Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6304/2019 25.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(103)4119/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(007)-119/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.A.Nuriyev) İddiaçı Cavabdeh 1 və digərlərinə qarşı “torpaq sahəsinin alqı-satqısından qalan pulun ödənilməsi, şəxsi mülkiyyətdə olan torpaq sahəsinin zəbti nəticəsində inşa edilmiş özbaşına tikililərin sökülməsi, torpaq sahəsindən məcburi qaydada çıxarılma” barədə ilk iddia ərizəsi qismən təmin, Cavabdeh1 İddiaçı qarşı “dəymiş maddi zərərə görə 71.200 manat, mənəvi zərərə görə 200.000 manat, cəmi 271.000 manat pulun tutulması” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, xxx, xxx, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, xxx rayonu,xxx prospekti, 2269-cu məhəllədə yerləşən “xxxx” Kiçik Müəssisəsinə məxsus sahədə inşa etdikləri evlərin sökülməsi və torpaq sahəsinin boşaldılması, ilk iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət olunub. Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, xxx, xxx və Cavab deh8 qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2(103)7442/2018 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, V.Ə.Baxışova və V.T.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi qismən- ilk iddia ərizəsinin qismən təmin edilməsi, yəni Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, xxx, xxx, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, xxx rayonu,xxx prospekti, 2269-cu məhəllədə yerləşən “xxxx” Kiçik Müəssisəsinə məxsus sahədə inşa etdikləri evlərin sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində ləğv edilib, həmin hissədə ilk iddia ərizəsinin rədd edilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılma sı qət edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(102)-434/2019 saylı qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və T.A.Qoldman) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(103)4119/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Nəbiyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi qismə n- ilk iddia ərizəsinin qismən təmin edilməsi, yəni Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, xxx, xxx, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, xxx rayonu,xxx prospekti, 2269-cu məhəllədə yerləşən “xxxx” Kiçik Müəssisəsinə məxsus sahədə inşa etdikləri evlərin sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində ləğv edilib, həmin hissədə ilk iddia ərizəsinin rədd edilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xxx, xxx, xxx, Cavabdeh7 və Cavabdeh8 və üçüncü şəxslər xxx rayon İcra Hakimiyyəti və xxx rayon Polis İdarəsinə qarşı iddia qaldıraraq Cavabdeh1 6.0 sot torpaq sahəsinin satışından qalan 18.800 manat pulun tutulub ona ödən ilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xxx, xxx, xxx, Cavabdeh7 və Cavabdeh8 onun torpaq sahəsini zəbt edərək tikdikləri evlərin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan onun xeyrinə dəymiş maddi zərərə görə 71.200 manat, mənəvi zərərə görə 200.000 manat, cəmi 271.200 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəli b, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, xxx, xxx, Cavabdeh7, Cavabdeh8, üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, xxx rayon İcra Hakimiyyəti və xxx rayon Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlmədikləri üçün kassas iya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- ilk iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edib, həmin hissədə ilk iddia ərizəsini rədd edib, qalan mübahisələndirilən hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, İddiaçı mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun əmələ gəlməməsinə, onun hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasına, ilk iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 180.4-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə i lə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 19 oktyabr 1994-cü il tarixli, 1446 saylı sərəncamına əsasən “xxxx” X3 rayonu,xxx prospekti, 2269-cu məhəllədə istehsalat sahəsinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 9502 saylı inşaat pasportuna əsasən “xxxx” Kiçik Müəssisəsinə 0,52 ha torpaq sahəsi ayrılmış, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27 fevral 1997-ci il tarixli məktubu ilə obyektin eskiz layihəsi razılaşdırılmışdır. 19 iyun 2009-cu il tarixli “Müəssisədəki payın alqı-satqı müqaviləsi”nə əsasən müəssisənin təsisçisi xxx “xxxx” Kiçik Müəssisəsinin nizamnamə kapitalında ona məxsus olan 100 faiz payın 33 faizini İddiaçı satmış və 67 faizini isə özündə saxlamışdır. Daha sonra təsisçilər arasında şahidlərin iştirakı ilə 19 iyun 2009-cu il tarixli akt tərtib edilmiş, xxx öz payından 33 faizini İddiaçı 80.000 manata satdığı, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Kiçik Müəssisəyə ayrılmış torpaq sahəsinin ayrıc aktı tərtib olunaraq 0,12 ha hissəsinin İddiaçı istifadəsinə verildiyi göstərilmişdir. İlk iddia ərizəsi üzrə İddiaçı, Cavabdeh1 satdığı 0,06 ha torpaq sahəsinin ona məx sus olduğunu iddia edir, hansı ki, həmin torpaq sahəsi 0,12 ha torpaq sahəsinin daxilində yerləşir. İlkin, Cavabdeh1 ona məxsus torpaq sahəsindən satmış olduğu 6 sot torpaq sahəsinə görə 90.000 manat pul vermək əvəzinə 71.200 manat verdiyini bildirir. Halbuki, sözügedən torpaq sahəsinin nə İddiaçı, nə də “xxxx” Kiçik Müəssisəsinin mülkiyyətində olmasına dair hər hansı sənəd yoxdur və torpaq sahəsi “xxxx” Kiçik Müəssisəsinə istehsalat sahəsinin layihələndirilməsi və tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlar ının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb düzgün olaraq qeyd etmişdir ki, tikilmiş evlərin özbaşına tikinti olması mübahisəsizdir. Lakin Mülki Məcəllənin yuxarıda qeyd olunan normasından da göründüyü kimi özbaşına tikintinin sökülməsini tələb etmək hüququ ya müvafiq icra hakimiyyəti orqanlarına, ya da maraqlı tərəfə verilmişdir. Hazırki halda ilk İddiaçı müvafiq icra hakimiyyəti olmadığı kimi, eyni zamanda torpaq sahəsi üzərində hər hansı subyektiv hüquqa da malik deyil. Yəni torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsus deyil. Bu səbəbdən də sökülməsini tələb etmək hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb düz gün olaraq qeyd etmişdir ki, ilk İddiaçı mübahisəli torpaq sahəsi üzərində heç bir hüququ olmadığından, o, həmin torpaq sahəsinin boşaldılmasını tələb etmək üçün müvafiq subyektiv hüquqa da malik deyil. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yəni torpaq sahəsinin boşaldılmasını o, şəxs tələb edə bilər ki, torpaq sahəsi ona aid olsun. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı da ilk iddia ərizəsi üzrə İddiaçı müvafiq subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Bundan başqa işdən görünür ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi, İddiaçı tərəfindən özünə məxsus olmayan torpaq sahəsini ona sataraq 71.200 manat pul əldə etməsi, bununla da əsassız valanması ilə əsaslandırmışdır. İşdən görünür ki, İddiaçı həqiqətən Mahir Mizəyevdən 71.200 manat pul alması işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları ilə istisna olunmur. Həmin pul vəsaiti isə qarşılıqlı iddiaçı Cavabdeh1 deyil, orada ev tikən şəxslərə məxsus olmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia olunan pul vəsaiti qarşılıqlı iddiaçı Cavabdeh1 məxsus olmadığına görə, onun hər hansı maddi və ya mənəvi zərərə məruz qalması mümkün deyil. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi kassas iya şikayətinin dəlilləri ilə razılaşmayıb, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun əmələ gəlməməsi və onun hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən- ilk iddia ərizəsinin qismən təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia ərizəsi rədd edilmiş, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi kassasiya şikayəti nə münasibətdə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(103)-4119/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6304/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6304/2019
25.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver