Məhkəmə qərarları › İş №2(102)-6320/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6320/2021

16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6320/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6320/21 (Açar sözlər: qeyri-yaşayış sahəsinin yenisi ilə əvəzləməklə və kirayə haqqı verilməklə boşaldılması, kirayə haqqı verilməklə yeni qeyri-yaşayış sahəsinin verilməsi, maddi və mənəvi zərər) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddi a üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4248/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin yenisi ilə əvəzlənməklə və kirayə haqqı verilməklə boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə E sahədən ibarət tam təmirl i mənzil ilə təmin edilməsi şərti ilə ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində 39,7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və E sahədən ibarət mənzil ilə təmin edilməsi şərti ilə ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.m sahədən ibarət qeyri yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “kirayə haqqı yeni qeyri-yaşayış sahəsi verilməsi, maddi və mənəvi zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində Cavabdeh məxsus 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə 88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar olan yeni tikiləcək binaları n 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədilə 700 kv.m qeyri-yaşayış sahəsinin verilməsi, ona həmin qeyri-yaşayış sahəsinə çıxarış verilənə qədər hər ay 4500 manat məbləğində icarə haqqının verilməsi, ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin və binanın həyətində olan torpaq sahələrində paylı mülkiyyətin ədalətli bazar qiyməti ilə müəyyən edilərək dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ saxlanılmaqla, hər ay 450 manat məbləğində k irayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinə əlavə və iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən 162.000 manat məbləğində maddi, 700.000 manat məbləğində isə mənəvi zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti başçısının 23.06.2017-cı il tarixli, 266 nömrəli Sərəncamına əsasən, "xxxx" MMC-nə rayonun Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, sakinlərin hər ay kirayə haqqı ödənilməkə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikin ti işlərinin aparılması üçün layihələndirmə işlərinin aparılmasına icazə verilmişdir. Nərimanov RİH başçısının 23.06.2017-ci il tarixli, 266 saylı Sərəncamı ilə rayonun Ə. Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən 0,54 ha torpaq sahəsin İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi və həmin ərazidə çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması MMC-nə həvalə edilmişdir. Yuxarıda qeyd olunan sərəncamın icrası məqsədi ilə sözügedən ərazidə yerləşən köhnə tikilinin sahibləri ilə görüşlər keçirilmiş və qarşılıqlı razılaşma əsasında mənzillərdən köçürülmüşlər. Yalnız Daşınmaz əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003024 №-li, 10.01.2005-ci tarixli Şəhadətnaməyə əsasən Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli binanın zirzə misindəki 39,7 kv.m. qeyri-yaşayış sahəsini almış Cavabdeh tikinti işlərinin aparılmasına maneçilik törədir. Cavabdehə dəfələrlə şifahi və yazılı olaraq müraciətlər edilmiş, həmçinin cavabdeh tərəfindən müraciətinə heç bir müsbət münasibət bildirilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Şəhadətnamə əsasında cavabdeh – Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin ümumi həcmi - 39,7 kv.m təşkil edir. Buna baxmayaraq, tərəfindən-cavabdehə yeni tikilən binada 52 kv.m. sahədən ibarət mənzil və mənzil tikilib başa çatanadək hər ay 300 manat məbləğində kirayə pulu təklif olunmuşdur. Lakin, cavabdeh bununla da razılaşmamış və yaranmış vəziyyətdən sui istifadə etməyə başlamışdır. Tikinti işlərinin başlanılmasından artıq uzun vaxt keçmişdir. Bu müddət ərzində sözügedən ərazidə yaşayan digər sakinlər artıq köçürülmüş və hər birinə kirayə haqqları ödənilməkdə davam etdirilir. Cavabdeh isə tikintinin aparılmasına maneçilik törətməsi tikinti şirkəti olaraq onun həm İcra Hakimiyyəti qarşısında sərəncamın icra edilməsi ilə bağlı, eyni zamanda həmin ərazidə yaşayan digər sakinlər qarşısında götürmüş olduğu öhdəliklərin yerinə yetirilməsində çətinlik yaradır. Həmçinin sakinlərə daha uzun müddət kirayə haqqı ödəməli olurlar, bu da MMC-yə maddi ziyan vurur. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binanın yarımzirzəmisindəki 39,7 kvm və 48,4 kv.m qeyri-yaşayş sahələri Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamələrinə əsasən onun toxunulmaz mülkiyyətindədir. O, həmin qeyri-yaşayış sahələrindən uzun illərdir ki, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadə etmişdir və hal- hazırda da ********** saylı VÖEN-ə əsasən vergi ödəyicisi kimi qeydiyyatdadır, həmin ünvanındakı obyektlərində sahibkarlıq fəaliyyətini həyata keçirir. İddiaçı MMC hal-hazırda ünvan 1 ünvanında yaşayan mənzil mülkiyyətçilərinin əksəriyyəti ilə müqavilə bağlayaraq onları həmin binadan kirayə evlərə çıxarmışdır və onlara kirayə pulunu ödəyir. Təşkilat mənzil sahiblərinə müqaviləyə əsasən sökülməsi nəzərdə tutulan yaşayış və qeyriyaşayış sahələrinin əvəzində yeni tikəcəkləri çoxmərtəbəli yaşayış binasından 15-20% əlavə etmək şərti ilə yeni sahələrin verilməsini öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin nümayəndələri şifahi qaydada ona bildirmişlər ki, onun mülkiyyətində olan toxunulmaz ticarət obyektlərinin əvəzinə ona yeni tikilən binanın zirzəmisindən sahə veriləcəkdir. Onların yeni tikəcəkləri binada təklif etdikləri zirzəmi dayanacaq sayılır, həmin dayanacaq isə yerin altında yerləşdiyinə görə həmin sahədən ticarət obyekti kimi istifadə etmək mümkün deyildir. Buna görə də, onun tərəfindən onlara təklif olunub ki, sahibkarlıq fəaliyyətini nəzərə alaraq ona yeni tikilicək binanın 1-ci mətrəbəsindən 700 kvm qeyri-yaşayış sahəsi verilsin, o, söküləcək obyektlərin bütün ticarət fəaliyyəti növlərinə uyğundur, obyektlərinə küçə tərəfdən 1-ci mərtəbədən giriş mövcuddur, eyni zamanda obyektin pəncərələri 1-ci mərtəbəyə açılır. Onların təklif etdikləri dayanacaq yeri isə qeyd etdiyi kimi heç b ir ticarət fəaliyyətinə uyğun gəlmir. Bundan əlavə obyektləri sökəcəkləri təqdirdə o, uzun müddət sahibkarlıq fəaliyyətindən məhrum olacaq. Bu isə onu sahibkarlıq fəaliyyəti nəticəsində əldə edəcəyi gəlirlərdən tamamilə məhrum olmağına səbəb olacaq. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 iyun 2020-ci il tarixli 2(005)-268/2020 nömrəli qərardadı ilə (hakim Vüqar Quliyev) əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 25.06.2020-ci il tarixli rəyinə əsasən, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 39.7 kv.m qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) bazar dəyəri 39700 manat və aylıq icarə haqqı 200 manat, sahəsi 48.4 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirz əminin) bazar dəyəri 48400 manat və aylıq icarə haqqı 220 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(005)-268/2020 nömrəli qətnaməsi ilə (hakim Vüqar Quliyev) ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ona məxsus ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində (ümumilikdə 88,1 kv.m) mülkiyyət hüququ saxlanılmaqla, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və ilkin iddia üzrə Cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində Cavabdeh məxsus 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülərək onun yerində tikiləcək yeni binanın yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin qarşılıqlı idda üzrə iddiaçı Cavabdeh təhvil verilməsi, ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən həmin 105,72 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi qarşılıqlı idda üzrə iddiaçı Cavabdeh təhvil verilənədək hər ay 450 manat məbləğində kirayə haqqının Cav abdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 01.05.2017/23.06.2017-ci il tarixli 181/266 saylı sərəncamı ilə Nərimanov Rayonu Ə.Əlizadə, Qarabağ və Tələt Şıxəliyev küçəsi cızgidə göstərilən sərhədlər daxilində 1.019 hektar yaşayış sahəsinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə verilmiş və bu əsaslarla ilkin iddia üzrə iddiaçı "xxxx" MMC ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə 88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ saxlanılmaqla, hər ay 450 manat məbləğində ki rayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ilkin iddia üzrə cavabdehin həmin sahəni boşaldılmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 3 ünvanında yerləşən 39.7 kv.m və 48,4 kv.m qeyri-yaşayış sahəsini qanunvericilkilə müəyyən edilmiş qaydada satın almışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində Cavabdeh məxsus 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar olan yeni tikiləcək binaların 1-ci mərtəbəsində sahibkarlıq f əaliyyətini davam etdirmək məqsədilə 700 kv.m qeyri-yaşayış sahəsinin verilməsi, ona həmin qeyri-yaşayış sahəsinə çıxarış verilənə qədər hər ay 4500 manat məbləğində icarə haqqının verilməsi, ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin və binanın həyətində olan torpaq sahələrində paylı mülkiyyətin ədalətli bazar qiyməti ilə müəyyən edilərək dəyərinin Cavabdeh ödənilməsi, eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMCdən ona məxsus qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən yaradılan maneələrə görə istifadə edə bilmədiyindən, aylıq 4500 manat aylıq icrarə haqqından məhrum olduğundan bu müddət ərzində ona vurulmuş ziyana görə 162.000 manat məbləğində maddi, 700.000 manat məbləğində isə mənəvi zərərin alınıb verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cava bdeh 4500 manat aylıq icarə haqqından məhrum olması, həmin qeyri-yaşayış sahəsini icarayə verməsi ilə bağlı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı binada qeyri-yaşayış sahəsinin saxlanması məqbul hesab edilə bilməz, İddiaçı MMC-nin təklifini qəbul edərək qeyri-yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğundur, habelə həmin qeyri-yaşayış sahəsinin saxlanması yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh istifadə üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan əmlakdan çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdehin əmlaka mülkiyyət hüququnun saxlanması ilə yeni qeyri-yaşayış sahəsinin verilməsi sər əncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifədir və İddiaçı MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında 39,7 və 48,4 kv.m olan qeyriyaşayış sahəsi əvəzinə, 20%-dən artıq olmaqla 105,72 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edilməsini, habelə 25.06.2020-ci il tarixli QR319/M saylı Qiymətləndirmə rəyilə mübahisəli qeyri-yaşayış sahəsinin ümumilikdə icarə haqqı 440 manat olduğu halda, İddiaçı MMC 450 manat icarə haqqını da təklif etmə kdədir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsini də nəzərə alaraq xüsusi qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı MMC tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətində olan əmlakın dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Qarşılıqlı iddia üzrə iddiaçının 700 kv.m qeyriyaşayış sahəsi istəməsinə münasibətdə də cavabdehin öz mülkiyyətində olan qeyri-yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər qanunla tanı nan və qorunan mülkiyyət hüququndan İddiaçı MMC-yə ziyan vuran şəkildə sui-istifadə edir ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin həmin qeyriyaşayış sahəsinə görə İddiaçı MMC-dən əsassız olaraq real olmayan qeyri-yaşayış sahəsi tələb etmələrində, habelə icarə qiyməti müvafiq ekspert rəyilə 440 manat müəyyən olunmuş qeyriyaşayış sahəsinə mütənasib olmayan 4500 manat icarə haqqı istəməsində ifadə olunur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 162.000 manat məbləğində maddi, 700.000 manat məbləğində isə mənəvi zərərin alınıb verilməsini xahiş etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh 4500 manat aylı q icarə haqqından məhrum olması, həmin qeyri-yaşayış sahəsini icarayə verməsilə bağlı sübut təqdim edə bilməmişdir. Odur ki, qarşılıqlı iddia 162.000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində, habelə bu tələbdən törəmə tələb olan 700.000 manat məbləğində isə mənəvi zərərin ödəniilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə qeyd etdiyi maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı MMC-nin hazırkı iddiası əsaslıdır, ona görə də tam təmin edilməli, qarşılıqlı iddia isə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 13.3, 29.4, 43.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3, 18-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.1, 218.1, 218.3, 220.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, onun qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)-4248/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-268/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətn aməsinin qismən dəyişdirilməsi, Cavabdeh verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin ölçüsü və ona ödəniləcək kirayə haqqının dəyişdirilməsi, cavabdehə verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsü 132 kv.m. və hər bir qeyri-yaşayış sahəsi üçün ona ödənilməli aylıq kirayə haqqı 350 manat olmaqla, cəmi 700 manat müəyyən edilməsi, qətnamənin cavabdehin apelyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisə yeni tikiləcək binada cavabdehə veriləcək qeyri-yaşayış sahəsinin ölçüsü, həmçinin həmin bina istifadəyə verilənə kimi cavabdehə verilməli aylıq kirayə haqqı ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qe yd etdiyi ona məxsus ümumilikdə 88,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binaların 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədilə 700 kv.m qeyri-yaşayış sahəsinin verilməsi barədə dəlilinə əsasən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində ol an torpaqların daimi istifadəyə və icarəyə verilməsi nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, həmin qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarında da mahiyyət etibarı ilə eyni məsələlər nəzərdə tutulmuşdur. Rayon məhkəməsi cavabdehə məxsus 39,7 və 48,4 kv.m olmaqla iki ümumilikdə88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ saxlanılmaqla, hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edilməsi qənaətinə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçı məhkəməyə 17.05.2021-ci il tarixli təklif ərizəsi təqdim edərək, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin ölçüsündən 50% artıq sahə verə biləcəyini bildirmişdir. Kollegiya həmin təklif barədə ərizəni nəzərdən keçirib qeyd edir ki, iddiaçı hesablamada mexaniki səhvə yol vermiş, cavabdehə məxsus ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin 50% miqadarında əlavə sahə verəcəyini qeyd etsə də, hesablamada mexaniki səhə yol verərək 120 kv.m qeyd etmişdir, halbuki, 88,1 kv.m-in faizi (39,7+48,4=88,1x50%=132,15) 132,15 kv.m təşkil edir. Cavabdehin 88,1 kv.m ölçüyə malik qeyri-yaşayış sahəsinin müqabilində 700 kv.m sahə verilməsi ilə bağlı tələbinə münasibətdə kollegiya qeyd edir ki, bu tələb əsaslı olmayıb, ağlabatan mühakimədən uzaqdır, eləcə də qeyd olunan sahə ilə bağlı oturuşmuş məhkəmə prak tikası baxımından da qəbuledilməzdir. Bu baxımdan kollegiya hesab edir ki, qətnamə cavabdehə verilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsinin ölçüsü hissəsində dəyişdirilməli, (39,7+48,4=88,1x50%=132,15) cavabdehə verilən qeyri-yaşayış sahəsi 132 kv.m müəyyən edilməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi həmin qeyri-yaşayış sahəsi onun istifadəsinə verilən vaxtadək aylıq 4500 manat kirayə haqqı ödənilməsi barədə dəlilinə əsasən aşağıdakıları qeyd edir. Qiymətləndirmə barədə 25.06.2020-ci il tarixli QR-319/M saylı rəydən görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən 39.7 kv.m qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) bazar dəyəri 39700.0 manat və aylıq icarə hüqqı-200.0 manat; sahəsi 48.4 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) bazar dəyəri - 484 00.0 manat və aylıq icarə haqqı- 220.0 manat müəyyən edilmişdir. Rayon məhkəməsi qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilənədək hər ay 450 manat məbləğində kirayə haqqı müəyyən etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş Nərimanov Rayon Məhkəməsinin 2(005)270/2020 saylı, 28.01.2020-ci il tarixli qətnaməsində analoji məsələdə mənzil ilə təmin olunanadək bina sakinlərinə müvafiq olaraq aylıq 500 və 600 manat kirayə haqqı verilməsi qərara alınıb. Məhkəmə kollegiyası hesab edir ki, aylıq 450 manat kirayə haqqı qeyri-yaşayış sahəsi üçün az olduğundan dəyişdirilməli, cavabdehə məxsus hər bir qeyri-yaşayış sahəsi üçün aylıq 350 manat olmaqla, cəmi 700 manat kirayə haqqı müəyyən edilməlidir. Cavabdehin qarşılıqlı iddia tələbinin 162.000 manat maddi ziyan hissəsinə dair məhkəmə kollegiyası rayo n məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh tərəfindən həmin iddia tələbi ilə bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavadehin hazırkı halda müəyyə mənəvi sarsıntı keçirməsi ağılabatandır. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Bu baxımdan, qarşılıqlı iddia tələbi üzrə mənəvi zərər barədə kollegiya bildirir ki, hazırkı halda cavabdehə əvvəlki texniki vəziyyəti məhdud işlək olan binadakı 88,1 kv.m ölçüdə olan qeyriyaşayış sahəsinin əvəzinə yeni tikiləcək müasir binada 50 faiz artıq, yəni 132 kv.m. qeyri-yaşayış sahəsinin, eləcə də həmin sahə ona təhvil verilənədək hər ay üçün 700 manat kirayə haqqının verilməsi mənəvi ziyanın kompensasiyası hesab edilə bilər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə ic raatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib ilk iddiaya xitam verilməsi, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə 30 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin və həmin sökülən binanın həyətində olan torpaq sahələrində onun paylı mülkiyyətinin ədalətli bazar qiyməti ilə müəyyən eidlərək dəyərinin ona ödənilməsi hissəsi məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamış və müvafiq hüquqi qiymət verilm əmişdir. Məhkəmə bununla Mülki Məcəllənin 227.1, 227.2-ci və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin tələblərini pozmuşdur. Bundan başqa ona məxsus qeyd etdiyi ünvandakı qeyriyaşayış sahələrinin qiymətləndirilməsindən narazıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, məhkəmənin işi qiymətləndirməyə göndərilməsindən xəbəri olmayıb, qiymətləndirmədə onun iştirakı təmin edilməyib, qiymətləndirmə zamanı onun hüquq və vəzifələri izah edilməyib, qiymətləndiriciyə onun işdə maraqlı olduğuna görə etiraz etmək imkanı verilməyib. Qiymətləndirmə rəyində qeyri-yaşayış sahələrinin hər kv.m-ə 1000 manat məbləğində qanunsuz qiymət qoyulmuşdur və əmlakları çox ucuz qiymətləndirilmişdir. Halbuki, sökülən mənzillərin hər kv.m-ə 1500-3000 manat təklif edilir. Bazar qi vmətləri ilə isə ümumiyyətlə obyektlər mənzillərin qiymətlərindən dəfələrlə baha qiymətləndirilir. İş materiallarına əlavə etdiyi Axar.az saytının məlumatına əsasən Yasamal rayonunda sökülən binaların mənzil sahəsi 1500-3000 manat arasında qiymətləndirilir. Nərimanov rayonu isə şəhər mərkəzi hesab edildiyindən onun qeyriyaşayış sahələrinin (mənzil sahələrindən dəfələrlə baha) qiyməti ondan qat-qat artıqdır. Həmçinin qonşularına 3 otaqlı evlərə görə 800 manat və ondan artıq məbləğdə kirayə haqqı və hazır binadan mənzil verildiyi halda ona qeyri-yaşayış sahələrinə görə gələcəkdə tikiləcək binanın zirzəmisində sahə və cəmi 700 manat kirayə haqqı təklif olunur. Bundan əlavə qonşularının qeyri- yaşayış sahələrə dair sənədləri olmadığı halda onlara hazır binanın 1-ci mərtəbəsindən hazır qeyri-ya şayış sahələri verilmişdir. Lakin ona münasibətdə qeyri-yaşayış sahəsinə dair qanuni sənədləri olduğu halda və o, 1-ci mərtəbədən obyekt tələb etdiyi halda ona zirzəmi təklif olunur. Ona görə də "xxxx" MMC-nin ədalətsiz təkliflərini qəbul etmir, gələcəkdə öz yerində özü bina tikmək niyyəti var. Həmçinin bildirir ki, onun obyektləri ədalətli qiymətləndirilmətib. Onun iddia ərizəsində tələb etdiyi 700 kv.m. maya dəyəri hesablanmadan məhkəmə əsassız, qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə obyektlərinin aylıq icarə haqları da mənzillərin icarə haqlarından olduqca aşağı qiymətləndirilmişdir. Onun qeyd etdiyi ünvandakı 39,7 kv.m olan qeyri-yaşayiş sahəsinin qiyməti dövlət tərəfindən toxunulmaz mülkiyyət haqqında şəhadətnamədə 3.375.000 manat qiymətləndirildiyi halda əmlakları çox ucuz qiy mətləndirilmişdir. Dövlət tərəfindən əmlaklarının şəhadətnamələrinin üzərində göstərilməklə yüksək qiymətləndirildiyi halda onların bir daha qiymətləndirilməsi və bundan əlavə çox-çox aşağı qiymətləndirilməsi qanunsuzluqdur, ədalətsizlikdir, haqsızlıqdır. Buna görə o, qətnamədə qeyd edilmiş əmlaklarının ucuz qiyməti ilə qətiyyən razı deyildir. Məhkəmə Kollegiyası qiymətləndirmə rəyinə əsaslanmaqla hüququn tətbiqində səhvə yol vermiş, qanunu pozmuşdur. Həmçinin İddiaçı MMC-yə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində 1 ədəd 3 girişli 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verildiyi halda, "xxxx" MMC həmin ərazidə 4 binanın inşasını başa çatdırmış, onun obyektlərinin yerləşdiyi bina tamamilə sökmüş və həmin yerdə 5-ci binanın inşasını başa çatdırmışdır. Onu da qeyd etmək istəyir ki, ona məxsus obyektlər Bakı şəhəri, Nərimanov rayonu Qarabağ, T.Şıxəliyəv və Ə.Əlizadə küçəsinin kəsişməsində yerləşmir. İş burasındadır ki, həmin obyektlərinin yerləşdiyi binanı iddiaçı heç bir hüququ olmadan sökmüşdür. Söküntü zamanı qüvvədə olan 600 saylı 518 nömrəli 18.11.2017-ci il tarixli iddiaçıya verilmiş icazədə göstərilib: Qarabağ, Tələt Şıxəliyev və Əliəşrəf Əlizadə küçələrinin kəsişməsində 1 ədəd 3 girişli 16 mərtəbəli bina tikintisinə icazə verilir. Bu icazənin onun obyektlərinə heç aidiyyəti yoxdur. Sonradan qanunsuz olaraq Şəhərsalma Komitəsinin saytına əlavə edilən 668 saylı 20.07.2018-ci il tarixli icazədə isə göstərilib: Əliəşrəf Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində bina tikməyə icazə verilir. Bu ünvan da onun binasından xeyli aralıda yerləşir. Lakin buna baxmayaraq İddiaçı MMC Ə.Əlizadə küçəsi, 30 ünvanında yerləşən obyektlərini və binanı tamamilə sökmüşdür, həmin ərazini hasarlayaraq, obyektlərinin içərisində olan şəxsi əşyalarını, tarixi əhəmiyyəti olan kolleksiyalarını, tikinti materiallarını talan edərək oğurlamış, onu mülkiyyətindən məhrum etmiş, onu uzun illər boyu qazancsız qoymuşdur, bununla da ona külli miqdarda maddi və mənəvi zərər vurmuşdur. Onun iddia tələbi ondan ibarət olmuşdur ki, "xxxx" MMC ona binanın birinci mərtəbəsində 700 kv.m. qeyri-yaşayış sahəsi və yaxud əmlaklarımın dəyəri olan 3.375.000 manatı ödəsin; onu əmlaklarından məhrum etdiyi üçün əldən çıxmış gəlirim məbləğində maddi zərər; oğurlanmış əmlaklarımın dəyəri; əmlaklarının sökülməsi və qazancından məhrum olmağı il ə əlaqədar, əmlaklarını talan etmələri, ev əşyalarını, tikinti materiallarını, şəxsi tarixi kolleksiyamı oğurlamaları ilə əlaqadar iztirablar çəkdiyim, stress keçirdiyim, depressiya yaşadığı, ona qarşı törədilmiş mənəvi terrora məruz qaldığına görə əlavə 700.000 manat məbləğində mənəvi zərər. Məhkəmə Kollegiyası isə bu tələblərimi araşdırmayıb, qanuni olduğuna baxmayaraq təmin etməmişdir. Mənəvi zərərlə isə əlaqədar qeyd edirəm ki, həmin zərər qətnamədə göstərildiyi kimi 132 kv.m sahəyə daxil edilməməli, ayrıca hesablanaraq ödənilməli idi. Məsələ ilə bağlı eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında onun obyektlərinin söküntüsünün dayandırılmasına dair qərardadların olmasına baxmayaraq, İddiaçı MMC binanın ümumi çardağını və yükdaşıyan divarlarını sökdürərək binam tamamilə qəzalı vəziyyətə gətirdiyinə görə obyektlərində hazırda da sahibkarlıq fəaliyyətini həyata keçirmək mümkün deyildir. Eyni zamanda qeyd edir ki, sənəd üzərində onun mülkiyyətində olan əsas sahə 88.1 kv.m. göstərilsə də, onun həmin binada faktiki istifadəsində olan ümumi sahənin ölçüsü 200 kv.m-dən artıq olmuşdur. Bu baxımdan qərar qəbul edilərkən bu hal nəzərə alınmalı olduğu halda nəzərə alınmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak ed ən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui- istifadə olmasın. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) tapşırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. İlk öncə qeyd edilməlidir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də paylı mülki hüququ ilə bağlı normaların pozuntusuna yol verilməsini dəlil olaraq göstərib, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpağın da dəyərinin ona ödənilməli olduğuna əsaslansa da, kasasiya yoxlaması nəticəsində müəyy ən edilmişdir ki, qarşılıqlı iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzrə paylı mülkiyyət hüququna dair normaların tətbiqindən və pozuntusundan söhbət gedə bilməz. Belə ki, iş materiallarından da görünür ki, qarşılıqlı iddiaçı qeyri-yaşayış sahəsini satın almış, həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Hazırki halda da, həmin qeyri-yaşayış sahəsinin söküntüsü ilə bağlı iddiaçıya 132 kv.m qeyri-yaşayış sahəsinin verilməsinin təmin edilməli olması apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə ilə müəyyən edilmişdir. Daha sonra qarşılıqlı iddiaçı qiymətləndirmə rəyi ilə razı olmadığını, icarə haqqının aşağı müəyyən edildiyini dəlil olaraq göstərsə də, rəyin qeyri-mötəbərliyi barədə yalnız axar.az saytından əldə etdiyi çıxarışı məhkəməyə təqdim etmiş və sübut kimi həmin çıxa rışa istinad etmiş, lakin həmin çıxarışla müəyyən edilmiş qiymətlərin isə mütəxəssis tərəfindən müəyyən edilməsi hər hansı sübutla öz təsdiqini tapmır. Lakin məhkəmənin əldə etdiyi rəy mütəxəsislər tərəfindən qiymətləndirmə aparılmaqla tərtib edilmişdir. Ona görə də qarşılıqlı iddiaçının əldə edilmiş rəyin qeyri-mətəbərliyi barədə istinadı əsaslı hesab edilə bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası qeyri-yaşayış sahələri üçün kirayə haqqını əldə edilmiş rəylə müəyyən edilmiş qiymətə uyğun deyil, daha yüksək məbləğdə təyin etmişdir ki, bu da qarşılıqlı iddiaçının əmlak mənafeyinin müdafiə və təmin edilməsinə xidmət etmişdir. Bundan başqa, qarşılıqlı iddiaçı ilk iddiaçının heç bir hüququ olmadan ona məxsus obyektlərin söküntüsünü həyata keç irdiyini, söküntünün dayandırılması barədə məhkəmə qərardadı olduğu halda işlərin davam etdirilməsini dəlil olaraq göstərsə də, bununla bağlı qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqinda" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ NO-İİ Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarı qəbul edilmiş, həmin qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarında da mahiyyət etibarı ilə eyni məsələlər nəzərdə tutulmuş, iddiaçı da Nazirlər Kabinetinin göstərilən qərarı əsasında hüquq əldə edərək söküntü və tikinti işlərini həyata keçirməyə başlamışdır. Buna görə iddiaçının söküntü və tikinti işlərinin həyata keçirilməsi ilə bağlı hüquqa sahib olmadığından söhbət gedə bilməz. Qaldı ki, ilk iddiaçının məhkəmə qərardadından sonra məhkəmə qərardadlarına əhəmiyyət verməyərək işlərə davam etməsinə, bu hal iş materiallarında olan hər hansı sübutla müəyyən edilməmişdir. Ona görə qarşılıqlı iddiaçının bu barədə də istinadı əsaslı hesab edilə bilməz. Həmçinin qarşılıqlı iddiaçının tələbləri barədə dəlilləri üzrə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı 700 kv.m qeyri-yaşayış sahəsinin ona verilməli tələb etsə də, özü də kasasiya şikayətində sənədlə ona məxsus qeyri-yaşayış sahəsinin ölçüsünün hazırki ilk iddiaçının tələbi üzrə göstərdiyi kv.m-lə eyni olmasını təsdiq etmiş, lakin faktiki istifadəsində daha artıq sahə olduğunu əsas gətirər ona daha artıq sahə verilməli olduğunu bildirmişdir ki, bu hal ona onun tələb etdiyi ölçüdə qeyri-yaşayış sahəsinin verilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən qarşılıqlı iddiaçı əmlakının dəyərinin 3.375.000 manat olduğunu bildirib ilk iddiaçıdan həmin məbləği tələb etsə d ə, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçının bu tələbi onun məhkəməyə təqdim etmiş olduğu “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməyə istinadən yaranmışdır ki, həmin Şəhadətnamə (İ cild, səh 72) 10.01.2005-ci il tarixində qarşılıqlı iddiaçıya verilmişdir. Lakin qeyd edilməlidir ki, şəhadətnamənin verildiyi tarixdə köhnə valyuta dövriyyədə olmuş, Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanmış, Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutulmuşdur. Bu da onu göstərir ki, qarşılıqlı iddiaçının etmiş olduğu və hazırda tələb etdiyi 3.375.000 manat köhnə valyuta məzənənsi ilə ödənilmiş vəsait olmuşdur və hazırki halda qarşılıqlı iddiaçının bu sənədə istinadı onun qeyd edilən tələbinin təmin edilməsi üçün əsas deyildir. Bu halın təsdiqi həmçinin iş materialında olan (İ cild, səh 73) “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədir. Çünki həmin şəhadətnamə 31.08.2006-cı ildə verilmiş, orada əmlakın satış qiymətinin 823 manat olduğu göstərilmişdir. Qarşılıqlı iddiaçının maddi və mənəvi zərərlə bağlı tələbi üzrə isə qeyd edilməlidir ki, həmin hissələr işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası tərəfindən kifayət qədər ətraflı şərh edilməklə və əsaslandırılmaqla qiymət verilmişdir ki, hazırda həmin xüsusatların qəbul edilən q ərarda yenidən təkrarlanmasına zərurət yoxdur. Apelyasiya kollegiyası həmin hissələr üzrə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Ona görə qarşılıqlı iddiaçının bu hissələr üzrə də tələbləri və dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4248/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar