Məhkəmə qərarları › İş №2(102)-635/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-635/2019

06.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-635/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il İş 2(102)-635/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Mənsurova Lalə Nadir qızının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin16 fevral 2018-ci il tarixli qətnaməsiilə (M.Q.Sadıqov, iş2(007)-671/2018) iddiaçılar İ ddiaçı1 və İddiaçı2 İldrım oğlunun cavabdehlər X və “xxxx” ASC-yə qarşı “20 aprel 2016-cı il tarixdə qeydə alınmış “xxxx” ASC-nin nizamnaməsinin etibarsız sayılması və onun 20 aprel 2016-cı il tarixli qeydiyyatının ləğv edilməsi” tələbinə dair birgə iddiaları təmin edilməmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov, iş2 (103)-8715/2018) Bakı şəhəri, Nizami rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Mənsurova Lalə Nadir qızı kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımi qaydadaxəbərverilmiş, tərəflər üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsinə və “xxxx” ASC-yə qarşı “nizamnamənin etibarsız sayılması və onun qeydiyyatının ləğv edilməsi” tələbinə dair birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 aprel 2016-cı il tarixdə qeydə alınmış “xxxx” ASCnin nizamnaməsinin etibarsız sayılmasına və onun 20 aprel 2016-cı il tarixli qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İd diaçı1, İddiaçı2 və vəkilləri Mənsurova Lalə Nadir qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan Depo hesabından çıxarışların surətindən görünür ki, İddiaçı1 448 ədəd, İddiaçı2 804 ədəd olmaqla “xxxx” ASC-nin qiymətli kağızının sahibidirlər. İşdə olan “Xalq Qəzeti”nin 41 (28134) nömrəli, 23 fevral 2016-cı il tarixli nömrəsindən çıxarışdan məlum olur ki, “xxxx” ASC-nin Səhmda rlarının növbəti ümumi yığıncağının 08 aprel 2016-cı il tarixdə saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmiş, yığıncağın gündəliyinə Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbulu və təsdiqinin daxil edildiyi barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-dən göndərilən bildirişlərin 23.02.2016-cı il tarixli reyestrinin poçt qəbzlərinin surətindən görünür ki, 81 nəfər səhmdara, o cümlədən, İddiaçı1 (sıra saylı 23) və İddiaçı2 (sıra sayı 68) poçt vasitəsilə bildiriş göndərilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağının 08 aprel 2016-cı il tarixli protokolundan çıxarışın surətindən görünür ki, “xxxx” ASC-nin yeni (üçüncü redaksiyada) Nizamnaməsi qəbul edilmiş və onun təsdiqi Cəmiyyətin icra orqanının rəhbəri X2 həvalə edilmiş, ASC-nin 2015-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair Ümumi Yığıncağa təqdim edilmiş illik hesabat təsdiq edilmiş, Cəmiyyətin direktoru X1. Yığıncağın keçirilməsi üçün yetərsay mövcud olmuşdur; İşdə olan “xxxx” ASC-nin Nizaminaməsinin (3-cü redaksiyada) surətindən görünür ki, Səhmdarların ümumi yığıncağının 08 aprel 2016-cı il tarixli protokoluna əsasən təsdiq edilmiş X5 X4 idarəsi tərəfindən 20 aprel 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(009)-619/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 İldrım oğlunun “xxxx” MMC-yə qarşı “poçt qəbzlərinin kötüylərinin və “xxxx” ASC-nin göndərilən bildirişlərin 23.02.2016-cı il tarixli reyestrinin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, “xxxx” ASC-nin Səhmdarlarının 08 aprel 2016-cı il tarixli növbəti ümumi yığıncağının qərarı ilə “xxxx” ASC-nin yeni (üçüncü redaksiyada) Nizamnaməsi qəbul edilmişdir. Bu zaman yığıncağın keçirilməsi üçün yetərsay mövcud olmuşdur. X6 Hüquqi X4 idarəsi tərəfindən 20 aprel 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. ASC-nin 448 ədəd qiymətli kağızının sahibi İddiaçı1 və 804 ədəd qiymətli kağızının sahibi İddiaçı2 İldrım oğlu həmin Nizamnamənin etibarsız sayılması və onun qeydiyyatının ləğv edilməsi tələbini irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -107.1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağı dır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olanlardan biri də cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirməkdir; -107-1.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir; -107-5.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəz ərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. İş materiallarından görünür ki, “xxxx” ASC-nin səhmdarların ümumi yığıncağı müstəsna səlahiyyətinə aid olan məsələ olaraq 08 aprel 2016-cı il tarixli qərarla Cəmiyyətin nizamnaməsini dəyişdirmişdir. Bu zaman səhmdarların üçdə iki səs çoxluğu ilə qərar qəbul edilmişdir. Hansı ki, səhmdarların növbəti ümumi yığıncağının 08 aprel 2016-cı il tarixdə saat 11:00-da keçiriləcəyi barədə “Xalq Qəzeti”ni n 41 (28134) nömrəli 23 fevral 2016-cı il tarixli nömrəsində elan verilmiş, yığıncağın gündəliyinə Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbulu və təsdiqinin daxil edildiyi barədə məlumat verilmişdir. O cümlədən, bu barədə bildirişlər 23 fevral 2016-cı il tarixli reyestrlə və poçt qəbzləri ilə 81 nəfər səhmdara, o cümlədən, İddiaçı1 və İddiaçı2 göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(009)-619/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 “xxxx” MMC-yə qarşı “poçt qəbzlərinin kötüylərinin və “xxxx” ASC-nin göndərilən bildirişlərin 23 fevral 2016-cı il tarixli reyestrinin etibarsız sayılması” tələbinə dair iddiaları təmin edilməmişdir. Bununla da, müəyyən olunmuşdur ki, “xxxx” ASC-nin 08 aprel 2016-cı il tarix də keçirilmiş Səhmdarların ümumi yığıncağının keçiriləcəyi vaxt və yer barədə səhmdarlara qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, yığıncağın keçirilməsi üçün yetərsay mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nizamnamə hansısa dövlət orqanının, müəssisənin, təşkilatın hansısa sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəddir. Dövlət təşkilatlarının nizamnamələri ali dövlət orqanları, təşkilatların nizamnamələri onların təsisçiləri tərəfindən təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları ilə “xxxx” ASC-nin 08 aprel 2016-cı il tarixdə keçirilmiş səhmdarların ümumi yığıncağında qəbul edilmiş və 20 aprel 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnamənin etibarsız hesab edilməsi və onun qeydiyy atının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” ASC-nin yeni redaksiyada qəbul edilmiş Nizamnaməsində nizamnamənin etibarsız sayılması üçün nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən və iddiaçılar buna dair mötəbər sübutlarını təqdim edə bilmədiklərindən birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin d əlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 06 sentyabr 2018-ci il tarixli, 2 (103)-8715/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar