fiziki iztirablar keçirmiş, hüquqlarının pozulması şuuruma təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, stres keçirmiş, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət, bununla bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və bunun nəticəsində həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə bu hallarda mənəvi sarsıntı nın keçirilməsi mübahisəsizdir. Məhkəməyə təqdim etdiyi sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya qarşı mülki hüquq pozuntuya yol verməsi, təqsirli olması, həmçinin cavabdeh iddiaçıya qarşı hüquqlarının pozulması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və cavabdeh tərəfin qanunsuz hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurması istisna edilmir. Bu xərclər cavabdehdən tutulmalıdır və iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən dəyməsini, ümumiyyətlə 1500 manat məbləğində ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə mənəvi zərərlə bağlı hissədə qeyd etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qə tnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, maddi hüquq normalarının, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 20 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasi ya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının təl əblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması nı mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı konkret dəlillər irəli sürməmiş, mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər ü zrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4649/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar