Məhkəmə qərarları › İş №2(102)-634/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-634/2024

08.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-634/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-1533/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X12 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 0098 №-li, 21 mart 1983-cü il tarixli orderə əsasən Əli Bayramlı şəhəri A.Axmedov küçəsi bina D, mənzil 21 X6 verilmiş, ailə tərkibi İddiaçı arvadı, Şahid2, X9, X1, X7, Cavabdeh1, Şahid1, X2r.

3. X10 25 yanvar 1991-ci il tarixdə vəfat etmişdir.

4. Cavabdeh1 ilə X4 24 avqust 2010-cu il tarixdə nikaha daxil olmuşlar. 5. ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30 noyabr 2011-ci il tarixdə 19 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 binanın 21 saylı mənzilindən istifadə hüququna 4500 manat ödənilməklə xitam verilməsi, digər Cavabdeh2 ona məxsus cehiz əmlakın öz vəsaiti hesabına çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

7. İlkin iddia onunla əsaslandırılmışdır ki, o, X10 ilə 18 dekabr 1969-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1970-ci il tarixdə Şahid2, xx.xx.1972-ci il tarixdə X1, xx.xx.1973-cü il tarixdə Kərimova (Qəniyeva) Məhin Nuru qızı, xx.xx.1974-cü il tarixdə X7, xx.xx.1977-ci il tarixdə Cavabdeh1, xx.xx.1979-cu il tarixdə Şahid1 və xx.xx.1981-ci il tarixdə Kərimova (Cəl ilova) Nuriyyə Nuru qızı adlı yeddi övladı doğulmuşdur. X3 25 yanvar 1991-ci il tarixdə kəskin miokard infarktı səbəbindən vəfat etmişdir. Mübahisəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə ********** nömrəli dövlət qeydiyyatına alınmışdır. Oğlu Cavabdeh1 2010-cu ildə Cavabdeh2 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra mülkiyyətində olan evdə yaşayırlar. Cavabdeh2 qızı kimi çox istəmiş, övladlarından ayırmamış, həmişə hörmətini saxlamışdır. Yaşadıqları müddət ərzində mehriban yaşasalar da gəlini sonra da oğlu ona qarşı münasibətləri kəskin dəyişməyə başlamışdır. Belə ki, dəfələrlə münasibəti normallaşma sına cəhd etsə də, hər biri ilə fərdi söhbət etsə də, heç bir faydası olmamışdır. O insult keçirmişdir. Böyrəyinin biri fəaliyyət göstərir. Səhhəti ilə əlaqədar çalışmışdır ki, evdə yersiz mübahisələr olmasın. Lakin gəlini tərəfindən ona təzyiq edilir, əsassız mübahisələr edilir. Bu mübahisələrin nəticəsində oğlu gəlinin tərəfini saxlamaqla ona təhqiramiz ifadələr işlədir. Artıq dözülməz hallar nəticəsində bəzi geyim əşyalarını götürməklə cari ilin əvvəlindən qızı Leylanın evində məcburiyyətdə yaşayır. Cavabdehlərlə arasında olan münasibətlər əvvəlki kimi gərgin olaraq qalmaqda davam edir. Bu səbəbdən səhhətinin daha da ağırlaşmaması səbəbindən mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Odur ki, Cavabdeh1 mənzildən istifadə hüququna kompensasiya ödəmək şərti ilə xitam verilməsinə, C avabdeh2 cehiz əmlakları ilə birlikdə mülkiyyətində olan evdən çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 binanın 21 saylı mənzilə özünün, arvadı Cavabdeh2 və uşaqlarının istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 1982-ci il tarixində mərhum atası X6 order əsasında verilmişdir. Həmin orderdə digər ailə üzvləri ilə birlikdə onun adı qeyd olunmuşdur. Atası xx.xx.1991-ci il tarixində vəfat etmiş, bundan sonra mənzil iddiaçının adına sənədləşdirilmişdir. Mənzil iddiaçının adına sənədləşdirilərkən o da razılıq ərizəsi vermişdir. Adı çəkilən mənzil Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2010-cu ildə arvadı Cavabdeh2 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və arvadı da yaşadığı mənzilə gəlin köçmüşdür. Həmin tarixdə adı çəkilən mənzil iddiaçının adına mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınmamış, mərhum atasının adına olmuşdur. 1982-ci il tarixində mənzilə ailəvi olaraq k öçərkən orada iddiaçı, atası, o və altı bacısı yaşamışdır. Sonrakı illərdə bacıları ailə həyatı qurduqlarından başqa ünvanlara köçmüşlər. Bacısı Şahid1 2020-ci ildə ailə həyatı quraraq başqa ünvana köçdükdən sonra mənzildə iddiaçı ilə bərabər o, arvadı və iki azyaşlı uşağı yaşamışlar, hal-hazırda da həmin ünvada yaşayırlar. Birgə yaşadıqları müddətdə iddiaçının onunla və arvadı ilə münasibəti normal olmuşdur. Onlar həmişə iddiaçının qayğısına qalmışlar. Hətta iddiaçının pensiya kartı da daima özündə olmuş, pensiyasından heç bir vaxt dolanışıq xərcləri üçün xərclənməmişdir. Evin bütün dolanışıq xərclərini o və arvadı ödəmiş, lakin buna baxmayaraq iddiaçı həmişə olduğu kimi 2023-cü ilin yanvar ayının sonunda Şirvan şəhərində yaşayan bacısı Leylanın evinə getmişdir. Bir neçə gün keçdikdən son ra anasının geri qaytmadığını görən arvadı bacısına zəng edərək anasının nə vaxt qayıdacağını soruşarkən bacısı: "anasının onlardan küsdüyünü, uşaqların səsinin ona pis təsir etdiyini, bu səbəbdən də evdə tək yaşamaq istədiyini” bildirmişdir. Ancaq düşünür ki, iddiaçının evdən çıxmasının başqa səbəbi vardır: anası evdən gedən ərəfədə eşitmişlər ki, mərhum atasının adına almadığı pensiya pulu olaraq 25000 (iyirmi beş min) manat pul veriləcəkdir. Bu xəbərdən sonra evdə söhbət əsnasında bildirmişdir ki, həmin pul məbləği verilərsə onu bacıları da daxil olmaqla vərəsə olaraq bərabər şəkildə öz aralarında bölüşdürərlər. Bu söhbətdən dərhal sonra anasının onlara qarşı münasibəti pisləşmiş, heç bir səbəb olmadan bacısının evində yaşamağa başlamış və sonda isə onu ailəsi ilə birlikdə evdən çıxarma q qərarına gəlmişdir. Mənzildə yaşadığı müddətdə arvadı ilə birlikdə orada təmir işləri görmüşdür. Sonuncu dəfə mənzilin təmirinə 15000 manatdan artıq pul xərcləmiş, təmirlə bağlı arvadı hətta özünə məxsus olan qızıl-ziynət əmlakını 6000 manata satmışdır. Həmin təmir işlərinə görə iddiaçıdan pul istəməmişlər. Mənzildə istilik-kombi sisteminin çəkilməsi üçün 2000 manat, seyf qapısına və 3 otağın qapısına 1500 manat, mətbəx mebeli üçün1400 manat, mətbəx və dəhlizin təmirinə 7000 manat, hamamın təmirinə 2000 manat, balkonun təmirinə 1000 manat pul xərcləmişdir.

10. Cavabdeh2 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və göstərmişdir ki, mübahisəli mənzil 1982-ci il tarixində mərhum qayınatası X6 order əsasında verilmişdir. Həmin orderdə digər ailə üzvləri ilə birlikdə əri Cava bdeh1 da adı qeyd olunmuşdur. X10 xx.xx.1991-ci il tarixində vəfat etmiş, bundan sonra mənzil ilkin iddiaçının adına sənədləşdirilmişdir. Mənzil 2022-ci il tarixdə iddiaçının adına sənədləşdirilərkən əri də razılıq ərizəsi vermişdir. Adı çəkilən mənzil Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2010-cu ildə əri ilə rəsmi nikaha girməklə ailə həyatı quraraq mübahisə predmeti olan hazırda yaşadıqları mənzilə gəlin köçmüşdür. Həmin tarixdə adı çəkilən mənzil iddiaçının adına mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınmamış, mərhum X5 adında olmuşdur. 2010-cu il tarixində mənzilə köçərkən orada iddiaçı və digər ailə üzvləri yaşamışlar. Onun həmin mənzilə köçməyinə ailə üzvləri etiraz etməmişlər. Hazırda da mənzildə iddiaçı ilə bərabər əri və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. İddiaçı ilə birgə yaşadığı müddətdə onlarla münasibəti normal olmuşdur. Onlar həmişə iddiaçının qayğısına qalmışlar. Hətta iddiaçının pensiya kartıda daima özündə olmuş, pensiyasından heç bir vaxt dolanışıq xərcləri üçün xərclənməmişdir. Evin bütün dolanışıq xərclərini o və əri ödəmişlər. Lakin buna baxmayaraq iddiaçı 2023-cü ilin yanvar ayının sonunda Şirvan şəhərində yaşayan qızı Leylanın evinə getmişdir. Bir neçə gün keçdikdən sonra onun geri qayıtmadığını görüb Leylaya zəng edərək anasının nə vaxt qayıdacağını soruşarkən o, “anasının onlardan küsdüyünü, uşaqların səsinin ona pis təsir etdiyi ni, bu səbəbdən də evdə tək yaşamaq istədiyini dediyini” bildirmişdir. İddiaçının mərhum X3nun adına almadığı pensiya pulu olaraq 25.000 (iyirmi beş min) manat pul veriləcəyi halda həmin pulun vərəsələr arasında bərabər şəkildə bölüşdürülməsi ilə bağlı ailə üzvləriylə söhbəti olmuş, iddiaçı həmin söhbətdən sonra qızı Leylanın evinə getmiş, onlara qarşı münasibəti pisləşmiş, heç bir səbəb olmadan onu ailəsi ilə birlikdə evdən çıxarmaq qərarına gəlmişdir. Mənzildə yaşadığı müddətdə əri ilə birlikdə orada təmir işləri görmüşlər. Sonuncu dəfə mənzilin təmirinə 15.000 manatdan artıq pul xərcləmiş, təmirlə bağlı hətta özünə məxsus olan qızılziynət əmlakını 6.000 manata satmışdır. Həmin təmir işlərinə görə iddiaçıdan pul istəməmişlər.

11. Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2 023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 4500 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma barədə ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və digər ailə üzvləri ilə birgə yaşaması üçün X6 verilmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, mənzilin ayrıldığı vaxtdan orada atası ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparmış, hazırda da həmin mənzildə yaşayır. X10 25 yanvar 1991-ci ildə ölsə də, orada yaşayanlardan hər hansı biri ilə mənzilə dair yeni icarə müqaviləsi bağlanmamışdır. Cavabdeh1 24 avqust 2010-cu il tarixdə Cavabdeh2 ilə nikah bağlamış və sonuncu özünə məxsus əmlaklarını da apararaq mübahisəli mənzilə gəlin köçmüşdür. Mübahisəli mənzili 30 noyabr 2011-ci il tarixdə İddiaçı adına özəlləşdirilərək, daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyətinə qeydiyyata alınmışdır. İlkin iddia üzrə iddiaçı 2023-cü ilin yanvar ayının sonundan ünvan 1 evin 21 saylı mənzilindən çıxıb getmiş və başqa ünvanda yaşayır.

13. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mərhum atası icarədar X10 ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, icarədarın ailə üzvü qismində mübahisəli mənzildən istifadə etmək hüququna malik olmuşdur.

14. İlkin iddiaçı da bu hüquqa xitam verilməsi üçün kompensasiya təklif edir.

15. Məhkəmə təklif olunan kompensasiya məbləğinin miqdarı ilə bağlı qeyd etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır.

16. Belə ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun.

17. Təklif olunan məbləğin yetərli olub olmamasının qiymətlə ndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

18. İlkin iddiaçı təklif etdiyi kompensasiya məbləğinin ilkin iddia üzrə üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi barədə sübut təqdim etməmişdir.

19. Məhkəmə qeyd olunanları və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində yaşayış sahəsi 62.1 kv.metr olan 3 otaqlı mənzilin olmasını nəzərə alıb, hesab etmişdir ki, onun təklif etdiyi 4500 manat m əbləğində kompensasiya ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamaq imkanını vermir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilkin iddia bu hissədə təmin olunmamalıdır.

20. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə Cavabdeh2 mərhum X5 oğlu Cavabdeh1 ilə ailə qurandan sonra dövlət mənzil fonduna aid olan mübahisəli mənzilə 2010-cu ildə köçdüyündən və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ailə üzvü qismində mübahisəli mənzildən istifadə etmək hüququna malik olmuşdur.

21. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə Cavabd eh2 mübahisəli mənzildən istifadə etmək, o cümlədən özünə məxsus cehiz əmlakını həmin mənzildə yerləşdirmək, əmlaklarından həmin mənzildə istifadə etmək hüququna malik olduğundan ilkin iddia ona məxsus cehiz əmlakın öz vəsaiti hesabına çıxarılmasına dair hissədə də təmin edilə bilməz.

22. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli mənzildən yaşadığı vaxtdan istifadə hüququna malik olduğundan, bununla da qarşılıqlı iddia özünün istifadə və yaşayış hüququnun tanınmasına dair hissədə mövcud olan hüququn təkrar tanınması xarakteri daşıdığından həmin hissədə qarşılıqlı təmin edilə bilməz.

23. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin onun istifadə və yaşayış hüquqlarının həyata keçirilməsinə man eçilik törətdiyini iddia etsə də, bu barədə hər hansı sübutu təqdim etməmiş, bu hal sübut edilməmişdir.

24. Qarşılıqlı iddia üzrə cavabdehin 2023-cü ilin yanvar ayının sonundan ünvan 1 evin 21 saylı mənzilində yaşamaması işin mübahisəsiz halıdır və onun orada yaşamadığı halda, qarşılıqlı iddiaçının istifadə və yaşayış hüquqlarını həyata keçirilməsinə maneçilik törətməsi ağlabatan deyil.

25. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının istifadə və yaşayış hüquqlarının həyata keçirilməsinə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən hər hansı maneçilik törədilməsi sübut edilmədiyindən qarşılıqlı iddia həmin hissədə də təmin edilə bilməz.

26. Qarşılıqlı iddiaçı, arvadı Cavabdeh2 və uşaqlarının istifadə və yaşayış hüququnun tanınmasını, onların da istifadə v ə yaşayış hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulmasını tələb etsə də, uşaqlarının olub olmaması, eləcə də arvadının və uşaqlarının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnun yaranmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

27. Məhkəmə qarşılıqlı iddianın həmin hissəsi üzrə belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddiaçının uşaqlarının olması, eləcə də onun arvadı Cavabdeh2 və uşaqlarının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnun yaranması halı sübut edilmədiyindən qarşılıqlı iddia həmin hissədə də təmin edilə bilməz.

28. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə, qüvvədə olan Mənzil Məcəlləsinin 68.1. və 68.2.-ci maddələrinə, Mülki Məcəllənin 18.1.2. və 158.4.-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayətində onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, o, mülkiyyətçidir, onun m ülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, mülkiyyətçi kimi qanunun ona imkan verdiyi mülkiyyətindən məhrum olmuş, cavabdehlər tərəfindən mülkiyyətində olan yaşayış evində birgə yaşayış qaydaları dəfələrlə pozulduğundan və bu davamlı xarakter daşıdığından, mülkiyyətçi mülkiyyətində olan fərdi yaşayış evindən sevinc hissi ilə yaşamaq hüququndan məhrum olduğundan, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək Cavabdeh1 istifadə hüququna kopensasiya ödəməklə xitam verilməsini, digər Cavabdeh2 isə mülkiyyətində olan evdə qanunsuz yaşadığından, mübahisəli mənzildə hər hansı bir hüququnun olmaması səbəbindən əmlakı ilə birlikdə evdən çıxarılmasını tələb etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən onun iddiası əsassız olaraq təmin olunmamışdır. İddiaçı apellysiya icraatı za manı apellyasiya şikayətinə əlavə təqdim edərək, mülkiyyətində olan Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən Cavabdeh1 istifadə hüququna kopensasiya məbləğini artıdığnı və 7000 manat ödınilməklə xitam verilməsini xahiş etmişdir.

31. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1533/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və S.İ.Mayılov) ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, ilkin İddiaçı Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilmiş və Şirvan şəhəri L- nt İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən çıxarılsın. Cavabdeh2 isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən çıxarılması, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilkin İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “mübahisəli mənzili Cavabdeh1 və digər ailə üzvləri ilə birgə yaşaması üçün X6 verilmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, mənzilin ayrıldığı vaxtdan orada atası ilə birlikdə yaşayıb üm umi təsərrüfat aparmış, hazırda da həmin mənzildə yaşayır. X10 25 yanvar 1991-ci ildə ölsə də, orada yaşayanlardan hər hansı biri ilə mənzilə dair yeni icarə müqaviləsi bağlanmamışdır. Cavabdeh1 24 avqust 2010-cu il tarixdə Cavabdeh2 ilə nikah bağlamış və sonuncu özünə məxsus əmlaklarını da apararaq mübahisəli mənzilə gəlin köçmüşdür. Mübahisəli mənzil 30 noyabr 2011-ci il tarixdə İddiaçı adına özəlləşdirilərək, daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyətinə qeydiyyata alınmışdır. İlkin iddia üzrə iddiaçı 2023-cü ilin yanvar ayının sonundan mübahisəli mənzildən çıxıb getmiş və başqa ünvanda yaşayır.

33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X11 mülkiyyətində olan birgə yaşayış qaydaları dəfələrlə pozulduğundan və bu davamlı xarakter daşıdığından, mülkiyyətçi mülk iyyətində olan mənzilində sevinc hissi ilə yaşamaq hüququndan məhrum olduğundan, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək cavabdehin istifadə hüququna xitam verilməsini və onların həmin mənzilə hər hansı bir hüququnun olmamasını arzuladığından iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iş materiallarından müəyyən edir ki, mübahisə predmeti təşkil edən mənzil üç otaqdan ibarətdir. Həmin ərazidə kirayə haqqları ilə bağlı verilən arayış da 200250 manat olması göstərilmişdir. Bu zaman məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evinin özünün üç otaqlı olması və cavabdehin də mülkiyyətdə olan mənzilin yayış sahəsinin bir hissənidən istifadə etməsi nəzərə alınarsa arayışda göstərilən məbləğ kompensasiya bağ lı tələb üzrə dəyərləndirmə aparılarkən əsas götürülməlidir.

34. İddiaçı iddia tələbində iki müxtəlif hüquqi əsasa malik olan tələb ilkin olaraq 4500 manat, daha sonra isə tələbinin hüquqi əsasını dəyişərək 7000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbni irəli sürmüşdür.

35. Məhkəmə kollegiyası xüsusi mülkiyyətdə olan yaşayış mənzilində iddiaçı ilə cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının mümkün olmamasını, cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının qeyri-mümkünlüyünün təsdiqi kimi cavabdehin qanunsuz hərəkətləri mülkiyyətçi kimi qanunun ona verdiyi imkanlardan istifadə edə bilməməsi, mülkiyyətçi kimi mülkiyyətində olan mənzilində sevinc hissi ilə yaşamaq hüququndan məhrum olmasını, iddiaçı tə rəfindən təklif olunan məbləğlə cavabdehin başqa yerdə müəyyən müddət davamlı surətdə yaşamalarının mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 7000 manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan Şirvan şəhəri Leytinant İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən istifadə hüququna xitam verilməklə əmalkı ilə birlikdə həmin mənzildən çıxarılması təmin olunmamalıdır”.

36. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçıların iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, artıq ilkin iddiaçının hər iki cavabdehə qarşı mübahisəli mənzildən çıxarılması barədə hüquqi dəyərləndirmə aparıldığından və ilkin iddianın tam təmin olunması qarşılıqlı iddiaçının dəlillərinin dəf edilməsinə yönəldiyindən, qarşılqlı iddia bilavasitə ilkin iddianın mahiyyəti üzrə təkzib etməsə də, onun təmin edilməsini imkansız etdiyindən, qarşılqılı tələb üzrə əlavə araşdırma aparılmasına zərurət aradan qalxır. Odur ki, kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tələblərində qarşılıqlı iddiaçı kimi İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 27, 152.1., 228.2.-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Res publikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Şikayətdə işin faktiki hallarına istinad olunaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası işin hallarına baxarkən sözügedən yaşayış mənzilində iddiaçı-İddiaçı ilə cavabdeh-Cavabdeh1 və onun arvadının birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının mümkün olmamasını, cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının qeyri-mümkünlüyünün təsdiqi kimi cavabdehin qanunsuz hərəkətləri mülkiyyətçi kimi qanun ona verdiyi imkanlardan istifadə edə bilməməsi, mülkiyyətçi kimi mülkiyyətində olan mən zilində sevinc hissi ilə yaşamaq hüququndan məhrum olmasını qeyd etmişdir. Bu fikirlər yalan və həqiqətə uyğun deyildir. Çünki iddiaçı və cavabdeh şəxslər eyni mənzildə yaşadığı dövr ərzində iddiaçıya heç bir halda maneə yaradılmamış, daima onun qayğısına qalınmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə müvafiq olaraq kompensasiya ödənilməklə cavabdeh şəxslərin mənzildən istifadə etmək hüququnun xitam olunması ilə bağlı razılaşmaq mümkün deyildir. Çünki cavabdeh şəxslər 2010-cu ildə nikahlarını rəsmiləşdirib mübahisəli mənzildə yaşayarkən həmin mənzilin mülkiyyətdə olmaması, cavabdehlərin həmin mənzildə kirayəçinin razılığı ilə yaşamaları, iddiaçı ilə birgə yaşayıb təsərrüfatı birgə idarə etmələri və mənzildə istifadə hüquqlarının olmaları nəzərə alınmalıdır. ilkin iddia üzrə Cavabdeh2 mərhum X5 oğlu Cavabdeh1 ilə ailə qurandan sonra dövlət mənzil fonduna aid olan mübahisəli mənzilə 2010-cu ildə köçdüyündən və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ailə üzvü qismində mübahisəli mənzildən istifadə etmək hüququna malik olmuşdur. Belə olan halda ilkin iddia üzrə Cavabdeh2mübahisəli mənzildən istifadə etmək, o cümlədən özünə məxsus cehiz əmlakını həmin mənzildə yerləşdirmək, əmlaklarından həmin mənzildə istifadə etmək hüququna malik olduğundan ilkin iddia ona məxsus cehiz əmlakın öz vəsaiti hesabına çıxarılmasına dair hissədə də təmin edilə bilməz. İstifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlid ir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İlkin iddiaçı təklif etdiyi kompensasiya məbləğinin ilkin iddia üzrə üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan ı verməsi barədə sübut təqdim etməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehlərin hüquqlarına səthi və birtərəfli yanaşaraq, işin tam, hərtərəfli və obyektiv tədqiqi üçün lazımi şərait yaratmayaraq, işə formal mülahizələrlə yanaşaraq ilkin iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsi qəbul olunmasını tamamilə qanunsuz və əsassız hesab edirik. Qənaətimizə görə məhkəmə iddianı həmin hissədə təmin etməklə Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək ilkin iddia üzrə Cavabdeh2 mərhum X5 oğlu Cavabdeh1 ilə ailə qurandan sonra dövlət mənzilfonduna aid olan mübahisəli mənzilə 2010-cu ildə köçdüyündən və ilkin iddia üzrəiddiaçı qarşılıqlı iddia üzrəcavabdehİddiaçı ilə birlikdə yaşayıb ümumi təsərrüfa t apardığından, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ailə üzvü qismindəmübahisəli mənzildən istifadə etmək hüququna malik olmasını tanımalı ilk iddianı bu hissədə rədd etməli olduğu halda, buna zidd qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

41. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona da ir sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə

44. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Məhkəmə kollegiyası, qətnaməni Cavabdeh1 mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Cavabdeh1 ünvan 1 binanın 21 saylı mənzilindən istifadə hüququna 7000 manat kompensasiya müqabilində xitam verilməlidir. Belə ki, mübahisə predmeti təşkil edən mənzil üç otaqdan ibarətdir, həmin ərazidə kirayə haqqları ilə bağlı verilən arayışda 200-250 manat olması göstərilmişdir. Məhkəmə verilən kompensasiya məbləği ilə cavabdehin başqa yerdə müəyyən müddət davamlı surətdə yaşamasını mümkün hesab etmişdir (§ 33, 35).

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar tədqiq olunmuş, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Kassasiya şikayətini n bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayət i təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-1533/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar