Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-627/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2093/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsindən cavabdeh tə rəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 1(010)-170/2019 saylı hökmünə əsasən 04.05.2019-cu il tarixdə saat 20:00 radələrində Cavabdeh idarə etdiyi “Opel Astra” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində İddiaçı1 vurmuş və o, ağır bədən xəsarətləri almışdır. Həmin əməlinə görə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. “X3” klinikasında aparılan müalicə və müayinələrə 13.729 manat, həkim təyinatlı reseptlər üzrə dərman vasitələrinin alınmasına 2849 (iki min səkkiz yüz qırx doqquz) manat 57 (əlli yeddi) qəpik, simfer orteri adlı tibbi əşyanın alınması üçün ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində pul ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, “Opel Astra” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində İddiaçı1 vurmuş və o, ağır bədən xəsarətləri almışdır. Törətdiyi cinayət əməlinə görə cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 1(010)-170/2019 sa ylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdehin törətdiyi qəza nəticəsində İddiaçı1 müalicəsi hələ də davam edir. Qəzadan sonra İddiaçı1 əvvəlcə 3 saylı Kilinik xəstəxanaya aparılmış, həmin xəstəxanada cavabdeh İddiaçı1 müalicəsi üçün 2500 manat pul xərcləmişdir. Lakin bədən xəsarətləri ağır olduğundan və 3 saylı xəstəxanasında aparılan müalicələr effektiv olmadığından İddiaçı1 “X3” klinikasına köçürmüşlər və sonrakı müalicələri orada davam etdirilmişdir. Bundan sonra İddiaçı1 müalicələrin aparılmasının xərclərini– dərmanların alınması və “X3” klinikasında aparılan müalicə və müayinələrin xərcləri əri İddiaçı2 tərəfindən ödənilmiş, cavabdeh həmin xərclərin ödənilməsində iştirak etməmişdir. Ona görə də cavabdeh dərman vasitələrinin alınması üçün ödənilmiş 2849 (iki min səkkiz yüz qırx doqquz) manat 57 (əlli yeddi) qəpik, İddiaçı1 müalicəsi üçün “X3” klinikasına ödənilmiş 13.729 (on üç min yeddi yüz iyirmi doqquz) manat, simfer orteri adlı tibbi əşyanın alınması üçün ödənilmiş 150 (bir yüz əlli) manat, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində olmaqla, cəmi 66.728 (altmış altı min yeddi yüz iyirmi səkkiz) manat 57 (əlli yeddi) qəpik məbləğində pulun tutulub onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Məhkəmənin sorğusuna əsasən “X3” klinikasının baş həkimi tərəfindən verilmiş 19.02.2020-ci il tarixli, 3582 № li arayışından görünür ki, İddiaçı1 16 may 2019-cu il tarixdə X3 klinikasına 3 saylı Şəhər Klinik xəstəxanasından “Müştərək travma, Qapalı kələ baş beyin travması, baş beyin əzilməsi, Sol beyin yarımkürəsinin hematoması, dislikasiya ilə sağ gicgah sümüyünün xətti sınığı, Hər iki ağciyərlərin əzilməsi, Sol körpücük və İİİ-İV qabırğanın yerdəyişmiş sınıqları, Sağ bud sümüyü başının sınığı, Sol bazu sümüyü başının sınığı, Hər iki çanaq sümüklərinin yerdəyişmiş sınıqları, Postravmatik antidikterik sindromu, Şəkərli diabed 1-ci tip, kəskin polisistit” diaqnozu ilə reanimasiya şöbəsinə daxil olmuşdur. 25.05.2019-cu il tarixdən 11.06.2019-cu il tarixədək müalicə olunmuş və müalicə üçün xəstəxananın xəzinəsinə 13729 (on üç min yeddi yüz iyirmi doqquz) man at ödənilmişdir. Hal-hazırda da müalicə davam edir. Şuşa Rayon Məhkəməsinin (hakim Allahverən Həsənov) 10 mart 2020-ci il tarixli, 2(077)14/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, iş üzrə Cavabdeh dərman vəsaitlərinin alınması üçün ödənilmiş 2849, 57 manat, İddiaçı1 müalicəsi üçün “X3” Klinikasına ödənilmiş 12979 manat, simfer orteri adlı tibbi əşyanın alınması üçün ödənilmiş 150 manat olmaqla, cəmi 15978,57 manat tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh törətdiyi cinayət nəticəsində İddiaçı1 ağır xəsarət almış və üzün müddətli müalicəsi üçün maddi ziyan cəkmişdir. Həmin xərclərin kim tərəfindən ödənilməsindən asılı olmayaraq həmin cinayət işi üzrə zərərcəkmiş qismində o tanınmış və ziyanın ödənilməsi tələbi üzrə iddiaçı qismində onun tələb hüququ vardır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi barədə nəticəyə gəldikdə göstərmişdir ki, İddiaçı1 müalicəsi üçün “X3” klinikasına 13.729 (on üç min yeddi yüz iyirmi doqquz) manat məbləğində pul ödəniş edilsə də, xəstə yaxınının yanında qalması könüllü olduğundan və buna görə tələb olunan ödənilmiş məbləğ (50X15=750) manat təşkil etdiyi üçün iddia tələbi həmin məbləğ çıxılmaqla (13729-750=12979) 12979 (on iki min doqquz yüz yetmiş doqquz) manat məbləğində təmin edilməlidir. Alınan dərman vasitələrinin qəbzlərindən görünür ki, cəmi 2849,57 (iki min səkkiz yüz qırx doqquz) manat ödənildiyindən, simfer orteri adlı tibbi əşyanın alınması 150 (bir yüz əlli) manat olmaqla c avabdehdən ümumilikdə 15.978,57 (on beş min doqquz yüz yetmiş səkkiz) manat tutularaq İddiaçı1 ödənilməlidir. İddia tələbinin cavabdehdən mənəvi ziyana görə 50.000 manat pulun alınaraq iddiaçılara ödənilməsi hissəsi ilə əlaqədar qeyd edilmişdir ki, cavabdehin İddiaçı1 ehtiyatsızlıqdan yetirdiyi xəsarətə görə təcili tibbi yardım göstərməsi, onun müalicəsi üçün ilkin olaraq 3000 manata qədər müalicə xərclərini çəkməsi, onun təqsirini, əmlak vəziyyətini, məcburi köçkün olaraq dövlətin qayğısı ilə əhatə olunmasını və sonrakı davranışını, yəni hazırda cəza cəkməsinə baxmayaraq imkanı daxilində vurduğu zərərin əvəzinin qismən də olsa ödəmək istəməsini nəzərə almış və mənəvi ziyan tələbi hissəsində iddia tələbini təmin etməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21. 1, 21.2, 1108.1, 1118.1, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verilərək Şuşa Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsi 10 mart 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1 və 1118.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qa zancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Göründüyü kimi, zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar çəkmiş olduğu xərclərin əvəzinin ödənilməsi qanunvericilikdə zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığının müəyyənləşdirilməsi ilə şərtləndirilmişdir. Hesab edir ki, qərar qəbul edilərkən, qanunvericiliyin qeyd olunan tələbinə riayət olunmamış, zərərçəkənin yardım və qulluq növlərinə möhtac olduğu, yəni müalicə aldığı dövlət xəstəxanasında müalicəsinin mümkünsüz olmağı və özəl xəstəxanaya yerləşdirilməyinə ehtiyac olması halı məhkəmə tərəfindən araşdırılmamışdır. Hesab edir ki, hazırki mübahisənin həlli xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilərək, zərərçəkənin müalicəsinin ilkin olaraq aparıldığı dövlət xəstəxanasında davam etdirilməsinin mümkün olub-olmadığı müəyyən edilməli, eyni zamanda zərərçəkənə göstərilmiş yardım və qulluq növlərinin vacibliyi məsələsi araşdırılmalıdır. Bundan sonra, zərərçəkənin möhtac olduğu yardım və qulluğa sərf edilməli olan real məbləğ müəyyən edilərək, ondan iddiaçlarının xeyrinə tutulmalıdır. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Fuad Məmmədov) 22 iyul 2020-ci il tarixli 2(105)2093/2020 nömrəli qətnaməsi ilə cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməyərək, Şuşa Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də, onun apelyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsi nin ləğvi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1108.1, 1118.1, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2020-ci il tarixli qətnaməsinin qismən iddianın təmin olunmuş hissəsində ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin icraatı iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş nöqsanlara tənqidi yan aşmamış, əksinə, qətnamədə işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsaslanaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlməklə apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsində cavabdeh tərəfindən irəli sürülmüş dəlillər ümumiyyətlə öz əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.3, 14.2, 77.1, 217.4-cü maddələrinin tələblərini kobud surətdə pozaraq, qətnamədə qanunvericiliyin bir sıra normalarını sadalamaqla kifayətlənərək, qətnamədə sadalanan normaların işin faktiki halları ilə uzlaşmamasına baxmayaraq, heç bir əlavə dəlil və sübut göstərmədən qə tnaməni yanlış olaraq yalnız «X3» Klinikasının baş həkimi tərəfindən verilmiş 19.02.2020-ci il tarixli, 3582 saylı arayışı, həkim təyinatlı reseptlər üzrə dərman vasitələrinin alınmasına dair qəbzləri ilə əsaslandırmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qənaətə qeyd olunan əsaslarla gəlməsi işin faktiki halları ilə uzlaşmır. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri iş üzrə ətraflı araşdırma aparmayaraq iş üçün mühüm əhəmiyyət kəsb edən hallara ümumiyyətlə hüquqi qiymət verməmişlər. Belə ki, idiaçının təqdim etdiyi dərman alınmasına dair qəbzlərin məhz cavabdehin əməli nəticəsində aldığı xəsarətlərin müalicəsi üçün lazım olan dərmanlar olması məhkəmə tərəfindən araşdırılmadan, qəbzlərdəki məbləğlər sadə riyazi üsulla toplan ılaq ümumi zərər müəyyən edilmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin əsaslandığı X1 baş həkimi tərəfindən verilmiş 19.02.2020-ci il tarixli, 3582 saylı arayışdan da görünür ki, iddiaçının qəza nəticəsində aldığı xəsarətlərlə yanaşı «Şəkərli diabet 1-ci tip, kəskin polisistit» diaqnozu da təyin edilmişdir. Bütün bunlardan aydın olur ki, alınan dərmanlar tək xəsarət nəticəsində əmələ gəlmiş travmatik xəsarətlərin deyil, eyni zamanda xəsarətlə heç bir əlaqəsi olmayan şəkər xəstəliyinin də müalicəsi üçün nəzərdə tutulmuşdur. Eyni zamanda bu qədər yüksək məbləğdə müalicə pulu tələb olunan X2 xəstəyə klinika tərəfindən dərman preparatlarının verilib-verilməməsi, verilirsə, hansı səbəbdən əlavə dərmanların alınmasına ehtiyacın yaranması, alınmış dərman preparatlarının hə qiqətən də xəstənin cavabdehin vurmuş olduğu xəsarətlərin müalicəsi üçün nəzərdə tutulub-tutulmaması, bundan başqa, günügündən təkmilləşdirilən, müasir tibbi avadanlıqlarla təchiz edilən dövlət xəstəxanasında iddiaçının xəsarətlərinin müalicəsi üçün şəraitin həqiqətən də olub-olmaması məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Hansı ki, bütün sadalananlar cavabdeh tərəfindən məhkəmə iclaslarında dəfələrlə vurğulanmışdır. Belə yanaşma ilə iddiaçı ehtiyac olmadığı halda nəzərdə tutulandan artıq məbləğlərdə pul tələb edən klinikalarda müalicə alıb, qarşılığını cavabdehdən tələb etməsi, təbii ki, cavabdehin hüquqlarının pozulması ilə nəticələnir. İşin bu hallarına düzgün hüquqi qiymət verməyən apellyasiya instansiyası məhkəməsi hər hansı mötəbər sübuta istinad etmədən, iddiaçının m övqeyindən çıxış etməklə iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnamısinin qüvvədə saxlanılması barədə qətnamə qət etmişdir. Kassasiya şikayətinə dair yazılı etiraz və izahat təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan R espublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) b irbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata k eçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cüm lədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatl ar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasi ya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi qism ən iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, han sının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Hazırki iş üzrə iş üzrə mühüm əhəmiyyət daşıyan faktiki halların məhkəmə tərəfindən tam araşdırılmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin407.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassas iya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2093/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.