Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-633/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı X2 və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)667/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qa rşı «vurulmuş maddi və mənəvi ziyanın tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 ********** saylı, İddiaçı1 ********** saylı və İddiaçı3 ********** saylı qeydiyyat nömrəli çıxarışlara əsasən ünvan 4 evin mülkiyyətçiləridirlər. xx.xx.2012-ci il tarixli, 335 saylı Bakı şəhər İcra hakimiyyətinin sərəncamına əsasən 318-ci və 228-ci məhəllələrin kəsişməsində ticarət mərkəzi, ofis binası və yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya icazə verilmişdir. xx.xx.2012-ci il tarixli, 335 saylı Bakı şəhər İcra hakimiyyətnin sərəncamın 1.1-ci maddəsinə əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililələrinin sökülməsi, sakinlərin müvafiq qaydada köçürülməsi mövcud qanunvericilik əsasında Cavabdeh MT K-nın vəsaiti hesabına həyata keçirilməsi öhdəliyi qoyulmuşdur. Lakin, buna baxmayaraq, Cavabdeh MTK hansı qanunvericilik əsasında tikililərin söküntüsünü aparır məlum deyil. Belə ki, özünü MTK-nın rəhbərləri kimi təqdim edən kod adlardan istifadə etməklə tikintiyə dair statusları bəlli olmayan şəxslər söküntülərin icrasına rəhbərlik edir, barələrində verilən şikayətlər isə nəticə vermir, lakin söküntülərin davam etməsi nəticəsində iddiaçıların mənzillərin divarların bir hissəsini uçurtmuş, mənzillər döşəmə, tavan, sökülərək yaşayış üçün yarasız vəziyyətə salınmış, mənzilin taxta pəncərə və metal konstruksiyaları və ləvazimatlar sökülərək tanınmayan şəxslər tərəfindən talan edilmişdir. Mülkiyyətçilər məcbur qalaraq bir ilə yaxındır mənzillərindən çıxaraq müxtəlif ünvanlarda kirayə çıxmışla r. Hal-hazırda mənzillərin divarlarının uçurulması, mənzilin talan olunması nəticəsində mənzildə yaşamaq mümkün olmamış, mənzillərdə yaşayışın bərpa olunması üçün isə xeyli vəsait tələb olunur. Cavabdehin tikinti təhlükəsizlik normalarının pozması ilə icra etdiyi qazıntılar nəticəsində binanın divarı uçmuş, dam örtüyündə və divarlarda əyilmə və deformasiyalar əmələ gəlmişdir. Dəfələrlə tikintinin dayandırılması, əhalinin köçürülməsi tələb olunsa da, cavabdeh tərəfindən qanunun tələblərinə əməl edilmir, əksinə təhqir və nalayiq hərəkətlərlə münasibət bildirilir. Aidiyyəti orqanlar sakinlərin bu halını təəssüf dolu heyrətlə və çiyinlərini çəkməklə müşayiət edir və özlərinin aciz, səlahiyyətsiz, güclərinin çatmadığını bildirərək, yaxud şirkətin adı və səlahiyyəti bilinməyən şəxslərinə zəng ed ərək guya hədə qorxu gəldiklərini, qısa müddətdə sərəncamın icra ediləcəyini vəd verməklə işlərini bitmiş hesab edirlər. Halbuki gecələr ərazidə mənşəyi bəlli olmayan texnikalar durmadan torpağı qaşımaqla sakinlərin əsəblərini qaşıyır. Binaların yararsız hala salınması kifayət etməmiş kimi, bütün əşya və əmlaklar talan olunmuşdur. Nə rəsmi qurumlar, nə də cavabdehin rəsmiləri məsuliyyəti üzərinə götürmədən tikinti, söküntü, dağıntı işləri davam edir. Nəsimi Rayon İcra Hakimiyyəti bu hadisələri susqunluqla müşahidə edir, edilən şikayət ərizələrini ünvanı bəlli olmayan cavablar göndərir. Bakı şəhər İcra Hakimiyyəti isə Sərəncamın 7-ci maddəsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin qanunsuz hərəkətləri ilə vurulmuş ziyan nəticəsində külli miqdarda maddi ziyan vurulmuşdu r. ********** saylı qeydiyyat sənədi əsasında İddiaçı2 mülkiyyətində olan mənzilin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün 15000 manat, ********** saylı qeydiyyat sənədi əsasında İddiaçı1 mənzilinin divarının bərpası və mənzilin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün 30000 manat, ********** saylı qeydiyyat sənədi əsasında İddiaçı3 məxsus mənzilin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün 15000 manat pul vəsaiti lazımdır. Bundan başqa xx.xx.2012-ci il tarixli, 335 saylı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının 1.1-ci maddəsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməməsi nəticəsində bir ildən artıqdır, mülkiyyətçilər evlərindən didərgin düşmüş, müxtəlif yerlərdə kirayədə qalırlar. Nəticədə əlavə maddi ziyan çəkirlər. Belə ki, İddiaçı2 bir ildir ki, ailəsi ilə b irgə ayı 350 manat olmaqla, İddiaçı1 bir ildir ki, ayı 200 manat olmaqla, İddiaçı3 bir ildir ki, ayı 350 manat olmaqla ailəsi ilə birgə kirayədə qalmaq məcburiyyətindədir. Hal-hazırda da mənzillər yaşayış üçün yararsız hala düşdüyündən, divarları uçurulduğundan, Fövqəladə Hallar Nazirliyi tərəfindən mənzillərdən sakinlər çıxarılmış, yaşayış evinin istismarının dayandırılması barədə tələblər təqdim edilmişdir. Nəticədə İddiaçı2 19200 manat, İddiaçı1 32400 manat, İddiaçı3 19200 manat maddi ziyan dəymişdir. Həmçinin, iddia tələbinin mənəvi zərərə dair hissəsi təmin edilərək, cavabdehdən İddiaçı2 xeyrinə 10000 manat, İddiaçı1 xeyrinə 20000 manat, İddiaçı3 xeyrinə 10000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməlidir. Göstərilənlərə əsasən “xxxx” Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, D.Əliyeva küçəsində aparılan söküntü işləri zamanı tikinti təhlükəsizlik qaydalarının pozulması nəticəsində İddiaçı2 dəymiş 19200 manat məbləğində maddi və 10000 manat mənəvi zərər, İddiaçı1 dəymiş 32400 manat məbləğində maddi ziyanın və 20000 manat mənəvi zərərin, İddiaçı3 dəymiş 19200 manat məbləğində maddi ziyanın və 10000 manat məbləğində mənəvi zərərin, 30 manat dövlət rüsumunun “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçılara ödənilməsi, işıq, su və qaz xətlərinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-911/2019 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbi qismən təmin edilərək cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativindən vurulmuş maddi ziyanın əvəzi olaraq İddiaçı2 xeyrinə 4957 manat, iddiaçılar İddiaçı1 və İddiaçı3 xeyrinə 11750 manat, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulması, iddiaçıların yaşadıqları mənzillərin işıq, su və qaz xətlərinin bərpa edilməsi vəzifəsi «xxxx» Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.Cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativin nümayəndəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)667/2019 nömrəli qətnaməsi ilə (hakimlər F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-91 1/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)667/2019 nömrəli qətnaməsindan cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativi və vəkili Nümayəndə1 kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: «xxxx» Mənzil Tikinti Kooperativi və vəkili Nümayəndə1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-667/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və bu qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəti cələnmişdir. Belə ki, mülki iş materiallarında olan sənədlərə uyğun olaraq cavabdeh tikinti işlərini özbaşına aparmamış, müvafiq orqanlardan alınmış sənədləşmə və razılıq əsasında həyata keçirmişdir. Eyni zamanda görünür ki, iddiaçıların yaşadıqları ünvan üzrə evlər uzun illər təmirsiz istismar olunduğundan, köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qaldığından, binanın əsas yükdaşıyan divarlarından bir çox yerlərdə hörgü məhlulunun yuyulması, büt daşlarında aşınmalar müşahidə olunmuş, bu da binanın xarici divarlarında və müxtəlif yerlərində çatların əmələ gəlməsinə səbəb olmuşdur. Belə olan halda sökülməsi nəzərədə tutulan evlərin yararsız vəziyyətə düşməsi, divarların deformasiya uğraması və çatların əmələ gəlməsi barədə iddiaları əsaslı ola bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclas ında iştirak edən iddiaçı X3 və vəkili Nümayəndə3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-667/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin apelyasiya şikayəti təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-911/2019 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* №-li Çıxarışın surətinə əsasən ünvan 2, mənzil 12 İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş v ə bu barədə 1505 saylı reyestr kitabının 137383 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 14 İddiaçı1 və İddiaçı3 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 730a saylı reyestr kitabının 68450 nömrəli vərəqində, ********** və ********** nömrələr ilə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3626 saylı, xx xxx 2018-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 141 saylı evin, 12 və 14 saylı mənzillərin tikililərində yaranmış qüsurlar nəticəsində dəymiş ziyanın müəyyən edilməsi yalnız həmin qüsurların xarakteri və yaranma səbəbləri konstruksiya sahəsində xüsusi biliyə olan mütəxəssis (tikinti konstruktoru) tərəfindən öyrənildikdən sonra mümkün ola bilər. Lakin, baxış zamanı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi iştirak etmədiyindən, eləcə də baxışın keçirilməsindən uzun müddət keçməsinə baxmayaraq, mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən, 141 saylı evin 12 və 14 saylı mənzillərində yaranmış qüsurların səbəbini və həmin qüsurların yaranması nəticəsində dəymiş ziyanın müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan “ xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 78 və 79 saylı qiymətləndirmə hesabatlarından görünür ki, ünvan 2 ünvanında yerləşən, 14 saylı mənzilə aparılmış söküntü və tikinti işləri ilə əlaqədar dəymiş maddi ziyanın orta bazar dəyəri 11750 manat, ünvan 2 ünvanında yerləşən, 12 saylı mənzilə aparılmış söküntü və tikinti işləri ilə əlaqədar dəymiş maddi ziyanın orta bazar dəyəri 4957 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 4597 saylı rəyinin nəticə hissəsindən görünür ki, mübahisəli mənzillərin yaxınlığında (bitişik ərazidə) “xxxx” MTK tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası ilə əlaqədar təməlqazma, betonlama və digər tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən olunmuşdur ki, bu da həmin işlərin aparılmasızamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində iddiaçılara məxsus mənzillərdəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. Tədqiq olunan mənzillərə dəymiş ziyanın müəyəyn edilməsi ilə əlaqədar qeyd olunur ki, baxış zamanı həmin mənzillərin bərpa olunması üçün müəyyən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, mənzillər və torpaq sahəsi üzrə tikinti konstruktorunun müvafiq hesablamaları əsasında gücləndirmə işləri aparıldıqdan və yerinə yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Eyni za manda qeyd olunur ki, tədqiq olunan mənzillərə dəymiş ziyanla əlaqədar Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı əsasında “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən hesablamalar aparılmış və ünvan 3 evin 14 saylı mənzilinə dəymiş ziyanın dəyəri 11750 manat, 12 saylı mənzilə dəymiş ziyanın dəyəri isə 4957 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriliyinin Tikintidə X1 Agentliyinin xx xxxx 2019-cu il tarixli mütəxəsis rəyinin nəticə hissəsindən görünür ki, 1-ci sula üzrə ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin 12 və 14 saylı mənzilində yaranmış çat və zədələnmələrin səbəbləri aşağıdakılardır: Yaşayış evinin uzun müddət təmirsz istismar edilməsi; Yaşayış evinin fiziki aşınmaya məruz qalması; Bünövrə çalasının qazıntısı zamanı ağır texnikanın ərazidə işləməsi və 141 saylı evin sağ yan fasad hissəsində gücləndirmə tədbirləri – şpunt divarının yerinə yetirilməməsi; ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. Qeyd edilənləri nəzərə alaraq ərazidə aparılan tikinti işləri müvəqqəti dayandırmalı və aşağıda göstərilən təxirəsalınmaz tədbirlər yerinə yetirilməlidir: Hal-hazırda istismar olunan mənzillərin sakinləri mənzillərdən çıxarılmalı; Yaşayış binasının istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; Qeyd edilən yaşayış binasına gələn bütün kommunikasiya xətlərinin kəsilməsi; Yaşayış binasına girişin qadağan edilməsi; Yaşayış binasının şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması; Müvafiq tədbirlər yerinə yetirildik dən sonra tikinti işləri davam etdirilə bilər. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 1096-cı maddə sinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbini maddi ziyanın ödənilməsi hissəsində ekspert rəyinə uğun olaraq qismən təmin etməklə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün s öykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, kassator iddiaya etirazın əsası kimi kasassiya şikayətində istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Əksinə işdə olan sübutlarla apellyasiya instansiyası məhkəməsi iddiaçıların məhz cavabdehin hərəkətləri nəticəsinfə zərərə məruz qaldıqlarını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)667/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-633/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-633/2020
03.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver