Məhkəmə qərarları › İş №2(102)-6312/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6312/2022

27.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6312/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və İsmayıllı Rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi, miras əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 16 avqust tarixli 2(107)773/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 2022-ci il 27 dekabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 İddiaçı əmisidir. İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi 1900-cu ildə inşa edilmiş və İddiaçı babası, Cavabdeh1 atası Ağasəlim Cavadova məxsus olmuş, sonuncunun vəfatından sonra kolxozçu həyətinin növbəti üzvü kimi X9 ailə başçısı olmaqla, ailə üzvlərinin istifadəsində olmuşdur. X9 1948-ci ildə vəfat etmişdir..

2. Cavabdeh1 Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, İsmayıllı rayon Basqal Bələdiyyəsinin arayışları və tərtib olunmuş aktlar əsasında İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,023 ha torpaq sahəsini və onun üzərindəki fərdi yaşayış evini 11 mart 2019-cu il tarixdə adına tam xüsusi mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və ona çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və İsmayıllı rayon Notariat Ofisinə qarşı haz ırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0,023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və İsmayıllı rayonun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0,023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin 1/2 hissəsinin iddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, X2 v əfatından sonra mübahisəli ev iddiaçının atası X10 və əmisi Cavabdeh1 tərəfindən idarə olunmuşdur. 1960-cı ildə atası Bakı şəhərinə, əmisi isə Sumqayıt şəhərinə köçmüş və sonra hər ikisi evlənərək şəhərdə yaşamağa başlamışlar. Atası və əmisi Basqal qəsəbəsindəki miras qalmış evi şifahi razılığa əsasən öz aralarında bölmüşlər. İki mərtəbəli, dörd otaqlı evin alt və üst mərtəbələr olmaqla iki otağı atasının, digər iki otağı isə əmisinin istifadəsinə keçmişdir. Atası vəfat etdikdən sonra miras əmlakın ona çatan hissəsini faktiki qəbul edərək idarə etməyə başlamışdır. Miras ev istifadəyə yararsız olduğundan iddiaçı tərəfindən təmir edilmiş, dəmir qapı qoyulmuş və həyəti təmizləyərək səliqəyə salınmışdır. İddiaçı Bakı şəhərində yaşamağına baxmayaraq, hər il yay aylarında Basqal qəsəbəsinə gələr ək ailəsi ilə birlikdə həmin evdə qalır. Evdə yaşayış üçün zəruri əşyalar var. Bu illər ərzində birinci cavabdehlə aralarında heç bir narazılıq olmamış, evin ümumi qapısının açarı hər ikisində olmuş və evdən hər ikisi istifadə etmişlər. 2019-cu ildə iddiaçı bilmişdir ki, birinci cavabdeh ona məlumat vermədən Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən həmin evdə özünün tək yaşaması ilə bağlı həqiqəti əks etdirməyən arayışlar əldə edərək, həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin tam mülkiyyətçisi kimi çıxarış almışdır. O, babasından atasına, atasından isə ona miras qalmış əmlaka cavabdeh tərəfindən öz şəxsi əmlakı kimi mülkiyyət sənədi almağı qanunsuz hesab edir.

5. İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ilə (hakim R.Şirinov) iddia təmin edilmiş, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0,023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İsmayıllı rayonun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0,023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin 1/2 hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçının atası Ağacavad Cavadov atası Ağasəlim Cavadovdan miras qalmış İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən iki mərtəbəli, dörd otaqlı evin bir hissəsini faktiki qəbul etmiş, mülkün digər hissəsini isə Cavabdeh1 qəbul etmişdir. Digər vərəsələr miras əmlakı qəbul etmək üçün müraciət etməmiş və mirası faktiki qəbul etməmişlər. İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktı məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir. Cavabdeh1 atasından miras qalmış əmlakı miras əmlak kimi deyil, özünə məxsus əmlak kimi bütövlükdə öz mülkiyyətinə keçirmişdir. Bununla da iddiaçının vərəsəlik, gözlənilən mülkiyyət hüquqlarını pozmuş və qanun üzrə vərəsəlik əsasında ona çatacaq paydan məhrum etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 i yun 2020-ci il tarixli, 2(107)632/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.Məcidov - sədrlik edən və məruzəçi, hakimlər M.Əsədli və G.Abbasov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0,023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, İddiaçı 18 aprel 1972-ci ildə ölmüş atası X3 atası Ağasəlim Cavadovdan və bacısı X1 miras qalmış 0,023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin X10 tərəfindən qəbul edilmiş 1/2 hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir.

8. Məhkəmə kollegiyası qət etdiyi nəticəni onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə hazırki mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına deyil, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə istinad etməklə mübahisəni həll etmişdir.

9. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Şamayev – sədrlik edən və məruzəçi, E.Vəliyeva və A.Abbasov) 19 oktyabr 2020-ci il tarixli, 2(102)- 5078/2020 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 iyun 2020-ci il tarixli, 2(107)-632/2020 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndəri lmişdir.

11. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını – mübahisələndirilən daşınmaz əmlaka X2 və ailə üzvlərinin mövcud hüquqları aydınlaşdırılmamış və ailə başçısı kimi qeyd olunan şəxsin öldüyü məqamda qüvvədə olan maddi hüquq normalarına uyğun mirasın qəbul edilməsi, o cümlədən iddiaçının atası tərəfindən mirası qəbul etməsi faktını araşdırmamış, mülki işə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-569/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 saylı qətnaməsi ləğv edilmiş, iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir.

13. İddiaçı Ağacavid oğlu həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5034/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı Ağacavid oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-569/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Kassasiya kollegiyası qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmin halların yoxlanılmasını və işin həmin hallarının qiymətləndirilməsini təmin etmə miş və belə vəziyyətdə iddiaçının atası və özü tərəfindən mirasın qəbul edilməməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməmiş, iş üzrə müəyyənliyin yaranması təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Mahmudov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) 01 fevral 2022-ci il tarixli, 2(107)- 172/2022 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi iddianın təmin olunmuş “İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış ev i və 0.23 ha həyətyanı torpaq sahəsinə Cavabdeh1 adına verilmiş DƏDRX-in 9 saylı Əİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı dövlət reyestrindən Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilməsi və bu hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

17. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Mahmudov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) 01 fevral 2022-ci il tarixli, 2(107)-172/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmuş “İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə rədd edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmlak hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına olduğundan və həmin əmlakla bağlı verilmiş çıxarış qüvvədə olduğundan və çıxarışın ləğv edilməsi iddiasına baxılması inzibati məhkəmənin səlahiyyətinə aid olduğundan hazırkı vəziyyətdə mirasın qəbul edilməsi barədə tələb qiymət verilməsi mümkün deyil. Kollegiyanın qənaətinə görə iddia tələbinin bu hissəsinə cavabdehin adına verilmiş çıxarışın hüquqi vəziyyəti, yəni reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunma sına qiymət verildikdən sonra baxılması mümkündür.

19. İddiaçı X19 Məhkəməsinin Mülki kollegiyasının 1 fevral 2022-ci il tarixli qərardadından və qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.Xəlilovsədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Əliyev), 2(102)-2342/22 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Ağacavid oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-172/2022 saylı, 07 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

21. Kassasiya kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin bir hissəsinin inzibati məhkəmədə baxılması olması qənaətinə gəl məkdə haqlıdır. Belə ki, hazırkı iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. Odur ki, hazırkı mübahisə mahiyyət etibarilə inzibati mübahisə olduğundan, inzibati məhkəmə icraat qaydasında baxılmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Xəlilovsədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Əliyev), 2(102)-2342/22 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Ağacavid oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-172/2022 saylı, 07 fevral 2021-ci il tarixli qətnaməsi l əğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəlləyə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Lakin, apellyasiya instansiya məhkəməsi mübahisənin qanuni həllinin təmin edilməsi üçün kassasiya instansiyası məhkəməsinin qərarında verilmiş göstərişlərə əməl etməmişdir. Belə ki, həmin qərara görə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının atası da daxil olmaqla mübahisəli əmlaka X2 və ailə üzvlərinin hüquqlarının olması aydınlaşdırılmamış və ailə başçısı kimi qeyd olunan şəxsin öldüyü məqamda qüvvədə olan maddi hüquq normalarına uyğun mirasın qəbul edilməsi, o cümlədən iddiaçının atası tərəfindən mirasın qəbul edilməsi faktı araşdırılmamış, X2, X5 və X6 vərəsələrinin mövcud olub-olmaması, onların miras əmlaka hüquqlarının olması araşdırılmamış, miras əmlakdan payların düzgün müəyyən edilməsi üçün zəruri olduğu halda həmin şəxslərin işə cəlb edilməsi təmin edilməmiş, mirasın əvvəlcə anası Humayin ilə birlikdə, anasının ölümündən sonra isə bilavasitə faktiki qəbul etməsi barədə iddiaçının göstərdikləri yoxlanılmamış, mübahisəli torpaq sahəsinin və evin cavabdehin adına sənədləşdirilməsinə etiraz etməməsinə dair ərizə vermiş X7 əmlaka hüququnun olub-olmaması, payından imtina etməsinin səbəbləri araşdırılmamışdır. Apellyasiya məhkəməsi həmin Qərard a qeyd edilənləri araşdırmadan belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmlak hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına olduğundan və həmin əmlakla bağlı verilmiş Çıxarış qüvvədə olduğundan, hazırki vəziyyətdə iddia tələbinin ikinci hissəsinə münasibət bildirmək mümkün deyil. Buna görə də, Çıxarış ləğv olunmadan, iddia tələbinin bu hissəsi təmin edilə bilməz. Halbuki, iddiaçının müvafiq Çıxarışı inzibati icraat qaydasında mübahisələndirə bilməsi üçün hazırkı mübahisə çərçivəsində onun mübahisəli əmlakı miras əmlak qismində qəbul edib-etməməsi müəyyən olunmalı, nəticədə müvafiq Çıxarışı inzibati icraat qaydasında mübahisələndirə bilməsi üçün subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Beləliklə, kassasiya kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi iddia tələbinin miras əmlakın qəbuluna dair hissəsini çıxarışın qüvvədə olmasından asılı etməklə, yanlış nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, iddianın bir hissəsinin, yəni çıxarışın ləğv edilməsi iddiasının inzibati məhkəmədə baxılmalı olması ilə bağlı qərardad qanuni hesab edilərək dəyişdirilmədən saxlanmışdır. Bununla məhkəmə iddiaçıya həmin məhkəməyə müraciət etməli olduğu yolu göstərmişdir. Lakin, iddiaçının inzibati məhkəməyə verəcəyi tələbinin uğurluluğu üçün onun tələbetmə hüququ olmalıdır. Hazırkı işdə mirasın faktiki olaraq iddiaçı tərəfindən qəbul edilib-edilməməsi məsələsi həll edilmədən onun digər məhkəmədə çıxarışı mübahisələndirməyə subyektiv hüququ olmayacaq. İnzibati məhkəmə iddiaçının mirası faktiki qəbul edib-etməməsi məsələsini araşdırmayacaq. Ona görə, Apellyasiya Məhkəməsi yeni məhkəmə baxışı zamanı əvvəlki kassasiya məhkəmələrinin göstərişlərinə uyğun olaraq iddiaçının mirası faktiki qəbul edib-etməməsi məsələsi ilə bağlı mübahisəni həll etməlidir. Çünki, iddiaçının mirası qəbul etmədiyi təsdiq olunacağı təqdirdə, digər işi inzibati məhkəmədə mübahisələndirməyə iddiaçının marağı qalmayacaq. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən N.Quliyev, məruzəçi İ.Şükürov və A.Eyvazov) 2022-ci il 16 avqust tarixli, 2(107)-773/2022 nömrəli qətnaməsi ilə cavabdeh Cavadov Ağasəlim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)812/2019 nömrəli qətnaməsi İsmayıllı rayonunu n Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktına dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İsmayıllı rayonun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin atası X8 məxsus 1/4 hissəsinin 1/8 hissəsinə İddiaçı tərəfindən mirasın qəbul olunması faktı müəyyən edilmişdir.

25. Məhkəmə kollegiyası, iddiaçıların idddia tələbinin iki hissədən, yəni çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsindən ibarət olduğunu bildirmişdir. Tələbin birinci hissəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin sözügedən qərardadı qanuni qüvvəsini aldığından məhkəmə kollegiyası tələbin miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edərək qeyd etmişdir ki, iddiaçının atası Ağacavad Cavadov ailədə beş övlad olmaqla 1900-cu ildə inşa edilmiş İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən atası Ağasəlim Cavadova məxsus evdə yaşamışlar. İddiaçının babası vəfat etdikdən sonra kolxozçu həyətinin növbəti üzvü kimi bibisi Qərənfil Cavadova ailə başçısı olmuşdur. Belə ki, İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 avqust 2019-cu il tarixli 191 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayonu 85 nömrəli Arxiv fondunda saxlanan İsmayıllı RİHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 1948-1950-ci illərin təsərrüfatbaşına kitabında 1920-ci il təvəllüdlü X9 ailə başçısı olmaqla ailə t ərkibi kimi bacısı - 1926-cı il təvəllüdlü X12, bacısı - 1928-ci il təvəllüdlü X13, qardaşı - 1930-cu il təvəllüdlü X10 və qardaşı - 1932-ci il təvəllüdlü Cavabdeh1 qeyd olunmuşlar. Digər tərəfdən mərhum X9 1948-ci ildə ölmüş və o ailə həyatı qurmadığı üçün onun birinci növbəli vərəsələri olmamışdır. Belə ki, 1948-ci ildə X9 vəfat etdikdən sonra 1960-cı ilə qədər 2 qardaş hazırki iddiaçının atası Cavadov Ağacavad və qardaşı hazırki iş üzrə Cavabdeh1 həmin evdə yaşayıblar. Onların bacıları ayrı ayrı vaxtlarda ərə gedib başqa evdə yaşayıblar. xx.xx.1927-ci il tarixdən qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yerdə vərəsə vərəsəliyin açıldığı gündən etibarən 3 ay müddətə vərəsəlikdən imtina etmək barədə notariusa ərizə verməzsə vərəsəlik qəbul edilmiş sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, digər vərəsələr olan bacılar vərəsəlikdən imtina barədə notarusa ərizə verməmişlər, onda bu şəxslər də miras əmlakı qəbul etmiş sayılırlar. Həmçinin, öyrənilən işdən bəlli olur ki, X2 ölümündən sonra ailə tərkibi kimi qalan bacısı - 1926-cı il təvəllüdlü X12, bacısı - 1928-ci il təvəllüdlü X13, qardaşı - 1930-cu il təvəllüdlü X10 və qardaşı - 1932-ci il təvəllüdlü Cavadov X4 rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış evi və 0.23 ha həyətyanı torpaq sahəsinə hər birinə ¼ hissə olmaqla miras əmlakı faktiki qəbul etməklə idarə etmişlər. İşin müəyyən edilmiş bu halını həm iddiaçı tərəf, həm də cavabdeh tərəfindən inkar edilmədiyindən, kollegiya bu qənaətdədir ki, miras əmlakın dörd nəfər tərəfindən qəbu l edilməsi faktı işin mübahisələndirilməyən, yəni həm iddiaçı, həm də cavabdeh tərəfin qəbul edilmiş halıdır. İddiaçının atası X10 1972-ci ildə vəfat etdikdən sonra iddiaçı anası və digər bacı və qardaşları ilə birlikdə yay aylarında gəlib həmin evdə yaşamış və miras əmlakın onlara çatan hissəsini (atasından qalan dörddə bir hissəni) faktiki qəbul edərək idarə etmişlər. Həmin evdə təmir işləri aparıb və bu evdə iddiaçıya aid zəruri əşyalar vardır. Həmçinin mülki işin 109-cu səhifəsində olan 21 oktyabr 2019-cu il tarixli iclas protokolunda olan Cavabdeh1 izahatından görünür ki, o iddiaçıya qanun üzrə vərəsəlik əsasında miras əmlakından pay çatmasına etiraz etmədiyini, iddiaçıya miras əmlakdan pay çatacağı halda digər vərəsələrə də pay çatmalı olduğunu bildirmişdir. Bundan əlavə birinci inst ansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş İsmayıllı RİHB-nın Basqal qəsəbə üzrə nümayəndəsi X24, İsmayıllı rayonu Basqal qəsəbəsinin bələdiyyə sədri X17, iddiaçının bacısı X14, qardaşı X15 bildirmişlər ki, həm iddiaçı, həm də cavabdeh hər il yay aylarında miras qalmış evə gələrək, burada yaşamışlar. Həmçinin, həmin məhkəmə iclasında ifadə vermiş 1939-cu ildə İsmayıllı rayonu Basqal qəsəbəsində doğulmuş və həmin qəsəbədə qeydiyyatda olmaqla yaşayan X20 bildirmişdir ki, Cavabdeh1 və qardaşı mərhum X26 qəsəbəsindəki miras evi öz aralarında bölmüşlər. Atası vəfat etdikdən sonra Cavid miras əmlakdan atasına çatan hissəni faktiki qəbul edərək idarə etməyə başlamış və həmin evdə təmir işləri aparmışdır. İşdə olan sənədlərdən görünür ki, mübahisəli əmlakda olan qaz sayğacı cavabdeh in adına, işıq sayğacı isə iddiaçının adına olmuşdur. 2009-cu ildən başlayaraq işıq sayğacının ödənişi iddiaçı tərəfindən ödənilmişdir. iddiaçının atası Cavadov Ağacavad 1972-ci ildə vəfat etdikdən sonra iddiaçı anası və digər bacı və qardaşları ilə birlikdə yay aylarında gəlib həmin evdə yaşamış və miras əmlakın onlara çatan hissəsini (atasından qalan dörddə bir hissəni) faktiki qəbul edərək idarə etmişlər. Lakin, birinci növbəli vərəsə kimi, iddiaçının bacı və qardaşları iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dəvət edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmiş və miras əmlakla bağlı öz iradə ifadələrini bildirməmişlər. Belə olan halda miras açılan zaman, yəni 1964-cü ildə qəbul edilmiş və xx.xx.2000-ci il tarixə kimi qüvvədə olm uş Azərbaycan SSR-in Mülki Məcəlləsinin tələblərinə əsasən iddiaçının miras əmlakdan atası X8 çatan dörddə bir hissə payın səkkizdə bir hissəsinin onun tərəfindən qəbul olunması faktı müəyyən edilməlidir.

26. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, 71-ci maddələrinə, 1923-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 488-ci,499, 500-cü, 1964-cü ildə qəbul edilmiş və xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 527,528, 532, 552-ci, MMP-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya ş ikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edərək və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, 1964-cü ildə qəbul edilmiş və xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 552-ci maddəsi pozulmuşdur. İşin faktiki haları ilə müəyyən olunur ki, iddiaçının mərhum atası X10 xx.xx.1972-ci ildə rəhmətə getmişdir. Bundan 6 ay ərzində iddiaçının İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinə gəlib orada yaşaması, müəyyən təmir işlərinin görülməsi onun 1972-ci ildən mirası faktiki qəbul etməsi hesab oluna bilməz. Bundan başqa, iddiaçının mərhum at ası X3 vəfat etdikdən sonra mübahisəli fərdi yaşayış evində yaşamaqlarını sübut edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Əksinə iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, onlar Sumqayıt şəhərində yaşamırlar, hətta orada olan mənzillər sökülmüş və əvəzinə yeni mənzil verilmişdir. Bir anlıq məhkəmənin mövqeyi ilə razılaşsaq belə, iddiaçının özünün miras əmlakı qəbul etməsi faktı, müəyyən edilmir. İddiaçının atası qəbul etmiş olsa belə, atasından qalan miras əmlakı iddiaçı özü qəbul etməmişdir.

29. MPM-in 4.1,14.1, 217.1, 420-ci maddələri pozulmuşdur. Məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2(102)-5078/2020 saylı, xx.xx.2020-ci tarixli qərarında qeyd edilən gös tərişlərə düzgün qiymət verməmişdir.İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçı 7 yaşında mirası faktiki qəbul edə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

32. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

33. Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. xx.xx.1965-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsi

34. Maddə 488.Qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə qardaş-bacıları hesab olunurlar.

35. Maddə

499. Vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur.

36. Maddə

500. Vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər. xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsi

37. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

38. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

39. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

40. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını fakt iki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi q anuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tut ulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəy yən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisləndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlilləri cavabdehin etirazında istinad etdiyi dəlillərlə eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya icraatında araşdırılmalı olan halların da araşdırılmasını təmin edərək belə qənaətə gəlmişdir ki, iddiaçının babası vəfat etdikdən sonra kolxozçu həyətinin növbəti üzvü kimi bibisi Qərənfil Cavadova ailə başçısı olmuşdur. X9 1948-ci ildə ölmüş və o ailə həyatı qurmadığı üçün onun birinci növbəli vərəsələri olmamışdır. 1948-ci ildə X9 vəfat etdikdən sonra 1960-cı ilə qədər 2 qardaş hazırki iddiaçının atası Cavadov Ağacavad və qardaşı hazırki iş üzrə Cavabdeh1 həmin evdə yaşayıblar. Onların bacıları ayrı-ayrı vaxtlarda ərə gedib başqa evdə yaşamışlar.

53. Apellyasiya instansiyası məhkə məsi qeyd edir ki, xx.xx.1927-ci il tarixdən qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yerdə vərəsə vərəsəliyin açıldığı gündən etibarən 3 ay müddətə vərəsəlikdən imtina etmək barədə notariusa ərizə verməzsə vərəsəlik qəbul edilmiş sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, digər vərəsələr olan bacılar vərəsəlikdən imtina barədə notarusa ərizə verməmişlər, onda bu şəxslər də miras əmlakı qəbul etmiş sayılırlar.

54. Həmçinin, məhkəmə kollegiyası daha sonra qeyd edir ki, X2 ölümündən sonra ailə tərkibi kimi qalan bacısı - 1926-cı il təvəllüdlü X12, bacısı - 1928-ci il təvəllüdlü X13, qardaşı - 1930-cu il təvəllüdlü X10 və qardaşı - 1932-ci il təvəllüdlü Cavadov X4 rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış evi və 0.23 ha həyətyanı torpaq sahəsinə hər birinə ¼ hissə olmaqla miras əmlakı faktiki qəbul etməklə idarə etmişlər.

55. İşin müəyyən edilmiş bu halını həm iddiaçı tərəf, həm də cavabdeh tərəfindən inkar edilmədiyindən, kollegiya bu qənaətə gəlmişdir ki, miras əmlakın dörd nəfər tərəfindən qəbul edilməsi faktı işin mübahisələndirilməyən, yəni həm iddiaçı, həm də cavabdeh tərəfin qəbul edilmiş halıdır.

56. İddiaçının atası X10 1972-ci ildə vəfat etdikdən sonra iddiaçı anası və digər bacı və qardaşları ilə birlikdə yay aylarında gəlib həmin evdə yaşamış və miras əmlakın onlara çatan hissəsini (atasından qalan dörddə bir hissəni) faktiki qəbul edərək idarə etmişlər.

57. Nəticədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, miras açılan zaman qəbul edilmiş və xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin tələblərinə əsasən iddiaçının miras əmlakdan atası X8 çatan dörddə bir hissə payın səkkizdə bir hissəsinin onun tərəfindən qəbul olunması faktı müəyyən edilməsi qanuauyğundur.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda zəruri hesab etdiyi halların araşdırılmasını təmin etmiş və miras açılarkən qüvvədə olan maddi hüquq norması baxımında mirasın iddiaçının atası tərəfindən qəbul edilməsi, onun ölümündə sonra isə məhz iddiaçı tərəfindən atasının qəbul etdiyi həddə mirasın qəbul edilməsini müəyyən etmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək s əlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr yuxarıda göstərilən qaydada əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-773/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar