Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6326/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “çıxarışların ləğv edilməsi və s. tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4283/2022 nömrəli mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 066 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-nin müraciəti, DƏDRX-nin MH seriyalı JN-0037 saylı çıxarışı nəzərə alınaraq Xırdalan şəhəri ərazisində 12,83 ha olan torpaq sahəsində ticarət və iaşə obyektlərinin tikintisinə icazə verilmişdir. 2. 25.08.2008-ci il tarixdə «Qeyri-Dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin» istismara qəbul edilməsinə dair akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən inşaası başa çatmış ticarət və iaşə kompleksi qəbula təqdim edilsin. Tikinti Qəbul Komissiyasının 9 nəfərdən ibarət komissiyanın qərarında qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən inşası başa çatmış ticarət və iaşə kompleksi qəbul edilsin». "xxxx" MMC-nin Nizamnaməsinin 2-ci redaksiyası 3 nəfər təsisçi İddiaçı2, İddiaçı1 və Cavabdeh1 tərəfindən təsdiq edilmişdir.
3. Sonradan iş materiallarına sənədləri əlavə olunan əmlakların çox hissəsi alğı-satqı müqavilələri əsasında qiymətləri göstərilməməklə, nağd şəklində cavabdehlərə satılmışdır. "xxxx" MMC-nin maliyyə çıxarışına əsasən isə cavabdehlər tərəfindən Cəmiyyətə hər hansı bir vəsait daxil olmamışdır.
4. Mübahisə iddiaçıların hal-hazırda mülkiyyətində olmuş əmlakların satışından əldə olunmalı pul vəsai tinin onlara geri qaytarılması ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «çıxarışların ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi, sonradan iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə, əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Riyad” Ticarət Mərkəzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına dəyəri ödənilmədən alqı-satqı müqaviləsi əsasında satılmış və həmin müqavilələr əsasında adlarına rəsmiləşən 182 mağazanın çıxarışlarının etibarsız hesab edilməsi, bu mümkün olmadığı Cavabdeh1 payına düşən 41.0 00.000 manat məbləğinin alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 02 mart 2022-ci il tarixli, 2(006)-4/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi ünvanında 12.83 ha torpaq sahəsi üzərində yerləşən və Cavabdeh1 məxsus 70 sayda və ümumi sahəsi 1503 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 1.953.900 (bir milyon doqquz yüz əlli üç min doqquz yüz) manat məbləğində pulun Cavabdeh1, Cavabdeh6 məxsus 98 sayda və ümumi sahəsi 3660 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 4.758.000 (dörd milyon yeddi yüz əlli səkkiz min) manat məbləğində pulun Cavabdeh6, Cavabdeh3 məxsus 8 sayd a və ümumi sahəsi 216 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 980.800 (doqquz yüz səksən min səkkiz yüz) manat pulun Cavabdeh3, Cavabdeh2 məxsus 4 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 280.800 (iki yüz səksən min səkkiz yüz) manat pulun Cavabdeh2, Cavabdeh4 məxsus 1 sayda və ümumi sahəsi 27 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 35.100 (otuz beş min yüz) manat pulun Cavabdeh4, Cavabdeh5 məxsus 1 sayda və ümumi sahəsi 27 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri olan 35.700 (otuz beş manat yeddi yüz) manat pulun Cavabdeh5 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili vəsatət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddianın predmeti aşağıdakılardan ibarət olmuşdur: Öncə, cavabdehlər ilə hüquqi şəxs ("xxxx" MMC) arasında bağlanmış alğı-satqı və bağışlama müqavilələri əsasında verilmiş çıxarışların ləğvi və mağazaların iddiaçıların mülkiyyətinə verilməsi tələb olunmuş; Sonra, həmin çıxarışların etibarsız hesab olunması, bu mümkün olmadığı halda, Cavabdeh1 payına düşən 41.000.000 manat məbləğinin alınaraq iddiaçılara ödənilməsi tələb olunmuş; sonda, mübahisəli əmlakların alğı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manat cavabdehlərdən tutularaq iddiaçılara verilməsi tələb olunmuşdur. Xüsusi olaraq qeyd olunur ki, təsisçilərin, əsasında MMC-nin sahibkarlıq fəaliyyətində yaranmış məsələ, eləcədə iddiaçıların qaldırdığı tələblər açıq-aşkar korporativ münasibətlərdən irəli gələn mübahisələrə aid olduğundan məhkəmə adiyyətinin kommersiya məhkəməsinə aid olması məsələləri-ümumiyyətlə məhkəmə tərəfindən araşdırılmamışdır;iddiada açıq-aşkar, səlist və başa düşülən qaydada göstərilir ki, təsisçilər arasında yaran mış mübahisədən yaranmışdır və iddiaçıların tələbi-MMC-nin mülkiyyətində olan daşınmaz əmlakların alğı-satqısından, yəni sahibkarlıq fəaliyyətindən yaranmış münasibətlərdən əmələ gələn pul tələbidir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-4283/2022 nömrəli iş üzrə 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) vəsatət təmin edilməmişdir.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi 2017-ci ildə birinci instansiya məhkəməsinə daxil olmuş, hazırda vəsatət verən cavabdeh tərəf olan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsində iştirak etmiş, iş materialları ilə tanış olmuş, işə mahiyyəti üzrə baxılanadək qeyd olunan vəsatəti verməmişdir.
11. Digər tərəfdən hazırki vəsatət Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində dəlil olaraq qeyd olunmuşdur.
12. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, vəsatətdə məhkəmə aidiyyəti ilə bağlı qeyd olunanlar apellyasiya şikayətində dəlil olaraq qeyd olunduğundan, mülki işin yekunu olaraq məhkəmə aktı qəbul edilərkən digər dəlillərlə birlikdə qiymət veriləcəkdir. Buna görə də, hazırki halda vəsatət təmin edilməməlidir. a) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 ( Vəkil2) apellyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(103)- 4283/2022 saylı qərardadından kassasiya şikayəti vermişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbayca n Respublikasından kənarda olduğundan məhkəmə iclaslarından xəbərdar olmamış və işdə iştirak edən vəkilə və nümayəndəyə (yəni Vəkil2) isə məhkəmə iclasları barədə lazımi qaydada məhkəmə bildirişləri təqdim edilməmişdir. Eləcə də, vəkilin e-məhkəmə informasiya sistemində şəxsi kabineti olmasına baxmayaraq, birinci instansiya məhkəməsi onu hazırkı iş üzrə qeydiyyata almamışdır. Məhkəmə baxış iclasının keçirilməsi barədə məhkəmə tərəfindən lazımi qaydada Bildiriş, o cümlədən iddia tələblərinin dəyişdirilməsi barədə ərizələr təqdim olunmadığına görə, yəni ondan asılı olmayan səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün, məhkəmə aidiyyəti ilə bağlı ərizəni birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Hesab edir ki, məhkəmə kassasiya şikayətini geri qaytarmaqla həqiqəti müəy yən etməmiş və məhkəmənin gəldiyi nəticə cavabdehə qarşı ədalətsiz olmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti həmin qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından geri qaytarılmışdır.
16. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək ləğv olunmasını və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayətinə baxılması üçün apelyasiya baxışından çıxarılmış və işlə birlikdə baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
20. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Al i Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:
21. Maddə 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;
22. Maddə 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında
23. Maddə 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;
24. Maddə 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 25. 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsas ı ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 26. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
27. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
28. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyas ı məhkəməsinə göndərilir
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə vəsatəti rədd edərək qənaətini belə əsaslandırmışdır ki, vəsatətdə məhkəmə aidiyyəti ilə bağlı qeyd olunanlar apellyasiya şikayətində dəlil olaraq qeyd olunduğundan, mülki işin yekunu olaraq məhkəmə aktı qəbul edilərkən digər dəlillərlə birlikdə qiymət veriləcəkdir.
25. Sözügedən qəra rdaddan şikayət üzrə apellyasiyanı xx.xx.2022-ci il tarixli qərardadla qeyri-mümkün sayarkən apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402-ci maddəsində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-4283/2022 saylı qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, kassasiya şikayəti geri qaytarılmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin mümkün olmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
27. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərardadında əks olunmuş mövqeyini təkzib edən dəlillər mövcud olmadığına görə kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4283/2022 nömrəli mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.