Məhkəmə qərarları › İş №2(102)-632/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-632/2025

13.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-632/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin kassasiya baxışından çıxarılması (digər tərəfin kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması ilə bağlı işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMMC-yə qarşı “sənədlərin tələb edilməsinin qadağ an edilməsi və s” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 2(103)-4463/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:

1. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -"xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; -"xxxx" MMMC-nin adından göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı «Xəbərdarlıq» adlı məktubların və 6 fevral 2024- cü il tarixli məktu bun qanunsuz hesab edilərək, həmin «Xəbərdarlıq»larda və məktubda tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsinin "xxxx" MMMCyə qadağan edilməsi; -"xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümu mi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması; -İddiaçı1 işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi 20.000 manatın "xxxx" MMMC-dən alınıb İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilməmişdir.

3. İddiaçılar qətnamədən ayrılıqda apellyasiya şikayətləri vermis, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4463/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) iddiaçıların apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, məhdudiyyətlərin tətbiq edilməsi və sənədlərin təqdim edilməsi ilə bağlı hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmişdir.

5. Qətnamədən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmişdir.

6. Kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 2(102)-632/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.

7. Bundan sonra, sözügedən qətnamədən cavabdeh "xxxx" MMMC tərəfindən kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəmə sinə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 5 fevral 2025-ci il tarixli məktubu ilə həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin apellyasiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

8. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).

9. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılaraq mülki iş apelly asiya instansiyası məhkəməsinə göndərilməlidir.

10. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının işin icraata qəbul edilməsi barədə 2(102)-632/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar