Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6303/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, sübutların qiymətləndirilməsi, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlun un katibliyi, iddiaçıların vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı darvazanın sökülməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1586/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları üvan, ünvan, 0.12 ha torpaq sahəsində yerləşən 952 nömrəli bağ evi Cavabdeh1 xüsusi mülkiyyətindədir (MH Seriyalı, ******* № li, 06.03.2007-ci il tarixli Çıxarışa və DƏDRX 2 saylı Sumqa yıt ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən). üvan, ünvan, 0.1034 ha torpaq sahəsində yerləşən B-949 nömrəli bağ sahəsi İddiaçı1 qızının xüsusi mülkiyyətindədir (MH Seriyalı, ******* № li, 28.03.2007-ci il tarixli Çıxarışa və DƏDRX Sumqayıt şəhər ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən). üvan, ünvan, 0.12 ha torpaq sahəsində yerləşən 946 nömrəli ev İddiaçı2 xüsusi mülkiyyətindədir (RX Seriyalı, ******* № li, 19.11.2014-cü il tarixli Çıxarışa və DƏDRX 2 saylı ərazi idarəsi tərəfindən daşınmaz əmlakın texniki pasportuna əsasən). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 xüsusi mülki yyətində olan bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi və iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətlərində olan torpaq sahəsi və bağ evi qonşuluqda yerləşir və həmin daşınmaz əmlaklara giriş-çıxış yolu da eynidir. Onlar əmlaklarına gedib gəlmək üçün bir yoldan istifadə edirlər, bu yol da yeganə girişçıxış yoludur. Qonşuluqda ye rləşən torpaq sahələrinə və bağ evlərinə giriş-çıxış yolları hər biri üzrə başqa yerlərdəndir. Onlara məxsus əmlaklara giriş-çıxış yolundan heç bir qonşunun istifadəsi nəzərdə tutulmamışdır. Həmin yol qonşu divarlarla sərhəd təşkil edir, onların vəsaiti hesabına vaxtaşırı abadlaşdırılır və istifadə edilir. 2019-cu ilin aprel ayında cavabdeh qanunsuz olaraq onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək qapı açmış və sökülmüş divara metal darvaza yerləşdirmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində demək olar ki, onlar öz əmlaklarından istifadə edə bilmirlər. Əksər hallarda cavabdehin qanunsuz açdığı qapının önündə avtomobilin dayanması və tikinti materiallarının yerləşdirilməsi nəticəsində yol tamamilə bağlanır. Nəticədə onlar öz əmlaklarından istifadə edə bilmir və əmlakla rı böyük risk altına atılır. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində onlara məxsus bağ evinə və torpaq sahəsinə hər hansı nəqliyyat, o cümlədən yanğınsöndürən maşın, təcili-tibbi yardım maşını daxil ola bilmir. Cavabdehin onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək açdığı qapı tamamilə qanunsuzdur. Belə ki, cavabdehə məxsus sahədən bu vaxta qədər həmin yola hər hansı qapı olmamışdır. Qeyd edilən yola qapının açılması barədə müvafiq dövlət orqanlarının razılığı və yaxud buna hüquq verən hər hansı qərarı yoxdur. Cavabdeh bu qapını özbaşına, tikinti norma və qaydalarının tələbini pozmaqla açmışdır. Cavabdehin bağ sahəsinə qapı hazırda mövcuddur və paralel küçədən olmaqla yanaşı uzun illərdir istifadə edilir. Hesab edirlər ki, cavabdehin qanunsuz əməli nəticəsində əmlak larından maneəsiz istifadə hüququndan məhrum edilmişlər və bu cavabdehin qanunsuz olaraq onların yeganə giriş-çıxış yoluna qapı açmaqla baş vermişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş ********** qeydiyyat nömrəli, 29.03.2020-ci il tarixli Çıxarışa və DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən üvan, ünvan, 0.0603 ha torpaq sahəsində yerləşən 952 G nömrəli bağ evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçılar iddia ərizəsinə əlavə verərək Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini də işə cavabdeh kimi cəlb edilməsini xahiş etmişlər. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iş üzrə icraat davam edən zaman, iddia ərizəsi məhkə məyə təqdim edildikdən 11 aya yaxın müddət keçdikdən sonra iş üzrə Cavabdeh1 mülkiyyətində olan ümumi torpaq sahəsinin 0.0603 ha hissəsini, yəni mübahisəli qapının açıldığı torpaq sahəsini və üzərində yerləşən 220.20 bağ evini Cavabdeh2 Fəzalı qızına satmışdır. Bununla bağlı müvafiq sənədlər (çıxarış və texniki pasport) iş üzrə 22 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında təqdim edilmişdir. Göründüyü kimi qanunsuz qapının açıldığı torpaq sahəsi və bağ evi üzərində mülkiyyət hüququ tam həcmdə 29.03.2020-ci il tarixdən Cavabdeh2 keçib. Əldə olunan məlumata əsasən həmin torpaq sahəsi və bağ evi ilə bağlı alğı-satqı müqaviləsi daha əvvəl bağlanıb. İş üçün əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, iddia tələbinin ikinci hissəsi yəni, iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə maneçiliyin və məhdudiyyətin yaradılması 29.03.2020-ci il tarixdən sonra da davam etdirilib. Hətta Cavabdeh2 mülkiyyət hüququnu əldə etdikdən sonra bir müddət yeganə giriş-çıxış yolunu qazdıraraq onların nəqliyyat vasitəsinin keçməsini qeyri-mümkün etmişdir. Bundan əlavə, qanunsuz qapının açılmasına əsas kimi Cavabdeh2 adına verilmiş Çıxarışı əsas göstərir. Bu Çıxarış isə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan alğı-satqı müqaviləsi əsasında verilmişdir. Hazırkı iş üzrə iddia tələbinin həcmi artırılaraq Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"ın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Cavabdehlər öz qanunsuz əməllərinə qanuni don geydirmək üçün sonradan həmin torpaq sahəsinin alğı-satqısı barədə müqavilə bağlamışlar və daha sonra həmin müqavilə əsasında çıxarış almışlar. Ancaq bu sənədlər məhkəmədə iddia qaldırıldıqdan sonra əldə edilmişdir. Onların mülkiyyətinə qanunsuz müdaxilə olmuşdur. Hüquqi cavabdehlik baxımından hal hazırda qanunsuz qapının açıldığı torpaq sahəsi və üzərində yerləşən bağ evi Cavabdeh2 adına rəsmiləşdirildiyi üçün iddia tələbinin bu hissəsində də cavabdehlik daşıyır. Bundan əlavə Cavabdeh2 hüquqları dövlət qeydiyyatına alındıqdan sonra 2020-ci ilin may-iyun ayında maneçilik törədilməsi davam etdirilmişd ir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən də cavabdehin inşa etdiyi qapı qanunsuzdur. Belə ki, onun apardığı tikinti quraşdırma işlərinə hər hansı icazə verilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi, ünvan 1 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-30/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mülki iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, idd ia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, keçirilmiş məhkəmə prosesinə təqdim etdiyi vəsatətə əlavə olunmuş çıxarış və texniki pasportun təsdiq olunmuş surətindən aydın görünür ki, üvan, ünvanndə 952 nömrəli bağ sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin bağ sahəsi iki tərəfdən gediş-gəliş yolu ilə əhatə olunur. Həmin gediş-gəliş yolu bağ sahəsi olan vətəndaşların ümumi istifadəsindədir. Mülkiyyət hüququ əsasında ona məxsus olan bağ sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ var. Ona məxsus olan bağ sahəsinin hasara alınıbalınmaması, həmin sahənin hasarının sökülüb-tikilməsi və bağ sahəsinin qapılarının yola açılması yalnız ona məxsus olan subyektiv hüquq dur və iddiaçıların həmin məsələyə müdaxilə etmək və hazırkı iddia tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçıya və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılaraq müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan inventar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza i ddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 946 nömrəli bağ sahələrinin giriş-çıxış yoluna açılmış darvaza texniki pasporta qismən uyğundur. Cavabdeh1 mülkiyyətində olan inventar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 946 nömrəli bağ sahələrinə gedən ümumi istifadədə olan yola açılır. İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışlı torpaq sahəsinə gedən yol İddiaçı2 mülkiyyətində olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. Cavabdeh1 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 952 G nömrəli bağ sahəsinin giriş-çıxış qapısı texniki pasporta qismən uyğundur. İddiaçı2 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 946 n ömrəli bağ sahəsinin giriş-çıxış yolu texniki pasporta qismən uyğundur. İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışı torpaq sahəsinə gedən yol X1 mülkiyyətində olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 20 fevral 2020-ci il tarixli, 25852 №-li ekspert rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Rəfael Hüseynovun tərtib etdiyi mütəxəssis rəyində istinadla qeyd edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 952 nömrəli bağ sahəsindən iddiaçılar İddi açı1 və İddiaçı2 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən B949 və 946 nömrəli bağ sahələrinin giriş-çıxış yoluna açılmış əlavə qapı texniki pasporta qismən uyğundur. Cavabdeh1 mülkiyyətində olan inventar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 946 nömrəli bağ sahələrinə gedən ümumi istifadədə olan yola açılır. İddiaçı1 mülkiyyətində olan RX-0007531nömrəli çıxarışlı torpaq sahəsinə gedən yol İddiaçı2 mülkiyyətində olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. Cavabdeh1 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 952 G nömrəli bağ sahəsinin giriş-çıxış qapısı texniki pasporta qismən uyğundur. İddiaçı2 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 946 nömrə li bağ sahəsinin giriş-çıxış yolu texniki pasporta qismən uyğundur. İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışı torpaq sahəsinə gedən yol İddiaçı2 mülkiyyətindi olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. Cavabdeh1 nümayəndəsi və vəkili, digər Cavabdeh2 vəkili Vəkil1 Rəsul oğlu iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilmiş hallar heç nə ilə (nə yazılı və maddi sübutlar, nə şahid ifadələri ilə) sübut edilməmişdir və faktiki olaraq uydurma xarakter daşıyır, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün heç bir tədbir görməmişlər. Ümumiyyətlə bu hal (iddiaçıların xüsusi mülkiyyətlərində olan daşınmaz əmlakdan sərbəst istifadə etmələrinə cavabdeh tərəfindən hər hansı maneələr in yaradılması faktı) mövcud olmadığına görə belə sübutların əldə olunması da qeyri-mümkündür. İddiaçıların mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin daş hasarla əhatə olunduğu nəzərə alınsa, qanuni sahiblərinin iradəsinə zidd olaraq kənar şəxslərin ora daxil olması və mülkiyyətçilərə öz əmlakından sərbəst istifadə etmələrinə hər hansı formada maneələr törətməsi iddiası absurd bir tələbdir. Belə ki, həmin yol iddiaçılar üçün olduğu kimi, Cavabdeh1 üçün də mülkiyyətində olan torpaq sahəsinə və bağ evinə daxil olmaq üçün mümkün olan yeganə vasitə olmuşdur. Hazırda isə bu yoldan həmin daşınmaz əmlakın yeni mülkiyyətçisi Cavabdeh2 öz bağ evinə daxil olmaq üçün yeganə vasitə kimi istifadə edir. Qonşuların və digər torpaq sahiblərinin sahəsindən keçmədən öz torpaq sahəsinə giriş-çıxışı üçü n onun bu yoldan əlavə başqa imkanı yoxdur. İddia tələbinin qanuni əsası kimi iddiaçılar tərəfindən istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.5 və 157.4-cü maddələrinin məzmunundan da göründüyü kimi, yalnız mülkiyyətçi öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı iş üzrə isə iddiaçıların özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yolun altındakı torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə yolun altındakı torpağın hər hansı hüquqla iddiaçılara məxsusluğu müəyyən edilməmişdir. Ümumiyyətlə, bu cür torpaq ümumi istifadədə olan torpaqlar kateqoriyasına aiddir və heç kəsin xüs usi mülkiyyətinə verilə bilməz. Bundan əlavə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir hal da ondan ibarətdir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair verilmiş ekspert rəyindən də göründüyü kimi, ümumiyyətlə, iddiaçılardan biri olan İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə gedən yol digər iddiaçı A.Abdullayevənın mülkiyyətində olan torpaq sahəsinin daxilindən keçir. Belə olan halda iddiaçıların hər hansı hüququnun pozulmasından və «maraqlı tərəf» kimi məhkəmədə iddia qaldırmaq hüququna malik olmaqlarından söhbət gedə bilməz. İddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları olmamışdır. Öz iddia tələblərini əsaslandırmaq üçün iddiaçılar qeyd olunan yola qapının açılması üçün cavabdeh tərəfindən müvafiq dövlət orqanlar ının razılığının və ya qərarının alınmamasını, qapının özbaşına, qanunsuz, tikinti norma və qaydalarının tələblərinin pozulmaqla açılmasını bildirsələr də, cavabdehin hərəkətləri ilə konkret olaraq hansı qanunvericilik və ya digər normativ hüquqi aktın tələblərinin pozulduğunu göstərməmişlər. Hazırkı mübahisənin predmeti olan metal darvazanın quraşdırıldığı torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş və bu torpaq üzərində bağ evi inşa edilmişdir. Sonradan həmin daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş metal darvazanın quraşdırılması üçün hər hansı dövlət orqanının razılığının, qərarının və ya icazələrin alınması nə həmin Məcəllədə, nə də digər normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Bağ sahəsinə giriş-çıxış üçün quraşdırılmış metal darvazanın layihələndirmə tələbləri şəhərsalma planlaşdırma norma və qaydalarında əks olunmamışdır. Nəinki darvazanın, hətta hündürlüyü ən çoxu 2,2 metr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisinə heç bir icazə tələb olunmur (Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsi). Belə olduğu təqdirdə şəxsin xüsusi mülkiyyətində olan bağ sahəsinə giriş-çıxış üçün quraşdırdığı darvazanın iddiaçılar tərəfindən heç bir normativ hüquqi akta istinad edilmədən «özbaşına, tikinti norma və qaydalarının tələbləri pozulmaqla açılmış» hesab edilməsi və onun sökülərək, divarın əvvəlki vəziyyətə bərpasının tələb edilməsi tamamilə qanunsuz və əsassız Cavabdeh2 mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olan tələbdir. İş üzrə ekspert X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iş üzrə rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və iş materiallarında olan sənədlər əsasında vermişdir. Cavabdeh1 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 952 nömrəli bağ sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən B 949 və 946 nömrəli bağ sahələrinin giriş-çıxış yoluna açılmış əlavə qapı texniki pasporta qismən uyğun olmasını onunla əsaslandırır ki, mübahisələndirilən dəmir darvazanın yeri Cavabdeh1 mülkiyyətində olan bağ sahəsinin texniki pasportunda öz əksini tapmamışdır. 952 nömrəli bağ sahəsinə və iddiaçıların mülkiyyətində olan B 949 və 946 nömrəli bağ sahələr inə mütəxəssisin və tərəflərin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı cavabdeh bildirmişdir ki, qardaşı ilə aralarında olan mübahisəyə görə bağ sahəsini bölmüşlər. Ona düşən bağ sahəsinin qapısı olmadığı üçün məcburi qapını iddiaçıların bağ sahəsinə tərəf açmışdır. Onlarda isə elə bir baza yoxdur ki, qapıların yerini müqayisə etsin. İşə materiallarına mübahisə edilən bağ torpaq sahəsinə dair fotoşəkillər əlavə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvana yerli baxış keçirilmişdir. Birinci instansiya məhkəməsinin 2(060)-30/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin olunması, İddiaçı1 xüsusi mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən B-949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvaza) sökülməsi, divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi, ünvan 2 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə h ər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi hissəsində iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin istifadə etdiyi ümumi yola açılmış darvazanın texniki pasportda nəzərdə tutulmadığı halda əvvəlki təyinatının dəyişdirilməsi və bunun qarşılıqlı hörmət əsasında həyata keçirilməyərək maneçilik yaradılması mülkiyyət hüququnun ümumi qəbul olunmuş normalarına ziddir. Belə ki, işin məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan 952 nömrəli bağ sahəsinin mübahisə predmeti olan hissəsinə açılmış darvaza texniki pasportda nəzərdə tutulmadığı halda, məhkəmə araşdırması getdiyi müddətdə 29.03.2020-ci il tarixdə Cavabdeh2 satmışdır. Məhkəmə tər əfindən mübahisə olunan sahəyə baxış keçirilərkən Cavabdeh2 izahat verərək təsdiqləmişdir ki, o, torpaq sahəsini bəyənərkən darvazanın artıq həmin hissədə olmuş, sonradan isə torpaq sahəsini alaraq rəsmiləşdirmişdir. Bundan əlavə ekspert məhkəmə iclasında, həmçinin mübahisə olunan sahəyə baxış keçirilərkən bildirmişdir ki, ekspertiza onun tərəfindən 20.02.2020-ci il tarixdə keçirilərkən Cavabdeh1 mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 952 nömrəli bağ sahəsindən açılmış darvaza texniki pasportda nəzərdə tutulmamış, o, iş materiallarında olan mövcud sənədlər əsasında rəy vermişdir. Məhkəmə iddanın qismən təmin edilməsi nəticəsinə gələrkən işin məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə, mübahisə edilən sahəyə ekspertin iştirakı ilə baxış keçirərək, müt əxəssis və ekspert rəylərinə əsasən müəyyən etmişdir ki, İddiaçı1 xüsusi mülkiyyətində olan B-949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna Cavabdeh1 tərəfindən qanunsuz olaraq qapı (metal darvaza) açılmış, iddiaçıların dəfələrlə cavabdehlərə həmin qapının sökülüb əvvəlki vəziyyətinə gətirilərək maneənin aradan qaldırması bildirilsə də bunun heç bir əhəmiyyəti olmamışdır. Əksinə olaraq Cavabdeh1 öz qanunsuz hərəkətlərini davam etdirərək tərəflər arasında olan mübahisəyə məhkəmədə baxılarkən mülkiyyətində olan mübahisəli 952 G ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı formal olaraq digər Cavabdeh2 arasında alğısatqı müqaviləsi bağlamış və 952 G ünvandakı bağ evinə dair Cavabdeh 2 adına reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan Çıxarış verilmişdir. İddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi hissəsinə qiymət verən məhkəmə hesab etmişdir ki, iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra – Konvensiya) 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 158.3, 158.4, 152.1, 152.2, 152.3, 152.4, 157, 140, 146.2, 170, 180, 337.1, 337.3, 337.4-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111.1, 111.2, 111.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 101.3, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin qismən, yə ni iddianın təmin olunduğu hissədə ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir qanuni əsas olmadan və ya müvafiq dövlət orqanlarından müvafiq sənədlər alınmadan onların girişçıxış yoluna qanunsuz qapı açılmışdır. İşdə olan foto şəkillərdən də görünür ki, cavabdehlər hətta yolda qazıntı apararaq mülkiyyətdən istifadəyə maneçilik yaratmışdır. Qanunsuz açılmış qapının bağlanması, müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi cavabdehlərin gələcəkdə onlara maneçilik yaratmaq ehtimalını aradan qaldırmır. Onların xüsusi mülkiyyətlərindən sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılma sının cavabdehlərə qadağan edilməsi hissəsində iddia tələbi təmin edilməlidir ki, gələcəkdə lüzumsuz məhkəmə mübahisələri yaranmasın. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin etibarsız sayılması üçün əsaslar Mülki Məcəllənin «Əqdlərin etibarsızlıgı» adlanan 14-cü fəslində göstərilmişdir. Lakin Mülki Məcəllənin bu fəslində sadalanan əsaslardan heç biri hazırkı iş üzrə müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyinin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. İşə əlavə edilmiş sənədlərdən də aydın olur ki, alğı-satqı müqaviləsi bağlanarkən qanunve riciliyin tələblərinə tam əməl edilmişdir. Özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yoldan cavabdehin də istifadə etməsinin iddiaçılar tərəfindən öz mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməsi də tam əsassız və absurd tələb hesab olunmalıdır. Belə ki, həmin yol iddiaçılar üçün olduğu kimi, Cavabdeh1 üçün də mülkiyyətində olan torpaq sahəsinə və bağ evinə daxil olmaq üçün mümkün olan yeganə vasitə olmuşdur. Hazırda isə bu yoldan həmin daşınmaz əmlakın yeni mülkiyyətçisi Cavabdeh2 öz bağ evinə daxil olmaq üçün yeganə vasitə kimi istifadə edir. İddiaçılara hər hansı formada məxsus olmayan, həm də ümumi istifadə üçün nəzərdə tutulmuş yolun altındakı torpaq sahəsindən istifadənin başqa şəxslərə, xüsusilə də öz torpaq sahəsinə giriş-çıxış üçün bu yoldan başqa imkanı o lmayan şəxsə qadağan edilməsi tələbi tam qanunsuz və əsassızdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1586/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi rədd edilmişdir. Məhkəmə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən daşınmaz əmlakın alğı-satqı müqaviləsindən də göründüyü kimi, həmin müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflər arasında bağlanılmış müqavilənin ş ərtlərinə uyğun olaraq həyata keçirilmişdir və onun etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan heç bir hal müəyyən edilməmişdir. Müqavilə bağlanarkən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmiş, onlar səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əqdlərin etibarsızlığının müxtəlif əsaslarını müəyyən edən normaların (Mülki Məcəllənin 339, 340 və 341-ci maddələri) tələblərini nəzərə almadan, qeyd olunmuş qanunvericilik aktlarının hər hansı imperativ qaydasına zidd olmasına dair hər hansı dəlil mövcud olmadığı halda bağlanmış əqdin hüquqi cəhə tdən «formal əqd» olması qənaətinə gəlmiş və cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsini etibarsız hesab etmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsində göstərilmiş hallar isə heç nə (nə yazılı və maddi sübutlar, nə şahid ifadələri) ilə sübut edilməmişdir və faktiki olaraq uydurma xarakter daşıyır. İddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün heç bir tədbir görməmişlər. Ümumiyyətlə, bu hal (iddiaçıların xüsusi mülkiyyətlərində olan daşınmaz əmlakdan sərbəst istifadə etmələrinə cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması faktı) mövcud olmadığına görə belə sübutların əldə olunması da qeyri-mümkündür. İddiaçıların mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin daş hasarla əhatə olunduğu nəzərə alınsa, qanuni sahiblərinin iradəsinə zidd olaraq kənar şəxslərin ora daxil olması və mülkiyyətçilərə öz əmlakından sərbəst istifadə etmələrinə hər hansı formada maneələr törətməsi iddiasını sübut edə bilməmişlər. Özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yoldan cavabdehin də istifadə etməsinin iddiaçılar tərəfindən öz mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməsini apellyasiya instansiyası məhkəməsi əsassız hesab etmişdir. Məhkəmə ekspert rəyinə istinadla qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan inventar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddiaçılar İddiaçı1 və A. Abdullayevanın mülkiyyətində olan üvan, ünvan ünvanında yerləşən 946 nömrəli bağ sa hələrinə gedən ümumi istifadədə olan yola açılır. Göründüyü kimi, mübahisə edilən yol iddiaçılar üçün olduğu kimi, Cavabdeh1 və hazırda Cavabdeh2 üçün də mülkiyyətində olan torpaq sahəsinə və bağ evinə daxil olmaq üçün mümkün olan yeganə vasitə olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin qanuni əsası kimi iddiaçılar tərəfindən istinad olunan Mülki Məcəllənin 152.5 və 157.4-cü maddələrinin məzmunundan da göründüyü kimi, yalnız mülkiyyətçi öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın, hazırkı iş üzrə isə iddiaçıların, özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yolun altındakı torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə yolu n altındakı torpağın hər hansı hüquqla iddiaçılara məxsusluğu müəyyən edilməmişdir. Ümumiyyətlə, bu cür torpaq ümumi istifadədə olan torpaqlar kateqoriyasına aiddir və heç kəsin xüsusi mülkiyyətinə verilə bilməz. İddia tələbinin özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yola açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi hissəsinə qiymət verən məhkəmə qeyd etmişdir ki, öz iddia tələblərini əsaslandırmaq üçün iddiaçılar qeyd olunan yola qapının açılması üçün Cavabdeh1 tərəfindən müvafiq dövlət orqanlarının razılığının və ya qərarının alınmamasını, qapının özbaşına, qanunsuz, tikinti norma və qaydalarının tələblərinin pozulmaqla açılmasını bildirsələr də, cavabdehin hərəkətləri ilə konkret olaraq hansı qanunvericilik və ya digər normativ h üquqi aktın tələblərinin pozulduğunu göstərməmişlər. Hazırkı mübahisənin predmeti olan metal darvazanın quraşdırıldığı torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş və bu torpaq üzərində bağ evi inşa edilmişdir. Sonradan həmin daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsi və bağ evinə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ona verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla və Texniki Pasportla rəsmiləşdirilmişdir. Bu rəsmi sənədlər qüvvədədir və onların etibarlılığı heç bir dövlət orqanı, hüquqi və ya fiziki şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.4, 405.1, 339, 340, 341, 152.5, 157.4, 180.1, 180.4-cü maddələrinə, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə, Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü hissəsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə, MPM-in 77.1, 217.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçılar (Vəkil2) qətnamədən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçılar mülkiyyətə malik olub və bu hüquq səlahiyyətli dövlət orqanları tərəfindən tanınıb. İddiaçının mülkiyyətinə müdaxilə olub və bu müdaxilə qanunsuz olub. Cavabdehin qanunsuz əməli nəticəsində onlar əmlaklarından maneəsiz istifadə hüququndan məhrum ediliblər. Bu cavabdehin qanunsuz olaraq iddiaçıların yeganə giriş-çıxış yoluna qapı açmaqla baş verib. İşin faktiki halları təsdiq edir ki, cavabdehin həmin qapını açmağa hüququ olmayıb və iddiaçılara bu cür maneənin yaradılması cavabdehin birbaşa qanunsuz maraqlarına xidmət edir. İddiaçılara yaradılmış maneə və məhdudiyyətlər ərazidə çəkilmiş fotoşəkildən açıq şəkildə görmək mümkündür. Bu müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsinin məzmunu baxımından “mülkiyyətdən məhrumetməyə” bərabərdir. Hazırkı işdə iddiaçıların mülkiyyətinə müdaxiləni, yəni mülkiyyətdən istifadəyə məhdudiyyətin yaradılmasını cavabdehlər birgə edib. Hüquqi cavabdehlik baxımından hal-hazırda qanunsuz qapının açıldığı torpaq sahəsi və üzərində yerləşən bağ evi Cavabdeh2 adına rəsmiləşdirildiyi üçün iddia tələbini bu hissədə də cavabdehliyi o daşıyır. Bundan əlavə Cavabdeh2 hüquqları dövlət qeydiyyatına alındıqdan sonra 2020-ci ilin may-iyun ayında da maneçilik törədilməsi davam etdirilib. Bununla bağlı məhkəməyə təqdim edilmiş 08.06.2020-ci il tarixli vəsatətə əlavə edilmiş fotoşəkillər də təqdim edilib. Cavabdehlər öz qanunsuz əməllərinə qanuni don geydirmək üçün sonradan həmin torpaq sahəsinin a lqı-satqısı barədə müqavilə bağlamışlar və daha sonra həmin müqavilə əsasında çıxarış almışlar. Ancaq bu sənədlər məhkəmədə iddia qaldırıldıqdan sonra əldə edilmişdir. Məhkəmə tərəfindən “iddiaçıların xüsusi mülkiyyətindən sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdehlərə qadağan edilməsi tələbi”nə münasibətdə də qanunsuz qərar çıxarıb. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi bu hissəsində ləğv edilməlidir və iddia tələbi tam həcmdə təmin edilməlidir. Məhkəmə işi tam araşdırmamış və iş üçün zəruri olan hallara qiymət verməyib. Apellyasiya məhkəməsi ümumi ifadələrlə qətnaməni əsaslandırıb. Məhkəmə işdə iddiaçıların mülkiyyətlərində əmlaklardan istifadəyə yaradılmış maneənin sübut olunmadığını qeyd edib. Ancaq iş materiallarına da əlavə edi lmiş fotoşəkildən açıq şəkildə müəyyən edilir ki, cavabdeh yolu tamamilə bağlayıb və hətta qazıntı işləri aparıb. Bu hallar məhkəmə baxışı zamanı dəfələrlə qaldırılsa da məhkəmə bu halları araşdırmamışdır. Kassasiya şikayətinin əsası kimi Konstitusiyanın 13 və 29-cu maddələrinə, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 170.2, 180.1,157.4cü maddələrinə, MPM-in 217.3-cü maddəsinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəliləri əsassızdır, ona görə də, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıl arın vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəməyə kassasiya şikayətinə dair yazılı izahat göndərmişdir. İzahatda qeyd edilmişdir ki, hazırkı iş üzrə mübahisə tərəflər arasındadır, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi heç bir cavabdehlik daşımır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiy ası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların kassasiya şika yəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Konstitusiya: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Mülki Məcəllə Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlıgı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağl andığı andan etibarsızdır. Torpaq Məcəlləsi Maddə 47.3 Ümumi istifadədə olan torpaqlara bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların və s.altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurguların, ümumi istifadə olan digər yerli əhəmiyyətli obyekt və qurguların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanlarının, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatlı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müə yyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (maddə 80). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkə mə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (maddə 220.4). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar (maddə 392.1). Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya in stansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur (maddə 392.2). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsi və bağ evinin giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi, ünvan 1 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi tələblərinin rədd olunması hissələrində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin qeyd edilən hissə ilə bağlı maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhd udiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi tələbinin rədd olunması hissəsində prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə rədd olunmasını iddiaçıların Cavabdeh2 tərəfindən belə maneçilik və ya məhdudiyyətlər yaradıldığını sübut edə bilmədikləri ilə əsaslandırmışdır. İddiaçılar iddianın həmin hissədə rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətini, habelə hazırkı kassasiya şikayətini, həmçinin onunla əsaslandırmışlar ki, maneçilik və ya məhdudiyyət yaradıldığını təsdiq edən fotoşəkillər iş materiallarına əlavə olunsa da, məhkəmələr həmin sübuta ümumiyyətlə qiymət verməmişlər. İş materiallarından görünür ki, iddiaçılar qeyd olunan hissədə tələblərini təsdiq edən sübut qismində işə baxılmasının müxtəlif mərhələlərində məhkəməyə fotoşəkillər təqdim etmiş, həmin fotoşəkillər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilərək, iş materiallarına əlavə edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutlara ümumiyyətlə qiymət verməmişdir. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-o lmaması və s.) baxımından qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların m üdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Eyni zamanda MPM-in 392.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zam anda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Qeyd edilənləri nəzərə almaq la Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların xüsusi mülkiyyətlərindən sərbəst istifadə etmələrinə maneçilik və məhdudiyyətlər yaradılmasının Cavabdeh2 qadağan edilməsi tələbinin rədd olunması hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi işdə olan bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq olaraq qiymət verməklə mübahisəni həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edil sin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1586/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsinin rədd olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə iddia tələbinin rədd edildiyi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.