Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6264/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi İddiaçınun (X4) maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İş üzrə icraata xitam verilməsi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçınun (X4) maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin maraqlı şəxs qismində göstərildiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6067/2022 nömrəli 2022-ci il 1 7 oktyabr tarixli qərardadından ərizəçi İddiaçı (X4) tərəfindən verilmiş kassasiya şikayətinə 2022-ci il 6 dekabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X11 (İddiaçı) xx.xx.1977-ci il tarixdə Rusiya Federasiyası, Pskov vilayəti, Velikiye Luki şəhərində doğulmuş, atası X13, anası X2.
2. AP 259545 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X14 xx.xx.1924-cü il tarixdə doğulmuş, atası X8, anası X9r. 3. 09.06.1950-ci il tarixdə doldurulmuş X12 məxsus əmək kitabçasınına əsasən o, xx.xx.1942-ci il tarixdən başlayaraq, 1988-ci ilədək Ermənistan SSR, Kalinino rayonunda müxtəlif vəzifələrdə çalışmışdır.
4. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx. xx.2022-ci il tarixli, 465 saylı arayışının təsdiqlənmiş surətinə əsasən, X11 ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili xx.xx.1988ci il tarixdə Ermənistan SSR-dən qaçqın olaraq dəyişdirib, xx.xx.1989-cu il tarixdən həmin ünvana qeydiyyata düşmüş, xx.xx.1994-cü ildə qeydiyyatdan çıxarılaraq Belarusiya Respublikasına getmişdir.
5. Qeydiyyat kartoçkasına əsasən, X12 xx.xx.1989-cu il tarixdə ünvan 2 ünvanında 1 saylı mənzil ayrılmış, orada ailə üzvləri qismində arvadı X3, digər nəvəsi ilə yanaşı xx.xx.1977-ci il təvəllüdlü X11 göstərilmişdir.
6. P.M.Qurbanova ünvanlanmış xx.xx.1990-cı il tarixli müraciətin surətinə əsasən onun SSRİ Nazirlər Sovetinə göndərdiyi xx.xx.1989-cu il tarixli ərizəsinə cavab olaraq Ermənistan SSR, Kalinino rayonunda qalmış evi qarşılıqlı razılaşma əsasında Bakı şəhər ində dəyişdirildiyinə görə, müavinət verilməsindən imtina olunmuşdur.
7. M.Orucov adına 213 nömrəli məktəb-liseyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışa əsasən X10 xx.xx.1988-ci il tarixdə “5b” sinfinə daxil olmuş, xx.xx.1994-cü il tarixdə 32 nömrəli əmrə əsasən 11-ci sinifdən çıxmışdır. 8. xx.xx.1994-cü il və xx.xx.2001-ci il tarixlərdə verilmiş ölüm haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərinə əsasən X16 xx.xx.1994-cü il, X3 isə xx.xx.2001ci il tarixlərdə vəfat etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. Ərizəçi İddiaçı (X11) (bundan sonra- ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçınun Ermənistan Respublikasından Azərbaycan Respublikasına 1988-ci ilin oktyabr ayında qaçqın kimi gəlməsi faktının müəyyən edilməs i barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, ərizəçi Kurbanau Roman (X11) xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Atası - X13, anası - X2. O, ata babası X16 və nənəsi X3 ilə birlikdə Ermənistan Respublikasının Kalinino rayonunda yaşamışdır. Babası X16 Kalinino rayon X17 Sədrinin müavini vəzifəsində işləmişdir. X18(X11) babası X16 və nənəsi X3 ilə birlikdə 1988-ci ilin oktyabr ayında Azərbaycan Respublikasına gəlmiş, xx.xx.1988-ci il tarixdə Ermənistandakı evini Azərbaycan Respublikasında ünvan 3 ünvandakı 1 saylı mənzilə dəyişmişdir. Qeyd edilən fakt Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 465 saylı arayışı ilə təsdiq edili r. X5 və X1 verilmiş qeydiyyat kartoçkasından görünür ki, onlar ünvan 5 ünvanda qeydiyyatda olmuşlar. X6 Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə ünvanlandığı ərizəsindən görünür ki, onunla birlikdə qaçqın kimi nəvəsi xx.xx.1977-ci il tarixdə anadan olmuş Roman da gəlmişdir. Azərbaycan SSR Dövlət Sığortası İdarə Heyətinin xx.xx.1990-cı il tarixli, 083/178 saylı cavab məktubu ilə də X6 Ermənistan Respublikasındakı mənzilini Azərbaycan Respublikasındakı mənzilə dəyişməsi faktı təsdiq edilir. Sabunçu rayonu Orucov adına 213 saylı məktəb-liseyin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Kurbanau Roman (X11) xx.xx.1988-ci il tarixli, 16 saylı əmrə əsasən 5 “b” sinfinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixli, 32 saylı əmrə əsasən, 11- ci sinifdən çıxmışdır. X16 xx.xx.1994-cü ildə vəfat etmişdir. Bu barədə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən həmin tarixli, İİ-ЖГ seriyalı, 449580 saylı “Ölüm haqqında şəhadətnamə” verilmişdir. X3 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Sabunçu Rayon VVAQ şöbəsi tərəfindən həmin tarixli, AZ seriyalı, 083288 saylı “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Qeyd olunanlarla ərizəçinin 1988-ci ildə Ermənistan Respublikasından Azərbaycan Respublikasına qaçqın kimi gəlməsi təsdiq edilir. Hazırda ərizəçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - maraqlı şəxs) vətəndaşlıqla bağlı müraciət etməsi üçün həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-2862/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) ərizə təmin olunmuşdur.
12. Məhkəmə, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ərizəçinin ərizəsində göstərilənlər işin müəyyən edilmiş halları ilə uyğunluq təşkil edir, ona görə də onun Ermənistan SSR-dən (indiki Ermənistan Respublikasından) Azərbaycan SSRə indiki (Azərbaycan Respublikasına) 1988-ci ilin oktyabr ayında qaçqın kimi gəlmə faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməlidir.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 88, 217.3, 217.4, 305.1.1, 307.1, 307.2.11,308-ci maddələrinə, Qaçqınların və məcburi köçkünləri n (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı qərarında ifadə olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6057/2022 nömr əli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi hakim), R.Eyvazov və F.Babayev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizəçi faktiki olaraq dövlət orqanın səlahiyyətlərinə aid olan məsələnin ümumi məhkəmə tərəfindən həll edilməsini xahiş edir. Qaçqın kimi məskunlaşma halı ümumi rayon-şəhər məhkəməsi tərəfindən yox, aidiyyəti orqan tərəfindən müəyyən edilə bilər, əgər həmin orqan bu halı müəyyən etməkdən imtina edərsə orqanın hərəkətindən (hərəkətsizliyindən) inzibati məhkəməyə müraciət edilə bilər.
18. Belə ki, Dövlət orqanının məhkəmə iclasında bəyan etdiyi izahatından aydın olur ki, ərizəçinin sadəcə məskunlaşması yox, qaçqın kimi məskunlaşması halı təsdiq edildikdən sonra onun müvafiq müraciətinə baxıla bilər. Qaçqın kimi məskunlaşma halı isə ya müvafiq sənədin təqdim edilməsi yolu ilə, ya da ki, qaçqın kimi məskunlaşma barədə məlumatları özündə əks etdirən və rayon icra hakimiyyətinin aidiyyəti qurumu tərəfindən verilən sənədlə müəyyən edilə bilər.
19. Ərizəçinin məqsədi Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin olunmasıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının qanunu” nun 5-ci maddəsinin 3-cü bəndinə əsasən 1988-ci il yanvarın 1dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. 20. “Şəxsin Azərbaycan Respublik asının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın 4.1.2-ci bəndinə görə 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır.
21. Göründüyü kimi, etnik azərbaycanlı olan və 1988-1992-ci illərdə Azərbaycan Respublikası ərazisinə qaçqın kimi gəlmiş şəxslər qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilərlər. Bu hal əsasən Ermənistan Azərbaycan Respublikası arasında başlamış münaqişə ilə əlaqədar Ermənistandan qaçqın düşmüş şəxslərə şamil olunur.
22. MPM-in 307.2.10-1-ci maddəsinə görə məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü ma ddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddənin məzmunundan da göründüyü kimi, məhkəmə, vətəndaş mənsubiyəti olmayan şəxsin ölkə ərazisində hər hansı bir statusda yaşaması halını yox, sadəcə daimi yaşaması halını təsdiq edə bilər.
23. Hazırkı ərizə isə qeyd edilən maddənin təsir dairəsinə düşmür. Çünki, ərizədə məhz qaçqın kimi məskunlaşma faktının təsdiq edilməsi xahiş edilmişdir.
24. Məhkəmə Kollegiyası gəldiyi nəticə ilə bağlı həmçinin qeyd etmişdir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mü hakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir.
25. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur.
26. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
27. Məhkəmə kollegiyası qət etdiyi nəticəni MPM-in 261.0.1,307.2.101,372.7,384.0.5, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının qanunu”nun 5-ci maddəsinin 3-cü bəndinə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.2-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə is tinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. Ərizəçi və vəkili (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməməklə qərardad qəbul etmişdir. Belə ki, hazırki iş üzrə MPM-in 307.2.10-1-ci maddəsini düzgün tətbiq edilməmişdir. Bunu belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi 307.2.1-10-ci maddəsinə istinad etməklə, belə nəticəyə gəlmişdir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəçinin ərizəsi yalnız həmin maddənin təsir dairəsinə düşür. Qeyd edilən prosessual normanın istinad etdiyi “Azə rbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən isə “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.” Dövlət orqanı (DMX) öz izahatında da Ərizəçinin məskunlaşması halının həmin orqan tərəfindən təsdiq edilməsi üçü n konkret şərtləri bildirmişdir: (“müvafiq sənədin təqdim edilməsi yolu ilə” və ya “aidiyyəti qurum tərəfindən verilən sənədlə ”) Hazırkı halda isə ərizəçinin qaçqın kimi məskunlaşması halını bilavasitə təsdiq edən sənədlər deyil, bunu dolayısıyla təsdiq edən digər sənədlər mövcuddur ki, bu səbəbdən də Ərizəçi həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. DMX-nin tələb etdiyi konkret sənədlərin Ərizəçidə olmadığı səbəbindən bunu dolayısıyla təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmişdir ki, yalnız məhkəmə araşdırması ilə həmin sübutların aidiyyəti, mötəbərliyi məhkəmə tərəfindən qiymətləndirilməklə tanınması tələb edilən hüququ əhəmiyyətli faktın təsdiq edilməsi mümkündür. Belə ki, yalnız bu yolla ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbayca n Respublikasının qanunu” nun 5-ci maddəsinin 3-cü bəndində və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın 4.1.2-ci bəndində nəzərdə tutulmuş “məskunlaşmış qaçqın” statusunun olduğunu təsdiq edə bilərdi. Apellyasiya məhkəməsi isə DMX-nə “hüquqi faktı müəyyən edən orqan” statusu verməklə, məhkəmənin üzərinə düşən vəzifəni dövlət orqanının üzərinə qoymaqla, Ərizəçinin məhkəmə təminatı hüququnu pozmuşdur.
30. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə MPM-in 307.2.11-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Ərizəçi, tələbinin hüquqi əsası kimi MPM-in 307.2.11-ci maddəsinə istinad etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi yalnız həmin Məcəllənin 307.2.10-1-ci madd əsini tətbiq etmişdir. MPM-nin 307.2-ci maddəsindən də göründüyü kimi, qanunverici məhkəmənin müəyyən etməli olduğu hüquqi əhəmiyyəti olan faktları yalnız 307.2.1-307.2.10-1 maddələri ilə məhdudlaşdırmamış, 307.2.11- ci maddəsində “qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları” da məhkəmənin səlahiyyətinə aid etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Respublikasını Qanunu
32. Maddə
5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Azərbaycan
33. Bənd 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; “Şəxsin Azə rbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası
34. Bənd 4.1.Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır:
35. Bənd 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda;
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarı
37. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsi
38. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilə bilər;
39. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:
40. Maddə 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının;
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.1. Maddi və pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qərardad ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı nın kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.
49. Belə ki, məhkəmə müdafiəsi hüququndan istifadə etmənin prosessual qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində həyata keçirmək prosess iştirakçılarının vəzifəsidir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı (X4) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6067/2022 nömrəli 2022-ci il 17 oktyabr tarixli qərardad ı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.