Məhkəmə qərarları › İş №2(102)-6304/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6304/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6304/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun qaytarılması, sübutetmə yükü, hüquqi həqiqət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Əliyev Asif Sabir oğlunun, Cavabdeh və onun vəkili Həsənov Əbil Yadulla oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(105)-332/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 21.08.2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında İddiaçı adından etibarnamə üzrə çıxış edən Cavabdeh 27.000 manat müqabilində təmsil etdiyi şəxsin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Başennaya küçəsində yerləşən qeyriyaşayış binasını, həmin tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında 400.000 manat müqabilində təmsil etdiyi şəxsin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hərbçi küçəsi16 ünvanında yerləşən qeyri-yaşayış binasını və 27.08.2009cu il tarixli, AN-İ ******* saylı daşınm az əmlakın alğı-satqı müqaviləsi əsasında 19.500 manat müqabilində təmsil etdiyi şəxsin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hərbçi küçəsindəki 6 saylı evin 3 saylı mənzilini X1. Həmin alğı-satqı müqavilələri üzrə pullar alıcı X4 tərəfindən Bakı 5 saylı Dövlət Notariat Kontorunun "xxxx" ASC-dəki bank hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 446500 manat məbləğində pulun, mənəvi ziyana görə vurulmuş 100000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının adından çıxış etməklə onun mülkiyyətində olan yu xarıda qeyd edilmiş əmlaklarını satmış, lakin həmin alğı-satqı müqavilələri üzrə aldığı məbləğlərin heç birini iddiaçıya ödəməmişdir. Bununla da, cavabdeh tərəfindən ona 446500 manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, əsəb sarsıntısı, mənəvi iztirab keçirmiş, sağlamlığında problemləri yaranmışdır. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyan ölçülməzdir. Həmin məbləği 100000 manat məbləğində dəyərləndirir.

4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, ancaq iddiaçının biznes partnyoru ilə arasında olan hüquqi sənədləşmə işlərini aparmışdır. İddiaçı 2013 və 2015-ci illərdə də mütəmadi olaraq başqa şəxslərə qarşı eyni tələblərlə bağlı məhkəmələrə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edəndə ona zəng edərək demişdir ki, o na borcu olmadığını bilir, məhkəmədə çıxışında da ona heç bir borcunun olmadığını söyləyər. Belə ki, həmin dövrdə onun İddiaçı adından etibarnamə əsasında çıxış etməyi sırf formal xarakterli olmuşdur və həmin vaxtadək onun İddiaçıla tanışlığı da yox idi. İddiaçının əmlakı ilə bağlı məsələlər 2009-cu ilin avqust ayında olmuşdur. Həmin dövrdə o, işlədiyi yer vasitəsilə Nazim Dəmirov adlı şəxslə əlaqələndirilmiş və sonuncuya bəzi hüquqi xidmətlər göstərmişdir. Nazim Dəmirov və İddiaçı arasında münaqişə vardı və bir-birinə qarşı müxtəlif əmlak iddiaları irəli sürürdü. Məhz həmin ərəfədə İddiaçı adından ona etibarnamə verilmişdir. Ondan əvvəl İddiaçı tanımamışdır, iddiaçını ilk dəfə ona verilən etibarnamələri imzalayarkən, notariat kontorunda, ötəri, 5 dəqiqə ərzində görmüşdür, iddiaçı gəlib ha zır sənədləri imzalayıb getmişdir. Alıcını da o tanımamışdır, tək məlumatı bu idi ki, alıcı Nazim Dəmirovla əlaqəli adamdır. Alıcı ilə əmlakların alğı-satqısı ilə heç bir sövdələşməsi olmamışdır, əmlaklara görə heç bir pul almamışdır, əmlakların harada yerləşməsindən xəbəri də yox idi. İddiada göstərilən alğı-satqı müqavilələri və onun həmin alğı-satqı müqavilələrində təmsilçiyi formal xarakter daşımışdır. Müqavilələr üzrə heç bir məbləğ ödənilməmişdir və xüsusilə də ona həmin qeyd olunan müqavilələr üzrə heç bir məbləğ ödənilməmişdir. İddiaçı 2018-ci ilin fevral ayında notariat qaydada təsdiq edilmiş məktub verərək ona qarşı heç bir iddiasının olmamasını bildirmişdir. İddiaçı bu iddiadan da əvvəl oxşar iddialarla müxtəlif məhkəmələrə müraciət etmişdir və iddiaları məhkəmələr tərəfindən rədd olunmuşdur. İddiaçı əvvəllər dəfələrlə müxtəlif məhkəmələrə müraciət edərək iddiasında qeyd olunan müqavilələrin etibarsızlığını tələb etmişdir və onu cavabdeh kimi cəlb etdiyi barədə xəbərdar etmişdir. O, şəxsən həmin məhkəmələrdə iştirak etməmişdir, çünki iddiaçı dəfələrlə qeyd edirdi ki, şəxsən ona qarşı heç bir tələbi yoxdur və yeganə məqsədi həmin müqavilələrin etibarsızlığına nail olmaqdır, həmin müqavilələr real olmamışdır, heç bir tərəf hər hansı bir ödəniş etməmişdir. Bu fakt iddiaçının 15.02.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş etiraf ərizəsində də aydın şəkildə göstərilmişdir. İddiaçı hazırda 10 ildən çox vaxt keçdikdən sonra pul tələbi ilə bağlı ona qarşı əsassız iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən həm iddia əsasssız olduğuna, həm də iddia müddəti keçd iyinə görə də iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

5. Cavabdeh etirazının dəlillərini sübut etmək üçün iddiaçı tərəfindən nümayəndəsi vasitəsi ilə yazılmış və notariat qaydada 15.02.2018-ci il tarixdə təsdiq edilmiş ərizəni təqdim etmişdir. Həmin ərizədə bildirilir ki, bəhs olunan müqavilələr imzalanan andan ona məlumdur, bank qəbzlərinin imzalanmasına baxmayaraq X5 heç bir ödəniş almamış, alğısatqı müqavilələrində qeyd olunan hər hansı bir məbləğ ona verilməmişdir. Qeyd olunanların həqiqət olduğunu imzası ilə təsdiq edir və Cavabdeh Nurəddin oğluna qarşı iddia və tələbi yoxdur.

6. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(012)-287/2020 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nətic əni onunla əsaslandırmışdır ki, iddia müddətinin tətbiq olunmaqla iddia tələbin rədd edilməsi qənaətinə gəlinməsi əsaslı olar. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddia tələbi ilə bağlı 10 ildən artıq müddət keçmişdir. Cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Odur ki, iddia tələbi rədd edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2 və 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2( 105)-332/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abbasov (sədrlik edən və məruzəçi), T.Q.Məmmədov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinə görə ödənilməmiş 446500 manat pulun və dəymiş 100000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alğı-satqı müqavilələrinə əsasən satılmış daşınmaz əmlakların dəyəri olan ümumilikdə 446500 manat pul, həmin tarixdən İddiaçı mülkiyyəti hesab edilir, bu tip mübahisələrə isə iddia müddəti tətbiq edilmir. Digər tərəfdən nəzərə alınmalıdır k i, iddia tələbinin digər hissəsini dəymiş mənəvi zərərin əvəzinin tutulması təşkil edir. Mülki Məcəllənin 384.0 1 və 384.0.4-cü maddələrinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə və mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

12. Birinci instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmiş, mülkiyyət hüququ və mənəvi zərərlə bağlı tələbə iddia müddəti tətbiq etmişdir ki, bu da mülki qanunvericiliyə birbaşa ziddir. İddianın bu əsasla təmin edilməməsi isə məhkəmə kollegiyasının qənaətinə görə yolverilməzdir.

13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mülkiyyəti ndə olan 3 ədəd daşınmaz əmlakı nümayəndəsi vasitəsilə 21 və 27 avqust 2009-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən X2, K.Ə.Balakişiyev isə bu əmlaklara görə notariat kontorunun depozitinə ümumilikdə 446500 manat pul ödəmişdir. İşə əlavə edilmiş notariat işlərində qeyd edilən məbləğin "xxxx" ASC-nin İnşaatçılar filialında Bakı 5 saylı Dövlət Notariat Kontorunun depozit hesabına ödənilməsi barədə sübutlar olsa da, həmin vəsaitlərin alınması barədə heç bir sübut yoxdur. Başqa sözlə, həmin məbləğin depozitdən İddiaçı nümayəndəsi olmuş Cavabdeh tərəfindən çıxarılması barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur, halbuki qüvvədə olan qanunvericiliyə əsasən pul münasibətləri ilə bağlı mübahisələrin həllində mümkün sübut etmə vasitələri yazılı sübutlardır.

14. Apellyasiya insta nsiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh nəzərdə tutulmuş məbləği notariusun depozit hesabından çıxarmasını təsdiq edən yazılı sübut mövcud deyildir. Onun vaxtilə iddiaçının nümayəndəsi olması və alğı-satqı əməliyyatlarında onu təmsil etməsi sonuncunun iddiaçı qarşısında nəzərdə tutulmuş məbləği notariusun depozit hesabından da çıxarmalı olması mənasına gəlmir, yəni bu barədə onun öhdəliyi olmamışdır və buna görə də, məhkəmə kollegiyası hesab edir ki, ona qarşı İddiaçı qaldırdığı hazırkı iddia təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinə görə ödə nilməmiş 446.500 manat pulun və dəymiş 100.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddiasının təmin olunmaması” hissəsində ləğv edilməsi və Cavabdeh 446.500 manat və mənəvi ziyana görə vurulmuş 100.000 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən ona məxsus olan 3 əmlak satılmasına baxmayaraq əmlakların dəyəri ona ödənilməmişdir. Halbuki, cavabdehə etibarnamə vermiş və cavabdeh həmin etibarnamə üzrə çıxış etmişdir. İş materiallarında ödənişlərin cavabdeh tərəfindən alınmasına dair qəbzlər mövcud olsa da, məhkəmə bu hala qiymət verməmişdir. Əmlakların satılmasından 2010-cu ildə xəbər tutmuş, bundan sonra isə uzun müddət ərzində başı müvafiq sənədləri əldə etməyə, habelə cavabdehin yaşayış yerini öyrənməyə qarışmışdır. Nəhayət 2021-ci ildə cavabdehin iş yerini tapmış və cavabdeh ona bildirmişdir ki, əmlaklar həqiqətən satılsa da dəyəri onun tərəfindən alınmamışdır. Lakin məhkəmələr tərəfindən işin bu hallarına qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Əliyev Asif Sabir oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh və onun vəkili Həsənov Əbil Yadulla oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, şikayətin təm in olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə

362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı v əkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məh kəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının “İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinə görə ödənilməmiş 446.500 manat pulun və dəymiş 100.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddiasının təmin olunmaması” hissəsində ləğvi xahiş edildiyinə görə qətnamə həmin hissədə yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İşin məhkəmələr tərəfindən əldə edilmiş alğı-satqı müqavilələrinə dair notariat işləri əsasında müəyyən edilmiş hallarından bəlli olur ki, AN-İ ******* saylı, 21.08.2009-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi alıcı X4 Bakı 5 saylı DNK-nin "xxxx" ASCdəki bank hesabına 27.000 manat, AN-İ ******* saylı, 21.08.2009-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə alıcı X4 Bakı 5 saylı DNK-nin "xxxx" ASC-dəki bank hesabına 400.000 manat və AN-İ ******* saylı, 27.08.2009-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi alıcı X4 Bakı 5 saylı DNK-nin "xxxx" ASC-dəki bank hesabına 400.000 manat pul ödəmişdir. Həmin notariat işlərində İddiaçı nümayəndəsi Cavabdeh 21 və 26 avqust 2009-cu il tarixli ərizələrindən görünür ki, qeyd edilmiş məbləğlərin müvafiq müqavilələrin notarius tərəfindən təsdiqlənməsindən sonra, kontorun depozit hesabı vasitəsilə ödəniləcəyi ona izah edilmişdir.

27. Kassasiya kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, iddiaçının bildirdikləri subyektiv mülahizələrlə söykənir. İddiaçı tərəfindən iddia tələbinin təsdiqi kimi məhkəmələrə mötəbər sübutlar (pulun depozit hesabdan cavabdeh tərəfindən çıxarılması barədə qəbzlər, habelə cavabdeh tərəfindən çıxarılsa belə ona təqdim olunmaması barədə müvafiq sənədlər) təqdim edilməmişdir. İddiaçı notariat qaydada təsdiqlənmiş, cavabdehin sözügedən müqavilələr üzrə pulu almaması və bununla bağlı cavabdehə qarşı hər hansı tələbinin olmaması barədə ərizəsini də inkar etməmişdir.

28. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

29. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.

31. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq hüquqi həqiqət” adlandırmaq olar.

32. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə əd alətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

33. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tib i ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

34. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Res publikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarı).

35. Məhkəmə kollegiyası göstərir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğundur. Eyni zamanda iddia tələbinin alğı-satqı müqaviləsi üzrə pulun verilməməsi hissəsi öz təsdiqini tapmadığından, mənəvi ziyanın ödənilməsi ilə bağlı hissə bu tələbdən yarandığından iddia bütövlükdə əsassız olmuşdur.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(105)-332/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar