Məhkəmə qərarları › İş №2(102)-633/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-633/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-633/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-633/2025 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X9 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Res publikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4776/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 2012-ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində mülki ixtisasa yiyələnmiş, 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş, Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli 0472 nömrəli əmri i lə ona “tibb xidməti leytenantı” hərbi rütbəsi verilmişdir. xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək N saylı hərbi hissənin komandirinin sərəncamında olmuşdur. İddiaçı xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin 0529 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata (və ya istefaya) buraxılmışdır. 2. xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli söhbət vərəqələrinə əsasən (1-ci və 2-ci söhbətlər) İddiaçı tez bir zamanda ordu sıralarından təxris olunması barədə köməklik edilməsini xahiş etmiş, xidmət etməyə çətinlik çəkdiyini bildirmişdir.

3. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2017-ci il tarixli 20 nömrəli qərarından çıxarışa görə tibb xidməti leytenantı İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşmasını, tabeçiliyində olan şəxsi heyətin mənəvi-psixoloji durumunun aşağı olmasını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını nəzərə alaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır.

4. Təqdimat və xidməti xasiyyətnaməyə görə tibb xidməti leytenantı İddiaçı, N nömrəli hərbi hissə komandirinin sərəncamında (N nömrəli hərbi hissənin 7032-ci motoatıcı taboru nun tibb məntəqəsinin sabiq rəisi), xx.xx.2017-ci il tarixdən “tibb xidməti kapitanı” xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. O, (N nömrəli hərbi hissənin sərəncamına çıxarılanadək) N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, təcrübəsiz və savadsız bir zabit kimi göstərmişdir. Vəzifəsinə aid olan rəhbər sənədləri bilmir və bilik səviyyəsini artırmaq üçün çalışmır. Taborun zabitləri və gizirləri, həmçinin bölmənin tibbi heyəti ilə öz ixtisası üzrə məşğələlər aparmır. Taborda müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlər görmür, sanitar-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət etmir. Xroniki xəstəliyi olan şəxslər üzərində daimi tibbi müşahidə aparmır və müşahidənin nəticələrin i bölmə komandirlərinə bildirmir, pəhriz yeməyinə ehtiyacı olan əsgər və çavuşlar haqqında tabor komandirinə vaxtında məlumat vermir. Taborun binalarının və təsərrüfat xidmətlərinin sanitar vəziyyətinə nəzarət etmir, şəxsi heyətin vaxtında çimməsinə, alt paltarlarının və yataq dəyişəninin, dəsmal, corab və ayaq dolaqlarının dəyişməsinə diqqət yetirmir. Kollektivdə və yoldaşları arasında hörmətə malik deyildir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini zəif bilir. Hərbi geyim formasını səliqəsiz geyinir. Yuxarıda göstərilən mənfi xüsusiyyətlərini və kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətini nəzərə alaraq, tibb xidməti leytenantı İddiaçı xidməti vəzifəyə uyğun deyil. Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalıdır.

5. Azərbaycan Respublikası M üdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0529 nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 1-ci Ordu Korpusu (N nömrəli hərbi hissə) komandirinin sərəncamında olan tibb xidməti leytenantı, 703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7032-ci motoatıcı taborunun tibb məntəqəsinin sabiq rəisi İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 canlı şəxsin ekspertizasına dair xx.xx.2018-ci il tarixli 953 nömrəli ekspert rəyinə görə İddiaçı (1991-ci il təvəllüdlü) məhkəmə-tibbi ekspertizası zamanı hər iki kürək nahiyəsində sağalmış qançır izləri olan piqmentasiyalar, burun belində, sol bel nahiyəsində, hər iki aşa ğı ətraflarda çoxsaylı yaralarının sağalmış izləri olan çapıq toxumaları aşkar edilmişdir. İddiaçı tərtib edilmiş xəstəlik tarixindən göründüyü kimi, o, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Bədənin ümumi küt travması, müxtəlif nahiyələrin qançırı, sağ ayağın reaktiv ödəmi” diaqnozu ilə SQ BKH-da stasionar müalicədə olmuşdur. Qeyd edilən xəsarətlərdən, ödem və qançırlar bərk küt əşyanın (əşyaların), burun belinin, sol bel nahiyəsinin, hər iki aşağı ətrafların yaralarının sağalmış izləri olan çapıq toxumalar yüksək hərarətin yerli təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən, eləcə də, şəxsin özünün göstərdiyi tarixlərdə (may 2017) və şəraitdə törənməsi də istisna deyildir, həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasın a səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir.

7. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər böyük müstəntiqi X1 xx.xx.2018-ci il tarixli qərarına görə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin (1-ci ordu korpusu) komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X28 tərəfindən səlahiyyəti olmadığı halda, 2017-ci ilin may ayının əvvəllərindən etibarən N saylı hərbi hissənin tabeliyində olan hərbi hissələrin düşmənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməklə şübhələnilən hərbi qulluqçuları qanunsuz olaraq N saylı hərbi hissənin köhnə qərargah binasına, daha sonra isə N saylı hərbi hissəyə gətizdirilə rək, orada onun rəhbərliyi ilə sorğu-sual edilmiş, onlardan düşmənlə əlaqələri barədə məlumatlar vermələri tələb edilmiş, sorğu-sual edilən hərbi qulluqçulara, o cümlədən N saylı hərbi hissənin hərbi qulluqçusu, leytenant İddiaçı qarşı fiziki və psixi zor tətb edildiyindən, ona cinayət nəticəsində fiziki və mənəvi zərər vurulduğundan ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.

8. Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 nömrəli, 31 yanvar 2019-cu il tarixli və 1(098)-9/2019 nömrəli, 13 mart 2019-cu il tarixli hökmlərinə əsasən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının sabiq sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X24 ifadəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə, saat 12 radələrində şəxsi heyət “Bozdağ” təlim yerində olarkən, tabor komandiri onları sıraya düzüb 9 nəfərin (taborun həkimi, leytenant İddiaçı də daxil olmaqla) adını çəkmiş, onlara “köhnə tabor komandiri Seymur Hidayətovla bağlı N nömrəli hərbi hissənin köhnə qərargahına izahat verməyə gedirsiniz, sizlik bir şey yoxdur, izahat verib, bura qayıdacaqsınız” demiş, artıq həmin vaxt hərbi hissənin kəşfiyyat bölüyünün maskalı hərbi qulluqçuları tam silahlı vəziyyətdə təlim yerinə gəlmiş və onları “Kamaz” markalı avtomobilə mindirmişlər. Təlim yerindən saat 18 radələrində çıxıb saat 20-21 radələrində köhnə qərargaha çatmışlar. Həmin vaxt yerə düşən kimi tanımadığı maskalı şəxslər ayağına təpik zərbələri vurub yerə yıxmış, arxadan qollarını ayaqlarına bağlamış, əllərin də olan bıçaqla əynində olan köynəyi cırıb maykanı gözünün üstünə qoyaraq skoçla bağlamış, iki nəfər maskalı şəxs qollarından tutub sürüyərək binaya aparıb pilləkənlə yuxarı qaldırmış və onu dəhlizdə dizi üstə saxlamışlar. 9 nəfərin hamısı eyni qayda ilə dəhlizə yığılmış, səs-küydən dəhlizdə onlardan başqa da çoxlu sayda insanlar olduğunu bilmiş, qışqırtı, bağırtı, döyülməyə xarakterik səslər eşitmişdir. Onların hamısı dəhlizdə şlanqla döyülmüş, şlanqla bədəninin bütün nahiyələrinə dayanmadan çoxsaylı zərbələr vurulmuş, ondan başqa dəhlizdə olan bütün şəxsləri də eyni qayda ilə döymüşlər. Aparıldığı vaxtdan dəhlizdə eyni qaydada dizi üstə olduğu yerdə qalmış, o və dəhlizdə olan digər şəxslər gecə boyu 1 saata yaxın fasilə ilə 23 saat dayanmadan eyni qayda ilə şlanqla döyülmüşlər. Aparıldığ ı günün səhəri, səhər saatlarında süründürülərək bir otağa salınmış, gözləri bağlı olduğundan heç nə görməmiş, orada ondan guya Anar Allahverdiyevin toy məclisində erməninin iştirak etdiyi və onun da bu barədə məlumatının olduğu soruşulmuşdur. Anar Allahverdiyevlə bir kənddən olduğunu, onun toy məclisində iştirak etdiyini, amma toyda erməni görmədiyini desə də, ona inanmamışlar. Bundan sonra ona çoxsaylı və ağır işgəncələr verilmiş, digərlərinin də səslərindən onlara işgəncələr verildiyini başa düşmüşdür.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(102)41/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, Sənan Maşıyev, Cabir Qəhrəmanov və digər vəzifəli şəxslər İddiaçı köhnə qərargah binasına gətirildiyi vaxtdan x x.xx.2017-ci il tarixdə günorta saatlarınadək olan müddətdə, həmin binada olduqları müxtəlif vaxtlarda İddiaçı onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, ona qarşı zorakı hərəkətlər etmiş, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə, əynində olan paltarlarını soyundurub əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı len tlə bağladıqları İddiaçı yerə yıxıb yumruq və təpiklə, habelə taxta parçası və plastik boru ilə onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuş, xüsusi qurğu vasitəsilə bədəninin müxtəlif nahiyələrinə naqil birləşdirməklə uzun müddət ərzində dəfələrlə elektrik cərəyanı vermiş, ona sağlamlığa yüngül zərərvurmaya aid olan “bədənin ümumi küt travması, müxtəlif nahiyələrin, habelə hər iki kürək nahiyəsinin qançırı, sağ ayağın reaktiv ödemi, burun belinin, sol bel nahiyəsinin, hər iki aşağı ətrafların çoxsaylı yaraları” xəsarətlərini yetirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçılar X4, İddiaçı, X10 və X11 nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı şəh əri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı X2 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 79 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 65.807 manat, aylıq kirayə pulu olaraq 20.737 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla cəmi, 95.424 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın; iddiaçı X5 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 78 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 83.460 manat, aylıq kirayə pulu olaraq 20.475 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla, cəmi, 11 2.815 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın; İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 78 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 85.800 manat, aylıq kirayə pulu olaraq 20.475 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla, cəmi, 115.155 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın; iddiaçı X11 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 79 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 55.300 manat, aylıq kirayə pulu olaraq 20.737,50 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 m anat, 13-cü maaş olaraq 4.080 manat cəmi, 84.917 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

11. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, İddiaçı hərbi xidmətdə olarkən 2017-ci il may ayının ilk günlərindən qanunsuz olaraq saxlanılmış, sözügedən cinayət işi üzrə dəhşətli işgəncələrə, həbslərə və sorğulamalara məruz qalaraq bütün sağlamlığını, bir insan, şəxsiyyət və bir kişi olaraq bir çox dəyərini, həmçinin, bir hərbçi olaraq sevdikləri, uğrunda can qoyduqları real işlərini itirmişdir. O və ailə üzvləri həmin ərəfədə saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ağı r və dözülməz hallar yaşamış və bu gün də yaşamaqdadırlar. İddiaçı qanunsuz azadlıqdan məhrum edilməsi və qanunsuz sorğulamalara cəlb edilərək günlərlə, hətta aylarla ağır işgəncələrə məruz qalması, Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 nömrəli, 31 yanvar 2019-cu il tarixli və 1(098)-9/2019 nömrəli, 13 mart 2019-cu tarixli hökmlərində, həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə kapitanı Bayram İsmayılovun istintaq qrupunun üzvü olduğu ********* saylı cinayət işi üzrə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun icraatında olan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və yüzlərlə şahid ifadələri ilə ö z təsdiqini tapmışdır. İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X28, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X17 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkum edilibdir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov hər biri isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Həmçinin, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X3, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X18, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X14, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X7 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X25 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilibdirlər. Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu tarixli və 29 yanvar 2020-ci tarixli hökmlərinə əsasən, X3 6 (altı) il, X18 6 (altı) il, X14 5 (beş) il 6 (altı) ay, X7 6 (altı) il, X25 isə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilərək, 1.000 (bir min) m anat cərimə cəzasına və 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Böyük bir cinayətin icraçıları olan bu şəxslər, Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinin qarşılığında onlara verilən bu cüzi cəzalarla zərərçəkmişlər razılaşmadılar və onlara olunan müxtəlif təqib və təzyiqlərə rəğmən öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Yenidən başladılmış istintaqın nəticəsi olaraq Azərbaycan Respubliası Baş X19 müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin bütün hökm və qərarlarına yeni açılmış hallar üzrə Azərbaycan Respubliası Ali Məhkəməsinin Plenumunda yenidən baxılmış, “Dövlətə xəyanət” adı altında dəhşətli işgəncələr görmüş və 10-20 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da, 5 il boyunca üzərlərində “Vətənə xəyanət”, “Dövlətə xəyanət” damğası gəzdirən, əslində isə hər biri xidməti dövründə düşmənə qarşı qəhramancasına döyüşərək, şücaətlər göstərən oğulların haqqı qismən də olsa bərpa olunmuş və onlara riyakarcasına vurulan bu “damğa” üzərlərindən götürülmüşdür. Eyni zamanda, yenidən aparılmış istintaqın nəticəsində heç bir təqsiləndirilən və zərərçəkmiş şəxslərin təqsirli olduğu sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində, onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edilmişdir. “Tərtər işi”ndə insan ağlına gəlməyən, faşistlərin belə etmədiyi, hətta düşmən erməninin də ağlına gəlmədiyi, dünya tarixinin heç bir dövründə, heç bir ölkədə tətbiq olunmayan işgəncə növlərinin hamısı Tərtərdə zərər görmüş əsgər və zabitlərimizə tətbiq olunub. Tamamilə çılpaq vəziyyətdə, gözləri, əlləri, ayaqları bağlı olmaqla, əl və ayaq zərbələri ilə, şlanqlarla, plasmas turbalarla, troslarla, birbirinə burularaq bərkidilmiş şunullarla və s. döyülmə, suda boğulma, bədəninin bütün nayihələrindən saysızh esabsız toka vermələr, bu vasitə ilə ağızda lampa partladılması, dişlərinin kəlbətinlə çıxarılması və həmin yerdən toka qoşulma, üz nayihəsinə vurulan təpik zərbəsi ilə 5-6 dişin birdən çıxarılması, kəlbətinlə ətinin qoparılması, drell və “katalka” məftili vasitəsi ilə sümüklərinin deşilməsi, polietilen torbaların yandırılaraq açıq bədənlərinə tökülməsi, yanıq və yara yerlərinə araq və duz tökərək əsgər çəkmələri ilə tapdalanması və s. şəkildə dilə gətirilməsi mümkün olmayan, insan şəxsiyyətini sındıran, alçaldan onlarla işgəncə növləri... Bütün bu olanlarla bərabər onların şəxsiyyətinə damğa kimi vurulan: “erməniyə işləyən”, “vətənə xəyanət edən” adları və onların ailə üzvlərinə edilən çoxtərəfli və çoxsaylı işgəncələr... Ailələrin qohumqonşu yanında “vətən xaininin, erməniyə xidmət göstə rənin ailəsi kimi” dözülməz utanc hissi keçirmələri, bir gecənin içində evini, isti ocağını, qohum-əqrabasını qoyub kəndini tərk etməsi, dəhşətli qorxular keçirməsi, iztirablar yaşaması, aylarla övladından xəbər tuta bilməməsi, digər yazılmayan və dilə gətirilməsi çətin, mümkünsüz olan yaşantılar bu insanların hansı fiziki, mənəvi işgəncələrə və zərərlərə məruz qalmalarının sübutudur. 2017-ci il may ayının əvvəlindən iyun ayının sonuna qədər (bəziləri daha çox müddətə) bütün zərərçəkmişlər kütləvi şəkildə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən, “xidmətə uyğunsuzluq” adı altında, heç bir kompensasiya ödənilmədən hərbi xidmətdən uzaqlaşdırılıblar. Həmin zərərçəkmişlər bu günə qədər də işsizdirlər və səhhətlərində yaranmış çox ciddi və çoxsaylı probleml ər uçbatından heç yerdə işləyə bilməmişlər və yaxud da onları işə götürməmişlər. İşə götürülməməklərinin səbəbi həm də, onlara vurulmuş “vətəninə xəyanət edən, düşmənə işləyən” adı ilə damğalanmaqları və sağlamlıqlarında cox ciddi problemlər yaşamaqlarıdır. Bu səbəbdən işgəncyə məruz qalmış bütün əsgər və zabitlərin maddi və sağlamlıq durumları acınacaqlı vəziyyətdədir. Bütün bu baş verən qanunsuzluqlara görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq uzaqlaşdırıldıqları işlərinə bərpa olunmaq, hər birinin işdən çıxarıldıqları tarixdən, işə bərpa ediləcək tarixədək olan dövr üçün əməkhaqlarının ödənilməsi və itirilmiş əmək illəri staja hesablanılmaqla, iradələrinin ziddinə, əsassız olaraq işdən çıxarılmaqları səbəbi ilə həmin müddətin onlar üçün məcburi işburaxma dövrü hesab edilməsi barədə tələb irəli sürmək zərərçəkmişlərin hər birinin qanuni haqqıdır. Onu da qeyd etmək vacibdir ki, həmin dövrdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaqlarına razı olmasalar da, 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə bu qanunsuzluqları törədənlər elə bir vəziyyət yaratmışdılar ki, heç bir işgəncə görüb, zərər çəkən şəxsin harasa, kiməsə müraciət edib haqqını tələb etmək imkanı yox idi. Qanunsuz olaraq saxlanıldıqları N və N saylı hərbi hissələrin köhnə kazarmalarından buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi onların da hər birinə şikayət etməmələri, hətta müalicə almaq üçün həkimə getməmələri barədə hədə-qorxu gəlinmişdi, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdu. Bundan başqa, bütün bu qanunsuzluqları məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən İddiaçı qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət, zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra 17 dekabr 2021-ci ildə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılmış və İstintaqı Qrupu yaradılmışdır. X31 yaradıldıqdan sonra, işgəncəyə məruz qalıb, zərər görən hər bir şəxs özündə cəsarət tapıb o vaxt baş verən dəhşətlər, üzləşdikləri qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmaları ilə bağlı məlumat və izahatlarını vermişlər və yüzlərlə işgəncələrə məruz qalmış hərbçilər zərərçəkmiş qismində tanınmış və hal-hazırda da Bakı Hərbi Məhkəməsində istintaqı gedən məhkəmə proseslərinə zərərçəkmiş kimi cəlb olunublar. İddiaçı Tərtər Hərbi Məhkəməsinin 1-(098)-7/2019 nömrəli, 31 yanvar 2019-cu il tarixli və 1-(098)-9/2019 nömrəli, 13 mart 2019-cu tarixli hökmlərində zərərçəkmiş kimi adı keçir və həmin hökmlər qanuni qüvvəsini almış, bu gün də öz qüvvəsindədir. Belə ki, İddiaçı 2014-cü ilin iyun ayında Azərbaycan Dövlət Tibb Universitetinn hərbi tibb fakültəsini bitirərək Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə tibb məntəqəsinin həkimi kimi iş fəaliyyətinə başlamış, 2016-cı ildə 2-ci tabora təyinat aldıqdan sonra orada tibb məntəqəsinin rəisi vəzifəsini icra etmişdir. Lakin o, 2017-ci il may ayının 5-də ermənilərə işləmək ittihamı ilə qanunsuz saxlanılmış və amansız işgəncələrə məruz qalmışdır. İddia çı bütün işgəncə məkanlarında, “Marquşevan” adlanan yerdə, Mingəçevirdə yerləşən N saylı hərbi hissədə, Bakı şəhərinə aparılarkən zərərçəkmişləri aparan maşında, Biləcəridə yerləşən saxlama yerində, “Papanin”də yerləşən hospitalda təkrartəkrar işgəncələr görmüşdür. Qanunsuz sorğulamalar zamanı İddiaçı haqqında videogörüntülər olduğunu söyləyərək “erməniyə işlədiyini”, “satqın”, “vətən xaini” olduğunu etiraf etməyini tələb etmişdirlər. Buna görə o, mütəmadi olaraq döyülüb, bədəninin bir çox nahiyələrinə dəfələrlə elektrik cərəyanı verilmiş və dəfələrlə komaya düşmüşdür. İddiaçıya qarşı 2017ci ilin iyun ayının 26-a qədər işgəncələr davam etmiş, məhz həmin işgəncələrin nəticəsində səhhətində yaranmış çoxsaylı problemlərə və “vətən xaini” adı ilə adlandırılmasına görə ali təhsilli hərbi həkim olaraq heç bir yerdə onu işə götürməmişlər. İddiaçı hal-hazırda da işsizdir. O, ən ağır işgəncə görənlərdən biri olmaqla, eyni zamanda 2017-ci il iyul ayının 17-də qanunsuz olaraq işdən çıxarılıb. Həmin vaxt onun orta aylıq əmək haqqı - 1.100 manat olub. Öz iradəsi əleyhinə işdən azad olunması onu potensial qazancından da məhrum edib. İşdən çıxarıdığı vaxtdan bu günə qədər işburaxma müddəti 78 aydır. Bu isə onun qalan xidmət dövrü üçün 85.800 manat edir (78 ay X 1.100 = 85.800) Bundan başqa, İddiaçı işlədiyi müddətdə dövlətdən hər ay olmaqla, kirayə pulu 262.50 (iki yüz altmış iki manat əlli qəpik) manat (78 ay X 262.50 = 20.475) ildə bir dəfə olmaqla maddi yardım 370 (üç yüz yetmiş) manat, (6 il X 430 = 2.580) və 13-cü maaş 680 (altı yüz səksən) manat (6 il X 680 = 4.080) alıbdır. Cəmi: 2 9.355 manat. İddiaçının maddi zərərə görə tələb etdiyi yekun məbləğ 115.155 manatdır. Ümumilikdə iddiaçı hərbi xidmət zamanı “Vətən xaini” adlandırılaraq ağır işgəncələr və qeyri-insani, alçaldıcı rəftar gördüyündən, bu, ona ciddi və bərpa olunmaz mənəvi sarsıntı yaşatmış, iztirab çəkməsinə səbəb olmuşdur. Həmçinin, onun “dövlətə xəyanət” adı altında işgəncə görməsi təkcə özünün deyil, həm də ailə üzvlərinin də mənəvi iztirablar yaşamasına səbəb olmuşdur. Bununla da iddiaçı təqsirkar şəxslərin törətdiyi əməllər nəticəsində mənəvi zərər çəkmiş, peşəkar hərbi qulluqçu karyerasından məhrum edilmiş, özü və ailəsi stres və ağır sarsıntı yaşamışlar. Odur ki, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 1.000.000 manat məbləğində qiymətləndirir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1216/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə iddiaçılar X2, İddiaçı, X5 və X11 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra cavabdeh, yaxud Maliyyə Nazirliyi) qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin “İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi”nin ayrılaraq, ayrıca icraatda baxılması, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti bar əsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.

13. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq – 115.155 manat, əldən çıxmış fayda olaraq 150.000 manat, işgəncələr nəticəsində fiziki sağlamlığına vurulmuş ziyana görə 150.000 manat, cəmi 415.155 manat həcmində kompensasiyanın, mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsində cavabdeh M aliyyə Nazirliyi iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək cavabdeh qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyini göstərmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Cinayət prosesini həyata keçirən or qanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakim iyyəti”, yəni Maliyyə Nazirliyi müəyyən olunmamış, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yoxdur. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar q urumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Eyni zamanda Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Resp ublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq, bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də idd ia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir.

15. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi yazılı münasibət təqdim edərək bildirmişdir ki, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmaqla itirilmiş illərin əmək stajına hesablanması inzibati məhkəmə icraatının predmeti olduğundan hazırkı məhkəmə baxışı çərçivəsində baxıla bilməz. Belə ki, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla itirilmiş illərin əmək stajına hesablanmasına dair ərizə ilə inzibati orqana müraciət etməli, müvafiq in zibati aktla razı olmadıqda inzibati məhkəməyə iddia ilə müraciət etməlidir. İddia tələbinin iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi hissəsində bilavasitə Maliyyə Nazirliyi cavabdeh olduğundan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı mülki iş üzrə cavabdeh olaraq məhkəmə icraatında çıxış edə bilməz.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-2351/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin edilmiş, cavabdeh Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

17. Birinci instansiya məhkəməsi iddia tələbinin “41 5.155 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı bu tələbinin 115.155 manat hissəsini Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində məhrum olduğu əmək haqqı və ona əlavələr; 150.000 manat hissəsini həmin məbləğlərdən istifadə edərək əldə edə biləcəyi gəlir (əldən çıxmış fayda); qalan 150.000 manat hissəsini isə sağlamlığına vurulmuş ziyan kimi əsaslandırdığından, bu tələbin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi zəruridir.

18. Məhkəmə iddiaçının məhrum olduğu əmək haqqı və ona əlavələrlə əlaqədar qeyd etmişdir ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) işdən azad edilməsi barədə əmr verilmişdir. H əmin əmr hələ iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırda qüvvədədir. İddiaçının özünün hərbi qulluqçu (tibb xidməti leytenantı), əmri verən qurumun isə dövlət orqanı olması nəzərə alındıqda, həmin əmrin qanuni olub-olmamasına hüquqi qiymət verilməsi ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə həmin əmr qüvvədə olduğu, qanunsuz olması və ya ləğv edilməsi barədə heç bir mötəbər sübut olmadığı halda, eyni zamanda, hazırda mübahisələndirilmədiyindən (hazırkı mübahisənin predmeti olmadığından) iddiaçının məhrum olduğu əmək haqqı və əlavələrə görə kompensasiya tələbini əsaslı hesab etmir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı həmin əmri mübahisələndirərək müsbət nəticə əldə edəcəyi halda, onun məhrum olduğu əmək haqqı və əlavələrin iddiaçıya ödənilməsi məsələsi də müvafiq olaraq öz həllini tapacaqdır. Məhkəmə onu da qeyd edir ki, bu mübahisə üzrə əsl cavabdeh Maliyyə Nazirliyi deyil, iddiaçının işəgötürəni qismində çıxış edən müvafiq dövlət orqanıdır. Bu tələbin cavabdeh Maliyyə Nazirliyinə qarşı təmin edilməsi həm də ona görə əsaslı hesab edilə bilməz ki, iddiaçı əmri mübahisələndirərək müsbət nəticə əldə etsə, dövlət büdcəsindən eyni məsələyə görə iki dəfə tutulma olacaq, bu isə yolverilməzdir (iddiaçının vəkili-nümayəndəsi bildirmişdir ki, bu məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəkdir). Bütün göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin bu hissəsinin təmin edilməsi üçün əsas yoxdur. İddiaçının məhrum olduğu əmək haqqı və ona əlavələrdən istifadə edərək əldə edə biləcəyi gəlir, yəni əldən çıxmış fayda ilə əlaqədar isə qeyd edilməlidir ki, bu tələb də yuxarıda qeyd olunan tələbdən törəməklə yanaşı, heç bir dəlil-sübuta əsaslanmadığı və məhz formal mülahizəyə söykəndiyi, bir sözlə, ağlabatan olmadığı üçün təmin edilməməlidir. İddiaçının sağlamlığına vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yetirilmiş xəsarətlərin sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər olması (ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən) iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçının bunun qarşılığında 150.000 manat məbləğində kompensasiya tələb etməsini əsaslandıran heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bu tələb də formal mülahizələrlə əsaslandırılmışdır. İddiaçının sağlamlığına dəymiş zərərin kompensasi yası kimi 150.000 manat məbləğində pulun ona ödənilməsi barədə tələbi təmin etmək üçün əsas müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, tələb bu hissədə də təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsi iddia tələbinin “1.000.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsində isə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması (fiziki və psixi zor tətbiq edilməsi) ali hərbi tibb təhsili olan iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000.000 manat məbləğində kompensasiya təl əbinin təmin edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul iddiaçının xeyrinə ödənilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1100-cü maddələrinə, “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə hesab etmişdir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədi zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır və iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Hesab edir ki, “Tərtər işi” üzrə zərərçəkmiş şəxslərə qətnamədə qeyd olunan miqdarda kompensasiya ödənilməsi ədalətsizliyin ən bariz nümunəsidir. Belə ki, onların hər birinin ən birinci maddi təminata çox böyük ehtiyacları var. Məhkəmə sübutlara obyektiv, qərəzsiz qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır.

24. Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4776/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması (fiziki və psixi zor tətbiq edilməsi) nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirərək, əmək haqqı və ona əlavələrə görə 115.155 manat, həmin pul məbləğindən istifadə edərək gəlir əldə edə biləcəyi halda, məhrum olduğu əldən çıxmış faydaya görə 150.000 manat və sağlamlığına vurulm uş zərərə görə 150.000 manat olmaqla, cəmi 415.155 manat maddi və 1.000.000 manat mənəvi ziyan tələb etmişdir. İddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında iddiaçıya məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməsi, fiziki və psixi zor tətbiq edilməsinin müəyyən edilməsi hazırkı iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu mübahisəsiz hal olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, maddi ziyana aid hissədə iddia tələbinin rədd edilməsi barədə məhkəmənin qəanəti qanuni və əsaslı olmuşdur. İddiaçı əmək haqqı və ona əlavələri, həmçinin əldən çıx mış fayda tələb etmişdir. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) işdən azad edilməsi barədə əmr verilmişdir. Həmin əmr hələ iddiaçı tərəfindən mübahisələndirilməmişdir və qüvvədədir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının sağlamlığına vurulmuş maddi ziyanla bağlı tələbinə münasibətdə məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçıya yetirilmiş xəsarətlərin sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçının bunun qarşılığında 150.000 manat məbləğində kompensasiya tələb etməsini əsaslandıran heç bir mötəbər sübut təqdim edilməmiş, bu tələb də formal mülahizələrlə əsaslandırılmışdır. İddiaçının işgənc ələrə məruz qalması nəticəsində mənəvi sarsıntı keçirməsi, nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşması, mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi zərər çəkməsi mübahisə doğurmur.

28. Məhkəmə kollegiyası iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli saymışdır. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096, 1100-cü maddələrinə, “Mənəvi zərərin ödən ilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan preyudisial xarakterli Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 nömrəli, 31 yanvar 2019cu il tarixli və 1(098)-9/2019 nömrəli, 13 mart 2019-cu il tarix li hökmləri ilə iddiaçıya vurulmuş fiziki və maddi ziyan, həmçinin mənəvi zərər öz təsdiqini tapmışdır. Vurulmuş maddi və fiziki ziyanın iddiaçı tərəfindən tələb olunan həcmi iş materiallarında olan heç bir sənədlə təkzib edilmədiyindən iddiaçının tələbi təmin edilməli idi. Lakin məhkəmələr istinad edilmiş normaların tələblərini düzgün tətbiq etməyərək iddianın maddi ziyanla bağlı hissəsini ümumiyyətlə təmin edilməməsi nəticəsinə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş məbləği (10.000 manat) ağlabatan vəədalətli hesab etmişdir. Lakin mənəvi zərərin tələb olunan məbləğdə deyil, cəmi 10.000 manat məbləğində təmin olunması özü-özülüyündə ağlabatan deyil. Lakin məhkəmə vurulmuş mənəvi zə rərə görə niyə iddia tələbində göstərilən məbləğin deyil, məhz 10.000 manat məbləğin tutulmalı olduğunu əsaslandırmamışdır. Halbuki, iddiaçının yalnız işgəncə gördüyü günlər ərzində deyil, ondan sonrakı dövrdə də mənəvi əzab və iztirablar çəkməsi və bu prosesin hazırda da davam etməsi şübhəsiz olmuşdur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş halları – iddiaçının Azərbaycan Ordusunun sıralarında zabit kimi xidmət etməsi üçün uzun müddət təhsil aldığını, tibb leytenantı hərbi rütbəsində olan hərbi qulluqçu kimi hər hansı bir cinayətin törədilməsində deyil, məhz hərbi qulluqçu üçün şərəf məsələsi olan dövlətə xəyanətdə ittiham olunaraq özünün və birlikdə xidmət etdiyi digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün işgəncələrə məruz qaldığını, xidm ət dövründə qüsursuz xidmət etdiyini nəzərə almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa d üşülür.

35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

37. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Mənəvi zərərin ödənilməsi barədə q anunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı.

38. Bənd

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozul ması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

39. Bənd

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

40. Bənd

10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəc əsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak e dən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kas asiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırkı qərarın 25-28-ci paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassas iya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünü r. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətna mə qəbul etmişdir.

61. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4776/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar