Məhkəmə qərarları › İş №2(102)-6291/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6291/2021

07.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6291/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh və vəkili Hüseynov Faiq Oqtay oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı, üçüncü şəxs X2 cəlb edilməklə “pul” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5216/2021nömrəli, 22.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi tikili İddiaçı2 məxsus olmuşdur. İddiaçı2 özünə məxsus olan həmin evi Cavabdeh satmışdır. Tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən Abbasova X3 Əli Adil oğluna 55 000 manat ödəməyi öhdəsinə götürmüşdür. Razılaşdırılmış məbləğin bir hissəsi verilmiş, 14.300 (on dörd min üç yüz) manat ödənilməmiş qalmışdır. Ona görə iddiaçılar hazırkı mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qrşı, üçüncü şəxs X2 cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.300 (on dörd min üç yüz) manat qalıq borcun, borc məbləğinin beş fazinin və iddalarına baxılması üçün məhkəmə üçün banka ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi tikilini, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan X1 vasitəçiliyi ilə cavabdehlə razılaşdıqları məbləğə yəni, 55500 (əlli beş min beş yüz) manata satmışlar ki, buna dair də 24 yanvar 2019-cu il tarixdə Akt tərtib olunmuşdur. Cavabdehlə razılaşmaya görə cavabdeh aldığı evin razılaşdıqları dəyərinin 30.200 (otuz min iki yüz) manatını nəğd olaraq vermiş yerdə qalan pulu da qısa müddətdə yəni həmin ilin iyul ayının sonuna kimi onlara verəcəyinə razılaşmışlar. Bu razılaşmadan sonra cavabdeh onlara həmin ilin may ayına kimi 11.000 (on bir min) manat da verib. Lakin cavabdeh artıq razılaşma şərtlərini pozaraq aldığı evin dəyərinin qalıq hissəsi olan 14.300 (on dörd min üç yüz) manatı onlara ödəməkdən yayınır. Sonuncu telefon danışıqları zamanı isə cavabdeh ümumiyyətlə onlara verməli olduğu qalıq məbləğin yarısını yəni, 7000 (yeddi min) manat hissəsini verəcəyini bildirib və buna əsas kimi də güya onlardan evi aldıqdan sonra evin təmirinə çox xərci çıxdığını göstərmişdir.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsi ilə (hakim. H.Əhmədova) iddia qismən təmin edilmiş, Cavabdeh 14.300 (on dörd min üç yüz) manat borcun və ödənilmiş 30 mana t dövlət rüsumunun alınaraq İddiaçı2 verilməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 646.1, 646.2-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 22.06.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Mehdiyev (sərlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 193/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbini qismən təmin etməklə cavabdehdən 7000 manat tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh və vəkili Hüseynov Faiq Oqtay oğlu k asasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.

14. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc isə əşyanı qəbul edib əvəzində müəyyənlə şdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

17. Maddə. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası mə hkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

23. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi tikili İddiaçı2 məxsus olmuşdur. İddiaçı2 özünə məxsus olan həmin mənzili Cavabdeh satmışdır. Tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən Abbasova X3 Əli Adil oğluna 55 000 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğdən 14.300 manatın ödənilməməsini hər iki tərəf təsdiq etmişlər.

24. Cavabdehin yeganə etirazı ondan ibarət olmuşdur ki, evi aldıqdan sonra onun çardağında nöqsanlar aşkar edilmiş və orada təmir işləri apardığına görə iddiaçıya 7000 manat pul verə bilər, qalan məbləği təmirə xərcləmişdir.

25. Mübahisəli daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, mü bahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığı üçün, analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir.

26. Cavabdeh qeyd olunan evi aldıqdan sonra məhz həmin vaxt evin damında olan problemlə bağlı təmir işləri aparması və 7300 manat təmir xərci çəkməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir.

27. Bundan başqa, Abbasova X3 Əli Adil oğluna məxsus evi alarkən, həmin evə baxış keçirmiş və tərəflərin qarşılıqlı razılığı ilə evin alqı-satqısı həyata keçirilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının 29 dekabr 2020-ci il tarixli 10/2081 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi tikilinin dam örtüyünə v izual baxış zamanı damın tikintisində istifadə olunan materialların görünüşünü, aşınma dərəcəsini nəzərə alaraq həmin tikilinin dam örtüyünün təmir olunduğu müəyyən olunmuşdur. Lakin təmir işlərinin hansı tarixdə aparılmasını müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün təmirinə çəkilmiş xərc orta bazar qiymətinə uyğun olaraq 3784 manat təşkil edir. Dam örtüyü üzərində faktiki olaraq heç bir qüsur aşkarlanmadığına, həmçinin mülki iş materiallarında dam örtüyünün təmirdən öncəki vəziyyətinə dair məlumat olmadığına görə, dam örtüyünün təmir olunmasının səbəbini müəyyən etmək mümkün olmamışdır.

29. Cavabdehin nəzərinə çatdırılır ki, sübutlar 1-ci instansiyası məhkəməsinə təqdim edilməlidir. Apelyasiya Məhkəməsi sübutları o halda qəbul edir ki, onu təqdim edən sübutları ondan asılı olmayan səbəblərdən 1-ci instansiya məhkəməsinə təqdim edə bilməməsini sübuta yetirmiş olsun.

30. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Ona görə şikayətdə işin faktiki hallarının tam araşdırılmaması ilə bağlı qeyd olunanlar əsaslı deyil.

31. İşə baxan Apelyasiya Məhkəməsi sübutetmə vəzifəsini düzgün bölüşdürmüş, haqlı olaraq hesab etmişdir ki, cavabdeh etirazının əsası kimi istinad etdii halları sübuta yetirə bilməmişdir.

32. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll ed ərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 22.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-5216/2021nömrəli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar