Məhkəmə qərarları › İş №2(102)-632/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-632/2023

21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-632/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı ilk, Cavabdeh1 və Cavabdeh2 MMC-nin (qarşılıqlı iddia üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi barədə iş üzrə QƏRARİ ( Açar sözlər: nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi, təsisçiliyə xitam verilməsi, maddi zərərin ödənilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı MMC-nin nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi tələbinə dair ilk, Cavabdeh1, "xxxx" MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı qarşı “MMC-də iştiraka xitam verilməsi və pul tələbi” barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli 2(103)-6123/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC-nin xx.xx.2006-cı ildə təsdiq edilmiş Nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçiləri hər birinin payı 50 faiz olmaqla X4 (Türkiyə Respublikasının vətəndaşı) və İddiaç ıdur (Azərbaycan Respublikasının vətəndaşı). 2. "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, cəmiyyətin təsisçiləri Nurettin Cengiz (50 faiz pay), İddiaçı (25 faiz pay) və Cavabdeh1dır (25 faiz pay). 3. "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə görə cəmiyyətin adı dəyişdrilmiş, cəmiyyətin nizamnaməsinin titul vərəqində və mətnində adı Cavabdeh2 MMC kimi oxunması qərara alınmışdır.

4. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X1 Qeydiyyatı İdarəsinin məktubuna görə, İdarəyə daxil olmuş MMC-nin adının dəyişdirilməsindən sonra təsisçilərin və onların nizamnamə kapitalındakı paylarının miqdarında hər hansı dəyişikliyin olubolmaması, cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlum atların təqdim edilməsinə dair müraciətə baxılaraq bildirilmişdir ki, cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh2 MMC kimi müəyyən edilmişdir və müvafiq dəyişiklik xx.xx.2018ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilmişdir ki, İdarədə olan reyestrə əsasən Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1 – 2500 ABŞ dolları, 25 pay, 25 faiz pul şəklində, İddiaçı – 2500 ABŞ dolları, 25 pay, 25 faiz pul şəklində və Nurettin Cengiz (Türkiyə Respublikası) – 5000 ABŞ dolları, 50 pay, 50 faiz pul şəklində. 5. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli Müstəqil auditorun hesabatına əsasən, 2011-2015-ci illər ərzində təsisçilərdən İddiaçı tərəfindən "xxxx" MMC-nin kassasından ********* manat pulun götürülməsi müəyyən olunur. Həmin məbləği təsdiq edən ilkin sənədlər araşdırmaya təqdim olunmamışdır. Hüquqi qiymət verilməsi üçün isə hüquq mühafizə orqanları tərəfindən araşdırılması zərurəti vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı ilk iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin (hazırda adı Cavabdeh2 MMC) nizamnamə kapitalının 50 faiz payçısı kimi, MMC-nin balansında olan bütün əmlakların nizamnamə kapitalındakı 50 faiz təsis payına uyğun naturada bölünməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İlk İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 1995-ci ildən MMC-nin təsisçisi və 50 faiz payçısı olmuş, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə aralarında formal olaraq "xxxx" barədə uydurma müqavilə bağlanmış, həmin müqaviləyə görə MMC-nin 50 faiz payın 25 faizi Cavabdeh1 satmışdır. Müqaviləyə görə 25 faiz təsis payını alıcıya 2500 ABŞ dollarına satmışdır, lakin bu məbləğ alğı-satqı müqaviləsində tamamilə formal olaraq göstərilmişdir. MMC-nin balansında olan əmlakların və anbarda olan malların dəyəri milyonlarla manat təşkil edir. MMC-nin balansında onlarla daşınmaz əmlak (torpaq sahələri, qeyri-yaşayış sahələri), 100-dən çox nəqliyyat vasitəsi vardır. Belə olan halda, MMC-nin 25 faiz payının dəyərinin 2500 ABŞ dolları olması ağlabatan deyildir, bu da alğı-satqının formal xarakter daşıması nı bir daha təsdiq edir. Cavabdeh1 ilə bağlanmış payın alğı-satqısı müqaviləsinin formal olmasını göstərən digər bir əsas odur ki, alğı-satqı müqaviləsində göstərilən və satılan payın dəyərini təşkil edən (formal da olsa) 2500 ABŞ dolları pul depozit hesabından nə onun tərəfindən, nə də nümayəndəsi tərəfindən çıxarılmamışdır, yəni satılan payın dəyəri olan pul ona verilməmişdir (nağd və ya digər formada). Cavabdeh1 tərəfindən formal da olsa MMC-nin 25 faiz təsis payı alındıqdan sonra o, MMC-nin fəaliyyətindən, idarə edilməsindən kənarda saxlanılmış, hətta MMC-nin inzibati binasına və fəaliyyət göstərdiyi yerlərə belə buraxılmamış, onun şirkətə daxil olmasına qadağa qoyulmuşdur. Cavabdeh1 tərəfindən MMC-nin adı da dəyişdirilmiş, yeni rəhbərlik təyin edilmişdir. Hazırda iddiaçı, MMC-dən təsi s payına uyğun nə dividend, nə də MMC-nin maliyyə vəziyyəti və digər məsələlər barədə məlumat ala bilmir. Ona görə də, 50 faiz təsis payına malik olduğu şirkətin nizamnamə kapitalındakı payına uyğun əmlakının naturada onun mülkiyyətinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edildiyi kimi, sənəd üzərində 25 faiz payının olduğu görsənsə də, faktiki olaraq şirkətin 50 faiz təsisçilik payı ona məxsusdur..

8. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 İddiaçı qarşı müstəqil iddia irəli sürərək, İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6184633,23 manat pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İş üzrə cavabdehlərin və üçüncü şəxsin iddiaları isə belə əsaslandırılmışdır ki, MMC-nin hazırda 3 səhmdarı var. MMC-nin səhmlərinin 50 faizi Türkiyə Respublikasının vətəndaşı Nurettin Cengizə, 25 faizi Cavabdeh1, digər 25 faizi isə İddiaçı məxsusdur. İddiaçı digər payçıların etibarından sui-istifadə edərək MMC-nin ümumilikdə 7333517,08 manat pulunu mənimsəmiş və israf etmiş, o cümlədən 5032428,13 manatını MMC-nin kassasından nağd qaydada, heç bir sənədləşmə aparmadan çıxardaraq ələ keçirmişdir. İddiaçı ilk iddiası tam əsassızdır. Belə ki, İddiaçı yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi əsassız hesab edilərək rədd edilmişdir. İddiaç ı əsassız iddialarla məhkəməyə müraciət etməsinin səbəbi MMC-də faktiki rəhbərlik etdiyi dövrdə mənimsədiyi vəsaiti geri qaytarmamaq üçün qarşı tərəfə məhkəmələr vasitəsilə təzyiq göstərməkdən ibarətidir. İddiaçı MMC-də payının məbləği 1148883,85 manatdır. MMC-yə vurduğu zərərin bir hissəsi həmin 1148883,85 manat payı ilə əvəzləşdirməklə o, MMC-nin təsisçilərinin siyahısından çıxarılmalı və yerdə qalan 6184633,23 manat isə İddiaçı alınaraq MMC-yə ödənilməlidir..

10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlar, o, cümlədən şahid ifadəsinə əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 MMC-nin (əvvəlki adı ilə "xxxx" MMC) 1995-ci ildən təsisçisi və 50 faiz payçısı olmuşdur. 25 oktyabr 2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı 50 faiz payın 25 faizini 2500 ABŞ dollarına Cavabdeh1 satmışdır. Hazırda Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1 - 2500 ABŞ dolları, 25 pay, 25 faiz, pul şəklində, İddiaçı 2500 ABŞ dolları, 25 pay, 25 faiz, pul şəklində, X5 (Türkiyə Respublikası) - 5000 ABŞ dolları, 50 pay, 50 faiz, pul şəklində..

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilməklə cavabdeh İddiaçı Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi və İddiaçı 6184633,23 manatın tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi ilki iddia barədə qeyd etmişdir ki, ilkin İddiaçı Cavabdeh2 MMC-də nizamnamə kapitalının 50 faiz payçısı kimi özünü qələmə versə də, iş materiallarında olan sənədlər üzrə onun payının hazırda 25 faiz olması halı mübahisəsizdir. Bundan əlavə, ilkin İddiaçı MMC-nin balansında onlarla daşınmaz əmlak (torpaq sahələri və qeyri-yaşayış sahələri), 100-dən çox nəqliyyat vasitəsi olmasını göstərsə də, Cavabdeh2 MMC-nin adında hazırda nəqliyyat vasitəsi yoxdur, MMCnin adına yalnız ünvan 1 ünvanında əmlak kompleksi kimi müəssisə və ünvan 2 ünvanında qeyri-yaşayış binası vardır ki, həmin əmlaklar da xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir.

13. Birinci instansiya məhkəməsi daha sonra göstərmişdir ki, ilkin İddiaçı MMC-də təsisçi kimi 25 faiz payının dəyərinin 2500 ABŞ dolları olmasını əvvəldə n bildiyi halda, hazırki vaxta kimi bu payın dəyərinin göstərilən məbləğdə olmasını heç vaxt mübahisələndirməmiş, hazırda da iddia tələbi qaydasında mübahisələndirmir. Həmçinin, hazırda Cavabdeh2 MMC-də ilkin iddiaçının 25 faiz payı olan 2500 ABŞ dolları məbləğində əmlakın olması da müəyyən edilmir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən hesab etmişdir ki, iddiaçı payına uyğun əmlakın naturada verilməsi barədə deyil, təsis payı olan 2500 ABŞ dollarının verilməsi barədə tələb irəli sürməli idi ki, bu da onun MMC-nin təsisçiliyinə və səhmdar kimi pay hüququna xitam verilməsi gətirib çıxarardı. Qarşılıqlı iddia tələbləri barədə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli müstəqi l auditorun hesabatında İddiaçı Cavabdeh2 MMC-dən (əvvəlki "xxxx" MMC) pul vəsaitini mənimsəməsi müəyyən edilmişdir. Hazırda Cavabdeh2 MMCnin balans dəyəri (daşınar və daşınmaz əmlaklar, kreditor borcları da daxil olmaqla) 4595535,37 manat, İddiaçı hazırda Cavabdeh2 MMCdə olan payının həcmi isə həmin məbləğin 25 faizini təşkil edir. Balans dəyərinə münasibətdə İddiaçı payının məbləği 1148883,85 manatdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə vurduğu maddi zərər isə 7333517,08 manat təşkil edir. Həmçinin Cavabdeh2 MMC-nin təsisçisi İddiaçı və digərləri tərəfindən cəmiyyətə külli miqdarda ziyan vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi istintaq edilir. Məhk əmə Auditorlar Palatasının lisenziyası əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış, Cavabdeh2 MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən audit yoxlamasına dair 08 may 2018-ci il tarixli müstəqil auditorun hesabatını, eləcədə, Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul olunan qərarı nəzərə alaraq İddiaçı Cavabdeh2 MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində təsisçilərin siyahısından çıxarılması və yerdə qalan 6184633,23 isə ERBİ-H" MMC-yə ödənilməsi təmin edilməklə İddiaçı “ERBİ-H» MMC-də iştirakına xitam verilməklə qarşılıqlı iddia tələbinin həmin hissələrdə təmin edilməsi qənaətinə gəlmişdir. Audit rəyinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert (audit) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən həmin rəy mübahisələndirilmədiyindən bu rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edib ki, lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış audit yoxlamasına dair 08 may 2018- ci il tarixli müstəqil auditor rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir. Bununla belə birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin İddiaçı MMC-də iştirakına xitamı ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi hiss əsinin rədd olunmasını onunla əsaslandırmışdır ki, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı “ERBİ-H» MMC-də iştirakına xitam verilməsi ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi müvafiq icra hakimiyyəti orqanının vəzifəsidir, ona görə də tələbin bu hissəsinə məhkəmə qaydasında hüquqi qiymət verilməsi istisna olunur.

14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 94 və 95-ci və MPM-nin 101.3 və 206.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ər izəsinə uyğun əsaslandırılmış, işin faktiki halları sadalanmış, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmasına, işin hallarının tam və hərtərəfli araşdırılmamasına və işin hallarına uyğun olmayan nəticəyə gəlinməsinə istinad edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2370/2021 saylı mülki iş üzrə 26 fevral 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddiaya aid hissədə ləğv olunmuş, Cavabdeh1 və Cavabdeh2 MMC, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçünc ü şəxs Cengiz Nurettin tərəfindən İddiaçı qarşı irəli sürülmüş İddiaçı "xxxx" MMC-də iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6184633,23 manatın tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qarşılıqlı iddiası və üçüncü şəxsin iddiası rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır..

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilk iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mövcud qanunvericiliyin tələblərinə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçısına nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi yalnız o, cəmiyyətdən çıxdığı zaman verilə bilər. İddiaçı isə cəmiyyətdən çıxması barədə iddia qaldırmamışdır. İddiaçı yalnız onun MMC-dən çıxması barədə iddia qaldırdıqdan sonra Mülki Məcəllənin 96.1 -ci maddəsinin tələblərinə uyğun olaraq nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsini və ya əmlakın naturada verilməsini tələb edə bilər. Ona görə də ilk iddia tələbləri sübutlar araşdırılmadan rədd edilməlidir. İddiaçının Mülki Məcəllənin 220.3-cü maddəsinə istinad etməsini də apellyasiya məhkəməsi əsasız saymışdır. Çünki həmin maddənin məzmununa görə payının naturada ayrılmasını yalnız paylı mülkiyyətin mülkiyyətçiləri tələb edə bilər. Hazırkı işdə isə iddiaçının tələb etdiyi əmlaklar paylı mülkiyyətdə deyildir və Cavabdeh2 MMC-yə məxsusdur. Apellyasiya məhkəməsi daha sonra hesab etmişdir ki, qarşılıqlı iddia və üçüncü şəxsin iddiası da təmin edilə bilməz. Belə ki, cavabdehlərin və üçüncü şəxsin istinad etdikləri hallar (İddiaçı digər pay çıların etibarından sui-istifadə edərək cəmiyyətin, ümumilikdə 7333517,08 pulunu mənimsəməsi və israf etməsi) cinayət xarakterli hallardır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq oluna bilər. Lakin cavabdehlərin və üçüncü şəxsin istinad etdikləri hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə cavabdehlərin və üçüncü şəxsin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli auditor rəyini iş üzrə İddiaçı cəmiyyətin 7333517,08 pulunu mənimsəməsi və israf etməsi kimi halları təsdiq edən sübut qismində qəbul edilməsini mümkün saymamış, hes ab etmişdir ki, həmin auditor rəyi göstərilən halları təsdiq edən sübut kimi qəbul edilsə belə, cavabdehlərin və üçüncü şəxsin istinad etdiyi Mülki Məcəllənin 94-cü maddəsi heç bir halda hazırkı mübahisənin həllində tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə adı çəkilən normaya görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındakı payına yönəldilə bilər ki, borcu ödəmək üçün həmin iştirakçının başqa əmlakı mövcud olmasın. Yalnız bundan sonra kreditor cəmiyyət iştirakçısının nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməsi və ya bu əmlak hissəsini ayırması tələbini irəli sürə bilərlər. Lakin hazırkı işdə bu qaydaya riayət olunması barədə sübutlar təqdim edilməmişdir. Bu baxımdan apell yasiya instansiyası hesab etmişdir ki, cavabdehlər və üçüncü şəxs tərəfindən irəli sürülmüş iddia tələbləri rədd olunmalıdır. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, qarşılıqlı iddianı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC ilə yanaşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 də imzalamışdır. Mülki prosessual qanunvericilikdə qarşılıqlı iddia üzrə iddiaçılarla mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin birlikdə iddia ərizəsi verilməsini qadağan edən hər hansı norma mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia ərizəsinə münasibət bildirsə də, üçüncü şəxs X3 iddia tələbinə ümumiyyətlə münasibət bildirməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin h üquqi əsası kimi Mülki Məcəllənin 94, 95 və 96.1-ci, Mülki Prosessual Məcllənin 81-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instaniyası məhkəməsindəki birinci icraat

20. Cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 MMC və üçüncü şəxs Nurettin Cengiz kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

21. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmıdır ki, apellyasiya məhkəməsi tərəflərin bərabərliyi və çəkişmə prinsipini pozmuş, iddiaçının apellyasiya şikayəti ilə tanış olması üçün cavabdehlərin və üçüncü şəxsin nümayəndəsi və vəkili olmuş şəxsə şərait yardılmamış, bu barədə olan vəsatət təmin edilməmişdir. Məhkəmə qarşılıqlı iddiaçıları n və üçüncü şəxsin istinad etdiyi halların cinayət xarakterli olması, ona görə də vurulmuş zərərin cinayət təqibi qaydasında tələb edilməli olması barədə gəldiyi nəticə səhv olmuşdur. İddiaçı tərəfindən mənimsənilən vəsaitin cinayət və ya mülki mühakimə qaydasında tələb etmək iddiaçıların subyektiv hüququdur. Auditor rəyinin sübut kimi qəbul edilməməsi barədə məhkəmənin qənaəti səhv olmuşdur.

22. İddiaçı da kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayəti dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan s onra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4783/2019 nömrəli iş üzrə 03 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər – Q.Ə.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və Ə.Ə.Şadiyev) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh1 qarşılıqlı iddiasını rədd edən apellyasiya instansiyası məhkəməsi İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 308.1 maddəsi ilə başlanılmış cinayət işi üzrə istintaqın nəticəsini aydınlaşdırmadan, qarşılıqlı iddia üzrə iddiaçıların və 3-cü şəxsin məhkəmə hökmü olmadan da İddiaç ı qanunsuz yolla MMC-dən əldə etdiyi pulu geri qaytarılmasını tələb etmək hüquqları olmasını nəzərə almamışdır. “Auditor fəaliyyəti haqqında” Qanunun 12.1ci maddəsinə əsasən auditorun hesabatı audit subyektinin maliyyə vəziyyəti, maliyyə hesabatlarının doğruluğu, mühasibat uçotunun ümumi vəziyyəti barədə auditorun rəyi ifadə olunan və auditin sifarişçisinə ünvanlanan və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Hazırki iş üzrə audit rəyini sübut kimi qəbul etməyən apellyasiya instansiyası məhkəməsi həmin rəyi araşdırmadan, rəyə müvafiq hüquqi qiymət vermədən, əsaslandırmadan əsassız olaraq 08 may 2018-ci il tarixli audit rəyini sübut növü kimi qəbul etməmiş və qarşılıqlı iddianı rədd etmiş dir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Cavabdeh2 MMC-nin (əvvəlki "xxxx" MMC) xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrə aid vergi orqanına təqdim edilmiş sənədlərə (vergi bəyannamələri, vergi yoxlamalarının nəticələrinə dair aktlar, qərarlar və s.) əsasən MMC-nin aktivləri, mənfəət və xərclərinin nə qədər olması, qeyd edilən sənədlərə əsasən İddiaçı MMC-yə məxsus olan pul vəsaitini mənimsəməsi və ya başqa qaydada israf etməsi, MMC-nin kassasından heç bir sənədləşmə aparmadan çıxarmasının təsdiq edilib-edilməməsi barədə suallar qoyulmuşdur.

27. Məhkəmə Ekspertizası Mərkəzini n xx.xx.2020-ci il tarixli 29194 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına (təsisçilərlə hesablaşmaların vəziyyətinə) dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdeh2 MMC-nin (əvvəlki Güllübulaq) mənfəəti 30432432,94 manat (158627067,30 manat (mal, iş və xidmət satışından daxil olma) – 102446751,96 manat (satışın maya dəyəri) – 25747882,4 manat (kommersiya xərci)) təşkil edir və xx.xx.2011-ci il tarixə cəmiyyətin aktivləri 7335270,46 manatdır. 30432432,94 manat mənfəətin 6666459,86 manatı aktivlərin alınmasına, 16442456,0 manatı təsisçilərlə hesablaşmalara sərf edilm işdir. Yerdə qalan məbləğin isə hara xərclənməsi barədə hesabat təqdim edilməmişdir. Həmçinin xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı, 2009-2015-ci illər ərzində Türkiyə Respublikasından MMC-nin ünvanına daxil olmuş “uşaq bezləri yükləri üzrə müvafiq audit araşdırmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən MMCdə 2011-2015-ci illər ərzində kassadan heç bir sənədləşmə aparılmadan 5032428,13 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən götürülməsi və xx.xx.2017-ci il tarixə 7333517,08 manat məbləğində çatışmazlığın olması müəyyən edilir.

28. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-416/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhər rəmova və R.M.Həsənov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya məhkəməsi qarşılıqlı iddia və üçüncü şəxsin iddiası ilə bağlı isə qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli müstəqil auditorun hesabatında və iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində İddiaçı MMC-dən vəsait mənimsəməsi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı və başqaları tərəfindən MMC-yə külli miqdarda ziyan vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətin in tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Apellyasiya məhkəməsi xx.xx.2018-ci il tarixli müstəqil auditorun hesabatını, MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul etdiyi qərarı nəzərə alaraq, MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində İddiaçı təsisçilərin siyahısından çıxarılması və yerdə qalan 6184633,23 manatın isə MMC-yə ödənilməsini Mülki Məcəllənin 94-cü maddəsinin tələbləri baxımından qanuni hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. İddiaçı nümayəndəsi (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert öz rəyində məhkəmə qətnaməsinə əsaslansa da, bunun hüquqi əsası olmamışdır. Belə ki, həmin qətnamədə auditor hesabatının hüquqi əhəmiyyət kəsb etməməsi səbəbindən İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir, yəni, ekspert qətnamənin mahiyyətinə varmadan və onun səlahiyyəti çərçivəsində olmayan məsələyə hüquqi qiymət verməklə rəy vermişdir. Ekspert vergi orqanının təqdim etdiyi aktlar və onun əsasında qəbul edilmiş qərarlara istinad etməli olduğu halda, yenidən "xxxx" MMC-nin müstəqil auditor rəyinə əsaslanaraq rəy verməklə işə obyektiv yanaşmamışdır. Məhkəmə ekspertin məhkəməyə təqdim etdiyi vəsatətlə əlaqədar müəyyən məsələlərin araşdırılması üçün ekspertin məhkəməyə dəvət edilməsi barədə vəsatəti təmin etməmiş və bununla da işin düzgün və obyektiv araşdırılmasının qarşısını almışdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2814/2019 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın təmin edilən hissəsində gəldiyi nəticəni və tətbiq etdi yi maddi hüquq normalarını düzgün hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi iki hissədən ibarətdir: İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində bu barədə müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6184633,23 manatın tutularaq MMC-yə ödənilməsi. Birinci instansiya məhkəməsi İddiaçı MMC-də iştirakına xitam verilməsi barədə qarşılıqlı iddianı təmin edərkən Mülki Məcəllənin 94-cü maddəsinə istinad etmişdir. Məzmunu yuxarıda qeyd edilən həmin normanın tələblərindən isə görünür ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındakı payına yönəldilə bilər ki, borcu ödəmək üçün həmin iştirakçının başqa əmlakı olmasın. Məhz bundan sonra tutma iştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmla kındakı bütün payına yönəlməklə, onun cəmiyyətdə iştirakına xitam verilir. Başqa sözlə, Mülki Məcəllənin 94-cü maddəsinin tətbiqi üçün əvvəlcə borc tutulmalı, borcu ödəmək üçün iştirakçının başqa əmlakı mövcud olmadığı halda, tutma onun cəmiyyətin əmlakındakı payına yönəlməklə iştirakçının MMC-də iştirakına xitam verilməlidir. Hazırki işdə isə belə bir hal müəyyən edilməmişdir. Ona görə də qarşılıqlı iddianın İddiaçı MMC-də iştirakına xitam verilməsi hissəsinin təmin edilməsi üçün tətbiq edilən Mülki Məcəllənin 94-cü maddəsinin dispozitiv şərtləri hazırki işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi, qeyd edildiyi kimi, qarşılıqlı iddianın həmin hissəsini Mülki Məcəllənin 94-cü maddəsinə istinadən təmin etməklə maddi hüquq normasını pozmuş, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlayaraq, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qanun pozuntusunu aradan qaldırmamışdır. Qarşılıqlı iddia tələbinin İddiaçı 6184633,23 manatın tutularaq MMC-yə ödənilməsi hissəsini isə təmin edərkən birinci instansiya məhkəməsi "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli rəyini əsas götürmüşdür. Apellyasiya məhkəməsi audit rəyinin gəlir və xərcləri təsdiq edən ilkin sənədlər əsasına deyil, kompüter proqram məlumatlarına əsasən tərtib edilməsini, MMC üzrə malların idxalı, ixracı və satışı ilə bağlı məsələlər üzrə məlumatların MMC-nin mühasib və baş anbardarı tərəfindən verilməsini, qeyd edilən bu halların audit rəyini şübhə altına salmasını göstərərək, məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və İddiaçı MMC-yə məxsus olan 7333517,08 manat məbləğində pul vəsaitini israf etməsi barədə gəldiyi nəticəni həmin rəylə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi İddiaçı tutulacaq 6184633,23 manat məbləği (7333517,08 manat mənimsənilən məbləğ – MMC-nin balans dəyərinə münasibətdə İddiaçı payının məbləği 1148883,85 manat=6184633,23 manat) ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29194 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına ekspertin vəsatətinə əsasən sənədlər təqdim edilsə də, ekspert həmin sənədlərdən hansının tədqiq edilməsini göstərməmiş, məhkəmə qətnamələrinə və 28 fevral 2018-cil, 05 may 2018-ci il tarixli auditor rəylərinə istinad etmişdir. Halbuki ekspertiza da məhz həmin auditor rəylərinin mötəbər olmaması səbəbi ilə keçirilmişdir. Apellyasiya məhkəməsi auditor rəyinin kompyüter proqram məlumatlarına və MMC-nin mühasib və baş anbardarının verdiyi məlumatlar əsasında verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən auditor rəyinin qəbul edilməsini düzgün hesab etməsə də, özü də həmin rəyə istinad etmiş, həmçinin verilmiş ekspert rəyinə formal yanaşaraq, ekspert rəyinin həmin auditor rəylərinə əsasən verilməsinə diqqət yetirməmiş, bununla da ekspert rəyini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirməmişdir. Nəticədə Cavabdeh2 MMC-nin maliyyə-təssərrüfat fəaliyyəti ilə bağlı hər hansı maliyyə və digər ciddi hesabat sənədləri (vergi hesabatları, gömrük bəyannamələri və s.) tədqiq edil mədən verilən ekspert rəyinin tutulan məbləğin miqdarına münasibətdə nə dərəcədə mötəbər sübut olması araşdırmadan kənarda qalmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən qanun pozuntularını və nöqsanları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri yerinə yetirməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul etməlidir. f) Apellyasiya instansiyası məhk əməsindəki üçüncü icraat

34. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9420/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, İddiaçı 5438747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat pul tutularaq, Cavabdeh2 MMC-yə ödənilməsi, tutmanın İddiaçı əmlaklarına yönəldilməsi, borcun tutulması üçün İddiaçı məxsus əmlak lar yetərli olmadıqda, tutmanın İddiaçı Cavabdeh2 MMC-dəki payına yönəldildikdən sonra, onun Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki iki qərarına görə ilk iddianın rədd olunması və qarşılıqlı iddianın rədd olunması hissəsi, yəni İddiaçı MMC-dəki iştirakına xitam verilməsi ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi qarşılıqlı iddianın təmin olunması hissəsi məhdudlaşır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli müstəqil auditorun h esabatı və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29194 nömrəli rəyi ilə müəyyən edilmiş hallar İddiaçı MMC-nin kassasından 20112017-ci illər ərzində heç bir sənədləşmə aparılmadan nağd pul götürməsinin təsdiqi üçün kifayətdir. Həmin hesabatın və ekspert rəyinin sübut kimi qəbul olunmasını istisna edən hallar mövcud deyildir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmlə onun MMCnin 1884769,32 manat pul vəsaitinin mənimsəməsi və 8395677,75 manat vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması müəyyən edilmişdir. Mə hkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi pulun tutulması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Lakin qarşılıqlı iddiaçının nümayəndəsinin apelyasiya şikayətinə qarşı verdiyi etirazında göstərilənlərə və iddia tələbindən hökmlə təmin edilmiş 1884769,32 manat hissəsindən imtina edilməsi barədə kollegiyaya təqdim etdiyi ərizəsinə əsasən qarşılıqlı iddia tələbi pulun tutulması hissəsində qismən, 5438747,76 manat borcun tutulması hissəsində təmin edilməlidir. Birinci instansiya məhkəməsinin İddiaçı MMC-də iştirakına xitam verilməklə təsisçilər siyahısından çıxarılması barədə qarşılıqlı iddia tələbinə qiymət verərkən apellyasiya instansiyası məhkəməsi hesab bu məsələnin həlli zamanı məhkəmə Mülki Məcəllənin 94-cü maddəsini düzgün tətbiq və təfsir etməmişdir. Həmin maddənin mə nasından görünür ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındakı payına yönəldilə bilər ki, borcu ödəmək üçün iştirakçının başqa əmlakı mövcud olmasın. Yalnız bundan sonra kreditor cəmiyyət iştirakçısının nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməsi və bu əmlak hissəsinin ayrılmasını tələb edir. Göründüyü kimi, qanunverici təsisçinin şəxsi borcuna tutmanın yönəldilməsi qaydasını müəyyənləşdirir. Qarşılıqlı iddiaçının tələb etdiyi pul məbləği İddiaçı şəxsi borcu kimi yaranmış borc kimi qiymətləndirilə bilməz. Tələb olunan pul məbləği İddiaçı təsisçi kimi MMC-yə faktiki rəhbərliyi həyata keçirərkən cəmiyyətə məxsus pul vəsaitini qanunsuz olaraq götürməsi və cəmiyyətə qaytarmaması səbəbindən yaranmış zərərdir. Bu səbəbdən İddiaçı cəmiyyətə vurduğu zərəri həm öz əmlakları, həm də cəmiyyətdə mövcud olan təsis payına mütənasib ödəməlidir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia pul tələbi hissəsində qismən təmin edilməklə, İddiaçı 5438747,76 manat borc pul Cavabdeh2 xeyrinə tutulmalı, tutma İddiaçı əmlaklarına yönəldilməli, İddiaçı əmlakları kifayət etmədikdə, tutma onun Cavabdeh2 MMC-dəki payına yönəldilməklə, İddiaçı cəmiyyətdə iştirakına xitam verilməlidir. Bu baxımdan qarşılıqlı iddia qismən təmin olunmuş hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qarşılıqlı və müstəqil iddiaların “dövlət reyestrində müvafiq dəyişikliklərin edilməsi barədə” hissəsini əsassız hesab etmişdir. Çünki bu səlahiyyət müvafiq icra hakimiyyətinə məxsusdur, tələbin bu hissə sinə məhkəmə qaydasında hüquqi qiymət verilə bilməz, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra, bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Odur ki, hesab edilməlidir ki, birinci instansiya məhkəməsi qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaların qeyd edilən bu hissəsini təmin etməməkdə haqlı olmuşdur. g) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat

36. İlk iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

37. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 14.1-ci maddəsinin tələblərini pozmuş, həmin Məcəllənin 94, 95 və 96-cı maddələrini tətbiq edilməli olduğu halda, tətbiq etməmiş, MPMnin 82.3, 82.4, 217, 218, 220.6, 386 və 387-ci maddələrinin tələblərini pozmuş və iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmişdir.

38. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz vermiş, şikayətin dəlillərinin əsassız olduğunu göstərərək təmin olunmaması, apellyasiya instansiyası məhkəməsini qətnaməsinni dəyişdirmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya instansiyası məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(102)-2681/2022 nömrəli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (məruzəçi), A.Q.Hüseynov və Ə.A.Əhmədov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, yəni qarşılıqlı id dianın təmin olunan hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

40. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qarşılıqlı iddia tələbinin İddiaçı 6184633,23 manatın tutularaq MMC-yə ödənilməsinin təmin olunması üçün "xxxx" MMCnin 08 may 2018-ci il tarixli auditor rəyinin və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29194 nömrəli rəyinin əsas götürülməsi ilə bağlı iş üzrə Ali Məhkəmə Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə audit rəyinin gəlir və xərcləri təsdiq edən ilkin sənədlər əsasına deyil, kompüter proqram məlumatlarına əsasən tərtib edilməsini, MMC üzrə malların idxalı, ixracı və satışı ilə bağlı məsələləri MMC-nin mühasibi və baş anbardarı tərəfi ndən verilmiş şifahi və yazılı məlumatlar üzrə müəyyən edilməsini, bu halların audit rəyini şübhə altına salmasını göstərərək, məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29194 nömrəli rəyi də məhkəmə qətnamələrinə və 28 fevral 2018-ci il, 05 may 2018- ci il tarixli auditor rəylərinə istinad etməklə tərtib edilmişdir. Halbuki ekspertizanın keçirilməsinə səbəb məhz həmin auditor rəylərinin mötəbər sübut kimi dəyərləndirilə bilməməsi olmuşdur. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmiş, nəticədə Cavabdeh2 MMC-nin maliyyə-təssərrüfat fəaliyyəti ilə bağlı hər hansı maliyyə və digər ciddi hesabat sənəd ləri (vergi hesabatları, gömrük bəyannamələri və s.) tədqiq edilmədən verilmiş ekspert rəyinin iddianın təmin olunmasına kifayət hesab etməkdə səhvə yol vermişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsinin göstərilən qərarından sonra cavabdeh İddiaçı tərəfindən MMC-yə məxsus 5438747,76 manat pulun mənimsənilməsi və ya israf olunması, yaxud MMC-yə başqa cür ziyan vurması ilə əlaqədar iddiaçı tərəfindən hər hansı əlavə sübut təqdim edilməməsinə baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi təkrarən həmir rəyləri iddianın təmini üçün kifayət hesab etmişdir. Halbuki kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdən daha sonra görünür ki, qarşılıqlı iddia ərizəsində İddiaçı MMC-də iştirak ına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi tələbi irəli sürülmüşdür. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə İddiaçı Cavabdeh2 MMC-yə ödəniləcək məbləğin tutulmasının İddiaçı əmlaklarına yönəldilməsi, borcun tutulması üçün İddiaçı məxsus əmlaklar yetərli olmadıqda, tutmanın İddiaçı Cavabdeh2 MMCdəki payına yönəldilməsi, bundan sonra onun Cavabdeh2 MMC-də iştirakına xitam verilməsini qət etmişdir. Bununla da məhkəmə da iddia tələblərindən kənara çıxmış, bu kənara çıxmanın qanunda göstərilən müstəsna hallarını göstərməmişdir. Halbuki hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-nin 218.3-cü maddəsi). Məhkəmə həmçinin Mülki Məcəllənin 94cü maddəsinin tələblərini pozmuşdur. h) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat

41. Araşdırma zamanı Cavabdeh2 MMC-nin balans dəyəri (daşınar və daşınmaz əmlaklar, kreditor və debitor borcları da daxil olmaqla) 4595535,37 manat olması müəyyən edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(103)6123/2022 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

43. Apellyasiya instansı məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı iddia ərizəsində Cavabdeh1 ilə bağladığı payın alqı-satqısına dair 25 oktyabr 2017-ci il tarixli müqavilənin uydurma əqd olmaqla etibarsız olm asını bildirsə də, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 41 saylı notariat kontoruna qarşı həmin müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Bundan əlavə, İddiaçı iddia ərizəsində MMC-nin balansında onlarla daşınmaz əmlak (torpaq sahələri və qeyri-yaşayış sahələri), 100-dən çox nəqliyyat vasitəsi olmasını göstərsə də, iş materiallarından görünür ki, Cavabdeh2 MMC-nin adında hazırda nəqliyyat vasitəsi yoxdur, MMC-nin adına yalnız ünvan 3 ünvanında əmlak kompleksi kimi müəssisə və ünvan 4nvanında qeyri-yaşayış binası vardır ki, həmin əmlaklar da xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə ver ilmişdir. İddiaçı həmin MMC-də nizamnamə kapitalının 50 faiz payçısı kimi özünü qələmə versə də, iş materiallarında olan sənədlər üzrə onun payının hazırda 25 faiz olması halı mübahisəsizdir. Bu hal "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişiklikdə də əksini tapmışdır. İlk iddianı rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı payına uyğun əmlakın naturada verilməsi tələbinə dair deyil, təsis payı olan 2500 ABŞ dolları məbləğində pulun tələb edilməsi ilə bağlı məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı kimi təsisçisi olduğu cəmiyyətdən çıxmaq kimi iddia qaldırmalı idi. İş materiallarından görünür ki, İddiaçı Cəmiyyətdən çıxması barədə iddia qaldırmamışdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçı yalnız MMC-dən çıxması barədə iddia qaldırdıqd an sonra Mülki Məcəllənin 96.1-ci maddəsinin tələblərinə uyğun olaraq nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsini və ya əmlakın naturada verilməsini tələb edə bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddianın təmin edilməsi də ilk iddianın təmin edilməsini aradan qaldırır. Belə ki, qarşılıqlı iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli Müstəqil auditor hesabatlarına əsasən, 2011-2015-ci illər ərzində təsisçilərdən İddiaçı tərəfindən "xxxx" MMC-nin kassasından ********* manat pulun götürülməsi və 31 iyul 2017-ci il tarixə Cəmiyyətin hesabında 7333517,08 manat çatışmazlığın aşkar edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müstəqi l auditorun hesabatlarını, MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul etdiyi qərarı nəzərə alaraq İddiaçı MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində təsisçilərin siyahısından çıxarılması və yerdə qalan 6.184.633,23 manatın isə MMC-yə ödənilməsini təmin etməklə birinci instansiya məhkəməsi işin hallarına uyğun düzgün nəticəyə gəlmişdir. Qeyd olunan audit rəyləri və xx.xx.2018-ci il tarixli protokol bundan əvvəl İddiaçı tərəfindən məhkəmədə mübahisələndirilmiş və onun iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamədən kassasiya şikayəti verilməmişdir. İddiaçı hazırda Cavabdeh2 MMC-də olan payının həcmi 25% olmaqla balans dəyərinə (4595535,37 manat) münasibətdə İddiaçı payının həcmi 4595535,37 x0,25=1148883,85 manat təşkil edir. İddiaçı MMC-yə vurduğu zərər isə 7333517,08 manatdır. İddiaçı Cavabdeh2 MMC-yə vurduğu zərərin məbləğindən onun MMC-də payı olan 1148883,85 manatı çıxdıqda qalan 6184633,23 manat pul ondan tələb olunan zərərin əvəzidir. Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçının tələb etdiyi pul məbləği İddiaçı şəxsi borcu kimi yaranmış borc kimi qiymətləndirilə bilməz. Tələb olunan pul məbləği İddiaçı təsisçi kimi MMC-də faktiki rəhbərliyi həyata keçirərkən Cəmiyyətə məxsus pul vəsaitini qanunsuz olaraq götürməsi və Cəmiyyətə qaytarmaması səbəbindən yaranmış zərərdir. Bu səbəbdən kollegiya hesab edir ki, İddiaçı Cəmiyyətə vurduğu zərəri həm öz əmlakları, həm də Cəmiyyətdə mövcud olan təsis payına mütənasib ödəməlidir. Əvvəlki apellyasiya icraatı zamanı Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək İddiaçı 5438747,76 manat pulun tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi, qətnamə icra edilərkən İddiaçı 5438747,76 manat borcun tutulması üçün ona məxsus olan əmlaklar yetərli olmadıqda İddiaçı payına mütənasib olaraq ümumi borcundan çıxılaraq Cavabdeh2 MMC-nin MMC-dəki iştirakına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil1 öz mövqeyini belə ifadə etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə yanaşı, zərərçəkmiş şəxs və mülki iddiaçı Cavabdeh2 MMC-nin mülki iddiası da təmin edilərək 1884769,35 manat pulun İddiaçı alınaraq Cavabdeh2 MMC-yə verilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin tam rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş, təqdim olunan sübutlara düzgün qiymət verməmiş, işin hallarını və işin sıx bağlı olduğu cinayət işi ilə əlaqəsini araşdırmamış, qanunu düzgün tətbiq etməmişdir. Belə ki, mötəbər hesab olunmayan (apellyasiya kollegiyasının özünün də etiraf etdiyi kimi) “Auditor rəyi” və onun əsasında (hər hansı müstəqil ekspertiza tədqiqatı aparılmadan) tərtib olunmuş “ekspertiza rəyinə” istinadla qətnamə qəbul edilməsi Kollegiyanın əvvəlki apellyasiya baxışında yol verilmiş səhvləri təkrarlaması ilə nəticələnmişdir. Bundan əlavə, iddiaçının dəlilləri apellyasiya şikayətinə əlavə şəklində yazılı təqdim etməyinə və məhkəmə iclasında vəsatətlər verərək diqqətə çatdırmağına baxmayaraq, apellyasiya kollegiyası qətnaməsində həmin dəlillərə hər hansı qiymət verməmişdir, eynizamanda, MPM-in 4-cü, 5-ci, 82.3- cümaddələrinin tələblərini pozaraq, N.Çengiz və Cavabdeh1 subyektiv hüquqları olmadan irəli sürdükləri tələb üzrə qətnamə qəbul etmişdir. Xüsusilə qeyd edilməlidir ki, cinayət və mülki işin bir-biri ilə sıx əlaqəsi vardır və cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki işə dəqiq, hərtərəfli, qanuni və obyektiv qiymət verilməsinin mümkün olmamasına görə hazırki işin icraatının dayandırılmasına dair iddiaçı tərəfindən vəsatət verilmişdir. Hesab edirik ki, cinayət işi üzrə qəbul ediləcək yekun məhkəmə aktı – ümumiyyətlə, İddiaçı tərəfindən mənimsəmə hadisəsinin olub-olmadığına dair nəticəyə gəlinməsinə şərait yarana bilər. Lakin kollegiya bu vəsatəti də təmi n etməmiş, eyni zamanda, “İddiaçı MMC-nin əmlakını(pulunu) mənimsəməsi əsası ilə” qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC və Cavabdeh1 və müstəqil Nürettin Cengiz (Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

47. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətçinin kassasiya şikayətində Ali Məhkəmənin göstərişlərinin icra olunmamasına dair dəlilləri tamamilə əsassızdır. Ali Məhkəmənin mövqeyi auditor və ekspert rəyinin digər sübutlarla birlikdə qiymətləndirilməsinin təmin edilməsi ilə bağlı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli 2(103)-6123/2022 saylı qətnaməsində digər sü butlaral birlikdə qiymətləndirilmişdir. Auditor rəyinin legitimliyini şübhə altına atacaq heç bir əsas yoxdur. Belə ki, auditor rəyinin iş üzrə ilk iddiaçı tərəfindən mübahisələndirilməsi və həmin iş üzrə məhkəmənin iddianı təmin etməyərək audit rəyinin tam qanuni və əsaslı olduğuna dair qətnamələr qəbul etmiş və həmin yekun qətnamələr qüvvəyə minmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 94.1. İştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissə sinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir.

49. Maddə 94.2. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli 2(103)-6123/2022 sayl ı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar