Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6279/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 oğlunun cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6279/21 (Açar sözlər: zəbt olunmuş torpaq sahəsində tikilinin söküməsi, maddi ziyan, ilkin müqavilənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh1, vəkili Vəkil, müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-247/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 qarşı “zəbt edilmiş torpaq sahəsində tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən E saylı binanın qarşısında ticarət obyektinin onun sahibliyində olan təqribən 50 kv.m sahədən çıxarılması, həmin sahədə aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi və əvvəlki kimi bərpa edilməsi, eyni zamanda ona vurulmuş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 cavabdeh İddiaçı oğluna qarşı “50000 manat pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 20000 manat əss ödədiyi pulun, 30000 manat abadlaşdırma ilə əlaqədar pulun, cəmi 50000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə onun arasında bağlanmış 14.09.2010-cu il tarixli ilkin müqavilənin ləğv edilməsi, müqavilə çərçivəsində ona ödənilmiş 20000 manat vəsaitdən Cavabdeh2 ona məxsus obyekti işlətdiyi dövrdə əldə etdiyi gəlirlərin nəzərə alınaraq çıxılması, yerdə qalan məbləğin onun tərəfindən geri ödənilməsi, Cavabdeh1 ona vurduğ u maddi və mənəvi ziyanın məhkəmə tərəfindən qiymətləndirilib hesablanması, ödənilməsinin təmin edilməsi və ona məxsus obyektin üzərində hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 10000 manat, Cavabdeh2 10000 manat mənəvi təzminatın tutulması, ona vurulmuş maddi ziyana əlavə edilərək ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 20000 manat əsas ödədiyi pulun, 20000 manat öhdəliyin icra edilməməsi ilə əlaqədar olan cərimənin və 30000 manat abadlaşdırma ilə əlaqədar pulun, cəmi 70000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 E saylı binanın qarşısında onun sahibliyində olan 50 kv.m sahədən çıxarılması, həmin sahədə aparılmış tikintinin cavabdehin hesabına sökülməsi əvvəlki vəziyyətinin bərpa edilməsi, Cavabdeh2 ilə onun arasında bağlanmış ilkin müqavilənin ləğv edilməsi, Cavabdeh2 ona məxsus obyekti 6 il istifadə etdiyi dövrdə əldən çıxan faydanın hesablanıb cavabdehin ona ödədiyi 20000 manatdan çıxılaraq tərəfindən qalan hissənin geri ödənilməsi, Cavabdeh2 ona məxsus obyekti qeyri-qanuni alqı-satqı ilə digər Cavabdeh1 satıb, əvvəldən arxa divarı zəbt etdiyinə görə ona vurduğu 10000 (on min) manat ziyanın ödənilməsi, Cavabdeh1 qeyriqanuni v asitələrlə zəbt edib ələ keçirdiyi, iddiaçıya məxsus arxa divarda eni 20 sm, uzunluğu 12,70 m məsafədə, cəmi 2,54 m2 sahədə divar yerində özünə məxsus obyekt üçün tikdirdiyi divarın sökülməsi və obyektlər arasındakı rəsmi sənədlərdə mövcüd olan məsafənin bərpa edilməsi, Cavabdeh2 qeyri-qanuni alqı-satqı ilə alıb ələ keçirdiyi, iddiaçıya məxsus 30 m2 tikili sahəsini sökərək yerində iddiaçıya məxsus təqribən 45 m2 torpaq sahəsi üzərində öz obyektinə birləşdirmək yolu ilə tikdiyi binanın sökülməsi və layihə üzrə bərpası, Cavabdeh1 qanunsuz əməli nəticəsində iddiaçıya vurduğu 55000 manat maddi ziyanın ödənilməsi və 10000 manat mənəvi zərərin ondan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 iddia tələbini n dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün aralarında bağlanmış 14.09.2010-cu il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi və cavabdeh İddiaçı 20000 manat əsas ödədiyi pulun, 20000 manat öhdəliyin icra edilməməsi ilə əlaqədar olan cərimənin və 30000 manat abadlaşdırma ilə əlaqədar pulun, cəmi 70000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsi 20A saylı binanın qarşısında ticarət obyektinin tikilməsi üçün ona 2007-ci ildə 200 kv.m torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar həmin obyektə layihə hazırlanıb Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilmiş və onlar arasında torpaq sahəsinin icarəsi haqqında müqavilə bağlanmışdır. Həmin ünvanda qonşuluqda yerləşən ticarət obyektinin sahibi Cavabdeh1 ona məxsus olan torpaq sahəsinin təxminən 50 kv.m hissəsini zəbt edib, oradakı obyektini sökməklə öz obyektinə birləşdirmişdir. Bununla bağlı cavabdehə rəsmi məktubla müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətindən ona ayrılmış torpaq sahəsindən çıxmasını və qanunsuz tikilini öz hesabına sökməsini tələb etsə də, müsbət nəticəsi olmamışdır. Cavabdeh1 hazırda da həmin torpaq sahəsini zəbt etməkdə davam edir və bu qanunsuz əməlləri ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Digər Cavabdeh2 ilə onlar arasında 14 sentyabr 2010-cu ildə ilkin müqavilə bağlanmış və həmin müqavilə əsasında Cavabdeh2 E saylı binanın qarşısında yerləşən tikilini altındakı 30 kv.m torpaq sahəsi ilə birlikdə 20000 manata satmışdır. Cavabdeh2 da öz növbəsində Cavabdeh1lə gizli sövdələşərək ona məxsus torpaq sahəsini və üzərindəki tikilini mənimsəmişlər. Cavabdeh1 şərait yaratdığı üçün dəymiş ziyana görə Cavabdeh2 da cavabdehlik daşımalıdır. Müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh İddiaçı arasında bağlanmış 14 sentyabr 2010-cu il tarixli ilkin müqaviləyə əsasən cavabdeh ona E saylı binanın qarşısında yerləşən özbaşına tikilini altındakı 30 kv.m torpaq sahəsi ilə birlikdə 20000 manata satmışdır. O, da öz növbəsində həmin sahəni Cavabdeh1 satmışdır. İddiaçı Cavabdeh1 qarşı iddia qaldıraraq həmin torpaq sahəsini zəbt etdiyini bildi rir. Halbuki, Cavabdeh1 istifadəsində olan mübahisəli torpaq sahəsi İddiaçı heç bir hüquqi ixtiyarı olmadığı halda ona satdığı 30 kv.m torpaq sahəsidir. Cavabdeh1 müraciətindən sonra ona aydın olmuşdur ki, əslində İddiaçı heç bir torpaq sahəsi ayrılmamış, belə olduğu halda isə İddiaçı dövləyə məxsus torpaq sahəsini ona sataraq 20000 manat pulunu ələ keçirmişdir. O, həmin torpaq sahəsini aldıqdan sonra oradakı özbaşına tikilinin abadlaşdırılmasma 30000 manatdan çox xərc çəkmişdir ki, həmin xərc də İddiaçı tutulmalıdır. Bundan əlavə, onlar arasında bağlanmış ilkin müqavilənin şərtinə əsasən əsas müqavilənin bağlanmaması üçün İddiaçı məsuliyyət daşıyacağı halda ödənilmiş məbləğin iki mislini qaytarmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2 7 iyul 2017-ci il tarixli, 2(010)-5999/2017 saylı qərardadı ilə (hakim Natavan Tağıyeva) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20891 saylı, 29.12.2017-ci il tarixli rəyinə əsasən, həm iddiaçının, həm də cavabdehin qanuni istifadələrində olan torpaq sahələrinin, tikililərin yerində koordinatları müəyyən edilmişdir. Cavabdehin istifadə etdiyi mağaza və onun yerləşdiyi torpaq sahəsi onun adına verilmiş çıxarışın hüdudlarından kənarda yerləşir, eləcə də iddiaçıya icarəyə verimiş torpaq sahəsi və onun üzərində yerləşən tikili mülki iş materiallarına əlavə edilmiş sxemin hüdudl arı daxilində yerləşir. Cavabdehin istifadə etdiyi mağaza iddiaçının iddia etdiyi sözügedən ünvanda yerləşən torpaq sahəsinin bir hissəsinə düşür. İddiaçının iddia etdiyi sözügedən ünvanda yerləşən torpaq sahəsinin 48,0 kv.metr hissəsində mağaza tikilisinin mövcud olduğu, əraziyə baxış keçirilərkən həmin mağazanın Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən olunur. Birinci instansiya məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(010)-169/2018 saylı qətnaməsi ilə (hakim Elçin Ağayev) ilk iddianın rədd edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 37 saylı Notariat Kontorunda 14.09.2010-cu ildə bağlanmış, reyestrdə 3M-1-77 nömrə ilə qeyd edilmiş ilkin müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı 20000 manatın alınaraq müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 verilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin təsvir edilən hallarında göründüyü kimi, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20A saylı binanın qarşısında yerləşən 185 kv.m torpaq sahəsi icarə əsasında 49 il müddətinə İddiaçı istifadəsinə verilsə də, həmin torpaq sahəsinin 30 kv.m hissəsində Cavabdeh1 istifadə etdiyi mağaza tikilsi mövcuddur. Cavabdeh1 istifadə etdiyi həmin mağazanın mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirsə də, məhkəmə mühəndis texniki ekspertizasının 29.12.2017-ci il tarixli, 20891 saylı rəyindən görünür ki, mağaza Cavabdeh1 mülkiyyətində olan hissənin hüdudlarından kənarda yerləşir. Mübahisəli tikiliyə dair Cavabdeh1 tərəfindən başqa bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli qanunvericilik aktlarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, İddiaçı sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin mübahisəli torpaq sahəsinə sahibliyinin qanunsuzluğunu sübuta yetirsə də, onun cavabdehlərdən sahibliyin qaytarılmasını tələb etmək hüququ yaranmamışdır. Qanunvericilik aktlarından da görün düyü kimi, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş 19 mart 2018-ci il tarixli məktubundan göründüyü kimi, İddiaçı E saylı binanın qarşısında yerləşən 185 kv.m torpaq sahəsi üzərində icarə müqaviləsi əsasında əldə etdiyi hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məlum olduğu kimi mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə id dia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində İddiaçı icarə müqaviləsi əsasında əldə etdiyi hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və bu mənada o müvafiq subyektiv hüquqa malik olmadığı üçün cavabdehdən mübahisəli torpaq sahəsindən çıxmalarını tələb edə bilməz. Başqa sözlə, hazırki mübahisə öz mahiyyətinə görə hüquq haqqında mübahisə kimi qiymətləndirilə bilinmədiyindən ilk iddia tələbinin həmin hissəsi və ondan törəmə digər tələblər rədd olunmalıdır. İlk iddia tələbinin Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış ilkin müqavilənin ləğv edilməsi hissəsinə isə məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə birgə qiymət verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə qeyd edir ki, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi ilkin alıq-satqı müqaviləsi adı altında əslində daha öncə istinad olunan maddi hüquq normalarının kobud surətdə pozulması ilə müşayiət olunan özbaşına tikiliyə və icarədə olan torpaq sahəsinə dair faktiki alqı-satqı həyata keçirilmişdir. Yuxarıda qeyd olunduğu kimi, mülkiyyət hüququna dair heç bir sənədi olmayan tikiliyə və icarədə olan dövlət reyestrində qeydiyyata alınmamış torpaq sahəsinə dair hər hansı alqı-satqı müqaviləsi bağlana bilməzdi. Buna baxmayar aq, Bakı şəhəri 37 saylı notariat kontorunun təsdiq etdiyi 14 sentyabr 2010-cu il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, E.Qasımov küçəsi 20 A saylı binanın qarşısında yerləşən ümumi sahəsi 70 kv.m olan özbaşına tikilinin 30 kv.metrini altındakı torpaq sahəsi ilə birlikdə X6 20000 manata satmışdır. Məhkəmənin qənaətinə görə işin qeyd edilən halları onu deməyə əsas verir ki, mübahisələndirilən ilkin müqavilə etibarsız hesab olunmalıdır. Məhkəmənin mövqeyinə görə 14 sentyabr 2010-cu il tarixli ikin alqı-satqı müqaviləsi artıq bağlandığı andan etibarsız sayıldığından, müqavilə üzrə tərəflər üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsas olmadığından, həmin müqavilə üzrə İddiaçı əqd üzrə aldığı 20.000 manat pulun digər t ərəfə - Cavabdeh2 qaytarması təmin edilməlidir. Cavabdeh2 həmin müqavilə üzrə aldıqlarını digər tərəfə - İddiaçı qaytarmalı olması ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh2 özbaşına tikilini və onun yerləşdiyi torpaq sahəsini İddiaçı aldıqdan sonra başqa şəxsə - Cavabdeh1 satmış, sonuncu isə həmin sahədə tikinti işləri apararaq hazırda oradan mağaza kimi istifadə edir və İddiaçı ilkin müqaviləyə rəğmən Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmədə baxılan hazırkı mübahisənin bir hissəsi məhz bununla bağlıdır. Qeyd edilənlərlə əsasən məhkəmə hesab edir ki. İddiaçı ilkin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 verdiklərinin geri qaytarılması onunla Cavabdeh1 arasında olan məhkəmə mübahisəsi çərçivəsində həll edildiyindən əqdin etibarsızlı ğının nəticələri qaydasında həll edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki. İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanmış 14 sentyabr 2010-cu il alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh2 F.Abbsovaya verdiyi 20.000 manat sonuncudan alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 verilməlidir. Üçüncü şəxs Cavabdeh2 irəli sürdüyü iddianın qalan hissələri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddianın həmin hissələri əsassız hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 127.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.3, 157.8, 158, 164.2, 165.1, 180.2, 324.1, 324.2, 342.4, 324.5, 337.1, 358.1, 402.1-402.6, 646.1, 648.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67, 68-ci, “Torpaq icarəsi haqqında” Qanunun 10, 12-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 88, 119.2, 217.4-cü maddələri və “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14.02.2003-cü il tarixli, 2 saylı qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – F uad Talışinski- sədrlik edən və məruzəçi, Sənan Hacıyev, Rafael Eyvazov) 2(103)-7219/2018 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(010)-169/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyaşiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan sənədlər ə, habelə Bakı Şəhər İcra Hakimiyyətinin 18/03- 8/2304 saylı 26 iyul 2018-ci il tarixli məktubuna əsasən adıçəkilən ünvana - ünvan 1carət obyektinə dair sərəncamın, qərarın olmadığı halda həmin ünvana dair hər hansı iddianın ilk növbədə subyektiv hüquq baxımından qiymətləndirilməsi mümkün deyildir. Qətnamədən narazı qalan İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Əhməd Əhmədovsədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) 2(102)-413/2019 saylı, 22 yanvar 2019cu il tarixli qətnaməsi ilə kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-7219/2018 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qət edilmişdir. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunu Azərbaycan Respublikası MPM-nin 220, 392-ci maddələrinin tələblərinə cavab vermir və qətnamənin təsviri və əsaslandırıcı hissələrini biri-birindən ayırmaq mümkün deyil və ümumiyyətlə qətnamə əsaslandırılmamışdır. Eləcə də qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar, həmçinin məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdikləri dəlillər, eyni zamanda hazırkı nəticəyə gəlməsi barədə motivlər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar, normativ hüquqi aktlar göstərilməmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin tələblərini pozaraq hansı dəlillərə əsasən iddiaçının apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən və ümumiyyətlə onun apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, işdə iştirak edən şəxslərin izahatlarını qətnaməyə köçürməklə, eləcə də işə əlavə edilmiş sübutları qətnamədə sadalamaqla öz vəzifəsini bitmiş hesab etmişdir. Halbuki, həmin maddənin mənasına görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdır mağa, həmçinin apellyasiya şikayətini təmin etmədikdə və ya məhkəmənin qətnaməsini dəyişdirdikdə, hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etməməsini və yaxud qətnaməni dəyişdirməsini yekun məhkəmə aktında göstərməyə borcludur. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddia tələbləri rədd, üçüncü şəxs Cavabdeh2 iddia tələbləri qismən təmin edilməsinə baxmayaraq, iddiaçı istisna olmaqla digər işdə iştirak edən şəxslər qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməmişlər. İddiaçı isə apellyasiya şikayətində qətnaməni qismən öz iddia tələblərinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yox lamaqla əslində Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddədə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam və ya qismən yoxlamaq vəzifəsi müəyyən edilmişdir. Qətnamənin əsaslılığının tam və ya qismən yoxlanılması onun hansı hissədə mübahisələndirilməsindən, apellyasiya şikayətinin qətnamənin ləğvinə yönəlib-yönəlməməsindən, eləcə də mübahisə predmetinin bölünməz olubolmamasından asılıdır. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəlmədikdə (yəni şikayətdə qətnamənin qismən ləğv olunması və ya dəyişdirilməsi xahiş olunduqda) və mübahisənin predmeti bölünən olduqda qətnamənin əsaslılığı qismənyəni onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılır. Bu baxımda n kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin obyekti qismində birinci instansiya məhkəməsinin qətnaməsi vahid akt kimi çıxış etsə də, apellyasiya şikayətində qətnamənin əsassız olması ilə bağlı göstərilən dəlillər həm məhkəmənin gəldiyi bütün nəticələrlə, həm də bu nəticələrdən biri və ya bir neçəsi ilə bağlı ola bilər. Bu halda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisələndirilən hissəsində yoxlamalıdır. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, qətnamənin əsaslılığının qismən yoxlanılması üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin eyni vaxtda olması vacibdir. Birincisi, apellyasiya şikayətinin qətnamənin tam ləğvinə yönəlməməsi; ikincisi, mübahisə predmetinin bölünən olması. Bu şərtlərdən hər hansı birinin istisna olması qətnamənin əsaslılığının tam yoxlanılması üçün əsasdır. Hazırkı halda, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsinə yönəlmədiyi və mübahisənin predmeti bölünən olduğu üçün, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamaqda səhvə yol vermişdir. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçının apellyasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşarkən, sadalanan maddi hüquq n ormalarının tələblərini, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarında şərh edilən məcburi göstərişləri nəzərə almadan, işə əlavə edilmiş sübutları, o cümlədən ekspert rəyini, işdə iştirak edən şəxslərin izahatlarını məhkəmə iclasında tədqiq edib, işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlamadan, onlara Azərbaycan Respublikası MPM-nin 88, 101.3, 103.2 və 106.1-ci maddəsinin tələbləri baxımından hüquq qiymət vermədən, iddiaçının hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair səhv nəticəyə gəlmişdir. Halbuki, mübahisəli torpaq sahəsinin iddiaçının icarəsində, istifadəsində, sahibliyində olması, eləcə də cavabdehin istifadə etdiyi mağazanın torpaq sahəsinə dair onun adına verilmiş çıxarışın hüdudlarından kənarda yerləşməsi, həmçinin sözügedən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi, mübahisəli tikilinin onun adına verilmiş sxemin hüdudları daxilində yerləşməsi, eləcə də cavabdehin istifadə etdiyi mağazanın həmin torpaq sahəsinin 48,0 kv.metr hissəsinə düşməsi və sair mülki iş materialları ilə tam təsdiq olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə üçüncü şəxs Cavabdeh2 arasında bağlanmış ilkin müqavilənin şərtlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin tələbləri bax ımından təfsir etmədən, ilkin müqavilə ilə əslində tərəflərin həmin müqavilədə nəzərdə tutumuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürmələrinə, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlərin göstərilməli olmasına, ilkin müqavilənin bağlanması üçün müqavilənin predmetini təşkil edən əmlakın satıcının mülkiyyətində olmasının zəruri şərt kimi nəzərdə tutulmamasına əhəmiyyət vermədən, ilkin müqavilədə şərtləndirilmiş müddətdə əsas müqavilənin bağlanmamasının səbəblərini, eləcə də iddiaçının ilkin müqavilə üzrə əsas müqaviləni bağlamaq barədə üçüncü şəxs Cavabdeh2 təklif göndəribgöndərməməsini araşdırmadan və beləliklə də hazırkı mə hkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Tofiq Səmədov- sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 2(103)-4138/2019 saylı, 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(010)-169/2018 saylı qətnaməsinin İddiaçı iddiasının təmin olunmayan hissəsində qismən ləğv edilməsi, İddiaçı iddiasının qismən təmin olunması, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 20A saylı binanın qarşısında yerləşən, İddiaçı icarəsində, istifadəsində və sahibliyində olan 48 kv.m torpaq sahəsindən çıxa rılması, həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, qətnamənin apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mülki və torpaq qanunvericliyinin müddəalarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi bel ə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, mülki iş materialları ilə göründüyü, eləcə də iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında da qeyd edildiyi kimi Cavabde h1 tərəfindən qanunsuz istifadə edilən mübahisəli torpaq sahəsinin bir hissəsinin İddiaçı icarəsində, istifadəsində, sahibliyində olması, eləcə də məhkəmə-mühəndis ekspertizasının 29 dekabr 2017-ci il tarixli, 20891 saylı rəyinə əsasən Cavabdeh1 istifadə etdiyi mağazanın torpaq sahəsinə dair onun adına verilmiş çıxarışın hüdudlarından kənarda yerləşməsi, həmçinin sözügedən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi, mübahisəli tikilinin onun adına verilmiş sxemin hüdudları daxilində yerləşməsi, habelə cavabdehin istifadə etdiyi mağazanın həmin torpaq sahəsinin 48,0 kv.metr hissəsinə düşməsi mülki iş materialları ilə tam təsdiq olunur. Belə olan halda, sözügedən 48,0 kv.metr torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunsuz olaraq istifadə edildiyindən, İddiaçı iddia tələbləri həmin torpaq sahə sindən Cavabdeh1 çıxarılması və sonuncu tərəfindən orada inşa edilmiş özbaşına tikililərin sökülməsi hissəsində əsaslıdır. Bundan başqa, İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək onunla Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2010-cu il tarixli İkin müqavilənin ləğvini xahiş etmişdir. Eyni tələblə, üçüncü şəxs Cavabdeh2 da məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə Cavabdeh2 həmin iddiasını təmin etsə də, İddiaçı eyni məzmunlu iddiasını təmin etməmişdir. Kollegiya həmçinin İddiaçı iddia tələblərinin maddi, mənəvi ziyana və əldən çıxmış faydaya görə cavabdehdən pulun tutulması hissəsində onun apellyasiya şikayətinin dəlilillərini əsassız, bu barədə apellyasiya şikayətinin dəlillərini əsaslandırılmamış hesab edir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələblərini həmin hissədə təmi n etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual pozuntulara yol verərək təqdim olunmuş ilkin sübutları təmin etməmiş, İddiaçı icarəsində, istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair Cavabdeh1 tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına etinasızlıq göstərərək, hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin qismən ləğv edilməsi üçün birbaşa əsasdır. Qətnamədən narazı qalan Cavabdeh1 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin ləğv edilərək iddia təl əbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Vəfaddin İbayevsədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Qəhrəman Allahverdiyev) 2(102)-7361/2019 saylı, 22 noyabr 2019-cu il tarixli qətnaməsi ilə kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qət edilmişdir. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu torpaq mübahisələri ilə əlaqədar qanunvericiliyin tətbiqi təcrübəsinin vahid qaydasına nail olmaq məqsədi ilə 14 fev ral 2003-cü ildə “Torpaq qanunvericilinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələlər haqqında” qərar qəbul etmişdir. Qərar vahid məhkəmə təcrübəsinin yaranması məqsədi ilə bir sıra izah və tövsiyələri nəzərdə tutub. Həmin işə baxılarkən məhkəmələr tərəfindən qəbul edilmiş qətnamə və qərarda qeyd olunan qərarın bəzi müddəalarına istinad olunsa da, qərarın əsas tələblərindən birinə riayət olunmamışdır. Belə ki, qərarın 3-cü maddəsi nəzərdə tutur ki, “torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusunu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir.” Təəssüflə qeyd ol unmalıdır ki, məhkəmələr Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulan həmin tələbə riayət etməmiş, mübahisəli torpaq sahəsinin hüquqi statusunu yəni, onun kimin mülkiyyətində olmasını müəyyən etmədən mübahisə ilə bağlı yekun qərara gəlmişdir. Bu isə təbii olaraq qəbul olunmuş qərarın hüquqauyğunluğunu şübhə altına alır. Mübahisəli torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi zəruriliyi həm də onunla şərtlənir ki, eyni torpaq sahəsi ilə bağlı həm Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, həm də Bakı şəhəri İcra Hakimiyyəti sərəncam xarakterli hərəkətlərə yol vermiş və həmin sərəncamlarda torpağın hüquqi statusu ilə bağlı mövqeləri bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 05.06.2007-ci il tarix li sərəncamında vətəndaş İddiaçı Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 20 A saylı binanın qarşısındakı torpaq sahəsində köşkün daşdan tikilməsinə icazə verilmişdir. Həmin sərəncamın 2-ci bəndində qeyd olunur ki, “köşkün yerləşdiyi torpaq sahəsinə Hövsan Bələdiyyəsi ilə icarə müqavilənin bağlanması və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən çıxarışın alınması vətəndaş İddiaçı tapşırılsın.” Beləliklə həmin sərəncamdan belə məlum olur ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Bakı şəhəri Hövsan Bələdiyyəsidir. Lakin Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında 02 fevral 2017-ci il tarixdə E saylı binanın qarşısında yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmış və həmin müq avilədə torpağın mülkiyyətçisi və ya onun təmsilçisi kimi Bakı şəhər İcra Hakimiyyəti çıxış etmişdir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin bağladığı müqavilədə torpağın mülkiyyətçisi kimi dövlət ehtiva olunduğu halda, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamında həmin torpaq sahəsinin mülkiyyətçisi kimi Bakı şəhər Hövsan Bələdiyyəsi qeyd olunmuşdur. Göründüyü kimi həmin sərəncam və müqavilənin araşdırılması birmənalı olaraq mübahisəli torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsini tələb etmişdir. Torpaq sahəsinin mülkiyyətçisinin Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi olduğu halda Bakı şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsi bağlamağa səlahiyyətli olmamışdır. Göründüyü kimi mübahisəli torpağın hüquqi statusunun müəyyən edil məsi mübahisənin həlli üçün birmənalı əhəmiyyət kəsb etdiyi halda apelyasiya instansiyası məhkəməsi həmin məsələni araşdırmadan işin mahiyyəti üzrə qərar qəbul etməklə səhvə yol vermişdir. İş üzrə araşdırılması zəruri olan məsələlərdən biri də ondan ibarətdir ki, cavabdehin mülkiyyətində olan mağazaya onun mülkiyyət hüququ 09.12.2015-ci il tarixdə qeydə alınmış və ona müvafiq çıxarış verilmişdir. İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında icarə müqaviləsi 02.02.2017-ci il tarixdə bağlanıb. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 29 dekabr 2017-ci il tarixli rəyində qeyd olunur ki, “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi"nin arxiv və elektron bazasında mübahisələndirilən mağazaya hər hansı mülkiyyətçiyə hüquqi və ya texniki sənədin verilməsi və İddiaçı Bakı şəhəri E saylı binanın qarşısında torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığı, Cavabdeh1 istifadə etdiyi mağazanın və onun yerləşdiyi torpaq sahəsinin Cavabdeh1 verilmiş çıxarışın hüdudlarından kənarda yerləşdiyi, İddiaçı Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20A saylı binanın qarşısında yerləşən torpaq sahəsinin icarə verilməsi və tikinti işlərinin aparılması barədə sənədlərə əlavə edilmiş mülki iş materiallarında (s.11,12) olan sxemin hüdudları daxilində yerləşdiyi müəyyən edilir.” Məhkəmə Mə verilmiş çıxarışın onun istifadə etdiyi mağazanın və onun torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsinə aydınlıq gətirməmişdir. Yəni çıxarış verilərkən mağazanın hansı torpaq sahəsində yerləşdiyi aydınlaşdırılmalı, əgər mağaza ona ayrılmış torpaq sahəsində yerləşməyib sə ona çıxarış verilməməlidir. Ekspert rəyi ilə Min istifadə etdiyi mağazanın sahəsinin nə qədər olması, onun istifadə etdiyi mağazanın sahəsinin çıxarışda qeyd edilən 356.7 kv.metrdən çox və ya az olması müəyyən edilməmişdir. Əgər M cəmi 356.7 kv.metrdən istifadə edirsə, onun istifadəsində olan torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsinin bağlanması hüquqi cəhətdən dəyərləndirilməlidir. Cavabdeh1 mülkiyyət hüququnun mövcudluğu ilə bağlı çıxarışın verilməsi mağazaya dair texniki pasportun da tərtib olunması və mövcudluğunu şərtləndirir. Lakin mağazanın texniki pasportu məhkəmələr tərəfindən araşdırılmamış və işə əlavə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılması ilə bağlı yol verilən prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. e) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Emin Mehdiyev- sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Xəyal Sarıyev) 2(103)-247/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, İş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2018-ci tarixli, 2(010) 169/2018 saylı qətnaməsi İddiaçı iddiasının təmin olunmayan hissəsində qismən ləğv edilməsi, İddiaçı iddiasının qismən təmin olunması, Cavabdeh1 E saylı binanın qarşısında yerləşən, İddiaçı icarəsində, istifadəsində və sahibliyində olan 48 kv.metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin onun öz hesab ına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilməsi, qətnamənin İddiaçı apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mülki və torpaq qanunvericliyin müddəlarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun t ərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, mülki iş materialları ilə göründüyü kimi Cavabdeh1 tərəfindən qanunsuz istifadə edilən mübahisəli torpaq sahəsinin bir hissəsinin İddiaçı icarəsində, istifadəsində, sahibliyində olması, eləcə də məhkəmə-mühəndis eksp ertizasının 29 dekabr 2017-ci il tarixli, 20891 saylı rəyinə əsasən Cavabdeh1 istifadə etdiyi mağazanın torpaq sahəsinə dair onun adına verilmiş çıxarışın hüdudlarından kənarda yerləşməsi, həmçinin sözügedən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi, mübahisəli tikilinin onun adına verilmiş sxemin hüdudları daxilində yerləşməsi, habelə cavabdehin istifadə etdiyi mağazanın həmin torpaq sahəsinin 48,0 kv.metr hissəsinə düşməsi mülki iş materialları ilə tam təsdiq olunur. Habelə, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (mağaza) üzrə daşınmaz əmlakın Mübariz Səfərliyevin adına 09.12.2015-ci il tarixdə qeydə alınmasına dair dövlət reyestrindən çıxarış və həmin qeyri yaşayış sahəsinin 09.12.2015-ci il tarixli texniki pasportu ilə Cavabdeh1 istifadə etdiyi, Bakı şəhəri, E saylı binada yerləşən qeyri-yaşayış sahəsinin (mağazanın) sahəsi və onun yerləşdiyi torpağın sahəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reystrində RX seriyalı, ******* saylı çıxarışla xüsusi mülkiyyət kimi qeydə alınmış 356,7 kv.m olan sahənin hüdudlarından kənara çıxdığı müəyyən edilmişdir. Belə ki, həmin çıxarışa əsasən, qeyri-yaşayış sahəsinin (mağazanın) ümumi sahəsi 356.7 kv.m təşkil etdiyi halda, həmin qeyri-yaşayış sahəsinin (mağazanın) ümumi tikili altı sahə isə 398,6 kv.m, açıq torpaq sahəsi 112,2 kv.m olmaqla ümumi torpaq sahəsi 510.8 kv.m, təşkil edir. Beləliklə, torpaq sahəsindən kənara çıxma məhkəmə araşdırması zamanı təsbit edildiyi üçün E saylı binanın qarşısında yerləşən İddiaçı istifadəsində olan 48 kv.metr torpaq sahəsindən çıxarılması, həmin sahədə aparılmış tikintinin cavabde hin hesabına sökülməsi və əvvəlki vəziyyətinin bərpa edilməsi hissələrində İddiaçı iddiasının əsaslı və qanuni olması müəyyən edilmişdir. Belə olan halda, sözügedən 48,0 kv.metr torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunsuz olaraq istifadə edildiyindən, İddiaçı iddia tələbləri həmin torpaq sahəsindən Cavabdeh1 çıxarılması və sonuncu tərəfindən orada inşa edilmiş özbaşına tikililərin sökülməsi hissəsində əsaslıdır. Bundan başqa, İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək onunla Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2010-cu il tarixli ilkin müqavilənin ləğvini xahiş etmişdir. Mübahisə barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin müqavilənin etibarsız sayılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh2 iddia tələbini həmin hissədə təmin etmiş, İddiaçı iddiasını təmin etməmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirməmişdir. Kollegiya, həmçinin İddiaçı iddia tələblərinin maddi, mənəvi ziyana və əldən çıxmış faydaya görə cavabdehdən pulun tutulması hissəsində onun apellyasiya şikayətinin dəlilillərini əsassız hesab edir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələblərini həmin hissədə təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin apelyasiya şikayətinin qismən təmin olunması hissəsində ləğv edil məsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 09.12.2015-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanda ümumi sahəsi 356.7 kv.m olan qeyri-yaşayış binası onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinin ümumi torpaq sahəsi 510.8 kv.m, ümumi tikili altı sahə 398.6 kv.m, açıq torpaq sahəsi 112.2 kv.m təşkil edir. 18.11.2016-cı il tarixdə Cavabdeh2 müqavilə əssında ona məxsus olan 30 kv.m torpaq sahəsini 24000 manata almışdır. Ali Məhkəmənin 22.11.2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş göstərişlər apelyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən tam icra olunmamış və nəticədə əsassız və qa nunsuz qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi X4, Cavabdeh1, vəkili Vəkil, müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 və 139.3. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 152.
8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə et mir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında t ədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayəti üzrə qətnamə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, kassator kasasiya şikayətində 18.11.2016-cı il tarixdə Cavabdeh2 müqavilə əssında ona məxsus olan 30 kv.m torpaq sahəsini 24000 manata almasın göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, 48,0 kv.metr torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. Həmin hissə ilə bağlı cavabdehin hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir və onun həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin zəbt edilməsi əldə edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində işə sonuncu dəfə baxmış apelyasiya kollegiyası tərəfindən daha əvvəl işə baxmış kasasiya kollegiyasının göstərişlərinə əməl edilməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-247/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.