Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6289/2019 03.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-5512/2017, hakim T.X.Əkbərov) İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüq uquna xitam verilməsi, evdən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7742/2018, hakimlər A.Q.Hüseynov, X.A.Cəmilova, İ.K.Xəlilov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçı tərəfindən 8.000 manat kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə, 170 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-201/2019, hakimlər Ə.A.Əhmədov, A.Ə.İskəndərov, İ.K.Dəmir ov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il il tarixli qətnaməsi ilə (iş № 2(103)-3620/2019, hakimlər Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev, X.Ə.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh 24 avqust 1995-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahlarından 11 fevral 1997-ci il tarixdə Əhməd, 11 fevral 1999-cu il tarixdə Üıvi adlı iki uşaqları doğulmuşdur. T ərərlər arasındakı nikah 14 mart 2013-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Həmin məhkəmə qətnaməsi ilə eyni zamanda tərəflərin birgə nikahından doğulmuş hər iki uşağın İddiaçı yanında saxlanılması qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 26 avqust 2014-cü il tarixli qətnaməsi ilə Cavabdehİddiaçı qarşı “evə köçürülmə, evdən istifadə qaydasının müəyyən edilməsi və ümumi əmlakda olan payın bölünməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ünvan ünvanda yerləşən İddiaçı yaşadığı evə köçürülməsi, “Kia Rio” markalı avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. 05 oktyabr 2017-ci il tarixdə Məlikov İddiaçı Sevinc Mirzə qızına qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evd ən çıxarılma” tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiya verilməklə istifdə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilmiş hüququdur. Bu məsələnin həlli istifadə hüququ olan şəxsin iradəsindən asılı deyildir. İstifadəçinin mənzilin bölünməsi və onun dəyərindən pay tələb edilməsi hüququ yoxdur. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində yaşamaqla onun mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirməsinə maneə yaradır, onu və uşaqlarını narahat edir, özünə xəsarət yetirərək sahə müvəkkilinə müraciət edir, iddiaç ıya böhtan atmaqla onun əsassız yerə polis idarəsinə çağırılmasına səbəb olur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasi ya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin iddiaçıya məxsus fərdi yaşayış evinə cavabdehin məhkəmə qətnaməsi ilə tanınmış istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təklif edilən 5.000 manat komensasiya məbləğinin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilməsi üçün yetərli olmadığından iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi mübahisəli evin bazar dəyərinin 30000-35000 manat, həmin ərazidə və ona yaxın ətrafda bir otaqlı fərdi yaşayış evinin orta bazar kirayə haqqının 70-80 manat olduğuna, iddiaçının apelly asiya baxışında 8000 manat kompensasiya ödəməyə razı olduğuna, həmin məbləğin cavabdeh təxminən 8 il müddətində eyni şəraitdə başqa yerdə yaşamaq imkanı verdiyinə, eyni zamanda nikah pozulduqdan sonra uşaqların iddiaçının himayəsində qalmaqla yetkinlik yaşına çatdıqlarına, cavabdehin 2014-cü ildən məhkəmə qaydasında evə köçürülməklə yaşadığına istinad edərək iddiaçının şikayətini təmin edərək qətnaməni ləğv etmiş və 8.000 manat kompensasiya ödənilməklə cavabdehin istifadə hüquqlarına xitam verilməsini qət etmişdir. Cavabdehin kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən evin nə vaxt inşa edilməsini, həmin evin və ya köməkçi sahələrinin tərəflərin ümumi gəlirləri hesabına tikilib-tikilməməsini, mübahisəli evdə istifadə hüququ olduğu halda cavabdehin razılığı olmadan həmin evin nikah pozulduqdan sonra mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmasına və sonuncunun adına bu barədə 03 iyun 2017-ci il tarixli çıxarış verilməsinə diqqət yetirmədən və beləliklə də evin tərəflərin ümumi birgə mülkiyyəti sayıla bilməsi üçün yuxarıda sadalanan maddələrdə nəzərdə tutulan əsasların olub-olmamasını aydınlaşdırmadan, iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırda baxılan iş üzrə iddianın həm faktiki, həm də hüquqi əsası istifadə hüququ ilə bağlı olduğundan birgə mülkiyyət hüququ ilə bağlı məsələ hazırki məhkəmə icraatının araşdırma predmeti ola bilməz. Eyni zamanda apellyasiya məhkəməs i iddiaçının cavabdehin əvvəlki yaşayış sahəsinin şəraitinə oxşar şəraitdə yaşaya bilməsi üçün kifayət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyi əsası ilə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi kassasiya instansiyası məhkəməsinin qərarında cavabdehin istifadə hüququnun xitamı üçün təklif edilən kompensasiya məbləğinə dair apellyasiya məhkəməsinin istinad etdiyi hallar ümumiyyətlə şərh edilməmişdir. Bununla bərabər, apellyasiya məhkəməsi əvvəlki apellyasiya baxışından fərqli olaraq cavabdehin istifadə hüququnun xitamı üçün təklif edilən kompensasiya məbləğinin cavabdehin əvvəlki yaşayış s ahəsinin şəraitinə oxşar şəraitdə yaşaya bilməsi üçün kifayət etmədiyi barədə nəticəyə gələrək iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə m üəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlə rə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Deməli Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə hazırki iddia üzrə kompensasiyanın məbləği məhkəmə tərəfindən müəyyən edilməklə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olub-olmaması nəzərə alınmaqla iddianın təmin və ya rədd edilməsi barədə qətnamə qəbul edilə bilər. Apellyasiya məhkəməsi yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozaraq iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği ilə razılaşmadığı halda işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etmədən iddianın rədd edilməsi barədə barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6289/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6289/2019
03.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver