Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6264/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı YYY qızının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maliyyə arayışının verilməsi və mənzilin iddiaçıya təqdim olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli 2(103)-3663/2019 saylı qətnaməsindən iddiaçı YYY qızı və vəkili Məlikov Balabəy Ağamməd oğlu t ərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı YYY qızı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə YYY ünvanında tikdiyi yaşayış kompleksinin 6-cı blok 12-ci mərtəbəsində ayrılmış 134.8 kv.metrdən ibarət 3 otaqlı mənzil 306-nın dəyərinin tam həcmdə ödənilməsinə dair maliyyə arayışı verilməklə, 134.8 kv.mdən ibarət 3 otaqlı 306 saylı mənzilin X6 təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı YYY qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə müvafiq iddianın predmetini dəyişərək, cavabdehdən 27747 manat əsas borc məbləği və 2011-ci ildən sonrakı dövr üçün puldan faydalandığı üçün i llik yeddi faiz olmaqla (1942x7=13596) 13596 manat pul vəsaiti, cəmi 31.343 manat pul vəsaitinin tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən Natavan Tağıyeva) 2(006)-589/2018 saylı işi üzrə 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı YYY qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maliyyə arayışının və mənzilin iddiaçıya təqdim olunması” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, YYY qızından 179 manat məbləğində keçirilmiş ekspertiza xərcinin dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Fuad Talışinski, hakimlər Rafael Eyvazov, Zaur Əliyev) 29 aprel 2019-cu il tarixli 2(103)-3663/2019 saylı, qətnaməsi ilə iddiaçı YYY qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-589/2018 saylı işi üzrə 22 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı YYY qızı və vəkili Məlikov Balabəy Ağamməd oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli 2(103)-3663/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 2 otaqlı mənzilə dair müqavilə və həmin 2 otaqlı mənzilin LLLya satılması və sair sənədləşmələr 2017-ci ildə olmuşdur. Cavabdeh iddiaçı ilə bağlanmış 13.10.2011-ci il tarixli müqa viləni faktiki olaraq 2017ci ildə imzalamışdır. Lakin müqavilə keçmiş tarixə rəsmiləşdirilib. Müqavilənin tarixini saxtalaşdırmaqla, həm iddiaçını aldatmışlar, həm də qaytardıqlarını iddia etdikləri pul məbləğinin ona qaytarılmasına dair hər hansı sübut təqdim etmədən, pul vəsaitini mənimsəmişlər. İddiaçının özünə məxsus olan 2 otaqlı mənzilini notarial müqavilə əsasında satılması məhkəmə tərəfindən əsassız varlanma hesab edilməsi tam qanunsuzdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi X10 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı və vəkili işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı 07.10.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, onun vəsatəti işə baxılmasının yubadılması məqsədi ilə verilmiş hesab edildiyindən, vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, 03 iyul 2008-ci il tarixli 388 №-li müqavilənin və 03 iyul 2008-ci il tarixli X9 qəbzin 18.10.2011-ci il tarixdə təsdiq edilmiş fotosurətinin 07.06.2017-ci il tarixdə təsdiq edilmiş fotosurətinə əsasən, iddiaçı YYY qızı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında YYY ünvanında tikilmiş yaşayış kompleksinin 6-cı blok, 12-ci mərtəbəsində ayrılmış 134.8 kv.metrdən ibarət 3 otaqlı 306 saylı mənzilin alqı-satqısına dair 388 saylı müqavilə imzalanmış və MTK-nın kassasına 71174 manat mədaxil edilmişdir (səh.10, 13); 13.10.2011-ci il tarixli, 388 №-li Müqavilənin surətinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında tikilmiş yaşayış kompleksinin 5-ci blok, 14-cü mərtəbəsində ayrılmış 106.7 kv.metrdən i barət 2 otaqlı mənzili İddiaçı mülkiyyətinə vermiş, İddiaçı 43427 manatı müqavilənin imzalandığı gün ödənilmiş hesab edilmişdir (səh.35); 29.04.2017-ci il tarixli, 388 N-li Müqavilənin surətinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında tikilmiş yaşayış kompleksinin 5-ci blok, 14-cü mərtəbəsində ayrılmış 106.7 kv.metrdən ibarət 2 otaqlı, 414 saylı mənzili X2 mülkiyyətinə vermiş, X4 43427 manatı müqavilə və mədaxil orderinə əsasən ödənilmiş hesab edilmişdir (səh.39); 29.04.2017-ci il tarixli ilkin müqaviləyə əsasən, İddiaçı ünvan 1 ünvanında tikilmiş yaşayış kompleksinin 5-ci blok, 14-cü mərtəbəsində ayrılmış 106.7 kv.metrdən ibarət 2 otaqlı mənzili X1, mənzilin qiyməti 94000 manat müəyyən olunmuşdur (səh.41); 18 oktyabr 2011-ci il tarixli ərizəyə əsasən, iddiaçı YYY qız ı 388 saylı müqaviləni mənzil tikinti kooperativinə geri qaytardığını və gələcəkdə qeyd edilən mənzillə bağlı hər hansı iddiasının olmayacağını bildirmişdir (səh.33); məhkəmə qərarına əsasən təyin edilmiş 06 aprel 2018-ci il tarixli 4211 №-li ekspert rəyində qeyd edilir ki, ekspertizaya təyin olunmuş X5 adından "xxxx" MTK-nın sədrinə ünvanlanmış 18 oktyabr 2011-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur, aparılmış tədqiqatın dəyəri 179 manat müəyyən edilmişdir (səh.62), Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi 18 oktyabr 2011-ci il tarixli ərizədə olan imzanın ona məxsus olmadığı israr etmiş və mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertin rəyinə əsasən q eyd edilən imzanın iddiaçıya məxsus olması müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində və apellyasiya icraatı həddində iddianın faktoloji və hüquqi əsasları dəyişmiş, son olaraq iddia tələbi cavabdehin əsassız varlanması nəticəsində iddiaçıya dəymiş zərərlə bağlı olmuş, iddiaçı ilk mənzil üzrə 71174 manat məbləğində cavabdehə ödəsə də, digər dəyişdirilmiş mənzili 94000 manat məbləğinə başqa şəxsə satmış, zərərin faktiki və hüquqi mahiyyəti aydın izah edilməmişdir. İddiaçı razılıq ərizəsini aldadılaraq bilmədən (saxtakarlıq əsasında) imzaladığını qeyd etsə də, bilməli olduğu və imzaladığı ərizə üzrə etibardan sui-istifadə və ya digər cinayət-hüquqi əməllərə qiymət verilməsi üçün müvafiq hüquq mühafizə orqanlarına müraciət etməmiş, dəqiq və təfərrüatlı kimlər tərəfindən aldadıldığını sübuta yetirə bilməmiş, ekspertiza ilə ərizənin iddiaçı tərəfindən imzalandığı təsdiq edilmişdir. Beləliklə, cavabdehin hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi barədə sübutedici əsası yalnız ehtimaldır. İddiaçı müqavilənin dəyişməsi zamanı məbləğ fərqinin müəyyən edilməsi və bu fərqin müqavilə münasibətlərində qeyd edilməsini tələb etməmişdir. İddiaçı ilə yeni müqavilənin bağlandığı tarix 13.10.2011-ci il, razılıq ərizəsinin yazıldığı tarix isə 18.10.2011-ci il olduğu halda, iddia tələbi ilə 22.06.2018-ci il tarixdə müraciət edərkən qanunla müəyyən edilmiş daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətini ötürmüş, cavabdeh iddia müddətinin ötürülməsi barədə ərizə təqdim etmişdir. Bunda n əlavə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İş üzrə müqavilə dəyişikliyi üzrə pulun verilməməsi ilə iddiaçıya zərər vurulması və cavabdehin varlanması sübuta yetirilmir. Bununla belə, cavabdehin iddiaçının hesabına varlanması sübuta yetirildiyi təqdirdə belə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzr ə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüq uqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir -1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. -1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən 03 iyul 2008-ci il tarixli müqavilə əsasında 71.174 manata aldığı 3 otaqlı mənzilin əvəzinə 13.10.2011 -ci il tarixli müqavilə əsasında həmin binada 43427 manat dəyərində 2 otaqlı mənzili qəbul edərək, 03.07.2008-ci il tarixli müqaviləni cavabdehə qaytardığını və bu müqavilə ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı heç bir iddiası olmayacağını 18.10.2011-ci il tarixli ərizəsində bəyan etməsinə baxmayaraq, 6 ildən sonra əvvəlcə 03 iyul 2008-ci il tarixli müqavilə üzrə mənzilin ona təhvil verilməsini, sonrada isə dəyişdirilmiş mənzillərin dəyəri arasındakı fərqin ona ödənilməsini bildirərək həmin fərqin ona ödənilməsini tələb etmişdir. Lakin iddiaçının 18.10.2011-ci il tarixli ərizəsinin məzmunu təsdiq edir ki, 03 iyul 2008-ci il tarixli müqavilə üzrə tərəflər arasında öhdəliklərə xitam verilmiş və mənzillər arasında məbləğlə bağlı hər hansı həll edilməmiş mübahisə qalmamışdır. İddiaçı razılıq ərizəsini aldadılaraq bilmədən (saxtakarlıq əsasında) imzaladığını qeyd etsə də, bilməli olduğu və imzaladığı ərizə üzrə etibardan sui-istifadə və ya digər cinayət-hüquqi əməllərə qiymət verilməsi üçün müvafiq hüquq mühafizə orqanlarına müraciət etməmiş, dəqiq və təfərrüatlı kimlər tərəfindən aldadıldığını sübuta yetirə bilməmiş, ekspertiza ilə ərizənin iddiaçı tərəfindən imzalandığı təsdiq edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bi r tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış dig ər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən cavabehin əsassız varlandığı müəyyən edilmir və bununla bağlı əsassız varlanma obyektini qaytarmaq tələbini irəli sürmək üçün Mülki Məcəllənin 1095-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmışdır. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası kassasiya şikayətlinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı YYY qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli 2(103)3663/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6264/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6264/2019
07.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver