Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6299/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumayev Ceyhun Rizvanoğlunun katibliyi, iddiaçı İddiaçı və vəkili X1 və 3-cü şəxs Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatıİdarəsinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev, 2(005)-4480/2018) İddiaçı Cavabdehnə qarşı “qərarın etibarsız sayılması” tələbinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Qhüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov; 2(103)-3693/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh “xxxx" şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şirkətin direktoru təyin edilməsi barədə qərarın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiası iddiasını onunla əs aslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsi tərəfindən 30.07.2018-ci ildə dəvət edilərək ona xəbərdarlıq təqdim olunub. Cavabdeh şirkətin rəhbəri kimi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-673/2017 saylı, 17.01.2017-ci il tarixli icra sənədinin icrasını təmin etməyi ondan tələb olunub, əks təqdirdə müvafiq məsuliyyətə cəlb ediləcəyi bildirilib. Eyni zamanda icra qurumu tərəfindən ona “icraata başlamaq haqqında” qərarın surəti də təqdim olunub. Apardığı araşdırmalardan məlum olub ki, guya 2012-ci ildən cavabdeh şirkətin direktorudur. Əslində 2012-ci ildə “Avesta Concern”nin ofis binası kimi tanınan iş mərkəzində bir müddət katibə kimi fəaliyyət göstərib. Həmin iş mərkəzində katibə kimi fəaliyyətə başladıqdan sonra ona imzalamağı üçün sənəd təqdim edilib və onları imzalayıb. Lakin imzaladığı sənədlərin onun katibə kimi işə götürülməsi ilə əlaqədar olduğunu zənn edib. Heç vaxt sözügedən şirkətdə direktor vəzifəsinə təyin edilməyini bilməyib. Bu şirkətdə direktor kimi fəaliyyət göstərməyib, heç vaxt bu şirkətin hansı fəaliyyətlə məşğul olmasından xəbəri olmayıb. Yəni iddiaçının adı bu şirkətin direktoru kimi formal olaraq qeydə alınıb. Araşdırma apararkən ona cavabdeh şirkət barəsində hazırda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində istintaq aparıldığı bildirilib. Heç vaxt bu şirkətin direktoru kimi sözügedən idarəyə çağrılmayıb.Cavabdeh şirkətin direktoru kimi heç bir sənədi imzalamayıb. Habelə, barəsində Cavabdeh rəhbəri kimi icra işinin başlanılmasına əsas olan icra sənədinin verildiyi məhkəmə qət naməsinin qəbul edildiyi mülki işin materialları araşdırılsa, həmin işdə nümayəndə kimi təmsil olunmağa dair bu və ya digər şəxsə etibarnamə vermədiyi, eləcə də həmin icra işı üzrə tələbkar X14 ilə bağlanmış müqavilə Cavabdeh adından bu şirkətin direktoru kimi imza atmadığı da müəyyən edilə bilər. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mübahisənin yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 81, 88, 89, 217, 385, 386, 387, 388, 390-cı maddələrinin tələbləri pozulmu ş, sübutları düzgün qiymətləndirməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlayaraq eyni məzmunlu yanlışlığı təkrarlayaraq, əssasız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahişetdilər. 3-cü şəxs Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatıİdarəsinin nümayəndəsi X18 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,digər cvabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkə n, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasinda müəyyən edilir ki, 04.01.1999-cu ildə dövlət qeydiyyatına alınmış Cavabdeh təsisçisi X13, rəhbəri (qanuni təmsilçisi) İddiaçıdır. Birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 81-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tələbini əsaslandıran hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, iddia tələbi sadəcə mülahizələrdən ibarət olmuş, eyni zamanda işə baxılarkən verilmiş sorğular nəticəsində belə sübutlar əldə edilməmişdir. Ona görə də iddia əsassızdır və təmin oluna bilməz. Birinci instansiya məhkəməsi iddianı iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsində saxlanılan qovluq sənədlərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı 13.02.2013-cü il və 05.07.2013-cü il tarixlərində Cavabdehşirkətinin dövlət qeydiyyatı haqqında ərizə ilə həmin orqana müraciət etmiş və ərizələri şəxsən imzalamışdır. Həmçinin iddiaçı 03.07.2018-ci il tarixdə Şirkətin adından verdiyi etibarnamə ilə onun verdiyi etibarnamə ilə onun dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişiklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın, digər hazır sənədlərin götürülməsi və bununla bağlı digər hərəkətlərin edilməsi səlahiyyə tlərini X9 həvalə etmişdir. İddiaçı iddia ərizəsində “Avesta Consern”də çalışarkən məzmunu barədə məlumatlı olmadlğı müəyyən sənədləri imzaladığını etiraf etmiş, lakin həmin sənədlərin onun idarəsinə zidd olaraq və ya digər etibarsız şərtlərlə imzalandığı barədə heç bir sübut təqdim etməmişdir. İddiaçının rəsmi olaraq qanuni təmsilçisi olduğu hüquqi şəxsin faktiki olaraq başqa şəxslər tərəfindən idarə olunması, habelə iddiaçı ilə bağlamalı olan müqaviləsinin müvafiq elektron informasiya sistemində qeydə alınmaması iddianın əsaslı olduğu barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan: -İnternet Vergi idarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 1000.00 AZN olan Cavabdeh 04.01.1999-cu ildə dövlət qeydiyyatına alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-673/2017 saylı,17.01.2017-ci il tarixli icra sənədinə əsasən H8 ilə Cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 17-ci mərtəbəsindəki 2 otaqlı, ümumi tikinti sahəsi 101,5 kv metrdən ibarət olan 85 saylı mənzilə dair 20.07.2009-cu il tarixdə bağlanmış 20/07 B saylı müqavilə etibarsız hesab olunmuşdur. Həmin müqvilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 101500 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan Respublikası manatı ilə Cavabdehndən alınaraq X10 qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsinin 30.10.2017-ci il tarixli qərarı ilə iş üzrə icraata başlanılmışdır. Hüquqi şəxs haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş məlumatlardan görünür ki, Cavabdeh (VOEN **********) rəhbəri İddiaçıdır. 13.09.2018-ci tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilliyi yanında X17 Xidmətinin məktubundan görünür ki, Sadıqova Aynur Abdulla qızının adına elektron informasiya sistemində Cavabdeh (VOEN **********) tərəfindən əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin X5 18.09.2018-ci il tarixli mə ktubuna əlavə edilmiş reyestirdən çıxarışdan görünür ki, Cavabdeh (VOEN **********) təsisçisi X13 (2pay) qanuni təmsilçisi İddiaçıdır. Cavabdeh təsisçisinin (X11) 13 fevral 2013-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı bu qərarla sözügedən şirkətin təsisçisi tərəfindən 13.04.2013-cü il tarixdən etibarən Cavabdeh qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: -372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilı mübahisılındirilın hissəsində, şikayət qərarın ləğv edilmə sinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilərə şsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır -372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. - 14.1 –ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -78.2 –ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan o nlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3 –cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münas ibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. -392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İnsan hüquqlarının və şsas azadlıqların müdafişsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək ilk növbədə sözü gedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi” praktiki və səmərəli hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyə tinə nəzər yetirməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hər tərəfli və obyektiv araşdırılmalıdır. İnsn Hüquqları üzrə Avropa Məkkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gğzlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilərinin apellyuasiya insansiyası məhkəməsi tərəfindın rədd edildiyi və ya sadıcı nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlilərin rədd edilməsinə dair nəticənin əsaslandırılmasına dəlalət edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tari xli Qərar) Yuxarıda qeyd olunduğu kimi İddiaçı iddia tələbində göstərmişdir ki, 2012-ci ildən cavabdeh şirkətin direktorudur. Əslində 2012-ci ildə “Avesta Consernin ofis binası kimi tanınan iş mərkəzində bir müddət katibə kimi fəaliyyətə başladıqdan sonra ona imzalamağı üçün sənəd təqdim edilibvə onları imzalayıb. Lakin imzaladığı sənədlərin onun katibə kimi işə götürülməsi ilə əlaqədar olduğunu zənn edib. Heç vaxt sözügedən direktor vəzifəsinə təyin edilməyini bilməyib. Bu şirkətdə direktor kimi fəaliyyət göstərməyib, heç vaxt bu şirkətin hansı fəaliyyətlə məşğul olmasından xəbəri olmayıb. Araşdırma apararkən ona cavabdeh şirkət Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq apalıldığı bildirilib. Heç vaxt bu şirkətin direktoru kimi sö zügedən idarəyə çağırılmayıb. Cavabdeh şirkətin direktoru kimi heç bir sənədi imzamayıb. Habelə, barəsində Cavabdehn rəhbəri kimi icra işinin başlanılmasına əsas olan icra sənədinin verildiyi məhkəmə qətnaməsinin qəbul edildiyi mülki işin materialları araşdırılsa, həmin işdə nümayəndə kimi nəmsil olunmağa dair bu və ya digər şəxsə etibarnamə vermədiyi, eləcədə də həmin icra işi üzrə tələbkar X15 ilə bağlanmış müqaviləyə Cavabdeh adından bu şirkətin direktoru kimi imza atmadığı da müəyyən edilə bilər. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində isə göstərmişir: “isə birinci instansiya baxılarkən tərəfimdən müvafiq vəsatətlə məhkəməyə müraciət olunaraq Cavabdeh ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında ırrupsiyaya qarşı Mübarizə Baş İda rəsindən müvafiq materialların, eləcə də Bakı Apellyasiya məhkəməsi tərəfindən verilmiş 17.01.2017-ci il tarixli 2(103)673/2017 saylı icra vərəqəsinə əsas olunan mülki işin materiallarının məhkəməyə təqdim unması üçün aidiyyatı üzrə sorğuların verilməsi xahiş olunsa da məhkəmə bu əsatətim əsasında yuxarıda sözügedən materialları tələb etmədən hazırkı ıübahisəyə hüquqi qiymət vermişdir ki, bununla da mənim ədalətli məhkəmə raşdırması hüququmu kobud şəkildə pozmuşdur. Halbuki sözügedən materiallar ələb edilərək bu materiallara baxış keçirilsə idi, onda mənim iddiamın əsasları sübut olunardı. Həmin materiallardan açıq aşkar görünərdi ki, Cavabdehnə Məzahir Cəfərov adlı şəxs direktorluq etmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən materialları əldə etmək imkanım olmamışdır. Belə ki, is tər istintaq orqanı, istərsə də məhkəmə mənim müraciətim əsasında istintaq və məhkəmə materiallarını mənə təqdim etməzdilər. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iddia tələbimin əsasını sübut edə biləcəyim, lakin müstəqil əldə etmək imkanım olmayan sübutların əldə olunmasına mənə köməklik göstərmədiyi halda iddia tələbimi bu tələbimi sübut edə bilməməyim əsası ilə iddiamı rədd etmişdir. Qeyd olunan (sorğuma əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən mənə təqdim edilən və hazırkı apelyasiya şikayətinə əlavə olunan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1643/2017 saylı, 13.04.2017-ci il tarixli qətnamədən də görünür ki, Cavabdehnə qarşı məhkəmə mübahisəsi olmuş və bu şirkətlə bağlı qətnamə qəbul olunmuşdur. Hesab edirəm ki, barəmdə icra vərəqəsinin verilməsinə əsas olan Cavabdeh ilə X15, eləcə də yuxarıda sözügedən mülki işin və cinayət işinin materialları hazırkı işə apelyasiya icraatı qaydasında baxılarkən tələb edilib baxış keşirilməlidir. Həmin işlərə baxış keçirilərsə bu işlər üzrə Cavabdeh ilə bağlanmış müqavilələr üzrə yaranmış mübahisəyə səbəb olan müqavilələrə Cavabdeh adından direktor olaraq mənim tərəfimdən deyil, başqa şəxs tərəfindən imza olunduğu müəyyən ediləcək ki, bu da mənim iddia tələbimin əsaslı olmasına dair nəticəyə gəlinməsinə hüquqi əsas yaradacaqdır. Nəzərə alınmalıdır ki, istər yuxarıda qeyd olunan mülki işin materiallarını, istərsə də cinayət işi üzrə istintaq və məhkəmə materiallarını müstəqil əldə etmək imkanım yoxdur. Bu sənədlərin tələb edilməsi barədə vəsatətimə birinci instansiya məhkəməsi tərəfindən məhəl qoyu lmamışdır. Halbuki sözügedən vəsatət əsasında aidiyyəti sənədlər məhkəmə tərəfindən tələb olunsa idi mən iddia tələbimin əsası kimi istinad etdiyim halları sübut etmək imanına malik olardım.” İş materiallarında olan Cavabdeh nizamnaməsinin 5.2-ci bəndində göstərilmişdir ki, müəsissənin icra edici rəhbəri direktordur. Direktor təsisçilər tərəfindən müqavilə əsasında təyin edilir. Lakin iş materiallarından İddiaçı ilə Cavabdeh arasında iddiaçının şirətin direktoru təyin edilməsi barədə müqavilənin olması, həmçinin iddiaçının həmin şirkətdə isə qəbul edilməsi barədə ərizəsi və eləcədə bu barədə müqvilənin olması görünmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78. 3 və 78.4-cü maddələrinin şərh olunmasına dair 09.09.2013-cü il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyəcisi qismində vergi öhdəliklərinin yerinə yetirən şəxs hesab edilir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarından göründüyü kimi hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etməyən şəxsin üzərinə hüquqi şəxsin fəaliyyətinə və öhdəliklərinə görə məsuliyyət qoyula bilməz. İddiaçının Cavabdeh direktoru kimi əmək haqqı alması barədə də işdə məlumat yoxdur. İddiaçının kassasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında K orrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavinin 28 fevral 2015-ci il tarixdə təsdiq etdiyi X6 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi üzrə ittiham aktının kserosurətində göstərilmişdir “aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, X16 2006cı ildən Cavabdeh və “xxxx” MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib vəzifə saxtakarlığı, yəni tamah niyyətilə rəsmi sənədlərə-müqavilələrə bilə-bilə yalan məlumatları daxil etməklə aldatma və etibarından sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmə məqsədilə, “xxxx” MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 4 ədəd 1 girişli 24 mərtəbəli binalardakı rəsmi sənədlər müqavilələr əsasında satılmış və tam ödənişi aparılmı ş mənzilləri, ona olan etibardan və inamdan istifadə edib saxta rəsmi sənədlər (alqı-satqı müqavilələri, ödənişlərin aparılmasına dair qəbzlər, maliyyə arayışlar və s. tərtib etməklə onların əsasında yenidən ayrı-ayrı şəxslərə mənzillə sataraq, əldə olunan cəmi 4.457.630, 83 manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.” İşin qeyd olunan və digər halları iddiaçı tərəfindən göstərilməsi və həmin halların araşdırılması barədı vəsatətlər verilməsinə baxmayaraq iş üzrə düzğün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmamış nəticədə işin həqiqi halları müəyyən edilməmiş qalmış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 aprel 2019-cu tarixli il tarixli qətnaməs i ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-6299/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6299/2019
07.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver