Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-633/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “28” yanvar 2019-cu il iş № 2(102)-633/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh2 şirkətinin BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli qətnaməsi ilə (hakim: E.Z.Hü mbətov; 2(006)-79/16) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Cavabdeh2 şirkətinə qarşı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 şirkətindən dəymiş zərərin əvəzi hesabına 113753,9 9 (bir yüz on üç min yeddi yüz əlli üç avro doxsan sent” avro icra vaxtı manata olan məzənnə ilə İddiaçı xeyrinə tutulması qət etmiş, iddianın qalan hissədə və cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə münasibətə rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov (sədrlik edən və məruzəçi),A.A.Abdullayeva, İ.K.Xəlilov; iş 2(103)-3652/2016)Cavabdeh2 şirkətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, dəymiş zərərin əvəzi olaraq 18658 (on səkkiz min altı yüz əlli səkkiz) manat 19(on doqquz) qəpik pul Cavabdeh2 Şirkətindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2016-cı tarixli qərarı ilə (hakimlər: A.K.Kalbalıyev (sərlik edən və məruzəçi), Ə.A.Mirzəliyev, İ.R.Xələfov iş 2(102)-5541/2016)İddiaçı, Cavabdeh2 şirkətinin kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2016-cı tarixli qətnaməsi ləğv edilmiş,iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2018-ci tarixli qətnaməsi ilə (hak imlər: X.Ə.Sarıyev,(sərlik edən və məruzəçi), X.A.Mərdanova,E.E.Nağıyeva; 2(103)-944/2018)cavabdeh Cavabdeh2 şirkətininapellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli 2(006)-79/2016 saylı qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilərək, dəymiş zərərin əvəzi olaraq 34499,73(otuz dörd min dörd yüz doxsan doqquz Avro yetmiş üç sent) Avro alınacaq günə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla və 1624,93 (min altı yüz iyirmi dörd manat doxsan üç qəpik) manat cavabdeh “ Cavabdeh2” şirkətindən iddiaçı X1 xetrinə tutlması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci tarixli qətrardadı ilə (hakimlər: X.Ə.Sarıyev,(sərlik edən və məruzəçi), M.AMəmmədov, E.E. Nağıyeva; 2(103)-944/2018)cavabdeh Cavabdeh2 şirkətininapellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci tarixli qərardadı ilə (hakimlər: X.Ə.Sarıyev,(sərlik edən və məruzəçi), M.AMəmmədov, E.E.Nağıyeva; 2(103)-944/2018)cavabdeh Cavabdeh2 şirkətinin apellyasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 Şirkəti kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək kassasiya şikayətinin verilmə müddətinin ötürülməsinin üzürlü sayaraq bərpa olunması və şikayətin iş materilları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatına götrülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2, 417.1.4-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdehlərin vəkili heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli, 2(103)944/2018 qətnaməsini Cavabdeh2 şirkətinin qeydiyyatda olduğu ünvan 1 ünvanında “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə göndərilmişdir. 23.03.2018-ci il il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli, 2(103)-944/2018 qətnaməsinin Cavabdeh2 şirkətinə catdırılması barədə ******************** saylı poçt qəbzi mövcuddur. İş materiallarınada olan sassasiya şikayətinə əlavə edilmiş zərfdə n görünür ki, kassasiya şikayəti göndərmə barədə zərf “Royal Express” kuryer xidmətinə 13 avqust 2018ci il tarixdə cavabdeh tərəfindən təqdim edilmişdir. Cavabdeh2 şirkəti tərəfindən kassasiya şikayəti verilməsi üçün ödənilmiş ödəniş tapşırığından görünür ki, 10 avqust 2018-ci il tarixdə ödəniş edilib. İş üzrə sənədləri araşdıraraq apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 şirkəti tərəfindən kassasiya şikayəti verilməsi müddəti ötürülməklə (2 ay 19 gün) verilmiş, cavabdeh tərəf müddətin ötürülməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfin qətnaməni almaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfin qətnaməni alması işdə olan sifarişli poçt qəbzi ilə öz təsdiqini tapmaqla yanaşı, işdə cavabdeh tərəfindən qətnamənin alınması və surətinin tələb edilməsi ilə bağlı heç bir müraciəti mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh2 şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli, 2(103)-944/2018 qətnaməsi 23.03.2018-ci il il tarixdə alınsada, uzun müddət keçməsinə baxmayaraq, kassasiya şikayəti verilməklə, əsassız olaraq kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi xahiş olunur ki, bu hal cavabdehin hüququndan sui-istifadə etməsi kimi qiymətləmdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştrak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-633/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-633/2019
28.01.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver